00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə58/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   59

 
 
 
 
İnformasiya
 cəmiyyəti
 

197 
vətəndaşların  dövlət  orqanlarının  işi  haqqında  məlumatlandırılması  nəzərdə  tutulur.
 
Bəzi  ölkələrdə  (o  cümlədən  Azərbaycanda)  bu  anlayış  faktik  olaraq  hakimiyyətin 
vətəndaş  cəmiyyəti  ilə  elektron  mühitdə  qarşılıqlı  əlaqəsi  kimi  başa  düşülür.  Qərb 
ölkələrində (ilk növbədə, ABŞ və Böyük Britaniyada) isə ona, ümumiyyətlə, dövlətin 
fəaliyyətinin  effektivliyini  yüksəltməyə  yönəlmiş  konsepsiya  kimi  baxılır.  Elektron 
hökumət (e-hökumət) dövlət informasiyasına vətəndaşların sərbəst çıxışının olmasını, 
dövlət orqanlarının kağızsız kargüzarlığa keçirilməsini, bütün dövlət orqanlarında illik 
effektli iş göstəricilərinin qurulmasını və onların həm parlament, həm də vətəndaşlar 
tərəfindən  müntəzəm yoxlanmasını, dövlət qulluqçularını identifikasiya etmək üçün 
dövlət  orqanlarında  plastik  kartların  tətbiqini  və  bu  kimi  başqa  işlərin  gerçəkləş-
dirilməsini nəzərdə tutur. 
Elektron hökumət daxilində münasibətlərin üç modeli vardır: 
  G2C (government-to-citizen) – hökumət və vətəndaşların qarşılıqlı əlaqəsi.  
  G2B (government-to-business) – hökumət və biznesin (özəl şirkətlərin) 
qarşılıqlı əlaqəsi.  
  G2G (government-to-government) – hökumətin müxtəlif qollarının, 
hökumətin dövlət qulluqçuları ilə qarşılıqlı əlaqəsi. 
Vətəndaşların və biznes strukturlarının dövlət orqanları ilə qarşılıqlı əlaqəsini 
asanlaşdırmaq və ictimai sektorun effektivliyini yaxşılaşdırmaq üçün e-hökumətdə 
İnternet texnologiyasından istifadə olunur. 
Ölkəmizdə  elektron  hökumətin  formalaşdırılması  beynəlxalq  təcrübəyə  əsas-
lanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə 
və  informasiya  texnologiyalarının  inkişafı  üzrə  2010–2012-ci  illər  üçün  Dövlət 
Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamı, “Dövlət 
orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haq-
qında” 23 may 2011-ci il tarixli fərmanı və digər normativ-hüquqi aktlar çərçivəsin-
də həyata keçirilir.  
 
 
 
"Elektron hökumət portalı"nda qeydiyyat 
1.  "Elektron hökumət portalı"na daxil olun (e-gov.az). 
2.  Qeydiyyat düyməsini çıqqıldadın. İstifadəçi qaydaları səhifəsi açılacaq. 
3.  Qaydalarla tanış olub uyğun sahəni qeyd edin və Davam et düyməsini çıqqıldadın. 
Şəxsiyyət vəsiqəsinin doğruluğu səhifəsi açılacaq. 
A D D I M   1
A D D I M –  
İngilscə "e-government" anlayışına "elektron dövlət" anlayışı daha çox uyğun gəlir, 
ancaq Azərbaycanda "elektron hökumət" anlayışına üstünlük verilir. Doğrudur, belə 
tərcümə yolveriləndir, ancaq "elektron hökumət" anlayışı məsələnin mahiyyətini tam 
əhatə  etmir.  Belə  ki,  müasir  beynəlxalq  hüquqi  sənədlərdə  "government"  termini 
bütövlükdə dövləti göstərmək üçün istifadə edilir.     
Bu maraqlıdı
r


 
 
 
198 
 
 
 
4.  Şəxsiyyət vəsiqənizin tələb olunan məlumatlarını daxil edin və Növbəti düyməsini 
çıqqıldadın. Portala giriş üçün kod və parol
 
səhifəsi açılacaq. 
5.  Sistemə  giriş  üçün  tələb  olunacaq  istifadəçi  adınızı  və  parolunuzu  daxil  edin  və 
Növbəti düyməsini çıqqıldadın. Şəxsiyyət vəsiqənizin məlumatlarının əks olunduğu  
Şəxsi məlumatlar
 
səhifəsi açılacaq. 
6.  Əlavə  tələb  olunan  məlumatları  daxil  edin  və  Növbəti  düyməsini  çıqqıldadın. 
Şəxsiyyətin doğruluğu
 
səhifəsi açılacaq. 
 
 
 
7.  Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini 
çıqqıldadın. Hesabın aktivləşdirilməsi
 
səhifəsi açılacaq. 
8.  Kodu  göndər  düyməsini  çıqqıldadın.  Qeyd  etdiyiniz  mobil  telefon  nömrəsinə 
aktivləşdirmə  kodu  gələcək.  Həmin  kodu  daxil  edin  və  Təsdiqlə  düyməsini  çıq-
qıldadın. 
9.  Hesabınızın aktivləşdirildiyi haqqında bildiriş çıxacaq.   
 
 
 
 
"Elektron hökumət portalı"nda elektron xidmətlərdən istifadə edilməsi 
 
1.  Portala giriş düyməsini çıqqıl-
dadın  və  təklif  olunan  variant-
lardan sonuncunu seçin. 
 
A D D I M   2
A D D I M –


 
 
 
 
İnformasiya
 cəmiyyəti
 

199 
2.  Tələb  olunan  istifadəçi  adınızı  və  parolunuzu  daxil  edin  və  Daxil  ol  düyməsini 
çıqqıldadın. Yanlışlıq yoxdursa, portalın bütün xidmətləri istifadənizə açılacaq. 
3.  Elektron arayışlar düyməsini çıqqıldadın və açılan siyahıdan Şəxsiyyət vəsiqəsi 
məlumatları üzrə arayış bəndini seçin.  
4.  Daxili İşlər Nazirliyinin “Giriş-çıxış və qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış 
Məlumat-Axtarış Sisteminə (İAMAS)  sorğu göndəriləcək və şəxsiyyət vəsiqənizin 
məlumatları  PDF  formatında  ekranda  əks  olunacaq.  İndi  siz  bu  arayışı  çap  edib, 
yaxud  elə  bu  elektron  formada  (dövlət  orqanından  alınmış  rəsmi  arayış  kimi) 
istənilən tələb edən quruma təqdim edə bilərsiniz.    
 
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fər-
manına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət 
və  Sosial İnnovasiyalar üzrə  Dövlət  Agentliyinin 
tabeliyində  “ASAN  xidmət”  mərkəzləri  yara-
dılmışdır. Bu mərkəzlər dövlət orqanları tərəfindən 
göstərilən  xidmətlərin  vahid  və  əlaqələndirilmiş 
formada həyata keçirilməsini təmin  edən qurum-
lardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə mü-
nasibətdə vətəndaş məmnunluğunun təmin olunması istiqamətində yeni yanaşmanın 
formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə 
yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, 
nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.
 
 
 
1.  www.e-gov.az  portalına  daxil  olun.  İstədiyiniz  bir  dövlət  qurumunu  seçin  və  onun 
təqdim etdiyi elektron xidmətlərlə tanış olun. Bu haqda təqdimat hazırlayın. 
2. www.asan.gov.az saytına daxil olun. Təqdim olunan xidmətlərin siyahısı ilə tanış olun. 
“ASAN  xidmət”  mərkəzlərinin  yaradılmasında  başlıca  məqsədlərin  nə  olduğunu 
öyrənin. 
ASAN qısaltmasının açılışı nə deməkdir? Şəxsiyyət vəsiqəsi almaq üçün nə 
qədər rüsum ödənilməlidir?
 
 
Özünüzü yoxlayın 
1. 
"Elektron hökumət" nə deməkdir? 
2. 
Ölkəmizdə "Elektron hökumət"ə keçid prosesi nə vaxtdan başlayıb? 
3. 
"Elektron  hökumət  portalı"nda  qeydiyyatdan  keçmək  üçün  hansı  məlumatlar  tələb 
olunur? 
4. 
“ASAN xidmət” nə deməkdir?  
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə