Modelləşdi
rmə
2
61
İnsanlar üçün sadalanan formalar anlaşıqlı olsa da, kompüterdə emal etmək üçün
cədvəl forması daha əlverişlidir. Kompüter proqramlarının əksəriyyəti cədvəllərlə
işləyir və universal proqramlaşdırma dillərində cədvəllərin emalını təsvir etmək ra-
hatdır. Ona görə də mürəkkəb obyektlər qraf formasında nəzəri modellərdə təqdim
edilir, kompüter modelləşdirməsində isə daha çox cədvəl modellərindən istifadə
olunur.
"Fəaliyyət" bölümündə qan qrupları ilə bağlı verilmiş informasiya modelini cədvəl –
qonşuluq matrisi şəklində göstərin. Qonşuluq matrisinin baş diaqonalındakı elementlərin
qiyməti nə olacaq? Qonşuluq matrisini Python dilində təqdim edin.
Özünüzü yoxlayın
1.
İnformasiya modellərini hansı formatlarda təqdim etmək olar?
2.
Aşağıda göstərilən qraflardan hansı şəhərlərarası əlaqəni xəritəyə
uyğun olaraq düzgün
əks etdirir?
3.
Ağac və qraf informasiya modellərinin hansı fərqi var?
4.
Kompüterin fayl sistemi hansı tip informasiya modelinə aiddir?
5.
Cədvəldə göstərilmiş informasiyanı ağac strukturu vasitəsilə təqdim edin.
Adı
Atasının adı
Soyadı
Fuad
Salman
Behbudov
Məmməd
Cahangir
Eyvazlı
Rövşən
Cahangir
Eyvazlı
Səməd
Salman
Behbudov
Vaqif
Səlim
Behbudov
Zakir
Fuad
Eyvazlı
ö y r ə n ə k
A R A Ş D I R A Q –
a)
b)
c)
62
İ
NFORMASİYA MODELİNİN HAZIRLANMASI
Obyektin informasiya modelini yaratmaq üçün nə tələb olunur?
"Məktəb" informasiya modelini qurmaq üçün, əsasən, hansı informasiyanı əldə
etmək lazımdır? Müəllim, şagird, valideyn və Təhsil
Nazirliyi üçün gərəkli
olan məlumatlar eynimi olacaq? Cavabınızı əsaslandırın.
Excel proqramında məktəbinizlə bağlı iki cədvəl hazırlayın. Bu cədvəllərdə uyğun olaraq
aşağıdakı sütunlar olsun.
1. Məktəb haqqında ümumi məlumat: məktəbin tam adı, ünvanı, direktoru, məktəbin
yaranma ili, təlim dilləri, tədris olunan xarici dillər, sinif otaqlarının sayı, informatika
kabinetlərinin sayı, kompüterlərin sayı və s.
2. Siniflərin sayı, müəllim heyətinin sayı, hər sinif üzrə şagirdlərin sayı, şagird-müəllim nisbəti
(cəmi şagirdlərin sayı / müəllimlərin sayı), şagird sıxlığı (cəmi şagirdlərin sayı / siniflərin
sayı) və s.
– Hansı göstəricilər əsasında diaqramlar qurmaq olar?
– Bu cədvəllər kimin üçün faydalı ola bilər?
– Hansı hallarda məktəb haqqında məlumat mətn formasında, hansı halda isə cədvəl
formasında təqdim oluna bilər?
Orijinal obyektin hər hansı bir xassəsini öyrənmək üçün, adətən, onun digər
xassələrini əks etdirməyə ehtiyac qalmır. Ona görə də istənilən informasiya modeli
real obyekti yalnız qismən əvəz edir. Bu isə o deməkdir ki, tədqiq olunan obyektin
müəyyən cəhətlərinə diqqəti yönəltmək üçün onun bir neçə informasiya modeli
qurula bilər. Misal olaraq mənzil tikintisi sahəsini seçək və hər hansı yaşayış evinin
tikintisini nəzərdən keçirək. Bu evin informasiya modeli necə olmalıdır?
Əslində, belə informasiya modelləri məqsəddən asılı olaraq müxtəlif ola bilər.
Aydındır ki, mənzilin alıcısı, memarı, tikintini maliyyələşdirən təşkilat (investor) və
tikintini həyata keçirən təşkilatın hər biri informasiya modelini onları maraqlandıran
cəhətlərə görə quracaqdır. Deməli, nəzərdən keçirilən ev üçün maraqlardan asılı
olaraq müxtəlif informasiya modelləri yaratmaq olar. Onlardan bəzilərinə baxaq.
F Ə A L İ Y Y Ə T
2.4
MƏKTƏB RƏHBƏRLİYİ
ŞAGİRDLƏR
VALİDEYNLƏR
MÜƏLLİMLƏR
Modelləşdi
rmə
2
63
Təbii ki,
alıcının məqsədi daha rahat mənzil əldə etməkdir. Onun üçün infor-
masiya modelini qurarkən bu cəhətə üstünlük vermək lazımdır. Rahatlığı müəyyən
edən əsas göstəriciləri sadalayaq: ev yaşıllıqlar içərisində sakit bir məkanda yer-
ləşməli, müasir texniki qurğularla təchiz edilməli və yeraltı qarajı olmalıdır, giriş
qapısında isə gözətci oturmalıdır. İnformasiya modelini qurmaq üçün bu sadalanan
tələbləri əks etdirən informasiyanı cədvəl və ya siyahı şəklində təqdim etmək la-
zımdır. Alıcının vəzifəsi belə evlərin tikintisi ilə məşğul olan şirkətləri axtarıb tap-
maq, hər bir şirkət üçün uyğun informasiya modelini qurmaq və təhlil nəticəsində
ən yaxşı variantı seçməkdən ibarətdir.
Alıcı nöqteyi-nəzərindən evin informasiya modeli
Parametrlər
Şirkətlər üzrə parametrlərin qiymətləri
“A”
“B”
“C”
“D”
Mərkəzləşdirilmiş
istilik sistemi
+
–
–
+
Video-müşahidəli mühafizə sistemi
+
–
–
+
Peyk televiziyası
+
+
+
+
İnternet üçün ayrılmış kanal
–
–
–
+
Daxili
rabitə sistemi
+
+
+
+
Sutəmizləyici süzgəclər
+
–
+
+
Rayonun
infrastrukturu
+
+
–
–
Fitnes-mərkəz
+
–
–
–
Yeraltı parkinq
–
–
–
–
Yaşıl zona
–
–
+
+
Gözətçi
+
+
+
+
Tikintidə maraqlı olan başqa şəxslər, məsələn, investor və memar üçün də analoji
metodika ilə informasiya modellərini qurmaq olar. Aydındır ki, hər iki halda
məqsədlər alıcı ilə müqayisədə tamamilə fərqli olduğundan modellər də fərqlənəcək.
İnvestorun məqsədi mənzillərin keyfiyyətini göstərməklə daha çox gəlir əldə
etməkdir. Deməli, onu maraqlandıran göstəricilər, əsasən, maliyyə xarakterli ola-
caqdır.
İnvestor nöqteyi-nəzərindən evin informasiya modeli
Parametrlər
Şirkətlər üzrə parametrlərin qiymətləri
“A”
“B”
“C”
“D”
Evin planlaşdırılan dəyəri, manat
5 mln.
10 mln.
3,5 mln.
13 mln.
Yatırılmış vəsaitin çıxarılma müddəti, il
3
1,5
2
3,5
Bütün mənzillərin satışından sonra xalis
gəlir, manat
3 mln.
5 mln.
2 mln.
5 mln.
Tikintinin başlanma ili
2016
2017
2016
2017
Tikintinin bitmə (başaçatma) ili
2018
2019
2017
2019
1 otaqlı / 2 otaqlı / 3 otaqlı
mənzillərin
miqdarı, %
25/40/35 15/30/55 10/30/60
5/20/75