00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə57/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59

 
 
 
 
İnformasiya
 cəmiyyəti
 

193 
Skype  ("skayp"  kimi  tələffüz  edilir)  kompüterlər  arasında  İnternet  vasitəsilə 
mətn, səs və video əlaqəni təmin edən proqram təminatıdır. İlk versiyası 2003-cü 
ildə Estoniyada Priit Kasesalu və Jaan Tallinn tərəfindən işlənib hazırlanıb, hazırda 
Microsoft şirkətinə məxsus Skype Technologies tərəfindən inkişaf etdirilir. Skype 
proqramından IP-telefoniyada geniş istifadə olunur. İstifadəçilər istər səsli, istərsə də 
görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər.  
 
Skype proqramının İnternetdən endirilməsi və quraşdırılması 
 
1.  www.skype.com saytına daxil olun. 
2.  Downloads menyu bəndini açın. 
3.  İşlədiyiniz  qurğunun  növünü  (Computer)  seçin  və  Get  Skype  for  Windows 
düyməsini  çıqqıldadın.  SkypeSetup.exe  quraşdırma  faylı  kompüterinizin 
Downloads qovluğuna köçürüləcək.
 
4.  Həmin faylı qoşa çıqqıldadaraq quraşdırma proqramını başladın. Aşağıdakı dialoq 
pəncərəsi açılacaq. 
 
 
 
5.  Run (Çalışdır) düyməsini çıqqıldadan kimi quraşdırma ekranı açılacaq

6.  Sorğuları  cavablandırdıqdan  sonra  müəyyən  proses  gedəcək  və  sonda  quraş-
dırmanın uğurla başa çatdığı bildiriləcək.  
 
Telekonfrans ünsiyyətində də müəyyən etik qaydalar vardır. Bu qaydaların bə-
ziləri həm dostcasına söhbətlər, həm işgüzar ünsiyyət, həm də elmi polemikalar üçün 
məqbuldur: 
•  Fikirləriniz üst-üstə düşməsə də, başqalarının fikirlərinə hörmətlə yanaşın. 
•  Səhvlərinizi etiraf etməyi bacarın. 
•  Fikirlərinizi təsdiq etmək üçün dəlil-sübutlara əsaslanın. 
•  Mənasız danışıqları vaxtında kəsməyi bacarın. 
Telekonfranslarda  insanlar  müəyyən  bir  mövzunu  müzakirə  etməyə  yığış-
dığından yuxarıda sadalanan qaydalarla yanaşı, onlara başqa normalar da xasdır: 
•  Məlumatlar qısa olmalıdır. 
•  Söylənilən fikirlər problemin mahiyyətinə uyğun olmalıdır. 
A D D I M   1
A D D I M –  


 
 
 
194 
•  Məlumatlar bütün həmsöhbətlərə ünvanlanmalıdır. 
•  Özünü reklam yolverilməzdir. 
•  İrqçi xarakterli fikirlər, təhqirlər və nəzakətsiz qeydlər qadağandır. 
 
Skype proqramında konfrans yaratmaq çox asandır və bunu bir neçə yolla etmək 
olar.  Bunun  bir  yolu    klavişini  basıb  saxlamaqla  əlaqələr  siyahısından 
həmsöhbətləri seçmək və sonra alətlər panelində Conference düyməsini çıqqıldat-
maqdır.  Həmsöhbətlər  çağırışa  cavab  verdikdən  sonra  onlar  konfransa  əlavə 
olunacaqlar.  İkinci  yol  isə  belədir:  əgər  siz  kiminləsə  söhbət  edirsinizsə  və  bu 
söhbətə başqasını da əlavə etmək istəyirsinizsə, siçanın göstəricisini həmin insanın 
adının üzərinə aparıb sağ düyməni basırsınız və Invite to conference (Konfransa 
dəvət et) bəndini seçirsiniz.  
 
Diqqət! 
Konfransa yeni iştirakçıları yalnız onun sahibi, yəni konfransı başladan şəxs əlavə 
edə bilər. 
 
 
Skype proqramında telekonfransın təşkili 
 
1.  Skype proqramını başladın. Proqramın baş pəncərəsi 
açılacaq. 
2.  Alətlər  panelində  New  düyməsini  çıqqıldadın. 
Proqramın  baş  pəncərəsinin sağ  bölümü  yenilənəcək 
və əlaqələr siyahısı açılacaq.  
 
 
 
3.  Əlaqələr siyahısından söhbətə (konfransa) dəvət etmək istədiyiniz şəxsləri seçin və 
Add düyməsini çıqqıldatmaqla onları söhbətə əlavə edin. 
 
4.  Siyahını  qapadın  və  Untitled  conversation  (Adsız  söhbət)  sahəsini  çıqqıldadıb 
söhbətinizin adını (mövzusunu) daxil edin. 
 
A D D I M   2
A D D I M –


 
 
 
 
İnformasiya
 cəmiyyəti
 

195 
5. 
 Video call düyməsini çıqqıldadın. Bir neçə saniyədən sonra dəvət etdiyiniz 
şəxslər söhbətə qoşulacaq.
  
 
 
 
6.  Sonda söhbəti bitirmək üçün 
 düyməsini çıqqıldadın.  
 
 
 
 
Skype proqramının əlavə imkanları haqqında məlumat toplayın (məsələn: söhbət edə-
edə faylı necə göndərməli). Sonra bir dostunuza bu proqram vasitəsilə zəng edin. Onunla 
söhbət gedişində başqa bir yoldaşınızı da bu söhbətə dəvət edin.  
Telekonfransda ən çoxu neçə nəfər iştirak edə bilər?       
 
Özünüzü yoxlayın
 
1. 
Telekonfrans hansı İnternet xidməti növünə aiddir? 
2. 
Telekonfransların hansı üstünlükləri var? 
3. 
Aparıcının vəzifəsi nədən ibarətdir? 
4. 
Telekonfrans iştirakçılarının sayı nə qədər ola bilər? 
5. 
Telekonfranslarda davranış qaydalarının hansı özəllikləri var? 
 
 
 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –


 
 
 
196 
 E
LEKTRON HÖKUMƏT 
 
Yaşadığımız dövrdə ölkələrdə demokratiya səviyyəsinin göstəri-
cilərindən biri də "elektron hökumət”in formalaşdırılması hesab 
edilir.  "Elektron  hökumət”  müasir  informasiya  texnologiyala-
rından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə və xarici 
vətəndaşlara, hüquqi və fiziki şəxslərə informasiya və e-xidmət-
lərin  göstərilməsinə  şərait  yaradır.  Yaradılan  yeni  imkanların 
əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları 
və  vətəndaşlar  arasında  olan  "məsafəni”  mümkün qədər qısalt-
maq, bu münasibətləri asanlaşdırmaq və şəffaflaşdırmaqdır. Bu 
məqsədə  nail  olmaq  üçün  dövlət  orqanları  tərəfindən  elektron 
xidmətlərin  geniş  tətbiqi, onların  sayının  və  keyfiyyətin  artırıl-
ması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi 
vacibdir.
 
 
 
 
Şəxsiyyət vəsi-
qənizi haradan 
almısınız? 
 
Mənzilinizin kom-
munal borclarını 
harada ödəyirsiniz? 
 
 
 
 
1.  "Elektron hökumət portalı"na daxil olun (e-gov.az). 
2.  Elektron hökumət menyusundan Ümumi məlumat bəndini seçin və portal haqqında 
ümumi məlumatla tanış olun.    
 
 
 
– Portalda nə qədər təsdiq olunmuş xidmət var? 
– Neçə dövlət qurumu bu portal vasitəsilə öz xidmətlərini təklif edir? 
 
Elektron  hökumət  (və  ya  elektron  dövlət)  dedikdə  informasiyanın  elektron 
emal, ötürmə və yayılma vasitələri əsasında dövlət idarəetməsinin təşkili, hakimiyyə-
tin bütün qollarındakı dövlət orqanlarının xidmətlərinin 
elektron vasitələrlə vətəndaşların bütün kateqoriyalarına 
(pensiyaçılara,  fəhlələrə,  iş  adamlarına,  dövlət  qulluq-
çularına  və  b.)  təqdim  olunması,  həmin  vasitələrlə 
F Ə A L İ Y Y Ə T
6.5 

Elektron hökumət   

Elektron dövlət 

ASAN xidmət
 

AR

zl
ə
r


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə