00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə22/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   59

 
64 
 
 
Memarın başlıca məqsədi ətraf mühit nəzərə alınmaqla, müasir memarlıq layi-
həsi işləyib hazırlamaqdır. Bu zaman ətrafdakı evlərin üslubu, mövcud infrastruktur, 
ekologiya  və  başqa  amillər  nəzərə  alınmalıdır.  Bu  məqsədə  uyğun  informasiya 
modelinin bir neçə variantı cədvəldə göstərilib. 
 
Memar nöqteyi-nəzərindən evin informasiya modeli 
Parametrlər 
Şirkətlər üzrə parametrlərin qiymətləri 
“A” 
“B” 
“C” 
“D” 
Tikinti rayonu 
Yeni 
Yasamal 
Elmlər 
Akademiyası 
Günəşli 
 
Mərkəz 
Ətraf evlərin üslubu (tikilmə ili) 
müasir 
müasir 
1970–
1990 
klassik 
memarlıq 
Ətraf evlərin mərtəbəliliyi 
15–20 
5–6 
9–10 
2–7 
Yaşıllığın mövcudluğu  
– 
– 
– 
– 
Ərazinin xarakteri 
çökəklik 
düzənlik 
təpə 
şəhər içi 
Su hövzəsinin olması 
– 
– 

– 
Mövcud evlərə yaxınlıq 



– 
Tikinti rayonunun infrastrukturu 
yaradılır 
var 
var 
var 
 
 
 
Tutaq ki, hər hansı alıcı özünə mənzil almaq istəyir. Aydındır ki, ilk növbədə, o, 
maksimal rahatlığa (komfortluğa) daha çox göstəricisi uyğun olan varianta üstünlük 
verəcək.
 
Əgər  birinci  cədvəldəki  parametrlər  dörd  şirkət  üzrə  təhlil  olunarsa,  bu 
zaman “D” şirkətinin daha münasib olduğu görünür.
 
Ancaq bu halda mənzilin satış 
qiyməti də ən yüksək olacaqdır. Əgər alıcı üçün mənzilin qiyməti böyük əhəmiyyət 
daşıyırsa, onda başqa şirkətlər arasında seçim etmək lazım gələcək.
 
Bu halda alıcının 
yeni  tələblərinə  uyğun  olaraq  mövcud  informasiya  modellərini  təkmilləşdirmək, 
sonra  isə  qalan  üç  variantın  adekvatlığını  bir  daha  qiymətləndirmək  lazımdır. 


 
 
 
 
Modelləşdi
rmə
 

65 
İnvestor və memar üçün olan digər informasiya modelləri də eyni qayda ilə təhlil 
edilməlidir.
 
 
 
Tutaq ki, dostunuzgil evlərini (binada mənzillərini) satmaq istəyir. Evin satıcı və alıcı 
nöqteyi-nəzərindən cədvəl modelini qurun.  
Cədvəldə evin (mənzilin) hansı göstəricilərini qeyd etdiniz?  
Alıcılar üçün evin hansı göstəriciləri əhəmiyyətlidir?
 
 
Özünüzü yoxlayın
 
1.
 Ali məktəbə qəbul zamanı abituriyentlər üçün hansı məlumatlar önəmlidir? Bəs ali mək-
təblər üçün? 
2.
 Təqdim olunmuş məlumatlar hansı obyektin modelidir? Obyekti təsvir etmək üçün hansı 
parametrlər göstərilib? 
 
 
3.
 Hər hansı kitabın mündəricatını informasiya modeli saymaq olarmı? Cavabınızı əsaslan-
dırın. 
4. 
Məktəbinizi və yaxınlığındakı 2–3 məktəbi əhatə edən və bir şagird kimi sizin (ailənizin) 
nöqteyi-nəzərini əks etdirən təxminən 10 parametrdən ibarət informasiya modelini qurun. 
Bu parametrlərdən hansı sizin üçün daha önəmlidir? 
5. 
Sizcə, bu modeldə hansı parametr təhsilin keyfiyyətinə daha çox təsir edir? 
 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –


 
66 
 
 
 K
OMPÜTER MODELİ 
 
Hər il dünyanın məşhur avtomobil 
şirkətlərinin konstruktor bürola-
rında avtomobillərin yeni model-
ləri üzərində işlər aparılır. Bunun 
üçün onların xarici  görünüşünü 
və tərkib hissələrini əks etdirən 
çoxlu sxemlər hazırlanır.  
 
  Sizcə, bu sxemlər hansı üsullarla hazırlanır?  
  Hansı  üsulla  hazırlanmış  modellərin  daha  çox 
üstünlükləri var? Nəyə görə? 
 
 
 
Karandaşla kağızda və kompüterdə "ev" obyektinin iki modelini hazırlayın.  
 
– Hansı modeli daha tez çəkdiniz?  
– Hansı halda hazırladığınız modeldə düzəlişləri etmək daha asandır? 
– Modelləri hazırlamaq üçün öncə nə etdiniz?  
 
Bildiyiniz kimi, müasir informatikanın əsas aləti kompüterdir. Ona görə də in-
formatikada informasiya modelləşdirməsi dedikdə müxtəlif sahələrdə tətbiq olunan 
kompüter modelləşdirməsi nəzərdə tutulur.  
Kompüter  modelləşdirməsi  kompüter  texnikası  vasitəsilə  modellərin  yaradıl-
masıdır.  
Kompüter modelləşdirməsi üçün müəyyən proqram təminatının olması vacibdir. 
Belə  proqram  təminatı  universal  (məsələn:  mətn  və  qrafik  redaktorlar)  və  xüsu-
siləşmiş ola bilər.  
Bu gün elmin müxtəlif sahələrində kompüter modelləşdirməsi böyük əhəmiyyətə 
malikdir:  mürəkkəb  sistemlərin  tədqiqində,  nəsli  kəsilmiş  canlıların  və  itmiş  tiki-
lilərin obrazlarının yaradılmasında kompüter modelləşdirməsi vasitəsilə daha dəqiq 
nəticələr alınır. Demək olar ki, bütün müasir kinofilmlərdə kompüter effektlərindən 
istifadə edilir.  
Kompüter modelləşdirməsi və hesablama eksperimenti elmi tədqiqatın yeni me-
todu kimi nəhəng elmi-texniki və sosial-iqtisadi problemlərin həllində istifadə edilir; 
məsələn,  atom-elektrik  stansiyalarında  reak-
torların layihələndirilməsi, su-elektrik stansi-
yaları və böyük bəndlərin layihələrinin hazırl-
anması, hər hansı bir sahə, region və ölkənin 
balanslaşdırılmış  iqtisadi  inkişaf  planının 
tərtib  edilməsi  və  başqa  məsələlərin  həllində 
F Ə A L İ Y Y Ə T  
2.5 

Kompüter modelləşdirməsi 

Təsviri informasiya modeli 

Formallaşdırılmış model 

Kompüter modeli 

Kompüter eksperimenti 

AR

zl
ə
r


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə