00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə12/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   59

 
 
 
 
İnformasiya
 

33 
 
 A
NTİVİRUS PROQRAMLARI 
 
 
 
Vaksin nədir və hansı məqsədlə tətbiq olunur?  
 
"Antivirus"  sözündə  "anti"  önşəkilçisini  dilimizdəki  hansı 
sözlə əvəz etmək olar? 
 
 
Kompüter virusunun öz bioloji “qardaşı” ilə daha bir oxşarlığı da əvvəlcədən hər 
ikisinin  qarşısının  alınmasının  (profilaktikasının),  əlbəttə,  yoluxmadan  sonrakı 
müalicəyə nisbətən çox-çox asan olmasıdır. 
Kompüter viruslarından qorunma üç səviyyədə təşkil oluna bilər: 1-ci səviyyədə 
virusların  kompüterə  girməsinin  qarşısı  alınır;  2-ci  səviyyədə  virus  hücumlarının 
qarşısı alınır; 3-cü səviyyədə virus hücumlarının təsiri minimuma endirilir. 
Təhlükəsizlik  tədbirləri  nəticəsində  virusların  kompüterə  düşməsi  təhlükəsi 
azaldılır.  Şübhəli  mənbələrdən  əldə  olunan  proqram  təminatlarından  istifadədən 
qaçmaq lazımdır. Kompüterə kənardan, o cümlədən İnternetdən daxil olan proqram 
koduna çox ciddi nəzarət olunmalıdır. 
Yoluxma faktını aşkarlamaq, virusların ço-
xalmasına mane olmaq və virus hücumlarının 
qarşısını  almaq  üçün  antivirus  proqramla-
rından  istifadə  olunur.  Verilənlərin  mübadi-
ləsi zamanı viruslara xas olan baytların aşkar 
edilməsi  və  viruslar  üçün  xarakterik  hərə-
kətlərin  qeydə  alınması  onların  axtarışının 
əsasını təşkil edir. 
Müqayisə üçün zəruri olan verilənlər anti-
virus  proqramının  verilənlər  bazasında  saxla-
nılır.  Antivirus  verilənlər  bazasını  daim  yeni 
viruslar  haqqında  məlumatlarla  doldurmaq, 
başqa sözlə, virus bazasını yeniləmək lazımdır. 
Antivirus proqramlarının uğuru da məhz bun-
dan asılı olur. 
 
 
1.6 
İlk antivirus proqramları 1984-cü 
ildə Andi Hopkins tərəfindən 
yazılmış CHK4BOMB və 
BOMBSQAD utilitləri hesab olunur. 
CHK4BOMB yüklənən modulları 
təhlil etməyə imkan verirdi və bütün 
mətn məlumatlarını və koddakı 
“şübhəli” yerləri (məsələn: diskə 
birbaşa yazma komandalarını) 
aşkarlayırdı. Sadə və səmərəli 
olmasına görə CHK4BOMB önəmli 
populyarlıq qazandı. 
BOMBSQAD.COM proqramı isə 
BIOS vasitəsilə yerinə yetirilən 
yazma və formatlama əməliy-
yatlarını tuturdu.   
Tari
x


 
 
 
 
 
34 
 
 
 
Fəaliyyətlərindən asılı olaraq antivirus proqramları bir neçə sinfə ayrılır:  
•  Detektorlar  hər  hansı  məlum  virusa  yoluxmuş  faylları  aşkarlamağa  imkan 
verir. 
•  Doktorlar (faqlar) təkcə yoluxmuş faylları aşkarlamır, həm də onları ilkin du-
ruma qaytarmağa çalışır. 
• Müfəttişlər kompüter hücumları mümkün olan yerlərdəki dəyişikliklərə nəza-
rət edir; bu məqsədlə proqramların və disklərin sistem sahələrinin ilkin, yolux-
mamış hesab olunan durumları haqqında məlumat yadda saxlanılır, sonra isti-
fadəçinin müəyyənləşdirdiyi vaxtda onları cari vəziyyətlə müqayisə edir. 
• Doktor-müfəttişlər yuxarıda göstərilən iki növ proqramın imkanlarını özündə 
birləşdirir. 
• Süzgəclər virusların çoxalma və zərərvurma məqsədilə əməliyyat sisteminə et-
dikləri müraciətləri tutur. 
• Vaksinlər,  yaxud  immunizatolar    qabiliyyətlərini  saxlamaqla  proqramları 
elə dəyişdirir ki, onlar viruslara yoluxmuş kimi görünsün. Belə olduqda viruslar 
həmin fayllara “ilişmir”. 
 
Kompüterdə virusların axtarışı verilənlər daşıyıcılarının, yaxud axınının daran-
ması (ingiliscə: scan) yolu ilə yerinə yetirilir. Darama prosesində operativ yaddaşda, 
daşıyıcılarda  virusa  yoluxmanın  əlamətlərinin  olub-olmadığı 
yoxlanılır. Aşkarlanmış viruslar deaktivləşdirilir və məhv edi-
lir. Mümkün olduqda dəyişdirilmiş (yoluxmuş) faylların ilkin 
vəziyyəti bərpa edilir. 
Bu  gün  Symantec  Norton  Antivirus,  Kaspersky  Anti-
Virus,  Dr.  Web,  McAfee  VirusScan,  Panda  Titanium 
Antivirus kimi antivirus proqramları daha çox tanınır. 
 
 
 
 
 
 
 
Göstərilən proqramlar, əsasən, kommersiya məhsuludur, lakin fərdi kompüterdə 
istifadəsi  ödənişsiz  olan  antivirus  proqramları  da  mövcuddur.  Onların  içərisində 
Avast! daha populyardır. Bu proqramı www.avast.com saytından əldə etmək olar. 
 
 
"Avast"  adı  "anti-virus  advanced  set"  ("qabaqcıl  antivirus  toplusu")  sözlərinin 
qısaltmasından  yaranıb.  Eyni  zamanda  "avast"  sözü  ingilis  dilində  "dur",  "dayan
deməkdir. 
Bu maraqlıdır

Antivirus 

Detektor 

Doktor 

Müfəttiş 

Süzgəc 

Vaksin
 

AR

zl
ə
r


 
 
 
 
İnformasiya
 

35 
 
 
Avast! antivirus proqramının İnternetdən endirilməsi və quraşdırılması 
1.  www.avast.com  saytına  daxil  olun  və 
  düyməsini  çıqqıldadın. 
avast_free_antivirus_setup.exe  quraşdırma  faylı  kompüterinizin  Downloads 
qovluğuna köçürüləcək. 
2.  Həmin faylı qoşa çıqqıldadaraq quraşdırma proqramını başladın. Aşağıdakı dialoq 
pəncərəsi açılacaq. 
3.  Run  (Çalışdır)  düyməsini  çıqqıldadan  kimi 
quraşdırma ekranı açılacaq. 
4.  Install (Quraşdır) düyməsini çıqqıldadın. 
5.  Müəyyən  proses  gedəcək  və  sonda  quraşdır-
manın uğurla bitməsi bildiriləcək.  
6.  Kompüteri yenidən yükləyin. Yenidən yüklən-
mədən  sonra  ekranın  sağ  aşağı  küncündə 
(tapşırıqlar  zolağında)  Avast!  proqramının  
simgəsi görünəcək. 
 
 
Avast! antivirus proqramının çalışdırılması 
 
1. İş masasında, yaxud tapşırıqlar zolağında uyğun  simgəni çıqqıldatmaqla  proqramı 
başladın. Proqramın baş pəncərəsi açılacaq. 
 
 
 
2.  Run Smart Scan (Cəld daramanı çalışdır) düyməsini çıqqıldadın. Bir neçə səviyyəli 
darama prosesi başlanacaq.  
 
 
 
A D D I M   1
A D D I M –  
A D D I M   2
A D D I M –  


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə