00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə19/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   59

 
 
 
 
Modelləşdi
rmə
 

55 
olmur.  İnformasiya  modellərinin  özlərini  də  bir  neçə  növə  ayırmaq  olar.  Adətən, 
təsviri informasiya modellərinin yaradılmasında təbii dillərdən və şəkillərdən isti-
fadə olunur. Elm tarixində çoxlu sayda təsviri informasiya modelləri məlumdur; mə-
sələn, vaxtilə Kopernikin irəli sürdüyü dünyanın heliosentrik modeli aşağıdakı kimi 
ifadə olunur: 
  Yer öz oxu ətrafında fırlanır; 
  Yer və bütün digər planetlər Günəşin ətrafında fırlanır.  
İnsanlar öz fəaliyyətlərində təbii dillərlə yanaşı, formal dillərdən də istifadə edir-
lər. Formal dillər insanın müxtəlif fəaliyyət sahələri üçün yaradılmış və öz əlifbası, 
qrammatik  qaydaları,  sintaksisi  olan  xüsusi  dillərdir.  Formal  dillərə  örnək  olaraq 
musiqi dilini (notları), riyazi dili (rəqəmlər, riyazi işarələr), proqramlaşdırma dillə-
rini göstərmək olar.  
 
 
 
a = 
int
(
input
(
'Birinci ədədi daxil edin: '
)) 
b = 
int
(
input
(
'İkinci ədədi daxil edin: '
)) 
  
while
 a!=0 
and
 b!=0: 
    if
 a > b: 
        a = a % b 
    else

        b = b % a 
  
print
 (a+b) 
 
Formal dillərin köməyi ilə formal informasiya modelləri (riyazi, məntiqi və s.) 
qurulur. Geniş istifadə olunan formal dillərdən biri riyazi dildir. Riyazi işarələr və 
düsturlar vasitəsilə qurulan modellər riyazi modellər adlanır. Riyazi dil formal dil-
lərin toplusudur; onlardan bəziləri ilə (cəbr, həndəsə, triqonometriya) siz riyaziyyat 
dərslərində  tanış  olursunuz,  başqaları  haqda  isə  (çoxluqlar  nəzəriyyəsi,  kompleks 
dəyişənli funksiyalar nəzəriyyəsi və s.) ali təhsil pilləsində məlumat verilir. 


 
56 
 
 
Cəbri dil kəmiyyətlər arasındakı asılılıqları formallaşdırmağa imkan verir. Belə 
ki, Nyuton mexanika qanunlarını, ümumdünya cazibə qanununu kəşf etməklə və on-
ları cəbri asılılıq şəklində yazmaqla dünyanın heliosentrik sistemini formallaşdırdı. 
Fizika kursunda cəbri dildə ifadə olunmuş müxtəlif funksional asılılıqlar verilir ki, 
onlar öyrənilən hadisə, yaxud proseslərin riyazi modelidir. 
 
n ü m u n ə  
Riyazi modellər 
 
 
Məntiq  cəbri  formal məntiqi modelləri  qurmağa  imkan  verir.  Mühakimələr 
cəbrinin köməyi ilə təbii dildə verilmiş sadə və mürəkkəb mühakimələri formallaş-
dırmaq, yəni onları məntiqi ifadələr şəklində yazmaq olar. Məntiqi modellərin qu-
rulması məntiqi məsələləri həll etməyə, kompüter qurğularının məntiqi modellərini 
qurmağa imkan verir.    
Formal  dillər  vasitəsilə  informasiya  modellərinin  qurulması  prosesinə  formal-
laşdırma deyilir. 
Ətraf aləmin dərk olunması prosesində insanlar daim modelləşdirmədən və for-
mallaşdırmadan istifadə edirlər. Yeni obyekti öyrənərkən, adətən, əvvəlcə təbii dildə 
onun  təsviri  informasiya  modeli  qurulur,  sonra  isə  o  formallaşdırılır,  yəni  formal 
dillərlə (riyazi, məntiqi və s.) ifadə olunur.   
Formal  modelləri  tədqiq  edərkən  çox  zaman  onları  vizuallaşdırırlar;  məsələn, 
obyektlərin  fəzada  bir-birinə  nəzərən  yerləşmələrini  vizuallaşdırmaq  üçün  sxem-
lərdən,  qurğuların  məntiqi  modellərini  vizuallaşdırmaq  üçün  məntiqi  sxemlərdən 
istifadə  olunur.  Formal  fiziki  modellər  animasiya  vasitəsilə  vizuallaşdırıla  bilər. 
Vizual modellər, adətən, interaktiv olur, yəni tədqiqatçı proseslərin ilkin şərtlərini 
və parametrlərini dəyişə və bundan asılı olaraq nəticənin də dəyişməsini müşahidə 
edə bilər.  
 
 
h
a
b
V=   abh 
c
2
= a

+ b
2
 
S=
 



Kiyev  şəhərində  mikrominiatürlər  muzeyi  fəaliyyət 
göstərir.  Orada  nümayiş  olunan  hər  bir  eksponat 
bənzərsiz  və  təkrarsızdır;  məsələn,  tükün  içərisində 
qızılgül.  İnsan  tükünün  içərisində  uzununa  deşik 
açılıb və tam şəffaflıq alınanadək pardaqlanıb. Sonra 
onun  içərisinə  qalınlığı  0,05  millimetr  olan  qızılgül 
budağı yerləşdirilib.
 
Bu 
m
ar
aql
ıdır


 
 
 
 
Modelləşdi
rmə
 

57 
Alqoritmlər müasir informasiya texnologiyalarının əsasını təşkil edir. Əslində, 
alqoritm  məsələnin  həllinin  informasiya  modelidir.  Alqoritmin  icraçısı  qoyulan 
məsələnin mahiyyətinə varmadan alqoritmi formal olaraq yerinə yetirir.  
Alqoritmlərin  hazırlanması  və  icra  olunması  zamanı  insan  blok-sxemlərdən 
istifadə edir. Blok-sxem alqoritmi daha əyani təsvir etməyə və onda əsas alqoritmik 
strukturları (xətti, budaqlanma, dövr) müəyyənləşdirməyə imkan verir. İnsan blok-
sxem əsasında alqoritmin yerinə yetirilməsini izləyə bilər, çünki blok-sxemin ele-
mentlərini birləşdirən oxlar əməllər ardıcıllığını göstərir. 
 
 
Məktəbiniz və ona ən yaxın məsafədə yerləşən 5–6 məktəb əsasında qraf informasiya 
modeli qurun. Məktəblər arasında təxmini məsafələri bu qrafın tilləri üzərində qeyd edin. 
Qrafı çəki matrisi şəklində göstərin. 
Bu qrafın ən yaxın iki təpəsi hansıdır? Çəki matrisinin Python dilində təsviri necə olacaq 
və həmin təsviri də informasiya modeli hesab etmək olarmı?  
 
 
Özünüzü yoxlayın
  
1. 
Maddi və informasiya modellərinə nümunələr göstərin. 
2. 
Formallaşdırma nədir? Formal modellərə nümunələr göstərin. 
3. 
S = vt düsturunu hansı növ modelə aid etmək olar? 
4. 
Düzbucaqlı üçbucaqda katetlər ilə hipotenuz arasında münasibətləri formal model əsa-
sında göstərin. 
5. 
Göstərilmiş  sxem  hansı  riyazi  məsələnin  modelidir?  Bu  modeli  düstur  vasitəsilə  necə 
təqdim etmək olar?  
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
BAŞLANĞIC
GİRİŞ 
YOX 

SON
ÇIXIŞ 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə