00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə16/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   59

 
 
 
 
 
44 
 
 
 
 
 
 
Rəqəmli imza haqqında məlumat toplayın və aşağıdakı 
sualları cavablandırın.  
–  Rəqəmli (elektron) imza adi imzadan nə ilə 
fərqlənir? 
–  Rəqəmli imza əldə etmək üçün nə tələb olunur? 
–  Rəqəmli imza texnologiyası nədən ibarətdir? Kriptoqra-
fiya ilə onun hansı əlaqəsi var?
 
 
 
Özünüzü yoxlayın 
1. 
Kriptoqrafiya elmi nəyi öyrənir? 
2. 
Gizli və açıq açarla şifrləmə bir-birindən nə ilə fərqlənir? 
3. 
Rəqəmli imza nədən qoruyur? 
4. 
Rəqəmli imzanın həqiqiliyi necə müəyyənləşdirilir? 
5. 
Sezar  şifri  ilə  kodlaşdırılmış  (hər  bir  hərf  özündən  sonrakı  üçüncü  hərflə  əvəzlənib) 
aşağıdakı atalar sözünü oxuyun. 
BÇOÇP, KPKP BÇFFÇÜK ROÖÇC 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
Amerikalı rəssam Cim Sanbor yaratdığı sirli heykəltəraşlıq əsərini Kriptos adlandırmış-
dır. Bu əsər 1990-cı ildə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) mənzil-qərargahının qar-
şısına qoyulmuşdur.  
Bu heykəltəraşlıq əsəri o qədər sirlidir ki, 25 ildən artıq bir müddət ərzində onu hətta 
MKİ əməkdaşları belə oxuya bilməmişdir.  
 
 
Bu 
m
ar
aql
ıdır
 


 
 
 
 
İnformasiya
 

45 
 
ÜMUMİLƏŞDİRİCİ 
SUAL VƏ TAPŞIRIQLA
R
 
1.  İnformatika nəyi öyrənir? 
a) kompüterin iş prinsipini 
 
b) informasiyanın xassələrini 
c) informasiya proseslərini 
 
d) alqoritmləşdirmə və proqramlaşdırmanı 
 
2.  Not yazısını kodlaşdırmaq üçün 7 işarədən – notdan istifadə olunur. Hər bir not 
eyni minimal sayda bitlə kodlaşdırılır. 180 notdan ibarət məlumatın informasiya 
həcmi neçə bit olacaq?  
 
3.  Ümumi orta təhsil pilləsinin sonunda verdiyiniz buraxılış imtahanında cavab 
kartlarının emalı prosesini ("cavab kartlarının doldurulmasıkartların 
oxunmasıbalların hesablanması") təhlil edin və baş verən informasiya 
proseslərini seçdirin.  
 
4.  ADSL-modemin ötürmə sürəti 1024000 bit/san-dir. Faylın ötürülməsinə 5 saniyə 
vaxt sərf olunmuşsa, onun həcmini kilobaytla hesablayın.  
 
5.  Daktiloskopiya nədir? 
 
6.  Virus proqramlarını kimlər və hansı məqsədlə yazırlar? 
 
7.  "Detektor" və "doktor" antivirus proqramlarının nə fərqi var?  
 
8.  “Ssenari uşağı” kimə deyilir?
 
 
9.  Kompüter proqramları intellektual mülkiyyət hesab olunurmu və onların 
müəlliflik hüququ necə qorunur? 
 
10.  Aşağıdakı mətnin şifrini açın (k-nın qiyməti qabaqcadan məlum deyil). 
 
ESÜYDR TSÇZE IHYLULUGLN DVDİQ, 
GSÖGZUZUGQO ĞBGH YDKYD-YDEDİQ, 
YHRGLUÖHUGH ELVLUHUGLN ODEDİQ, 
ŞÇAR CĞCLE, YSKZPÖDUQR FQUYGDUGQO, 
FSK CĞPHNGHR ÖDT DŞ ODÖD FDYGDUGQO.
  
 
 
 


MODELLƏŞDİRMƏ  
2.1
  “Model” anlayışı 
2.2
  Modellərin növləri  
2.3
  İnformasiya modellərinin təqdimolunması 
2.4
  İnformasiya modelinin hazırlanması 
2.5
  Kompüter modeli 
2.6
  İnteraktiv kompüter modelləri 
2.7
  Kompüter qrafikası 
2.8
  Üçölçülü kompüter modellərinin hazırlanması 
 


 
 
 
 
Modelləşdi
rmə
 

47 
 
 
XIX əsrin ortalarında metallurgiyanın inkişafı və buxar maşınlarının yaradılması 
nəticəsində  ağacdan  hazırlanmış  yelkənli  gəmilərdən  metal  gəmilərə  keçid 
başlandı. Yavaşsürətli yelkənli gəmilər üçün korpusun forması o qədər də böyük 
önəm daşımırdı. Ancaq sürətli gəmilərdə yanacaq sərfi və üzmə uzaqlığı kor-
pusun  formasından  çox  asılı  idi.  Korpusun  formasının  seçilməsi  məsələsini 
birbaşa təcrübə yolu ilə həll etmək, əlbəttə ki, mümkün deyildi. Müxtəlif formalı
korpusları olan gəmilər düzəldib sınaqdan keçirmək çox böyük məsrəflər tələb 
edirdi.  Bu  vəziyyətdən  yeganə  çıxış  yolu  gəmilərin  maketlərindən  –  maddi
modellərindən istifadə etmək idi.  
1869-cu ildə İngiltərədə hazırlanmış dünyanın ən güclü zirehli gəmisi "Captain" 
ilə  bağlı  hadisə  çox  ibrətamizdir.  Bu  gəminin  fiziki  modelini  hazırlayan 
Britaniya  donanmasının  baş  konstruktoru  Edvard  Rid  onun  son  dərəcə  da-
yanıqsız  olduğunu  aşkarlayır.  Modelləşdirmə  göstərir  ki,  açıq  dənizdə  hətta 
kiçik dalğa da zirehli gəmini aşıra bilər. Baş konstruktorun nəticələri haqqında 
Böyük  Britaniyanın  Dəniz  Nazirliyinə  məlumat  verilir,  ancaq  admirallar 
“oyuncaq model” vasitəsilə alınmış nəticələri ciddi qəbul etmirlər. 1870-ci ildə
açıq dənizə buraxılan “Captain” gəmisinin çevrilməsi nəticəsində 523 dənizçi 
həlak olur. 


 
48 
 
 
 
 
 
İlkin yoxlama 
1. 
Model nədir? 
a) obyekt haqqında təhrif olunmuş məlumat 
b) hadisə və ya obyektin hər hansı əlaməti 
c) obyektin sadələşdirilmiş bənzəri 
d) hadisə və ya obyektin xarici görünüşü 
 
2. 
Modelləşdirmə nə deməkdir? 
 
3. 
Obyektin bir neçə modeli ola bilərmi? Nümunə göstərin. 
 
4. 
Müxtəlif obyektləri eyni modellə təsvir etmək olarmı? Nümunə göstərin. 
 
5. 
Bunlardan hansı maddi modeldir? 
a) diaqram   
 
b) cədvəl   
c) xəritə 
 
d) qlobus 
 
6. 
Hansı görüntüləri informasiya modeli saymaq olar? 
      
         
     
 
 
7. 
Əvvəlki  tapşırıqdakı  dördüncü  şəkil  informasiya  modelinin  hansı  növünə 
aiddir? 
a) diaqram   
 
b) cədvəl   
c) ağac 
 
 
d) qraf 
 
8. 
Model daha çox informasiya verir, yoxsa modelləşdirilən obyekt?  
a) model 
b) hər ikisi eyni  
c) modelləşdirilən obyekt 
 
9. 
Qraf informasiya modelində "til" və "qövs" arasında fərq nədədir?  
 
10. 
Fikrinizcə, aşağıda sadalanan obyekt və proseslərin informasiya modellərinin 
yaradılması üçün hansı verilənlər vacibdir? 
a) məktəbin idman zalı      
b) evin təmiri      
c) təyyarə sərnişini      
d) yaşadığınız ev 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə