00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə4/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59

 
 
 
 
İnformasiya
 

11 
 
 İ
NFORMASİYA VƏ İNFORMATİKA  
 
İnsanlar daim informasiyadan istifadə etmişlər. 
Bütün  cəmiyyətlərdə  informasiya  toplanmış, 
emal edilmiş, saxlanmış, lazım gəldikdə kənar 
müdaxilələrdən  qorunmuş  və  başqalarına  ötü-
rülmüşdür.
 
 
“Dediklərinizdən heç bir in-
formasiya almadım” ifadəsinin 
səbəbi nə ola bilər? 
 
 
 
"Bu  gün  sentyabr  ayının  on  beşidir"  məlumatını  bilikləriniz  əsasında  emal  edib  yeni 
informasiya alın. 
– Hansı yeni informasiya aldınız? 
– Göstərilən tarix Azərbaycan və şəxsən sizin üçün nə ilə əlamətdardır? 
 
İnformasiya latın dilindəki "informatio" sözündən olub “məlumat, ifadə, izah” 
deməkdir. Bu termin informatikada ilkin olduğundan ona tərif verilmir.  
Praktikada, əsasən, “informasiya” əvəzinə “verilənlər” və ya “bilik” sözlərindən 
istifadə  olunur.  Buna  səbəb  həmin  terminlər  arasında  çox  incə  fərqin  olmasıdır. 
İnformasiyanı saxlamaq və başqa insanlara ötürmək üçün onları hər hansı bir dildə 
ifadə etmək (məsələn: nəql etmək, yazmaq, şəklini çəkmək və s.) lazımdır. Yalnız 
bundan sonra onları saxlamaq, emal etmək, ötürmək olar, həm də bu işlərin öhdə-
sindən kompüter də gələ bilər. Hər hansı bir formada qeyd edilmiş (kodlaşdırılmış) 
informasiyanı  elmi  ədəbiyyatda  verilənlər  adlandırırlar;  nəzərdə  tutulur  ki,  kom-
püter  onlar  üzərində  hansısa  əməliyyatlar  apara  bilir,  ancaq  onların  mənasını  an-
lamır. Verilənlərin informasiya olması üçün onları anlamaq və dərk etmək lazımdır, 
buna isə yalnız insan qadirdir. Əgər məlumatı alan insan onun yazıldığı dili bilirsə, 
o həmin məlumatın mənasını anlaya, yəni informasiya ala bilər. İnformasiyanı emal 
etməklə və nizamlamaqla insan qanunauyğunluqları aşkarlayır, yəni bilik qazanır.   
 
 
n ü m u n ə  
Verilənlər hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi 
yoxdur.  
Məsələn,  kompüterə  daxil  edilən,  müəyyən  üsulla  emal  olunan  və  çıxışa  verilən  
‘19091985’ və ya ‘VD51FGD’ simvollar sətri verilənlərdir. 
İnformasiya mənası olan verilənlərdir. Biz simvollar sətrinin nə ifadə etdiyini biliriksə, o, 
informasiya olur.   
F Ə A L İ Y Y Ə T  
1.1 


 
 
 
 
 
12 
 
 
 
Məsələn, ‘19091985’ hər hansı malın kodu da ola bilər, kiminsə doğum günü də (19 sen-
tyabr 1985) – onun nəyə aid olduğunu bildikdə o bizim üçün informasiyaya çevrilir.  
İnformasiya o zaman biliyə çevrilir ki, biz onunla manipulyasiya apara bilmək üçün qayda, 
yaxud qaydalar toplusundan istifadə edirik.  
Məsələn, 19091985 sətrinin kiminsə doğum günü (19 sentyabr 1985) olduğunu bilirsiniz-
sə, siz nəticə çıxara bilərsiniz ki, həmin adamın yaşı 18-i ötüb və o, seçkilərdə iştirak edə 
bilər. Burada siz “18 yaşından yuxarı vətəndaşlar seçkilərdə iştirak edə bilər” qaydasından 
istifadə edərək informasiyadan bilik əldə etdiniz. 
 
İnsan informasiyanı öz duyğu orqanları – gözləri, qulaqları, ağzı, burnu və dərisi 
vasitəsilə alır. Ona görə də aldığımız informasiyanı aşağıdakı növlərə ayırmaq olar: 
  görmə informasiyası (vizual informasiya) gözlər vasitəsilə daxil olur. Müx-
təlif  qiymətləndirmələrə  görə,  bu  növ  informasiya  aldığımız  bütün  infor-
masiyanın 80–90%-ni təşkil edir;  
  səs informasiyası (audial informasiya) qulaqlar vasitəsilə qəbul olunur
  dad informasiyası dil vasitəsilə daxil olur; 
  qoxu informasiyası burun vasitəsilə alınır; 
  taktil informasiya dəri vasitəsilə alınır. 
 
Bəzən əzələlər vasitəsilə alınan informasiyanı ayrıca növ kimi qeyd edirlər. İn-
sanın bədən hissələri hərəkət etdikdə əzələlər və oynaqlardan beyinə impulslar daxil 
olur.  Bəzi  canlılar  Yerin  maqnit  sahəsini  hiss  edir  və  bunun  əsasında  öz  hərəkət 
istiqamətlərini müəyyənləşdirirlər. 
İnformasiya  obyektləri  ikili  təbiətə  malikdir.  Bir  tərəfdən  o,  maddidir,  çünki 
informasiya maddi dünyanın obyektləri və hadisələri haqqında bilgi verir. Başqa tə-
rəfdən  isə  onlar  insan  təfəkkürünün  xüsusiyyətləri  ilə  bağlı  olan  məntiqi  (qeyri-
maddi)  təbiətə  malikdir,  çünki  eyni  bir  informasiya  obyektini  müxtəlif  insanlar 
müxtəlif cür qəbul edə bilər. İnsanın aldığı informasiya onun əvvəlki həyat təcrübə-
sindən və ilkin biliklərindən, informasiya alarkən istifadə etdiyi alət və vasitələrdən 
asılı olur; məsələn: 7 
 9 = 63 olması sizin biliklərinizi artırmayacaq, ancaq vurma 
cədvəlini öyrənən üçün yeni informasiya olacaq.
 
 
7 × 9 = 63
 
 
İnformasiya almır 
 
İnformasiya alır 
 
İnformasiya almır 
 
İnformasiya ilə baş verən dəyişikliklər informasiya prosesləri adlanır. Bu pro-
seslər  nəticəsində  informasiyanın  məzmunu  və  ya  təqdimedilmə  forması  dəyişir. 


 
 
 
 
İnformasiya
 

13 
 
İnformasiya  prosesləri  bir-biri  ilə  sıx  bağlı-
dır;  məsələn,  informasiyanın  toplanmasını 
informasiyanın  ötürülməsindən  ayrı  düşün-
mək olmaz. 
İnformasiyanın saxlanması, ötürülməsi və 
emalı  ilə  bağlı  məsələləri  insanlar  bütün 
dövrlərdə  həll  etmişlər:  qazanılmış  bilikləri 
nəsildən-nəslə ötürmək, saxlanclardan zəruri 
kitabları  axtarıb  tapmaq,  məxfi  yazışmaları 
şifrləmək lazım gəlmişdir. XIX əsrin sonla-
rında kitabxanalarda sənədlərin sayı o qədər 
çoxalmışdı  ki,  toplanmış  informasiyanın 
saxlanması və axtarışı məsələsinin həlli üçün 
elmi  yanaşmaların  tətbiqi  zəruri  olmuşdu. 
Bu  zaman  sənədli  informasiyanı,  yəni  sə-
nədlər (kitablar, jurnallar, məqalələr və s.) şəklində olan informasiyanı öyrənən yeni 
elmi istiqamət meydana çıxdı. Bu istiqaməti ingilis dilində “information science” 
(informasiya elmi, informasiya haqqında elm) adlandırdılar. 
Kompüter texnikasının tətbiqi çox zəhmət tələb edən işləri avtomatlaşdırmaqla 
informasiya  ilə  işləmək  sahəsində  insanların  imkanlarını  əhəmiyyətli  dərəcədə 
artırdı.  XX  əsrin  ortalarında  informasiya  prosesləri  elmi  araşdırmaların  mövzusu 
oldu və informasiya proseslərini öyrənən elm – informatika meydana çıxdı. Hesab 
edilir ki, "informatika" sözü iki sözün – "informasiya" və "avtomatika" sözlərinin 
birləşdirilməsi  nəticəsində  yaranıb.  Beləliklə,  informatika  "informasiya  ilə  av-
tomatik  iş"  anlamını  verir.  İngilisdilli  ölkələrdə  "informatika"  əvəzinə  "computer 
science" (kompüterlər haqqında elm) terminindən istifadə olunur. 
XX əsrin 70-ci illərində müstəqil elm sahəsinə çevrilən çağdaş informatika kom-
püter  sistemlərinin  köməyi  ilə  informasiyanın  emalının  nəzəriyyə  və  praktikasını 
öyrənir.  
Adətən, informatikaya aşağıdakı elmi istiqamətlər aid edilir:  
  nəzəri  informatika  (informasiya  nəzəriyyəsi,  kodlaşdırma  nəzəriyyəsi, 
riyazi məntiq, avtomatlar nəzəriyyəsi və s.); 
  hesablama texnikası (fərdi kompüterlər, kompüterlərin və kompüter şəbə-
kələrinin quruluşu); 
  alqoritmləşdirmə  və  proqramlaşdırma  (alqoritmlərin  və  proqramların 
yaradılması); 
  tətbiqi informatika (tətbiqi proqramlar, informasiya sistemləri və s.); 
  süni  intellekt  (obrazların  tanınması,  nitqin  anlaşılması,  maşın  tərcüməsi, 
məntiqi nəticələr, özünüöyrətmə alqoritmləri). 

Verilənlər  

İnformasiya 

Bilik 

İnformasiyanın xassələri 

AR
 

zl
ə
r
"İnformatika" terminini ilk dəfə 
1957-ci ildə alman alimi Karl 
Şteynbux işlətmişdir (almanca: 
"informatik"). 1962-ci ildə Filipp 
Dreyfus "informatique" sözünü 
fransız dilinə daxil etmiş, sonra isə 
bu söz "informatics" şəklində 
ingilis dilinə çevrilmişdir. 
Tari
x
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə