00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə9/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   59

 
 
 
 
 
26 
 
 
 
Hesablama texnikasında təhlükəsizlik 
anlayışı bir-biri ilə sıx əlaqəli olan bir sıra 
məsələləri əhatə edir: kompüterin etibarlı 
işləməsi təmin olunmalıdır, mühüm əhə-
miyyət  kəsb  edən  verilənlərin  təsadüfən 
itirilməsi təhlükəsi haqqında xəbərdarlıq 
edilməlidir;  verilənləri  icazəsi  olmayan 
şəxslər  tərəfindən  istifadədən  və  müxtəlif  dəyişikliklərdən  qorumaq  lazımdır; 
elektron rabitə vasitələrindən istifadə etməklə yazışmalar zamanı sirlərin saxlanması 
da bu qəbildən olan məsələlərdəndir. 
Vətəndaşların  və  onların  əmlaklarının  təhlükəsizliyinin  keşiyində  qanunlar  və 
hüquq-mühafizə orqanları dayanır. Ancaq bəzi informasiya mübadiləsi sistemlərinin 
hüquqi cəhətdən qorunması hələlik texnologiyaların inkişafından geri qalır. Kom-
püter sistemlərinin qorunması çox zaman özünümüdafiə üsulları ilə aparılır. 
İnformasiyanın qorunmasının iki üsulu vardır: verilənlərə girişin məhdudlaşdı-
rılması və verilənləri əks etdirmək üçün zəruri olan informasiya metodlarına girişin 
məhdudlaşdırılması. 
Verilənləri icazəsiz istifadədən qorumaq üçün, adətən, paroldan istifadə edilir. 
Parol  yalnız  verilənlərdən  istifadə  etmək  hüququ  olan  şəxsin  bildiyi  simvollar 
yığınıdır. İstifadəçi verilənlərdən istifadə hüququnu təsdiqləmək üçün özünü tanıt-
malı və parolunu təqdim etməlidir. Bəzən parol əvəzinə elektron açarlardan, smart-
kartlardan və başqa texniki vasitələrdən istifadə olunur. 
Biometrik  informasiyaya  əsaslanan  mühafizə  sistemləri  də  mövcuddur.  Bu 
sistemlərdə istifadə olunan əlamətlər insanın dəyişməyən xüsusiyyətlərinə əsaslanır 
və  buna  görə  də  biometrik  informasiya  itirilə,  yaxud  saxtalaşdırıla  bilməz.  İnfor-
masiyanın biometrik mühafizə sistemlərinə aşağıdakı tanıma və ya eyniləşdirmə 
(kimliyin müəyyənləşdirilməsi) sistemləri aiddir: 
•  barmaq izlərinə görə tanıma; 
•  gözün qüzehli qişasının şəklinə görə tanıma; 
•  nitqin özəlliklərinə görə tanıma; 
•  üzün təsvirinə görə tanıma; 
•  ovucun cizgilərinə görə tanıma. 
 
 
 
Hazırda şəxsiyyətin kimliyinin müəyyən olunmasının biometrik üsulları içərisin-
də ən geniş tətbiq olunanı barmaq izlərinə görə tanımadır (daktiloskopiya). Hər 
bir  insanın barmaq  izləri  bənzərsiz  olduğundan  bu üsuldan  kriminalistikada geniş 
istifadə edilir. Barmaq izlərini oxuyan optik skanerlər noutbukda, kompüterin siça-
nında,  klaviaturada,  fləş-diskdə  quraşdırılır,  eləcə  də  ayrıca  xarici  qurğular  və 
1988-ci  il  30  noyabr  tarixi  Beynəlxalq  İnformasiyanın  Mühafizəsi  Günü  (Computer 
Security Day) elan olundu. Burada məqsəd bütün istifadəçilərə kompüterlərini və orada 
saxlanılan  informasiyanı  mühafizə  etməyin  vacibliyini  xatırlatmaq,  eləcə  də 
təhlükəsizlik  problemlərini  avadanlıq  və  proqram  təminatı  istehsalçılarının  diqqətinə 
çatdırmaq idi. Belə bir xüsusi günün məhz 1988-ci ildə təsis edilməsi heç də təsadüfi 
deyildi. Bu həmin il kütləvi xarakter almış "Morris soxulcanı" epidemiyası ilə bağlı idi.  
Tari
x
 

Biometrik informasiya  

Barmaq izlərinə görə tanıma 

Ovuca görə tanıma 

Gözün qüzehli qişasına görə tanıma 

Nitqin özəlliklərinə görə tanıma 

Üzə görə tanıma
 

AR
 

zl
ə
r


 
 
 
 
İnformasiya
 

27 
 
terminallar  şəklində  tətbiq  edilir  (məsələn:  hava  limanlarında,  banklarda  və  s.). 
Daranmış  (skanerdən  keçirilmiş)  barmaq  izinin  naxışı  informasiyadan  istifadəyə 
icazəsi  olan  şəxslərin  heç  birinin  barmaq  izlərinin  naxışı  ilə  üst-üstə  düşmədikdə 
informasiya əlçatmaz olur. 
Gözün qüzehli qişası hər bir insanın nadir biometrik xüsusiyyətlərindəndir. O, 
insanda körpəlikdən formalaşır və bütün ömrü boyu dəyişilməz qalır. Gözün təsviri 
alındıqdan sonra onun üzərinə xüsusi ştrix-kod maskası qoyulur. Nəticədə hər bir 
insan  üçün  fərdi  matris  alınır.  Gözün  qüzehli  qişasına  görə  tanımaq  üçün  xüsusi 
skanerlərdən istifadə olunur. 
 
 
 
İnsanın nitqinin özəlliklərinə görə tanınması ənənəvi tanınma usullarından biri-
dir.  Telefondakı  həmsöhbəti  görmədən  onu  asanlıqla  tanımaq  olur.  Hətta  səsinin 
emosional tonuna görə insanın psixoloji durumunu müəyyənləşdirmək mümkündur. 
Səsə görə tanıma nitqin tezlik analizinə əsaslanır. Hər bir insan üçün hər bir səsin 
(fonemin) fərdi tezlik xarakteristikası vardır. 
Şəxsiyyəti müəyyənləşdirmək üçün üzə görə tanıma texnologiyasından tez-tez 
istifadə olunur. Bu üsul insanı narahat etmir, cünki onun tanınması məsafədən apa-
rılır  (insan  saxlanılmır,  onun  hərəkət  sərbəstliyi  məhdudlaşdırılmır).  İnsanın  üz 
cizgilərinə  görə  onun  tarixçəsini,  simpatiya  və  antipatiyasını,  xəstəliklərini,  emo-
sional durumunu, ətrafdakılara bəslədiyi hisləri və onlara qarşı məqsədlərini bilmək 
olar. Bunların hamısı, məsələn, potensial cinayətkarı aşkarlamaq üçün xüsusi maraq 
kəsb edir. Tanıma əlamətləri üzün formasını, rəngini, həmçinin saçın rəngini nəzərə 
alır.  Mühüm  əlamətlər  sırasına  sifətdə  kontrastlığın  dəyişildiyi  yerlərin  (qaşlar, 
gözlər, burun, qulaqlar, ağız və s.) koordinatlarını da aid etmək olar. Hazırda verilən 
xarici pasportlardakı mikrosxemlərdə pasport sahibinin rəqəmli fotoşəkli saxlanılır. 
 
 
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə