00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə59/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59

 
 
 
200 
 E
LEKTRON TƏHSİL 
 
Bu gün сəmiyyətin informasiyalaşdırılması kimi, təhsilin də 
informasiyalaşdırılması  sürətli  inkişaf  dövrünü  yaşayır. 
Doğrudur,  müasir  məktəblərlə  40–50  il  öncəki  məktəblər 
arasında  bir  sıra  bənzərliklər  qalmışdır:  sinif  otaqlarının 
əksəriyyətində şagirdlər cərgə ilə əyləşib lövhə qarşısında 
mühazirə  söyləyən  muəllimin  dediklərini  diqqətlə  dəftərə 
köçürürlər. Ancaq elə sinif otaqları da vardır ki, orada dərs-
lər  yeni  texnologiyalar  vasitəsilə  tədris  olunur.  Məktəblər 
yüksəksürətli internetə qoşulur, şagirdlər ibtidai siniflərdən 
kompüterdə  işləməyi  öyrənirlər.  Fənlərin  tədrisində  yeni 
nəsil tədris vəsaitlərindən – elektron tədris  resurslarından 
istifadə edilir.
 
 
Hansı fənlərdə elektron 
tədris  resurslarından 
istifadə edirsiniz? 
 
"Elektron dərslik por-
talı"nda (www.e-ders-
lik.edu.az) nələr var? 
 
 
 
Aşağıdakı mövzuların məktəbdə öyrəndiyiniz hansı fənnə daha yaxın olduğunu qeyd edin.  
 
 
Mövzu 
Fənn 

Kompüterin iş prinsipi, onunla işləmək bacarığı 
 

Mətn redaktorunda sənədlərin hazırlanması 
 

Qrafik redaktorda görüntülərin emalı 
 

Elektron təqdimatların hazırlanması 
 

Elektron cədvəl proqramında cədvəl və diaqramlarla iş 
 

İnternetə qoşulma, elektron poçt yazışmaları, veb-brauzerdən isti-
fadə, İnternetdə axtarış 
 

Alqoritmləşdirmə və proqramlaşdırma 
 

Kompüter şəbəkələri 
 
 
– Verilmiş mövzuları göstərdiyiniz fənn müəlliminiz tədris edə bilərmi? 
– Hansı fənnin tədrisində kompüterdən daha çox istifadə edirsiniz? 
1
F Ə A L İ Y Y Ə T  
6.6 


 
 
 
 
İnformasiya
 cəmiyyəti
 

201 
Müasir  dünyanın  görünməmiş  bir 
sürətlə dəyişməsi biliklərin daha çevik 
və  ucuz  ötürülməsi  üsullarının  tətbiq 
olunmasını tələb edir. Günümüzün bu 
kəskin  probleminin  həllini  mümkün 
edən vasitələrdən biri elektron təhsil
yaxud  e-təhsildir.  Bundan  öncəki  təhsil  sistemlərində  kompüterlər  tədrisin  daha 
yaxşı, daha səmərəli aparılması üçün yardımçı bir vasitə idi. Ancaq sürətli İnternet 
şəbəkəsinin  meydana  çıxması  “müstəqil  öyrənmə”  və  “ömürboyu  öyrənmə” 
anlayışlarını ortaya çıxardı. 
E-təhsil İnternet, yaxud intranet şəbəkəsi vasitəsilə şəxsin müstəqil öyrənməsi ilə 
gerçəkləşən,  biliyin  əldə  olunmasında  zaman  və  məkan  hüdudlarını  tanımayan, 
ömürboyu öyrənməyə imkan verən bir təhsil sistemidir.  
Getdikcə genişlənən e-təhsilin bir sıra xüsusiyyətləri vardır: 
•  Zaman və məkan məhdudiyyəti yoxdur. 
•  Öyrənci (şagird, tələbə) mövzunu öyrənənə qədər onun üzərində çalışa bilir. 
•  Hər kəs öz qavrama qabiliyyətinə uyğun olaraq öyrənə bilir. 
•  Öyrənci  mövzunu  başa  düşmədiyi  halda  kommunikasiya  vasitələri  ilə 
müəllim və digər öyrəncilərlə əlaqə saxlaya bilər. 
E-təhsilə elektron dərsliklər, tədris xidmətləri və texnologiyaları aiddir. Elektron 
dərsliklər  mürəkkəb  məhsul  olmaqla,  müasir  texnikanın  nailiyyətlərini,  fənn 
sahələri üzrə mövzuları və tədris metodikasını, dizayn və bədii keyfiyyətləri özündə 
birləşdirir. Doğrudur, kitabla  müqayisədə elektron dərsliklər üçün  müəyyən proq-
ram-texniki kompleks tələb olunur. 
Yaşadığımız informasiya cəmiyyətinin dinamik inkişafı üzvlərindən bütün ömrü 
boyu,  fasiləsiz  təhsil  almasını  tələb  edir.  Bu,  insana  zamanla  ayaqlaşmaq,  lazım 
gəldikdə  peşəsini  dəyişmək,  cəmiyyətdə  özünə  layiqli  yer  tutmaq  imkanı  verir. 
İqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələr  artıq  məktəbəqədər  və  orta  məktəb  təhsili, 
peşə təhsili, ixtisasartırma və yenidən hazırlanma sistemi, əlavə təhsil və s. də daxil 
olmaqla, fasiləsiz təhsil sistemi yaratmağa başlamışlar. 
Təhsil sistemi həmişə dövrünün texnologiyalarından yararlanmağa çalışıb. İnfor-
masiya texnologiyalarının inkişafı və İnternetin yaranması tədris prosesində özündən 
qabaqkı texnologiyalardan fərqli olaraq görünməmiş imkanlar açmışdır. Telekom-
munikasiya  texnologiyaları  və  İnternet  şəbəkəsinin  resursları  yeni  tədris  tipini  – 
uzaqdan təhsili (distant təhsili) meydana çıxarıb. Uzaqdan təhsilin subyekti, yəni 
öyrənci  (şagird,  tələbə  və  s.)  pedaqoqdan,  tədris  vasitələrindən  və  təhsil 
resurslarından uzaqda olur. Bu təhsil növü üçün də tədris prosesinə xas olan bütün 
komponentlər  –  məzmun,  məqsədlər,  təşkilat  formaları,  təlim  vasitələri,  nəzarət 
sistemi və nəticələrin qiymətləndirilməsi xarakterikdir. 

Elektron təhsil   

Fasiləsiz təhsil 

Elektron dərslik 

Uzaqdan təhsil 

Məktəb idarəetmə sistemi 

Qiymətləndirmənin avtomatlaşdırılması
 

AR

zl
ə
r


 
 
 
202 
 
e-resurs.edu.az portalı ilə tanışlıq 
1. e-resurs.edu.az portalına daxil olun.  
 
 
2. Baş səhifənin aşağı hissəsində  "Elektron dərs resursları" bölümünə nəzər salın. 
3. "Elektron tapşırıqlar" bölümündə sinfi (məsələn: 7-ci sinif) və fənni (məsələn: biologi-
ya) seçib təqdim edilən tapşırıqları yerinə yetirin.  
4. "Video dərslər" bölümündə ixtiyari fənni, sonra da mövzunu seçib video-dərsə qulaq asın. 
5. "E-test" səhifəsində şagirdlər arasında bilik yarışmasına qatılın. Bunun üçün qeydiy-
yatdan keçin.
 
 
 
Uzaqdan  təhsil  zamanı  məlumatları  öyrənənlərə  çatdırmaq  üçün  müxtəlif  üsul-
lardan istifadə olunur. Tətbiq olunan texnologiyaların artıq bir neçə nəsli (ənənəvi çap 
məhsullarından  ən  müasir  kompüter  texnologiyalarınadək)  bir-birini  əvəz  etmişdir. 
Ancaq texnoloji yeniliklərin meydana çıxmasına baxmayaraq bir çox hallarda hələ də 
daha sadə üsullara üstünlük verilir; məsələn, Hindistanda uzaqdan təhsil üçün radiodan 
istifadə edilməsi geniş yayılmışdır. Çünki radio oradakı əhalinin əksəriyyəti üçün daha 
əlverişlidir  və  əlavə  infrastruktur  yaratmağa  gərək  yoxdur.  Hazırda  uzaqdan  təhsil 
məqsədilə İnternet ünsiyyət vasitələrinin hamısından – elektron poçtdan, forumlardan, 
gap xidmətlərindən, tele və videokonfranslardan istifadə olunur. 
İndi iri şirkətlərin çoxu işçi heyətinin hazırlığını standartlaşdırmaq, bu məqsədlə 
çəkilən xərcləri azaltmaq və keyfiyyəti yüksəltmək üçün öz tərkibində uzaqdan təhsil 
mərkəzləri yaradır. Demək olar ki, heç bir müasir 
şirkət  bunsuz  keçinə  bilməz;  məsələn,  Microsoft 
şirkəti  öz  işçilərini,  onun  məhsullarından  istifadə 
edənləri, yaxud alıcıları və proqram təminatı hazır-
layanları  öyrətmək  üçün  böyük  öyrədici  portal 
yaratmışdır. 
Təhsil  sisteminin  müasirləşdirilməsi  şəraitində 
təhsil muəssisələrinin idarə olunmasına da qoyulan 
tələblər  artır.  Bu  gün  informasiya  texnologiyala-
rından istifadə etmədən idarəetmə və nəzarət mexa-
nizmini  günümüzün  tələblərinə  uyğun  qurmaq 
2
F Ə A L İ Y Y Ə T  
Əslində, uzaqdan təhsilin tarixi 
daha “qədimdir”. Belə ki, ötən 
əsrin əvvəllərində radionun 
ixtirasından sonra ilk radio-
kurslar yayımlanmağa başladı. 
Analoji kurslar 1950-ci illərdə 
telekanallarda açıldı. 1960-cı 
ildə ilk dəfə Çində orta təhsil 
vermək üçün radio və televi-
ziyadan istifadə etməyə başla-
dılar. 
Tari
x


 
 
 
 
İnformasiya
 cəmiyyəti
 

203 
mümkün deyil. Başqa sözlə, mövcud vəziyyəti operativ təhlil etmək, qiymətləndir-
mək  və  düzgün  qərarlar  qəbul  etmək  üçün  məktəb  idarəetmə  sisteminə  (MİS) 
böyük  ehtiyac  var.  Belə  bir  informasiya  sistemi  məktəb  rəhbərliyinə  hər  zaman 
aktual informasiyadan istifadə edərək müxtəlif  hesabatlar əldə etməyə imkan verir. 
Bu cür operativ hesabatlar məktəbin idarə edilməsində düzgün qərarlar qəbul etməyə 
kömək edir.  
Müasir kompüter texnologiyalarının tətbiqi yoxlayıcıların fərdi keyfiyyətlərindən 
asılı olmadan bilikləri obyektiv və daha sürətlə qiymətləndirməyə imkan verir.  
Qiymətləndirmənin  avtomatlaşdırılması  bir  sıra  hallarda  xüsusi  əhəmiyyət 
kəsb edir: 
• kütləvi qiymətləndirmə zamanı; 
• biliklərin yoxlanılmasında operativlik tələb olunduqda
• qiymətləndirmə sistematik olaraq aparıldıqda; 
• ucqar yerlərdə qiymətləndirmə aparıldıqda; 
• yoxlama prosesi obyektivlik və etibarlılıq baxımından şubhə doğurduqda. 
Göstərilən  texnologiyanın  tətbiqi  nəticəsində  qiymətləndirmənin  keyfiyyəti 
dəyişir,  hesabat  işləri  asanlaşır,  imtahanların  keçirilməsinə  çəkilən  xərclər  azalır, 
biliyin qiymətləndirilməsində insan amili daha az rol oynayır və imtahan qəbul edən 
kadrların hazırlıq problemi aradan qalxır. Bu texnologiya imtahanı (yoxlama) pro-
sesini bütövlükdə avtomatlaşdırmaqla yanaşı, alınan nəticələrin tam statistik təhlilini 
aparmağa və nəticədə təhsilin keyfiyyətini yüksəltməyə yönəlmiş qərarların qəbul 
olunmasına da imkan verir. 
 
 
1.  1992-ci  ildən  respublikamızda  ali  məktəblərə  tələbə  qəbulu,  2009-cu  ildən  isə  orta 
məktəblərdə buraxılış imtahanları kompüter texnologiyaları tətbiq edilməklə test üsulu 
ilə  aparılır.  Biliyin  bu  yolla  qiymətləndirilməsinin  üstünlükləri  haqqında  dərsdə 
məlumat  verilib.  Bu  üsulun  mənfi  cəhətləri  haqqında  fikirlərinizi  söyləyin.  Sizcə, 
onları necə aradan qaldırmaq olar? 
2. Bəzi mütəxəssislər e-təhsilin ənənəvi təhsillə müqayisədə müsbət tərəfləri ilə yanaşı, 
mənfi cəhətlərini də göstərirlər. Bu istiqamətdə araşdırma aparın və nəticələri cədvəl 
şəklində təqdim edin. Cədvəlin bir sütununda e-təhsilin müsbət, o birisində isə mənfi 
cəhətlərini qeyd edin. Hər bir qeydə öz münasibətinizi bildirin.   
 
Özünüzü yoxlayın 
1. 
E-təhsil nədir və onun hansı özəllikləri var? 
2. 
Fasiləsiz təhsillə ömürboyu təhsilin fərqi varmı? 
3. 
Məktəbin idarəolunmasında İKT-dən necə istifadə olunur? 
4. 
Qiymətləndirmənin avtomatlaşdırılması dedikdə nə nəzərdə tutulur? 
5. 
Sizcə, biliyin avtomatlaşdırılmış sistem vasitəsilə qiymətləndirilməsinin hansı 
çatışmazlıqları var? 
 
 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –


 
 
 
204 
 E
-KİTABXANA, E-SEÇKİ, E-TİCARƏT  
 
Kompüterlər çox sürətlə həyatımızın bütün sahələri-
nə  daxil  olur.  Hələ  20–25  il  bundan  öncə  kom-
püterlərə  yalnız  iş  yerlərində  rast  gəlinirdisə,  indi, 
demək  olar  ki,  hər  bir  evdə  kompüter  var.  Bu  gün 
elm,  təhsil,  səhiyyə,  maliyyə,  kargüzarlıq və  başqa 
sahələri kompüterlərsiz təsəvvür etmək çətindir.
  
 
 
Evinizdəki  kompüterdə  hansı 
işləri yerinə yetirirsiniz?  
 
Sizcə, elə fəaliyyət sahəsi varmı 
ki,  orada  kompüterdən  istifadə 
edilməsin? 
 
 
 
1.  "Elektron  dərslik  portalı"nda  (www.e-derslik.edu.az)  hələ  qeydiyyatdan  keçmə-
mişsinizsə, göstərilən ünvana daxil olub qeydiyyatdan keçin. 
2.  Portala daxil olun və kitab rəfində bu dərsliyinizi tapıb açın. 
3.  Mündəricatdan bu dərsinizin adını tapın və onu açın. 
4.  İstədiyiniz dərsliklərin elektron versiyasını evdə kompüterinizə köçürün. 
 
– Bu portalı kiçik elektron kitabxana adlandırmaq olarmı? 
– Sizcə, bu dərsliklərin istifadə etdiyiniz kağız dərsliklərdən hansı üstünlükləri var? 
 
Kompüter  və  İnternet  istifadəçilərinin  sayı  artdıqca  daha  çox  insan  elektron 
kitablardan istifadə etməyə başlayır. Elektron kitab, yaxud e-kitab kağızda deyil, 
elektron formada (onlayn, yaxud CD-ROM və ya ona bənzər elektron daşıyıcıda) 
yayılan kitabdır. Getdikcə ənənəvi kitabxanaların oxucuları azalır, ona görə də bir 
çox  kitabxanalar  öz  fondlarında  saxlanılan  kitabların  elektron  versiyasını  hazır-
layırlar. Nəticədə ötən əsrin 80-ci illərindən başlayaraq "elektron kitabxana" (eyni 
zamanda  "rəqəmsal  kitabxana"  və  ya  "virtual  kitabxana")  anlayışı  meydana 
çıxıb. 
Elektron kitablar, əsasən, doc, txt, fb2 mətn for-
matlarında yayılır. Riyazi düsturların, mürəkkəb sxem-
lərin  çox  olduğu  materialları  mətn  formatına  çevirmək 
çətin  olduğundan  onları  çox  zaman  DjVu  və  ya  PDF 
kimi qrafik formatlarda saxlayırlar.  
F Ə A L İ Y Y Ə T  
6.7 

Elektron kitabxana 

E-kitab 

E-kağız  

Elektron səsvermə 

Elektron ticarət
 

AR

zl
ə
r


 
 
 
 
İnformasiya
 cəmiyyəti
 

205 
 
 
Bəzən  elektron  kitabxanaların  bir  çoxu  qabaqcadan  müəlliflərlə  razılaşmadan 
onların  əsərlərini  dərc  edir.  Doğrudur, müəllifin  tələbi  ilə həmin  əsərlər  sonradan 
saytdan  "yığışdırılır",  ancaq  istənilən  halda  həmin  kitabxanalar  müəlliflik hüququ 
haqqında qanunu pozmuş olurlar.   
İnformasiya texnologiyalarının sürətli inkişafı 
seçkilərdə  tətbiq  edilən  səsvermə  sisteminə  də 
təsirsiz olmamışdır. Bir sıra ölkələrdə vətəndaşlar 
üçün  elektron  səsvermə  tətbiq  edilir,  referen-
dumlarda və bələdiyyə seçkilərində İnternetdə səs 
vermək  üçün  portallar  yaradırlar.  Parlamentə 
seçkiləri tam miqyasda  İnternet üzərində aparan 
ilk  ölkə  isə  Estoniyadır.  2005-ci  ildən  tətbiqinə 
başlanmış  bu  səsvermə  sisteminin  əsasında  ölkə 
vətəndaşlarının şəxsiyyət vəsiqəsi durur. Əhalinin 
90%-dən  çoxunun  malik  olduğu  bu  şəxsiyyət 
vəsiqəsindən  həm  də  müxtəlif  elektron  xidmət-
lərdə  qeydiyyat  zamanı  universal  identifikator 
kimi istifadə edilir. Səsvermə prosesinin özü isə 
belə baş verir: vətəndaş şəxsiyyət vəsiqəsini oxu-
yucuya  taxaraq  özünü  elektron  səsvermə  siste-
mində tanıdır və üstünlük verdiyi namizədi seçir. 
Hesaba alınan səsin bir neçə səviyyədə təhlükəsiz-
liyi  qorunur  və  bənzərsiz  rəqəmsal  imza  ilə  im-
zalanır.  
İnternet  texnologiyalarının  geniş  tətbiq  edil-
diyi sahələrdən biri də ticarətdir. Elektron ticarət, yaxud e-ticarət dedikdə elektron 
vasitələr,  o  cümlədən  İnternet  vasitəsilə  malların  və  xidmətlərin  ticarətinin  bütün 
növləri nəzərdə tutulur. E-ticarətə aşağıdakılar daxildir: 
1.  Məhsullar və xidmətlər haqqında informasiyanın onlayn resurslar vasitəsilə 
verilməsi. 
2.  Xidmətlərin elektron yolla təqdim olunması. 
3.  Adi ticarətin onlayn üsullarla təşkili. 
Kitab mətnlərini oxumaq üçün xüsusi təyinatlı əl kompüterinə də e-kitab (ingiliscə: e-
book) deyilir. Adi kompüterlərdən fərqli olaraq e-kitabların imkanları məhdud olur və 
onlar avtonom rejimdə uzun müddət işləyə bilir.  
Bu kompüterlərdə "elektron kağız" texnologiyasından 
istifadə olunur. Görüntünü formalaşdırmaq üçün mat-
risin işıqlandırılmasına əsaslanan ənənəvi yastı maye-
kristal  displeylərdən  fərqli  olaraq  elektron  kağız 
görüntünü  qaytarılmış  işıqda  adi  kağız  kimi  forma-
laşdırır. O, elektrik enerjisi sərf etmədən mətn və qrafik 
görüntünü  yetərincə  uzun  müddətə  saxlaya  bilir, 
enerjidən yalnız görüntünün dəyişməsi zamanı istifadə 
olunur.
 
Bu 
m
ar
aql
ıdır
 
Elektron kitabxana 
yaratmaq üzrə ilk 
layihə "Qutenberq 
layihəsi" olub.  
1971-ci ildə əsası qoyulmuş bu 
layihə dünya ədəbiyyatının çe-
şidli əsərlərinin rəqəmsallaşdı-
rılmasını və mətn formatında 
saxlanmasını nəzərdə tutur. 
Əsərlərin əksəriyyəti ingilis 
dilindədir. Fransız, alman, fin, 
eləcə də rus, katalan və başqa 
dillərdə də əsərlər təqdim olu-
nur. 
Tari
x
2004-cü ildə Kaliforniyada 
(ABŞ) prezident seçkiləri 
zamanı düzgün köklənməmiş 
skaner 6692 boş bülleteni 
hesaba almışdı.
 
Bu maraq
lıdır


 
 
 
206 
 
Estoniya  müxalifətinin fikrincə,  tətbiq  edilən  elektron  səsvermə  sistemi  qəbul olunmuş 
standartlara uyğun deyil. Bu məsələ ətrafında müzakirələr davam etsə də, seçkilərdə aşkar 
qanun pozuntuları  qeydə  alınmayıb.  Müxalifətin nəyi nəzərdə  tutması  haqda  araşdırma 
aparın və həmin problemin necə aradan qaldırılması haqqında düşüncələrinizi söyləyin.      
 
Bəs elektron ticarət necə həyata keçirilir? Sadə halda, istifadəçi (alıcı) İnternetə 
bağlanır və elektron ticarət xidməti göstərən saytların birinə daxil olur. Nə alacağını 
müəyyənləşdirir  və  həmin  malı  sifariş  verir.  Sonra  istifadəçi  öz  kredit  kartının 
məlumatlarını  sistemə  daxil  edir  və  bu  məlumatlar  "Visa",  "MasterCard"  və  ya 
"American  Express"  kimi  şirkətlərin  maliyyə  hesablama  mərkəzinə  ötürülür. 
Nəhayət, bu maliyyə əməliyyatı istifadəçinin kredit hesabına qeyd edilir.      
 
  
 
 
1. Hüquq-mühafizə orqanlarında cinayətkarlar, axtarışda olan və itkin düşmüş insanlar, 
oğurlanmış  əşyalar,  avtomobillər,  odlu  silahlar  haqqında  məlumat  bankı  yaradılır.
 
Cinayətlərin açılmasında bu məlumatlardan necə istifadə edilməsi haqqında məlumat 
toplayın və təqdimat hazırlayın.
  
2. Bəzi işlərin insan tərəfindən yerinə yetirilməsi çox təhlükəlidir, hətta mümkün deyil. Bu 
kateqoriyadan olan hansı işləri kompüterlər insanlardan daha yaxşı görə bilir? Bu haqda 
məlumat  toplayın,  təqdimat  hazırlayın.  Təqdimatda  kompüterlərin  üstünlüyünün 
səbəblərini açıqlayın.
  
 
Özünüzü yoxlayın
 
1. 
"Elektron kitabxana" nədir? 
2. 
"E-kitab" fayldır, yoxsa qurğu? 
3. 
Ölkəmizdə seçkilərdə İKT-dən necə istifadə edilir? 
4. 
Malların onlayın alışı necə həyata keçirilir?  
5. 
Elektron kitablar üçün faylların uzantısı nə olur? 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –
Dünyada pərakəndə satışla məşğul olan ilk məşhur "onlayn 
ticarətçi" amazon.com olmuşdur. 1995-ci ildə Sietldə (ABŞ) 
kitab mağazası kimi qurulan Amazon indi bütün dünyada çox 
geniş çeşidli məhsulların satışı ilə məşğuldur. 
Tari
x
 


 
 
 
 
İnformasiya
 cəmiyyəti
 

207 
ÜMUMİLƏŞDİRİCİ 
SUAL VƏ TAPŞIRIQLA
R
 
1.  Dördüncü informasiya inqilabı hansı dövrü əhatə edir? 
a) XIX əsrin sonunu  
 
 
 
b) XX əsrin əvvəlini 
c) XX əsrin 70-ci illərini 
 
 
 
d) XXI əsrin başlanğıcını 
 
2.  Müasir insanın kompüterin əsaslarını bilməsi vacibdirmi? 
 
3.  İnformasiya cəmiyyətinin tələbləri baxımından özünüzü mədəni insan hesab 
edirsinizmi? 
 
4.  Nə üçün gap xidmətində qondarma addan istifadə etmək məsləhət görülür? 
 
5.  Bu mülahizələrdən hansı doğru deyil? 
a. Elektron poçt kommunikasiya xidmətidir.
 
b. Telefonla ünsiyyət həmişə onlayn rejimində baş verir. 
 
c. Telekonfranslar oflayn rejimində baş verir.
 
d. WWW informasiya xidmətidir. 
 
6.  Bu proqramlardan hansı telekonfrans rabitəsi üçün deyil? 
a. Google Chrome   
 
 
 
b. Skype 
c. Cisco TelePresence 
 
 
 
d. TrueConf 
 
7.  "Elektron hökumət", yoxsa  "elektron dövlət" termini daha düzgündür? Cava-
bınızı əsaslandırın. 
 
8.  "Elektron kitab fayl deyil, xüsusi təyinatlı əl kompüteridir" mülahizəsində nə 
doğru deyil? Onu elə dəyişin ki, doğru olsun. 
 
9.  Elektron səsvermə seçicilərin hansı təbəqəsi üçün xüsusilə önəmlidir? 
 
10.  Üç nöqtələri uyğun sözlərlə əvəzləyin. 
Elektron ticarətdə malların alışı belə baş verir: istifadəçi (alıcı) ... bağ-
lanır və elektron ticarət xidməti göstərən ... daxil olur. Alacağı malları 
sifariş verir və ... məlumatlarını sistemə daxil edir. Bu məlumatlar ... kimi 
şirkətlərin maliyyə hesablama mərkəzinə ötürülür. 
 
 


 
 
 
208 
Ədəbiyyat 
 
1. 
Calallı İ., 
İnformatika terminlərinin izahlı lüğəti – 
Bakı, 
“Bakı” nəşriyyatı, 2017 
2.  Calallı İ., Kompüter. Bunu öyrənməyə nə var ki!.. – Bakı, “Nurlar”, 2011 
3.  Bilgisayar kurs kitabı – Ankara, 2004   
4.  Хасэгава Х., Мир компьютеров в вопросах и ответах.: В 2-х кн.: Пер. с япон. –  
Москва, "Мир", 1998  
5.  Энциклопедия для детей. Информатика – Москва, “Аванта +”, 2004 
6.  Энциклопедия школьной информатики – Москва, “БИНОМ. Лаборатория 
знаний”, 2011 
7.  Проблемы школьного учебника: ХХ век: Итоги – Москва, “Просвещение", 2004 
8.  МакФедрис П., Компьютеры – Москва, “NT Press", 2009 
9.  Computer  Literacy BASICS: A Comprehensive Guide to IC3 – Boston, "Thomson 
Course Technology", 2005 
10. Programming BASICS Using Microsoft Visual Basic, C++, HTML, and Java – Boston, 
"Thomson Course Technology", 2002 
 
 

Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə