00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə7/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   59

 
 
 
 
 
20 
 
 
 
söyləmək  olar.  Onun  tərkibinə  emal  sisteminin  bütün  əsas  hissələri  daxildir:  pro-
sessor, yaddaş, giriş və çıxış qurğuları.  
 
 
n ü m u n ə  
1.  Şagird  məsələnin  şərtini  oxuyub  aldığı  məlumatı  emal  edir,  məsələnin  həllini  tapır  və 
nəticədə yeni informasiya – məsələnin cavabını alır. 
2. Notları oxuyan pianoçu uyğun klavişləri basır və nəticədə biz musiqi eşidirik.  
3. Hakimlər 100 metrlik məsafəyə ilkin qaçış nəticələrini azalan sıra ilə düzür və final qaçışı 
üçün səkkiz iştirakçının siyahısını müəyyənləşdirirlər.  
4. Metroda gediş kartından informasiya alan turniket keçidi bağlayan qurğuya onun 
açılması üçün məlumat göndərir. 
 
 
 
Mətni oxuyun və suallara cavab verin. 
Hava proqnozu necə verilir? Gün ərzində havanın temperaturu,  rütubətliliyi, təzyiqi, 
küləyin sürət, istiqaməti və başqa göstəricilər haqqında müxtəlif məlumatlar meteostan-
siyalarda xüsusi cihazlar vasitəsilə toplanır və meteomərkəzə ötürülür. Bu verilənlər güclü 
kompüterlər  vasitəsilə  hesablanaraq  ümumiləşdirilir  və  xəritə  üzərinə  köçürülür.  Hava 
haqqında  məlumatlar  meteostansiya  və  meteopeyklərdən  kəsilməz  olaraq  daxil  olur. 
Onlayn rejimdə daxil olan verilənlər hər an dəyişə bilər.  
Kifayət qədər böyük ərazinin hava şəraitini izləməyə imkan verən bu xəritələr əsasında 
mütəxəssislər 1 saat, 1 gün və ya daha uzun müddət öncədən hava proqnozları verirlər. 
Hava proqnozları dərhal müxtəlif vasitələrlə əhaliyə və müvafiq təşkilatlara çatdırılır. Bu 
proqnozlar fəaliyyəti hava şəraitindın asılı olan insanlar üçün çox qiymətli məlumatlardır.  
 
 
 
Özünüzü yoxlayın 
1. 
İnformasiya prosesləri nədir? 
2. 
İnformasiya daşıyıcısı nədir? İnformasiya daşıyıcılarına nümunələr göstərin. 
3. 
İnformasiyanı ötürmək üçün hansı rabitə kanallarından istifadə olunur? 
4. 
İnformasiyanın emalının hansı növləri var? 
5. 
Çıxış informasiyası dedikdə nə nəzərdə tutulur? 
A d d ı m   2  
A d d ı m   1
A d d ı m   3
A d d ı m   4
1. 
Hava proqnozunu verərkən informasiyanın emalı prosesi 
necə baş verir?  
2. 
Sxemə əsasən hər bir mərhələ üzrə hansı informasiya 
proseslərinin baş verdiyini qeyd edin.   
3. 
Sxemdəki hər bir mərhələdə kompüterlərin 
rolu nədən ibarət ola bilər?  
4. 
Fikrinizcə, qədim zamanlarda, kompüterlərin 
mövcud olmadığı dövrdə hava proqnozunu 
necə verirdilər? 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –


 
 
 
 
İnformasiya
 

21 
 
 İ
NFORMASİYANIN MİQDARI 
 
 
 
Bu dərsin başlığı ASCII kodlaşdırmasında kompüterin yaddaşında neçə bit yer 
tutacaq?  
 
Bəs Unicode kodlaşdırmasında? 
 
 
 
1. Mağazada 700 çeşiddə mal satılır. Hər mala bənzərsiz ikilik kod verilir. Bütün malları 
kodlaşdırmaq üçün 9 bit bəs edərmi? Cavabınızı əsaslandırın. 
2. Rəssamın palitrasında 28 müxtəlif rəngli boya var. Palitranın bir rəngini kodlaşdırmaq 
üçün ən azı neçə bit lazım olacaq? 
3. Sənəd mətn və qrafik informasiyadan ibarətdir. Mətndə 25 sətir və hər sətirdə  62 simvol 
(Unicode  kodlaşdırılmasında)  var.  Ağ-qara  görüntünün  ölçüsü  480
620  pikseldir. 
Sənədin informasiya həcmini kilobaytla hesablayın. 
 
İnformasiyanın miqdarının ölçülməsi üçün bir neçə yanaşma mövcuddur. Məzmun 
yanaşmasında  informasiyaya  insanın  nöqteyi-nəzərindən  baxılır.  Belə  ki,  ətraf  
aləmin dərkedilməsi prosesi informasiyanın biliklər (faktlar, elmi nəzəriyyələr və s.) 
formasında toplanmasına səbəb olur. İnsan yeni informasiya aldıqca onun bilik dairəsi 
genişlənir, başqa sözlə, biliklərindəki qeyri-müəyyən-
liklər  azalır.  Əgər  hansısa  məlumat  bizim  bilikləri-
mizdəki qeyri-müəyyənliyin azalmasına səbəb olursa, 
onda  belə  məlumatın  informasiya  daşıdığını  demək 
olar.  
Göründüyü  kimi,  bu  yanaşmada  informasiyanın 
miqdarı onun məzmunundan (mənasından) asılı olur. 
Ancaq  texniki  qurğular  informasiyanın  məzmununu  başa  düşmür.  Ona  görə  də 
hesablama  texnikasında  informasiyanın  miqdarını  müəyyənləşdirmək  üçün  başqa 
yanaşmadan – əlifba yanaşması, yaxud texniki yanaşmadan istifadə olunur.  
 
Məzmun yanaşması 
 
Biliklərdəki qeyri-müəy-
yənlik azalır. 
F Ə A L İ Y Y Ə T  
1.3 

İnformasiya miqdarı 

Əlifbanın ölçüsü 

Məzmun yanaşması 

Hartli düsturu  

Şennon düsturu
 

AR

zl
ə
r


 
 
 
 
 
22 
 
 
 
Əlifba yanaşması 
 
Məlumatdakı informa-
siyanın miqdarı onun 
məzmunundan asılı 
olmur. 
Aşağı siniflərdə tanış olduğunuz bu yanaşma müəyyən əlifbanın simvollarından 
təşkil edilmiş mətndəki informasiyanın miqdarını ölçməyə imkan verir. İndi həmin 
yanaşma ilə daha ətraflı tanış olaq. Texnikada informasiya dedikdə, adətən, müəyyən 
işarələr sisteminin simvollarının ixtiyari ardıcıllığı nəzərdə tutulur. Belə informasi-
yanın miqdarını müəyyənləşdirmək üçün məzmunu nəzərə almamaqla həmin ardı-
cıllığın (məlumatın) uzunluğu hesablanır. 
Bildiyiniz kimi, istənilən dilin əsasında xüsusi simvollar (işarələr) yığını – əlifba 
dayanır. Hər hansı dildə informasiyanı təqdim etmək üçün istifadə olunan simvollar 
yığınına əlifba deyilir. Adətən, əlifbaya yalnız hərflər aid edilir, ancaq mətndə hərf-
lərlə  yanaşı,  rəqəmlər,  durğu  işarələri,  mötərizələr  də  olduğundan  İnformatikada 
onlar  da  əlifbanın  elementləri  hesab  olunur.  Əlifbaya  boşluq  simvolunu,  yəni 
sözlərarası boşluğu da aid etmək lazımdır. 
Əlifbada olan bütün simvolların sayına əlifbanın gücü, yaxud əlifbanın ölçüsü 
deyilir və N ilə işarə edilir. 
 
 
n ü m u n ə  
 
Azərbaycan əlifbası 
 
A
 B 
C
 
Ç
 
D
 
E
 
Ə
 
Rus əlifbası 
 
А
 
Б
 В 
Г
 
Д
 
Е
 
Ж
 
İkilik əlifba 
 
0
      
1
 
 
ASCII 
 
!
 @ 
#
 
$
 
%
 
^
 
&
 
N = 32 
N = 33 
N = 2 
N = 256 
 
 
 
 
Əlifba yanaşmasında hesab edilir ki, mətnin hər bir simvolu informasiya miq-
darına (tutumuna və ya çəkisinə) malikdir. Simvolun informasiya tutumu əlifbanın 
gücündən asılı olur. Bildiyiniz kimi, ən kiçik əlifba olan 2-lik say sistemi iki simvol-
dan ibarətdir: “0” və “1”. İkilik əlifbanın simvolunun informasiya tutumu informa-
siya vahidi kimi qəbul olunub və 1 bit adlanır. Başqa əlifbaların simvollarının infor-
masiya  miqdarı  həmin  simvolları  kodlaşdırmaq  üçün  istifadə  olunan  ikilik  sim-
volların miqdarı ilə müəyyən olunur. Əlifbadakı bir simvolun informasiya tutumunu 
i ilə işarə etsək, aydındır ki: 
 
Çox maraqlı əlifbaları olan dillər də mövcuddur. Onlardan biri Çin dilidir. Bu 
dildə bir heroqlif tam bir anlayışı, fikri ifadə edə bilir. Yeni söz, anlayış yeni 
heroqliflə  göstərilir.  Çin  dilində  başlıca  olaraq  təxminən  5000  heroqlifdən 
istifadə olunur. 

 insan       

 vurmaq
 
Bu 
m
ar
aql
ıdır
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə