00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə54/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59

 
 
 
184 
İnformasiya cəmiyyətinin bəzi xarakterik cəhətləri bunlardır: 
1.  İnformasiyanın həcmi artdığından onun emalı və saxlanması insanın öz 
imkanı  xaricindədir,  ona  görə  də  bu  işə  xüsusi  texniki  vasitələr  cəlb 
edilir. Kompüterlərdən istifadə qaçılmazdır, onlar etibarlı informasiya 
mənbələrindən istifadə etməyə imkan verir, faydasız işi azaldır, optimal 
qərarların  qəbul  olunmasını  sürətləndirir  və  informasiyanın  emalını 
avtomatlaşdırır. 
2.  Cəmiyyətin hərəkətverici qüvvəsi informasiya məhsulunun istehsalıdır. 
Əhalinin  bilavasitə  maddi  sərvətlər  istehsal  etməyən  yeni  sosial  
təbəqəsi yaranıb. Bu insanlar (müəllimlər, bank işçiləri, proqramçılar və 
b.)  informasiyanı  emal  etməklə  məşğuldurlar.  Bu  cəmiyyətdə  maddi 
nemətlərin özləri də daha çox “informasiya tutumlu”dur. Onun dəyəri  
innovasiyalardan, dizayn həllərindən, marketinq keyfiyyətindən asılıdır. 
İntellektual  əməklə  bağlı  sənət  sahələrini  seçən  insanların  sayı  artıb. 
Enerji və maddi məhsullar istehsalını maşınlar təmin edir, insan isə əsas 
etibarilə  informasiyanın  emalı  ilə  məşğul  olur.  İstehsalatda  insanların 
sayı azalıb, onların yerini robot və manipulyatorlar tutur. İnformasiya 
xidmətləri bazarı yaranıb və inkişaf edir. İnformasiya məhsul və xidmət 
növünə çevrilib və bu məhsulu adi əmtəə kimi alıb-satmaq mümkündur.  
3.  Dəyərlər dəyişərək yeni həyat tərzi formalaşıb, asudə vaxtda məşğuliy-
yətlər  dəyişib.  Kompüter  oyunları  insanın  boş  vaxtının  əsas  hissəsini 
tutub.  Bu  oyunlar  uzaq  məsafədə  yerləşən  bir  neçə  oyunçunu  özündə 
birləşdirən  şəbəkə  sisteminə  transformasiya  olunub.  İnternetdə  vaxt 
keçirənlərin  sayı  artıb.  Onlar  tədris  saytlarına  və  virtual  muzeylərə 
səyahət  edir,  lazımi  ədəbiyyatı  tapıb  oxuyurlar.  İnternetdə  onlayn 
ünsiyyət xidməti istifadəçilər tərəfindən çox bəyənilir. 
4.  Kompüter texnikası, kompüter şəbəkələri, informasiya texnologiyaları  
inkişaf  edib,  özündə  müxtəlif  qurğuların  funksiyalarını  cəmləşdirən 
(kompüter,  televizor,  radio,  telefon  və  s.)  müasir  multimedia  sistem-
lərinin  istifadəsi  informasiya  texnologiyalarının  universallaşmasına 
gətirib çıxarıb. 
5.  Evlərdə cürbəcür elektron cihazlar və kompüterləşdirilmiş qurğular var. 
Mənzillər naqillər sisteminin əvəzinə bir cərəyan və 
bir  də  informasiya  kabeli  ilə  təchiz  olunub.  İnfor-
masiya  kabeli  rabitə,  televiziya  kanallarını  və 
İnternetə  çıxışı  özündə  birləşdirir.  Xüsusi  elektron 
blok  bütün  məişət  avadanlığına  və  yaşayış  sistem-
lərinə nəzarət edir.  
6.  Təhsil  sahəsində  fasiləsiz  təhsil  sistemi  yaranıb. 
İnsanlar  zamanla  ayaqlaşmaq,  sənəti  dəyişmək  və 
cəmiyyətdə layiqli yer tutmaq üçün ömürboyu oxu-
maq imkanı qazanıb. Uşaqlar kompüter proqramları və telekommunika-
siyalar vasitəsilə evdə təhsil ala bilir. Bununla əlaqədar tədris prosesində 
təlimin  formaları  dəyişib  və  təlimin  tərbiyəvi  aspektləri  ilə  bağlı 
problemlər yaranır. 


 
 
 
 
İnformasiya
 cəmiyyəti
 

185 
Cəmiyyətin  informasiyalaşdırılması  prosesi  cəmiyyətin  hər  bir  üzvünə  öz 
tələbatına uyğun informasiya almaq imkanı verir.   
 
 
 
 
1.  İnformasiya  cəmiyyəti  bəşəriyyətə  yeni  imkanlar  verir,  ancaq  yeni  problemlər  də 
yaradır. Bunlardan dövlət və kütləvi informasiya vasitələrinin qarşılıqlı əlaqəsi, fərdi 
məlumatların  qorunması,  iqtisadi  təhlükəsizlik,  müəllif  hüquqlarının  qorunması  və 
başqa problemləri göstərmək olar. Bu problemlərdən birini seçin və onun mahiyyəti 
haqqında araşdırma aparın. Problemin həlli ilə bağlı fikirlərinizi bildirin. 
2. Dövlət Statistika Komitəsinin saytından (www.stat.gov.az) istifadə etməklə Azərbay-
canda əhalinin məşğulluğu ilə bağlı son 10 ilin statistik göstəricilərini araşdırın; hazırda 
əhalinin neçə faizi aqrar, neçə faizi sənaye, neçə faizi xidmət sahəsində çalışır? İnfor-
masiya sahəsinə aid fəaliyyət növlərini müəyyən edin; son 10 ildə bu fəaliyyət növü ilə 
məşğul olan əhalinin artım dinamikası necədir?   
 
Özünüzü yoxlayın
 
1. 
Bəşər tarixində hansı informasiya inqilabları olmuşdur? 
2. 
İnformasiya cəmiyyətini xarakterizə edən cəhətlər hansılardır? 
3. 
Yaşadığımız cəmiyyət informasiya cəmiyyəti adlandırıla bilərmi? 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
Kitab çapı iki dəfə ixtira olunub: Çində və orta əsrlərdə Avropada. Bəzi mənbələrə 
görə, Çində bu ixtira 581-ci ildə baş verib, ancaq Çin mənbələri bunun 936 və 993-cü 
illər arasında baş verdiyini qeyd edirlər. Dəqiq tarixi məlum olan ilk mətn isə 868-ci 
ildə  çap  olunmuş  və  buddizmin  əsas  cərəyanlarından  birinin  təməl  mətni  "Almaz 
sutra"nın surətidir.
 
Bu 
m
ar
aql
ıdır
 


 
 
 
186 
 
 
İ
NFORMASİYA MƏDƏNİYYƏTİ 
 
Şəxsi mədəniyyət dedikdə, adətən, konkret insanın ma-
lik olduğu sosial əhəmiyyətli bilik və vərdişlər toplusu 
nəzərdə  tutulur.  İnsanın  mədəniyyətini  müəyyən  edən 
amillər bunlardır:  
1) biliklər, bacarıqlar, peşə vərdişləri;  
2) intellektual, estetik və əxlaqi inkişaf səviyyəsi
3) başqa insanlarla qarşılıqlı ünsiyyət üsulları və 
formaları. 
Bu o deməkdir ki, insan öz əqli qabiliyyətini nə qədər 
çox inkişaf etdirirsə, nə qədər düşünürsə, onun fərdi 
mədəniyyəti də bir o qədər yüksəlir. Ona görə də 
incəsənət və ya elmlə məşğul olan insan ilə fiziki 
əməklə məşğul olan insanın mədəniyyət səviyyəsinə 
qoyulan tələblər eyni olmur.
 
 
İnformasiya-kommunika-
siya texnologiyalarından 
istifadə edə bilməyən insanı 
mədəni saymaq olarmı? 
 
 
 
İKT sahəsində bilik və bacarıqlarınızın səviyyəsinə dair özünüzün verdiyiniz qiyməti əks 
etdirən aşağıdakı cədvəli doldurun. 
 
№ 
Bilik və bacarıqlar 
Bilik səviyyəniz (1 – 5) 

Kompüterlərin  təməl  və  yardımçı  qurğularını, 
onların iş prinsipini bilirəm. 
 

Kompüterdə  fayl  və  qovluqlar  üzərində  müxtəlif 
əməliyyatlar apara bilirəm. 
 

Mətn  redaktorunda  mürəkkəb  mətnlər  yaradır  və 
onları formatlaya bilirəm. 
 

Düsturlardan  istifadə  etməklə  elektron  cədvəllər 
qura bilirəm. 
 

Verilənlər bazasının əsas anlayışlarını bilirəm. MS 
Access  proqramında  verilənlər  bazası  və  onun 
əsasında hesabatlar hazırlayıram.  
 

Təqdimatlar hazırlayır və onları nümayiş etdirə bili-
rəm. 
 

İnternetin müxtəlif xidmətlərindən istifadə edirəm.   

ALPLogo mühitində proqramlaşdırmağı bacarıram. 
Sadə riyazi məsələlərin alqoritmini qurur və onları 
Python dilində yazıb icra edə bilirəm.  
 
– Göstərilən istiqamətlər üzrə ümumi bilik səviyyənizi neçə balla qiymətləndirirsiniz? 
– Müasir insanın İKT sahəsində daha nələri bilməsini vacib hesab edirsiniz? 
 
F Ə A L İ Y Y Ə T  
6.2 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə