00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə56/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59

 
 
 
190 
həmsöhbətlərdən birinin kompüterində yığılmış mətn eyni zamanda başqasının da 
ekranında görünür. 
İnternetdə danışıq və ya səs siqnallarını ötürmək üçün İnternet-telefoniya texno-
logiyasından  istifadə  olunur.  Danışıq  zamanı  səs  siqnalları  sıxılıb  kodlaşdırılaraq 
verilənlər paketinə çevrilir. Sonra bu paketlər İnternet vasitəsilə əks tərəfə göndərilir. 
Adresata  çatan  paketlər  dekodlaşdırılaraq  yenidən  səs  siqnalına  çevrilir.  İnternet-
telefoniyada danışıq haqqı adi telefon rabitəsi ilə müqayisədə bir neçə dəfə aşağıdır 
(xüsusən beynəlxalq danışıqlar üçün). 
İctimai yerlərdə davranış qaydalarını uşaqlıqdan öyrədirlər. Virtual ünsiyyət ger-
çək həyatda baş verən ünsiyyətdən fərqlənir. Həmsöhbətləriniz sizi görmürlər, onlar 
nə  sizin  üstünlüklərinizi,  nə  də  çatışmazlıqlarınızı  bilirlər,  heç  kəsi  sizin  ictimai 
mövqeyiniz maraqlandırmır. Bəzən virtual ünsiyyət zamanı həmsöhbətlərdən kimsə 
öz  davranışına  görə  heç  bir  cəza  almayacağını 
bilərək  başqalarını  təhqir  edə,  özündən  çıxara, 
yaxud, sadəcə, zəhləsini tökə bilər. Buna görə də 
şəbəkədə iş zamanı ümumi qəbul olunmuş mü-
əyyən  qaydalara  –  ünsiyyət  etikasına  riayət 
etmək  lazımdır.  Hər  bir  şəbəkə  ünsiyyət  üsu-
lunun öz etik qaydaları var. 
Elektron  poçt  vasitəsilə  ya-
zışma məktublaşanlar arasında mü-
nasibətdən asılı olaraq işgüzar, ya-
xud  şəxsi  ola  bilər.  Şəxsi  məktub-
lara etika baxımından ciddi tələblər 
qoyulmur.  Yaxın  dostunuza  yazdı-
ğınız  istər  adi,  istərsə  də  elektron 
məktubda özünüz üçün məqbul olan 
istənilən  sözdən  istifadə  edə  bilər-
siniz.  Şəxsi  yazışmada  məktubun 
üslubu  və  ifadə  tərzi  məktublaşan 
insanların  tanışlıq  səviyyəsindən 
asılı olur. 
Adi işgüzar yazışmalarda qəbul olunmuş “qızıl” qaydalar isə bunlardır: 
•  Yalnız məğzini verməklə fikirlərinizi qısaca ifadə edin. 
•  Savadlı yazın. 
•  Başqalarından nəzakət tələb edirsinizsə, özünüz də nəzakətli olun. 
•  Aldığınız məktubun cavabını gecikdirməyin. 
•  Ümumi ifadələrlə “canınızı qurtarmayın”. Deməyə sözünüz yoxdursa, bunu 
nəzakətlə bildirib yazışmaya son qoyun. 
Elektron yazışmalarda bu göstərilənlərə aşağıdakı qaydalar da əlavə olunmalıdır: 
•  Məktubun mövzusunu göstərin. İstifadəçilərin çoxu virusların qorxusundan 
mövzusu  olmayan,  yaxud  mövzusu  şübhəli  olan  məktubları  oxumadan 
uzaqlaşdırırlar. 
•  Elan etdiyiniz mövzuya uyğun fikirlər yazın. 
•  Məktubunuzun sonunda kimliyinizi bildirin. 
• Tarixdə ilk birbaşa (canlı) efir 
1936-cı il avqustun 1-dən 16-dək 
Berlində keçirilən XI Yay 
Olimpiya Oyunlarının açılış 
mərasiminin translyasiyası olub. 
Tari
x
 


 
 
 
 
İnformasiya
 cəmiyyəti
 

191 
•  Qabaqcadan arxivləşdirmədən irihəcmli fayllar göndərməyin. 
•  Əgər  məktubunuzda  adresatların  hamısı  üçün  mühüm  və  faydalı  in-
formasiya yoxdursa, onu bir neçə ünvana “səpələməyin”. Sizin ünvanınızı 
arzuolunmaz adresat kimi “qara siyahı”ya sala bilərlər. 
Gənclər arasında çox geniş yayılmış gap xidməti ən demokratik şəbəkə ünsiyyət 
üsulu olsa da, orada da müəyyən qaydalara əməl etmək məsləhətdir: 
•  İştirakçıların əksəriyyətinin ünsiyyətdə olduğu dildən istifadə edin. Bu həm 
xarici dillərə, həm də slenqə aiddir. 
•  Özünüzü ağıllı göstərməyə çalışmayın. Bu, həmsöhbətinizi sizin əleyhinizə 
çevirə bilər. Məlumatları sadə və aydın şəkildə göndərin. 
•  Hər hansı səbəbdən həmsöhbətləriniz sizi qane etmirlərsə, gapdan uzaqlaş-
sanız, daha yaxşı olar. 
•  Müəyyən mövzu üzrə ixtisaslaşan gap-serverdəsinizsə, söhbətin mövzusun-
dan kənara çıxmayın. Sözün həqiqi mənasında gap etmək istəyənlər üçün 
xüsusi serverlər mövcuddur. 
•  Qeyri-normativ leksikadan istifadə etməyin. Gapların əksəriyyəti izlənilir: 
etikanı pozan “ağzıyavalar” serverdən uzaqlaşdırılır. 
Daha bir neçə qayda: 
•  Qondarma  addan  (ingiliscə:  nik)  istifadə  edin,  çünki  gaplar  qeyri-rəsmi 
ünsiyyət üçündür. Bu növ ünsiyyətdən tez-tez istifadə edirsinizsə, qondarma 
adınızı dəyişməyin. 
•  Gapa daxil olanda salamlaşın. 
•  Replikanıza cavab verilmirsə, onu bir neçə dəfə təkrarlamayın, çünki sizin 
haqqınızda hövsələsiz, yaxud zəhlətökən həmsöhbət təəssüratı yarana bilər. 
Cavab almaq üçün bir qədər gözləyin – o gecikə də bilər. 
 
 
Nümunə üçün bir neçə elektron məktub götürün. Onların məzmununu yazışma etikası 
baxımından təhlil edin. Çatışmazlıqları və düzgün məqamları qeyd edin. 
 
Özünüzü yoxlayın 
1. 
Şəbəkədə davranış normaları nəyə lazımdır? 
2. 
Elektron yazışmalarda hansı qaydalara əməl olunmalıdır? 
3. 
Gapda həmsöhbətlərlə necə davranmaq lazımdır? 
4. 
İnternet-telefoniyanın ənənəvi telefon rabitəsindən hansı üstünlükləri var? 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –


 
 
 
192 
 T
ELEKONFRANS 
 
 
 
"Konfrans" nə deməkdir? 
 
"Telekonfrans" sözündə "tele" hissəciyi nəyi bildirir? 
 
İnternetin  geniş  yayılmış  kommunikasiya  xidmətlərindən  biri  də  telekonfrans 
rabitəsidir. Telekonfrans şəbəkə istifadəçiləri arasında müəyyən mövzu üzrə mütə-
şəkkil  informasiya  mübadiləsidir.  Elm  və  texnikanın  müxtəlif  sahələrə  geniş 
inteqrasiyasını  nəzərdə  tutan  müasir  dövrümüzdə  bu  telekommunikasiya  ünsiyyət 
növü  xüsusilə  aktualdır.  Telekonfranslar  üçün  nə  coğrafi,  nə  də  dil  sərhədləri  var. 
Telekonfransda mühüm rolu aparıcı oynayır. İştirakçıların dəvət edilməsi, ünsiyyət 
dilinin  seçilməsi,  müzakirələrin  idarəolunması  və  onlara  yekun  vurulması  kimi 
təşkilati işlər aparıcıya həvalə edilir. Konfrans iştirakçılarının tərkibinə və sayına, eləcə 
də onun müddətinə heç bir məhdudiyyət qoyulmur, müzakirələr yarım il də çəkə bilər. 
Öz məruzəsini, yaxud məlumatını təqdim edən iştirakçı ayrıca bir adresata deyil, konf-
ransın  bütün  iştirakçılarına  müraciət  edir.  Adətən,  telekommunikasiya  şəbəkəsində 
eyni vaxtda müxtəlif mövzularda çoxlu sayda konfranslar keçirilir və istifadəçi onların 
istənilən birində iştirak edə bilər. 
İnternet  üzərindən  telekonfranslar  təşkil  etmək  üçün 
çox  sayda  proqramlar  vardır.  Onların  içərisində  Cisco 
TelePresenceGoogle  HangoutsSkypeGoToMeeting
TrueConf kimi proqramlar daha populyardır. 
 
  
     
     
    
 
 
6.4 

Telekonfrans   

Aparıcı 

Skype proqramı
 

AR

zl
ə
r


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə