00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə5/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59

 
 
 
 
 
14 
 
 
 
 
 
Əvvəllər  bu  məsələlər  qismən  riyaziyyatda,  dilçilikdə,  elektronikada  və  başqa 
elmlərdə öyrənilirdi. Kompüterlər meydana çıxdıqdan sonra aydın oldu ki, bu isti-
qamətlərin hamısı bir-biri ilə sıx bağlıdır və getdikcə elmi fəaliyyətin yeni istiqaməti 
formalaşmağa başladı. İnformatikanın formalaşması prosesi bu gün də davam edir 
və onun əhatə etdiyi məsələlərin dairəsi gələcəkdə dəyişə bilər. 
 
 
Cədvəldə 2011–2016-cı  illərdə  respublikanın  ali  məktəblərinə bütün  ixtisaslara  tələbə 
qəbulu üzrə plan yerlərinin sayı, həmçinin informatika ilə bağlı ixtisaslar üzrə ümumi 
qəbul planı verilmişdir. Cədvələ əsasən tapşırıqları yerinə yetirin: 
1. İKT ixtisaslarının ümumi qəbulda payını (%-lə) hesablayıb uyğun xanaya yazın.  
2. İKT ixtisaslarının ümumi qəbul planındakı payının illər üzrə dəyişmə qrafikini qurun.  
Sizcə, dəyişmənin səbəbi nə ilə bağlıdır?  
Göstərici 
2011 
2012 
2013 
2014 
2015 
2016 
Ali məktəblərə tələbə qəbulu planı  
31419  34098  36537  37841  38914  41736 
Ali məktəblərin İKT ixtisasları üzrə 
qəbul planı 
2719 
2765 
3589 
3130 
3375 
3624 
İKT ixtisaslarının ümumi qəbulda 
payı (%-lə)  
 
 
 
 
 
 
 
 
 
Özünüzü yoxlayın 
1. 
İnformasiya nədir? 
2. 
Verilənlər nə vaxt informasiyaya çevrilir? 
3. 
İnformatika fənni nəyi öyrənir? 
4. 
İnformatikaya hansı elmi istiqamətlər aid edilir? 
5. 
İki sütundan və beş sətirdən ibarət cədvəl çəkin. Cədvəlin birinci sütununda informa-
tikaya aid edilən elmi istiqamətlərin adlarını yazın. Hər elmi istiqamətin qarşısındakı 
xanada həmin istiqamətə aid bir neçə mövzu göstərin.  
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
1985-ci il 1 sentyabr tarixindən keçmiş SSRİ-
nin, o cümlədən Azərbaycan SSR-in 
ümumtəhsil məktəblərinin 9-cu sinfində yeni  
fənnin – “İnformatika və 
hesablama texnikasının əsasları” 
("Основы информатики и 
вычислительной техники") 
fənninin tədrisinə başlanıldı. Fənnin 
proqramı, dərsliyi və müəllim üçün 
vəsaiti Andrey Petroviç Yerşov və 
Vadim Makariyeviç Monaxovun 
rəhbərliyi ilə hazırlanmışdı. 
Tari
x
 
Andrey Petroviç 
Yerşov  
(1931–1988) 
Sovet alimi, nəzəri və 
sistem proqramlaşdır-
manın pionerlərindən 
biri.  
Sibir informatika 
məktəbinin yaradıcısı, 
SSRİ Elmlər Akademi-
yasının həqiqi üzvü. 


 
 
 
 
İnformasiya
 

15 
 
 İ
NFORMASİYA PROSESLƏRİ 
 
Bildiyiniz kimi, eyni bir informasiya 
müxtəlif formalarda təqdim edilə bilər; 
məsələn, həftə ərzində havanın hərarətinin 
necə dəyişildiyini mətn, ədədlər, cədvəl, 
diaqram və başqa formalarda vermək olar.  
 
 
Hava proqnozunu daha hansı formada 
təqdim etmək olar? 
 
Hansı təqdimetmə forması kompüterin 
yaddaşında daha çox yer tutar?  
 
 
 
Hər  hansı  məlumatı  müxtəlif  formalarda  təqdim  edin.  Hər  bir  təqdimetmə  formasının 
hansı halda əlverişli olacağını nümunələrlə izah edin.  
– Bu informasiyanı uzaq məsafəyə ötürmək üçün hansı təqdimetmə formasına üstünlük 
verərdiniz? 
 
Proses dedikdə hər hansı bir hadisənin gedişi, inkişafı, yaxud bu hadisədə iştirak 
edən obyekt və obyektlərin vəziyyətinin ardıcıl dəyişilməsi başa düşülür.  
İnformasiya prosesləri nəticəsində də informasiya özünün ilkin formasını dəyişə 
və müxtəlif formalara çevrilə bilər.   
Əsas olaraq dörd informasiya prosesi seçdirilir:  
  informasiyanın qəbulu;  
  informasiyanın saxlanması;  
  informasiyanın ötürülməsi;  
  informasiyanın emalı.  
 
Diqqət! 
Bəzən informasiya ilə bağlı başqa əməliyyatlar da (məsələn: informasiyanın təq-
dimedilməsi,  köçürülməsi,  uzaqlaşdırılması  və  s.)  informasiya  proseslərinə  aid 
edilir.  Əslində  isə  belə  əməliyyatlar  yuxarıda  sadalanan  4  əsas  prosesin  xüsusi 
hallarıdır. 
 
İnformasiyanın saxlanması. İnsanlar topladıqları  məlumatları, bilikləri saxlaya 
bilməsəydilər, cəmiyyət inkişaf edə bilməzdi. Məhz saxlanmış biliklər nəticəsində 
biz ötən dövrləri öyrənirik.  
1
F Ə A L İ Y Y Ə T  
1.2 
İnformasiyanın təqdimedilmə formaları 
Mətn  
informasiyası 
Ədədi  
informasiya 
Qrafik 
informasiya 
Səs 
informasiyası 
Video-
informasiya 
Sabah Bakıda və 
Abşeron yarımada-
sında hava  tutulub 
açılacaq, bəzi yer-
lərdə yağış yağa-
caq. 
 
 
 
 


 
 
 
 
 
16 
 
 
 
İnsan beyni informasiyanı saxlamaq üçün ən mükəmməl vasitədir. Yaddaşda olan 
informasiya  isə  təkcə  bir  şəxsə  məxsus  olur.  İnformasiyadan  başqa  insanların  da 
yararlana bilməsi üçün onları digər vasitələrdə saxlamaq imkanı olmalıdır.   
Cəmiyyət inkişaf etdikcə informasiyanı saxlamaq üçün müxtəlif vasitələr tapılıb 
və  onlar  zaman-zaman  təkmilləşdirilib:  iplərə  vurulmuş  düyünlər,  ağac  və  daş 
üzərində nişanlar, papirus yazıları, kağız və s. İnformasiyanı saxlamaq üçün etibarlı 
vasitələrin axtarılması işi bu gün də davam edir.  
 
İnformasiyanı saxlamaq üçün ən geniş istifadə olunan daşıyıcı kağızdır. Eramızın 
II əsrində Çində ixtira olunmuş kağız bu gün də insanlara xidmət edir. 
Qədim dövrlərdə kitabların üzünü əl ilə köçürürdilər və bu işlə xüsusi insanlar 
məşğul olurdular. Qalın bir kitabın üzünü köçürməyə 4–5 il vaxt gedirdi. Hazırda 
kompüterlərlə idarə olunan yüksək texnologiyalı avadanlıqlarda çap edilən kitabların 
sayı  ildən-ilə  artır.  Bu  qədər  kitabı  kitabxanalarda  yerləşdirmək  günümüzün  ən 
böyük problemlərindən birinə çevrilmişdir.  
İnformasiyanın  saxlanması  üçün  XX  əsrdə 
yeni vasitələr – perfokartlar, perfolentlər, maqnit 
lentləri  və  maqnit  diskləri,  lazer  disklər,  fləş-
yaddaş meydana çıxdı. Bütün bunlar, yəni infor-
masiyanı  saxlamaq  üçün  vasitələr informasiya 
daşıyıcıları  adlanır.  İnformasiya  daşıyıcıları 
informasiyanı saxlamaqla yanaşı, həm də onun 
ötürülməsinə xidmət edir.  
 
 
Son zamanlar dünyada “Bulud texnologiyası”ndan geniş istifadə olunur. “Bulud saxlan-
cı” (Сloud storage) barədə məlumat toplayın və suallara cavab verin: 
1. Nə üçün bu texnologiyanı “Bulud” adlandırmışlar? 
2. “Bulud saxlancı” nədir və orada hansı növ verilənlər saxlamaq olar? 
3. Bu texnologiyanın müsbət və mənfi cəhətləri hansılardır? 
 
Topladığınız materiallar (mətn, şəkil, video) əsasında təqdimat hazırlayın. 
 
İnformasiyanın  ötürülməsi  onun  yayılmasını  təmin  edir.  Müasir  dünyada 
informasiyanın ötürülməsi üçün qəzet, radio, televiziya ötürücüləri, telefon, rabitə 
2
F Ə A L İ Y Y Ə T

İnformasiya prosesləri 

İnformasiyanın saxlanması  

İnformasiyanın ötürülməsi  

İnformasiyanın emalı  

Giriş informasiyası 

Çıxış informasiyası 

İnformasiya daşıyıcıları
 

AR

zl
ə
r


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə