00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə14/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   59

 
 
 
 
İnformasiya
 

39 
 
qarşısını  alır,  proqram  məhsulunu  hazırlayanları  və  istehsalçıları  planlaşdırdıqları 
gəlirdən məhrum edir. 
Proqramların  üzünün  icazəsiz  köçürülməsinin  qarşısını  almaq  üçün  xüsusi 
vasitələrdən istifadə oluna bilər. Lisenziyalı proqramın distributiv dəstinə daxil olan 
bəzi verilənlər proqramın özünə daxil olmur. Belə proqramın üzü çıxarılarkən həmin 
verilənlər itə bilər ki, bu da mühafizə üsullarından biridir. 
 
 
 
Müəlliflik  hüququ.  İnformasiya-kommunikasiya  texnologiyalarının 
dinamik inkişafı və kompüterlərin çox sürətlə insanların həyatına daxil 
olması  ilk  çağlar  qanunvericilərin  buna  hazır  olmadığını  göstərdi.  Bir 
müddət kompüter proqramlarının hüquqi müdafiəsi məsələsi açıq qaldı, 
ancaq getdikcə bu boşluqlar doldurulmağa başlandı. Belə ki, hazırda kompüter proq-
ramları (kompilyatorlar, redaktorlar, verilənlər bazası və s.) əmtəə məhsulu statusu 
almışdır və onlar da intellektual mülkiyyət kimi qorunur. 
Kompüter proqramlarının müəlliflik hüququnun tanınması üçün onların hər hansı 
qurumda qeydiyyatdan keçirilməsi vacib deyil. Proqrama  müəlliflik hüququ avto-
matik  olaraq  onun  yaradılması  zamanı  meydana  çıxır.  Proqramın  yaradıcısı  öz 
hüquqlarını elan etmək üçün proqramın ilk buraxılışında üç elementdən ibarət olan 
müəlliflik hüququnun qorunması işarəsindən istifadə edə bilər: 
•  çevrənin içərisində, yaxud mötərizədə “C” hərfi – ©, (C); 
•  hüquq sahibinin adı; 
•  proqramın ilk buraxılış ili. 
Məsələn, Word mətn redaktoruna müəlliflik hüququnun qorunması işarəsi belə 
göstərilir:  
© 1983–2017 Microsoft Corporation 
Proqramın müəllifi öz proqramını istənilən yolla çoxaltmaq və yaymaq, eləcə də 
dəyişdirmək  üçün  müstəsna  hüquqa  malikdir.  Proqramın  nüsxəsinə  qanuni  yolla 
sahib olmuş qurum, yaxud istifadəçi proqramın işləməsi üçün istənilən hərəkəti edə, 
o cümlədən onu kompüterin yaddaşına yaza və saxlaya bilər. Bununla belə, lisen-
ziyalı proqram təminatının gizli olaraq üzünün çıxarılması və istifadəsini qadağan 
edən  qanunları  bilmək  və  onlara  əməl  etmək  lazımdır.  Proqramın  sahibi  onun 
müəlliflik hüququnu pozan qurumlara, yaxud istifadəçilərə qarşı məhkəmə iddiası 
qaldıra və ona dəymiş ziyanın ödənilməsini tələb edə bilər. 
 
ABŞ-ın hökumət və hərbi obyektləri artıq çoxdan bütün dünyadan olan hakerlərin öz 
“peşəkarlıqlarını”  nümayiş  etdirmək  üçün  “sevimli  fəaliyyət  meydanına”  çevrilib. 
ABŞ-ın  Müdafiə  Nazirliyinin  kompüter  sisteminə  ən  təhlükəli  müdaxilələrdən  biri 
1987-ci  ildə  baş  verib.  On  yeddi  yaşlı  haker  raketləri  idarəetmə  sisteminin 
fayllarınadək gedib çıxa bilmişdi. Onu yalnız dəyəri 1,2 milyon dollar olan proqram 
təminatının üzünü köçürərkən aşkarlamaq mümkün olmuşdu. 
Bu maraqlıdır
 


 
 
 
 
 
40 
 
 
 
 
  
 
Azərbaycanda  müəlliflik  hüququ  Azərbaycan  Respublikasının  “Müəlliflik  hüququ  və 
əlaqəli  hüquqlar  haqqında”  8  oktyabr  1996-cı  il  tarixli  qanunu  ilə  tənzimlənir.  Həmin 
qanuna görə proqram  təminatına  müəlliflik  hüququnun  alınması  üçün nələr  tələb olun-
duğunu araşdırın.
 
 
Özünüzü yoxlayın 
1. 
Kibercinayətkarlıqda kompüter, yaxud şəbəkə hansı “rol” oynayır? 
2. 
Haker hücumu nədir və o kimin üçün təhlükəlidir? 
3. 
Proqram təminatı piratçılığının qarşısını necə almaq olar?
 
 
4. 
Müəlliflik hüququnun qorunması işarəsi hansı elementlərdən ibarətdir? 
5. 
© işarəsindəki çevrənin məcazi mənası nə ola bilər? 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
Müəlliflik hüququ baxımından proqram təminatını bir neçə kateqoriyaya ayırırlar:  
1. İctimaiyyətə məxsus proqram təminatı (ingiliscə: public-domain software)
 
–  müəlliflik  hüququ  ilə  qorunmayan  və  sərbəst  olaraq  üzü  köçürülə  bilən 
proqram  təminatı.  Bu  termin  bəzən  yanlış  olaraq  üzü  sərbəst  köçürülə  bilən 
başqa  növ  proqram  təminatına  da  (məsələn:  ödənişsiz  proqram  təminatı)  aid 
edilir.
 
2. Şərti ödənişsiz proqram təminatı (ingiliscə: shareware) – müəlliflik hüququ qorunan 
və  pulsuz  yayılan,  ancaq,  adətən,  qeydiyyatdan  keçmək  və  sənədləri,  proqramı 
yeniləməyə  gərəkli  olan  məsrəflərin  yerini  doldurmaq  üçün  məhsuldan  razı  qalan 
istifadəçilər tərəfindən dəyəri ödənilən proqram təminatı.   
3. Ödənişsiz proqram təminatı
 
(ingiliscə: freeware
– 
ilkin kodu da daxil olmaqla ödənişsiz 
yayılan proqram təminatı; çox zaman onlar informasiya sistemləri və ya istifadəçi qrupları 
tərəfindən yayılır. Azad proqram gəlişdiricisi öz məhsulunu ya mənəvi məmnunluq üçün, 
ya  da  maraqlı  müştərilər  arasında  məhsulun  hansı  uğurla  istifadə  olunduğunu  aydın-
laşdırmaq üçün ödənişsiz təklif edə bilər. Belə proqramların istifadəsinə, dəyişdirilməsinə 
və  yayılmasına  heç  bir  məhdudiyyət  qoyulmur,  yeganə  tələb  ondan  ibarətdir  ki,  bütün 
dəyişikliklər aydın qeyd olunsun, müəllifin adı və müəlliflik hüququ haqqında bildiriş isə 
heç bir halda silinməsin və ya dəyişdirilməsin.  
4. Özəl  proqram  təminatı  (ingiliscə:  proprietary  software)  –  müəlliflərin,  yaxud  
qanuni  sahibinin  xüsusi  mülkiyyəti  olan  və  sərbəst  proqram  təminatı  meyarlarına 
uyğun gəlməyən (proqram kodunun açıq olması yetərli deyil) proqram təminatı. Özəl 
proqram  təminatının  hüquqi  sahibi  onu  istifadə  edə,  üzünü  köçürdə  və  tam,  yaxud 
qismən  dəyişdirə  bilər.  Adətən,  sərbəst  olmayan  istənilən  proqram  təminatını,  o 
cümlədən yarım sərbəst proqram təminatını özəl adlandırırlar. Özəl proqram təminatı 
ticari proqram təminatı ilə bağlı deyil. 
5. Ticari  proqram  təminatı  (ingiliscə:  commercial  software)  –  gəlir  əldə  etmək 
məqsədilə yaradılmış proqram təminatı. İnsanların çoxu ticari və ödənişsiz proqram 
təminatını  bir-birinin  əksi  hesab  edir.  Ancaq  ödənişsiz  proqram  təminatı  müəyyən 
şəraitdə həm də ticari məhsula çevrilə bilər. Belə ki, ödənişsiz proqram təminatının 
sahibi başqalarına onun məhsulunu dəyişdirməyə, yaymağa və gəlir əldə etməyə icazə 
verir.  Ödənişsiz  proqram  təminatının  əksi  özəl  proqram  təminatıdır.  Bu  proqram 
təminatı  da  həm  ticari,  həm  də  ödənişsiz  proqram  təminatı  ola  bilər.  Proqramların 
yazılması üçün işlərin dəyəri sifarişçi tərəfindən ödənilən ticari proqramlar da vardır. 
Ticari  məhsullara  xas  olan  bütün  üstünlüklər  çox  zaman  belə  proqramlarda  olmur, 
çünki onların məhdud büdcəsi olur, ancaq sifarişçinin tələbləri daha yaxşı ödənilir. 
Bu maraqlıdır
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə