00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə3/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59

7
6
9
10
1
2
3
4
5
7
8
Maraqoyatma. Mövzuya maraq oyatmaq üçün müxtəlif 
situasiya və hadisələr təsvir edilir və suallarla yekunlaşdırılır. 
Fəaliyyət. Maraq oyadılan hadisələrin araşdırılmasına, 
onlarda səbəb-nəticə əlaqələrinin müəyyən edilməsinə 
yönəlmiş tapşırıqlar verilir.  Bu tapşırıqlar əvvəlki 
biliklərinizlə yeni öyrənəcəyiniz  materiallar arasında 
əlaqə yaratmağa xidmət edir. Yerinə yetirilmiş işin 
nəticəsini müzakirə etmək və səhvləri araşdırmaq üçün 
suallar verilir. 
İlkin yoxlama. Mövzu ilə əlaqəli əvvəlki illərdə
mənimsənilmiş anlayışların yada salınması.
İzahlar. Fəaliyyət zamanı müəyyən etdiyiniz 
faktlarla bağlı açıqlamalar verilir. Əsas anlayışlar, 
mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, bir sözlə, 
dərsin əsas məzmunu burada əks olunur.
Bu maraqlıdır. Mövzu
ilə bağlı bilikləri
genişləndirmək üçün
nümunələr və maraqlı
məlumatlar.
Araşdıraq öyrənək. Mövzuda
öyrənilənləri möhkəmləndirmək,
tətbiq etmək və onlara münasibət
bildirmək məqsədilə verilən
tapşırıqlardır.
Özünüzü yoxlayın. Hər mövzuda öyrəndiklərinizi 
qiymətləndirmək, zəif cəhətlərinizi müəyyən etmək 
üçün nəzərdə tutulur.
DƏRSLİKLƏ NECƏ İŞLƏMƏLİ?
10
9
Addım-addım. Praktik
vərdişləri formalaşdırır.
Nümunə. İzahı verilən
yeni anlayışın daha
yaxşı qavranılması 
üçün misallar.
Açar sözlər. Hər mövzu
üzrə öyrənilən əsas
anlayışlar.
12
11
Tarix. Mövzu ilə əlaqəli maraqlı
tarixi faktlar.
Ümumiləşdirici sual və tapşırıqlar.
Hər bölmənin sonunda öyrəndiklərinizin tətbiqi 
ilə bağlı sual və tapşırıqlar.
1
2
3
4
5
7
6
8
9
10
11
12
6


 
 
 
 
 
 
 
 
 
İNFORMASİYA 
 
1.1.
 İnformasiya və informatika  
1.2.
 İnformasiya prosesləri 
1.3.
 İnformasiyanın miqdarı 
1.4.
 İnformasiyanın qorunması 
1.5.
 Kompüter virusları 
1.6.
 Antivirus proqramları  
1.7.
 Kompüter cinayətkarlığı 
1.8.
 Kriptoqrafiya 
 


 
 
 
 
İnformasiya
 


 
 
 
 
 
 
 
Oxuduğunuz yeni bədii əsər, yaxud baxdığınız film xoşunuza gələrsə, yəqin ki,
həmin əsərin müəllifi və ya filmin rejissorunun kimliyi ilə maraqlanacaq, onun
həyat və yaradıcılığı haqqında informasiya toplamağa çalışacaq, başqa əsər-
lərini  oxuyacaqsınız  (və  ya  filmlərinə  baxacaqsınız).  Bu  məlumatların  həcmi
yetərincə böyük olarsa, əsas faktları və əsər (film) haqqında fikirlərinizi bir yerə
qeyd edəcək, başqa sözlə, informasiyanı saxlayacaqsınız. Əlbəttə, əsər barədə
təəssüratlarınızı dostlarınızla da bölüşəcək, yəni aldığınız informasiyanı ötürə-
cəksiniz.  
Oxuduqlarınız (baxdıqlarınız), təəssüratlarınız və düşüncələriniz əsasında əsərin
baş qəhrəmanlarının hərəkətləri haqqında öz nəticələrinizi çıxara, əsər haqqında
inşa yaza və ya təqdimat hazırlaya, başqa sözlə, informasiyanı emal edə bilər-
siniz.  Əgər  etdiyiniz  qeydləri  başqalarının  oxumasını  istəmirsinizsə,  kənar
adamların ona çıxışını məhdudlaşdıracaq, yəni informasiyanı qoruyacaqsınız
Bu nümunədə siz informasiyanı topladınız, onu saxladınız, ötürdünüz, emal et-
diniz və qorudunuz. Bütün bu əməliyyatlara informasiya prosesləri deyilir. 
 


 
 
 
 
 
10 
 
 
 
 
 
 
 
İlkin yoxlama 
1. 
Bədii əsəri təkrar oxuduqda, yaxud filmə təkrar baxdıqda informasiya 
alırsınızmı? 
 
2. 
Bunlardan hansı informasiyanın xassəsi deyil? 
a) obyektivlik 
 
 
 
b) aktuallıq 
c) nəticəlik  
 
 
 
d) tamlıq 
  
3. 
Normal insan həyatı boyu daha çox hansı növ informasiya alır? 
a) görmə informasiyası (vizual) 
 
b) səs informasiyası (audial) 
c) dad informasiyası  
 
 
d) qoxu informasiyası 
e) taktil informasiya 
 
4. 
Verilmiş obyektlər informasiyanı hansı formada təqdim edir?
 
diktor; yol nişanları; siqnalçı matros; müəllim 
 
5. 
Hansı rabitə kanalı ilə verilənlərin ötürülmə sürəti daha yüksək olur?  
a) sarınmış cütlük kabeli 
 
 
b) koaksial kabel 
c) optik lif kabeli   
 
 
d) simsiz kanal 
 
6. 
Boşluqda hansı ədəd olmalıdır? 
a) 5 bayt     =   bit    
 
 
b) 10 Kbayt =   bit 
c) 100 bayt =   Kbayt  
 
 
d) 32 bit       =   bayt 
 
7. 
Yeddi bitlə neçə müxtəlif  informasiyanı kodlaşdırmaq olar? 
a) 8 
 
 
 
 
b) 128 
c) 64 
 
 
 
 
d) 256 
 
8. 
25 müxtəlif hadisəni kodlaşdırmaq üçün neçə bit kifayətdir? 
a) 3 
 
 
 
 
b) 4 
 
 
c) 5 
 
 
 
 
d) 6 
 
9. 
Bir  ölkədə  avtomobil  nömrələri  8  simvoldan  ibarət  olmaqla  20  hərf  və  10 
rəqəmin  kombinasiyasından  düzəlir.  Hər  bir  simvolun  kompüterdə  1  baytla 
kodlaşdırıldığını hesab etsək, 50 nömrənin kompüterdə nə qədər yer tutduğunu 
müəyyənləşdirin.  
a) 30 bayt   
 
 
 
b) 50 bayt 
 
c) 150 bayt  
 
 
 
d) 400 bayt 
 
10. 
Şagird kitabların birində XIX əsrin sonunda Bakının əhalisi haqqında məlu-
matlarla  rastlaşdı,  onların  əsasında  cədvəl  düzəltdi,  diaqram  qurdu  və  kon-
fransda məruzə ilə çıxış etdi. Burada informasiyanın  toplanması, saxlanması, 
emalı və ötürülməsi proseslərini ayırın.   


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə