00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə13/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   59

 
 
 
 
 
36 
 
 
 
3.  Prosesin sonunda aşkarlanan problemlər 

 simgəsi ilə qeyd olunacaq.  
 
 
 
4.  Aşkarlanmış  problemlərin  həll  edilməsi  üçün  Resolve  all  (Hamısını  həll  et) 
düyməsini çıqqıldadın. 
5. 

 simgəsi ilə qeyd olunmuş problemlər addım-addım ekrana çıxacaq. Hər addımın 
sonunda Next (Növbəti) düyməsini çıqqıldatmaqla növbəti addıma keçin. 
6.  Sonda proqram pəncərəsini qapadın. 
 
 
 
Proqramın baş pəncərəsinin yuxarısındakı 
düyməsini çıqqıldadın və açılan siyahıda 
başqa darama variantları ilə tanış olun.  
– Hər hansı diski və ya qovluğu necə daramaq olar?  
– İşlədiyiniz kompüteri antivirus proqramı vasitəsilə yoxlayın. Bunun üçün Scan düymə-
sini çıqqldadın və Full Scan bəndini seçin. 
 
 
Özünüzü yoxlayın 
1. 
Kompüteriniz lokal və ya qlobal şəbəkəyə qoşulmayıbsa, ona virus necə düşə bilər?  
2. 
Kompüterinizdə hansı antivirus proqramı quraşdırılıb? 
3. 
Nə üçün antivirus proqramının virus bazası daim yenilənməlidir? 
4. 
Virus proqramlarını kimlər və hansı məqsədlə yazırlar? 
5. 
Antivirus proqramlarının hansı növləri var? 
 
 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –


 
 
 
 
İnformasiya
 

37 
 
 K
OMPÜTER CİNAYƏTKARLIĞI 
 
Bu gün biz qlobal qarşılıqlı əlaqələr dünyasında yaşayırıq. Bir 
an içində dünyanın o biri başındakı insanlarla söhbət edə, ya-
xud böyük məbləğdə pul əməliyyatları həyata keçirə bilirik. 
Fərdi  kompüterlərin  sayının  görünməmiş  sürətlə  artması, 
İnternetə  sərbəst  çıxış  və  yeni  kommunikasiya  qurğularının 
sürətli inkişafı həm asudə vaxtın keçirilməsi, həm də biznesin 
aparılması üsullarını dəyişdirib.  
Eyni  zamanda  qaraniyyətli  insanlar  üçün  də  yeni  imkanlar 
açılıb, yeni cinayət üsulları meydana çıxıb.  
Bəşəriyyət yeni cinayət növü ilə – kibercinayətkarlıqla qarşı-
laşıb (təəssüf ki, həm texnologiya, həm də peşəkar kadrların 
çatışmazlığı  səbəbindən  əksər  hallarda  hüquq-mühafizə  or-
qanları bu cinayətkarlarla “bacara bilmir”). 
 
Sizcə, kompüterin 
köməyi ilə edilən hansı 
əməlləri cinayət hesab 
etmək olar? 
 
Kompüterlər vasitəsilə 
törədilmiş hansı 
qanunazidd hərəkətlər 
haqqında eşitmisiniz? 
 
 
 
ABŞ-ın  Mərkəzi  Kəşfiyyat  İdarəsinin  və  Milli  Təhlükəsizlik  Agentliyinin  əməkdaşı 
olmuş  və  2013-cü  ildə  ölkəsindən  qaçaraq  Rusiyaya  sığınmış  informatika  üzrə 
mütəxəssis Edvard Snouden haqqında məlumat toplayın. 
– Pentaqon onun nə qədər məxfi fayl oğurladığını iddia edir?  
– Onun əməllərini cinayət hesab etmək olarmı? 
 
Kibercinayətkarlıq  dedikdə  İnternet,  yaxud  başqa  kompüter  şəbəkələrindən 
istifadə olunmaqla törədilən cinayətlər nəzərdə tutulur. Kibercinayətkarların hücum 
obyektləri, əsasən, banklar, birjalar, İnternet-mağazalar olur. Cinayətin həyata ke-
çirilməsində kompüterlər, yaxud şəbəkələrdən aşağıdakı kimi istifadə oluna bilər: 
  Kompüter, yaxud şəbəkə cinayət aləti ola bilər, başqa sözlə, cinayətin həyata 
keçirilməsində onlardan istifadə oluna bilər. 
  Kompüter, yaxud şəbəkə cinayətin hədəfi (“qurbanı”) ola bilər. 
  Kompüter, yaxud şəbəkə cinayət məqsədlərinə çatmaq üçün yardımçı vasitə ola 
bilər. 
 
F Ə A L İ Y Y Ə T  
1.7 


 
 
 
 
 
38 
 
 
 
 
 
Hakerlər – çapqınçılar. "Haker" termini ötən əsrin 50-ci illərində Massaçusets 
Texnologiya İnstitutunda (ABŞ) meydana çıxmışdır. Həmin dövrün gəncləri arasın-
da hətta müəyyən haker mədəniyyəti də yaranmışdı. Bu mədəniyyət dostlar arasın-
da proqramların açıq mübadiləsi prinsipinə əsaslanırdı. O zamanlar bu söz hörmətlə 
çəkilirdi.  Əməliyyat  sisteminin  daha  yaxşı 
işləməsi  üçün  onun  nüvəsinin  bir  hissəsini 
yenidən yazan, yaxud hamının unutduğu inzi-
batçı parolunu “ləğv edən” kompüter dahilə-
rini  belə  adlandırırdılar.  Qeyri-standart  dü-
şünmə qabiliyyətlərinə və ən mürəkkəb prob-
lemlərin  ağıllı  həllini  tapdıqlarına  görə  bu 
onlara hörmət əlaməti idi.  
1980-ci  illərdə  fərdi  kompüterlərin  yaranması  və  kompüter  şəbəkələrinin  ge-
nişlənməsi ilə bu termin mənfi çalar qazandı: özgəsinin kompüterinə və şəbəkəsinə 
gizli girərək orada saxlanılan proqramlara və verilənlərə baxan, hətta onların “içinə 
girən”  şəxslər  haker  adlandırıldı  (yeri  gəlmişkən,  belə  insanları  “ev  yaran  oğru” 
adlandırmaq daha doğru olardı).
 
Təkcə proqramlaşdırma ilə kifayətlənməyən, həm 
də  əməliyyat  sistemlərinin  və  proqramların  necə  işlədiyini  öyrənmək  üçün  onları 
“hissə-hissə sökən” həvəskarlara da haker deyilir. 
“Haker”  termininin  öz  mənasını  itirdiyini  görən  kompüter  ictimaiyyəti  əlavə 
terminlər  (məsələn:  “script  kiddie”  və  “cracker”)  daxil  etdilər.  “Ssenari  uşağı” 
(ingiliscə: script kiddie) termini ilə hakerlik sahəsində o qədər də biliyi olmayan və 
“sındırmaq” üçün digər hakerlərin utilitlərindən istifadə edən adamları adlandırırlar. 
Kreker  (ingiliscə:  cracker)  isə  bilik  səviyyəsinə  görə  “script  kiddie”  ilə  haker 
arasında olan şəxsə deyilir. O, proqramların üzünün çıxarılmaması üçün qoyulmuş 
müdafiəni  “sındıra”  bilir,  ancaq  proqramda  yeni  zəif  yerlər  tapmaq,  yaxud  haker 
utilitləri yazmaq üçün onun biliyi kifayət etmir. 
Proqram məhsulunun alıcısı, əslində, yalnız həmin proqramın istifadə hüququnu 
əldə  edir.  Proqramın  özu  isə  onun  mülkiyyətinə  keçmir.  Ona  görə  də  proqram 
məhsulunun  üzünün  çıxarılıb  yayılması  qanun  pozuntusu  hesab  olunur.  Belə 
hərəkətlərə kompüter piratçılığı, yaxud proqram təminatı piratçılığı deyilir. 
Kompüter  piratçılığı  proqram  təminatı  bazarı  üçün  çox  böyük  problemdir. 
İstifadədə olan hər bir lisenziyalı (qanuni yolla əldə olunmuş) proqrama ən azı bir 
lisenziyasız, yaxud “pirat” nüsxə düşür. Bəzi ölkələrdə isə bu göstərici 1:9 nisbətinə 
çatır.  Piratçılıq  proqram  təminatı  istehsalına  çox  mənfi  təsir  göstərir,  yeniliyin 
2001-ci il noyabrın 23-də Budapeşt şəhərində Avropa Şurasının “Kibercinayət haqqın-
da”  konvensiyası  qəbul  olunmuşdur.  Bu  sənəddə  kibercinayətlər  bir  neçə  hissəyə 
bölünür: 
• kompüter verilənlərinin və sistemlərinin məxfiliyinin, tamlığının və təhlükəsizliyinin 
əleyhinə olan cinayətlər
• kompüterlərlə bağlı cinayətlər; 
• məzmunla bağlı hüquq pozuntuları; 
• müəllif hüququ və əlaqəli hüquqların pozulması ilə bağlı cinayətlər. 
Tari
x
 

Kibercinayətkarlıq 

Haker – çapqınçı 

“Ssenari uşağı” 

Kreker 

Proqram təminatı piratçılığı 

Müəlliflik hüququ
 

AR
 

zl
ə
r


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə