00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə55/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59

 
 
 
 
İnformasiya
 cəmiyyəti
 

187 
İnformasiya cəmiyyətinə keçidlə əlaqədar olaraq insanın ümumi mədəniyyətinə 
daha bir kateqoriya – informasiya mədəniyyəti də əlavə edilir. İnformasiya mədə-
niyyəti informasiya ilə məqsədyönlu işlənilməsi və onun əldə olunması, emalı və 
ötürülməsi üçün kompüter texnologiyasından, çağdaş texniki vasitə və metodlardan 
istifadə  edilməsi  bacarığının  olmasını  nəzərdə  tutur.  Başqa  sözlə,  insanın  infor-
masiya mədəniyyətinin əsas göstəriciləri bunlardır: 
•  telefondan tutmuş fərdi kompüterlərə və kompüter şəbəkələrinədək müxtəlif 
texniki qurğulardan istifadə etmək vərdişləri; 
•  informasiya  texnologiyalarını  mənimsəmək  bacarığı  (məsələn:  ofis  proq-
ramlarını, qrafik redaktorları və s.-ni bilmək); 
•  istər dövri mətbuatdan, istərsə də elektron vasitələrin köməyi ilə informasiya 
almaq bacarığı (məsələn: hər hansı qəzet, yaxud jurnalın saytını açıb oxu-
maq); 
•  informasiyanın anlaşıqlı şəkildə təqdimatı və ondan səmərəli istifadə etmək 
bacarığı; 
•  informasiyanın emalının müxtəlif üsullarını bilmək; 
•  müxtəlif növ informasiya ilə işləmək bacarığı. 
Ölkəmizdə informasiya mədəniyyətinin ən vacıb göstəricilərindən biri də insan-
ların ingilis dilini necə bilmələridir. Bu gün informasiya texnologiyalarını müəyyən 
edən  proqram  məhsullarının,  demək  olar  ki,  hamısı  ingilis  dilində  təqdim  olunur. 
Qlobal  informasiya  resurslarından  istifadə  interfeysləri  bu  dildə  yaradılır.  Elmin, 
texnologiyaların və biznesin əksər sahələrində də ingilis dili hakim mövqe tutur. 
Qeyd olunduğu kimi, informasiya cəmiyyətinin hər bir üzvü kompüter vərdişlərinə, 
onun  köməyi  ilə  müxtəlif  sənədlər  yaratmaq  bacarığına,  proqramların  əsas  sinifləri 
haqqında  təsəvvürlərə  və  çalışdığı  sahədə  dərin 
biliklərə malik olmalıdır. Belə bilik və vərdişlərə 
bəzən kompüter savadlılığı deyilir. Başqa insan-
larla əlaqə qurmaq üçün kommunikasiya vasitələ-
rindən lazımi səviyyədə istifadə edə bilmək vacib 
keyfiyyət  hesab  olunur.  Bura  elektron  yazışma 
vasitələrindən istifadə, informasiya sistemlərində 
lazım olan məlumatları əldə etmək, hüquqi və etik 
normaları (qaydaları) bilmək və onlara əməl etmək 
aiddir. 
Dünyada kompüter savadlılığını təsdiq edən 
standartlar  mövcuddur  ki,  onların  içərisində 
ECDL sertifikatı (European Computer Driving 
Licence – Avropa kompüter hüququ) daha geniş 
yayılmışdır. Avropa və ABŞ-da standart kimi qə-
bul  olunan  ECDL  sertifikatı  onu  alan  şəxsin 

İnformasiya mədəniyyəti 

Kompüter savadlılığı 

ECDL sertifikatı
 

AR

zl
ə
r


 
 
 
188 
informasiya texnologiyalarının əsas konsepsiyaları ilə tanış olduğunu, fərdi kompü-
terdən və əsas tətbiqi proqramlardan istifadə edə bildiyini təsdiqləyir. 
ECDL tədris planı "Təməl modullar", "Aralıq modullar" və "Qabaqcıl modullar" 
kimi üç kateqoriyaya bölünür:  
 
Təməl modullar 
Aralıq modullar 
Qabaqcıl modullar 
  Kompüterin əsasları 
  İnternetin əsasları 
  Mətnlərin emalı 
  Elektron cədvəllər  
 
  Təqdimatlar 
  Verilənlər bazaları 
  İnformasiya təhlükəsizliyi 
  Layihə planlaşdırması 
  Onlayn əməkdaşlıq 
  Görüntülərlə iş 
  Veb-proqramlaşdırma 
  İkiölçülü kompüter-dəstəkli 
layihələndirmə 
  Tibbi informasiya 
sistemlərindən istifadə 
  İKT təhsildə 
  Rəqəmsal ticarət 
  Genişlənmiş mətn emalı 
  Genişlənmiş elektron 
cədvəllər 
  Genişlənmiş verilənlər 
bazaları  
  Genişlənmiş təqdimatlar 
 
 
ECDL  sertifikatlaşması  test  mərkəzlərində  aparılır.  Bu  mərkəzlər  orta  və  ali 
məktəblərdə,  tədris  mərkəzlərində,  kadr  hazırlığı  mərkəzlərində  və  digər  müəs-
sisələrdə  yaradıla  bilər.  Test  mərkəzləri  test  imtahanlarını  keçirərək  beynəlxalq 
sertifikatlar vermək səlahiyyətinə malikdir. Bir çox ölkələrdə dövlət qulluğuna işə 
qəbul  zamanı  ECDL  sertifikatının  olması  məcburidir.  Beynəlxalq  qurumlar  da 
ECDL sertifikatlarına xüsusi önəm verir. 
 
 
1. İnternetdən ECDL sertifikatları haqqında əlavə məlumat toplayın. Hansı ölkələrdə bu 
sertifikat  kompüter  savadlılığını  göstərən  əsas  sənəd  hesab  olunur?  İnformatika 
kursunda ECDL tədris planına daxil olan modulların hansılarını öyrənmisiniz? 
2. Siz – bu günün gəncləri kimi 50 il bundan sonrakı cəmiyyəti necə təsəvvür edirsiniz? 
Bu sual üzərində düşünün və fikirlərinizi hər hansı formada təqdim edin. 
 
Özünüzü yoxlayın
 
1. 
“İnformasiya mədəniyyəti” anlayışını izah edin. 
2. 
Kompüter savadlılığı insanda hansı bilik və vərdişlərin olmasını tələb edir? 
3. 
ECDL nədir?
 
4. 
Sizcə, informasiya cəmiyyətində “mədəni insan” daha nələri bilməlidir?
ö y r ə n ə k
A R A Ş D I R A Q  –


 
 
 
 
İnformasiya
 cəmiyyəti
 

189 
 İ
NTERNETDƏ ÜNSİYYƏT. ŞƏBƏKƏ ETİKASI 
 
İnternet şəbəkəsində istifadəçilərə 
müəyyən informasiya xidməti 
göstərən vasitələr İnternet 
xidmətləri adlandırılır. Bu 
xidmətləri iki qrupa bölmək olar: 
kommunikasiya xidmətləri və 
informasiya xidmətləri
 
 
İnternetin hansı 
kommunikasiya xidmətləri var? 
 
Elektron poçt hansı xidmət 
növünə aiddir? 
 
 
 
İnternetdə ünsiyyətin həm müsbət, həm də mənfi tərəfləri var. Bu barədə öz fikirlərinizi 
cədvəlin müvafiq xanalarında qeyd edin. 
 
İnternetdə ünsiyyətin müsbət tərəfləri
İnternetdə ünsiyyətin mənfi tərəfləri 
Elektron poçt 
 
 
Səsli ünsiyyət 
 
 
Mətn mübadiləsi 
 
 
 
 
Bəzən  hər  hansı  problemi  operativ  olaraq  dialoq  prosesində  müzakirə  etmək 
zərurəti yaranır. Belə hallarda onlayn (ingiliscə: on-line – xətdə) adlandırılan real 
zaman rejimində ünsiyyət texnologiyasından istifadə olunur. 
 
 
n ü m u n ə  
Telefonla ünsiyyət həmişə onlayn rejimində baş verir.  
Teleqram göndərərkən siz blankı oflayn rejimində doldurursunuz, sonra teleqrafçı onlayn 
rejimində teleqramı rabitə xətti ilə ötürür; sonra isə teleqramın ünvanlandığı şəxs onu oflayn 
rejimində oxuyur. 
 
 
Onlayn rejim informasiyanın ötürülməsi üçün maksimal operativliyin tələb edil-
diyi hallarda, məsələn, birjalarda, bank işlərində çox tətbiq olunur. Bu üsuldan küt-
ləvi informasiya vasitələri interaktiv sorğular, “canlı” dialoqlar zamanı geniş istifadə 
edir. 
Adi  istifadəçilər  də  ünsiyyət  üçün  onlayn 
xidmətlərdən  yararlana  bilərlər.  Son  zamanlar 
İnternet  istifadəçiləri  arasında  mətn  şəklində 
replikalar mübadiləsi geniş yayılıb. Real zaman 
rejimində  belə  söhbətlərin  aparılmasını  təmin 
edən sistemlər “gap otaqları” adlanır. Gaplarda 
F Ə A L İ Y Y Ə T  
6.3 

İnternet xidmətləri  

Kommunikasiya xidmətləri  

İnformasiya xidmətləri 

Onlayn 

Oflayn 

Gap 

Şəbəkə etikası
 

AR

zl
ə
r


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə