00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə6/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59

 
 
 
 
İnformasiya
 

17 
 
şəbəkələri kimi qurğulardan istifadə olunur. Bunların hamısı informasiyanın ötü-
rülmə kanallarıdır.  İnformasiyanı  bir  yerdən  başqa  yerə  göndərmək  üçün  belə 
kanalın bir ucunda verici, o biri ucunda isə qəbuledici qurğu olmalıdır.  
 
 
 
Ötürmə  kanallarının  əsas  xarakteristikası  onların  ötürücülük qabiliyyətidir  və 
vahid zamanda ötürülən informasiyanın həcmi ilə ölçülür.  
Ötürülən informasiyanın həcmi bu düsturla hesablanır: 
Q = υ 

 t.
 
Burada υ – kanalın ötürücülük qabiliyyəti,  t – ötürülmə müddətidir.  
Səs və videosiqnallar hündür qüllələrdən şüalanan elektromaqnit dalğaları vasitəsilə 
ötürülür.  Hündür  qüllələr  ona  görə  lazımdır  ki,  qısa  uzunluqlu  dalğalar  daha  uzaq 
məsafələrə gedib çata bilsin. Bu dalğalar Günəş şüaları kimi yalnız düz xətt boyunca 
yayılır. Bu dalğalar hər hansı bir maneə ilə rastlaşdıqda onu aşıb keçə bilmir; məsələn, 
dağın arxasında bu dalğaları qəbul etmək mümkün deyil.  
Yer səthinin əyriliyi də belə dalğalar üçün maneə hesab oluna bilər. Çünki düz xətt 
üzrə yayılan dalğalar kürə formasında olan Yerin bütün səthi boyu yayıla bilmir.  
Radiodalğalar Yer səthində yerləşən istənilən obyektə peyklər vasitəsilə çatdırılır: 
dalğalar düz xətt boyunca əvvəlcə peykə ötürülür, sonra isə peyk onları yenə düz xətt 
üzrə Yerin səthində yerləşən başqa bir obyektə ötürür.   
 
 
Bu 
m
ar
aql
ıdır
 
İnformasiya peyki A
 
İnformasiya peyki C
 
İnformasiya peyki B
 
Kabel


 
 
 
 
 
18 
 
 
 
Kanalın ötürücülük qabiliyyəti onun texniki parametrlərindən asılıdır; məsələn, 
telefon xətlərinin ötürücülük qabiliyyəti on və yüzlərlə kbit/san ilə ölçülür. Optik lif 
və radiorabitə xətlərinin ötürücülük qabiliyyəti isə yüzlərlə Mbit/san-yə çatır. 
Rabitə kanallarının ötürmə sürətinə aid məsələlərlə tanış olaq. 
 
n ü m u n ə  
Məsələ 1. 
ADSL-bağlantı vasitəsilə verilənlərin ötürülmə sürəti 128 000 bit/san-dir. Bu bağlantıda 
625 Kbayt həcmli fayl neçə saniyəyə ötürülər?  
Həlli: 
Hesablamaların rahatlığı üçün hər iki ədədi 2-nin qüvvəti şəklində bitlərlə ifadə edək:  
υ = 128000 bit/san = 128
1000 bit/san = 2
7
1258 bit/san = 2
7
5
3
2
3
 bit/san = 2
10
5
3
 bit/san. 
Q = 625 Kbayt = 5
4
 Kbayt = 5
4
2
10 
бayt = 5
4
2
13 
bit. İnformasiyanın ötürülməsinə sərf 
olunan zamanı hesablamaq üçün faylın həcmini ötürülmə sürətinə bölmək lazımdır: 

Q
=
5
4
×2
13
bit
5
3
×2
10
bit/s
=
40 s 
Məsələ 2. 
640
480 ölçülü rəngli rastr görüntüsündə hər pikselin rəngi 3 baytla kodlaşdırılmışdır. 
Sürəti 28 800 bit/san olan modem bu görüntünü nə qədər vaxta ötürə bilər? 
Həlli: 
1.  Əvvəlcə ötürülən görüntüdə neçə piksel olduğunu hesablayaq:  
640
480 = 64101630 = 2
6
2
4
300 = 2
10
300 piksel. 
2. Görüntünün informasiya həcmini (Q) hesablayaq:  
2
10
30032

bit = 2
13
900 bit. 
3. Hesablamanı sadələşdirmək üçün modemin sürətini də 2-nin qüvvəti şəklində ifadə 
edək: 
28 800 bit/san = 2
5
900 bit/san. 
4. Ötürülməyə sərf olunacaq zamanı hesablayaq (t = Q/υ): 
2
13
900 bit / (2
5
900 bit /san) = 2
13
/2
5
 = 2

= 256 san. 
 
 
 
Məsələləri həll edin. 
1. Rabitə kanalının ötürücülük qabiliyyəti 10 Mbit/san-dir. Kanala əlavə küy təsir etmir. 
Həcmi 100 Kbayt olan mətn nə qədər vaxt ərzində ötürülə bilər? 
2. Modem rabitəsi vasitəsilə informasiyanın ötürülmə sürəti 51 200 bit/san-dir. Mətn faylı 
bu  kanaldan  10  saniyə  ərzində  ötürülmüşdür.  Mətnin  16-bitlik  Unicode  kodlaşdır-
masında verildiyini bilərək ondakı simvolların sayını müəyyən edin.  
 
Hazırda  ən  vacib  problemlərdən  biri  informasiyanın  ötürülməsi  zamanı  onun 
qorunmasıdır, çünki rabitə xəttində olan müxtəlif küylər (uğultular) informasiyanın 
təhrif  olunmasına,  hətta  onun  itməsinə  səbəb  ola  bilər.  Başqa  bir  problem  infor-
masiyanın oğurlanmaqdan qorunmasıdır. Bu problemlə bağlı növbəti dərslərdə ət-
raflı danışılacaq. 
3
F Ə A L İ Y Y Ə T  


 
 
 
 
İnformasiya
 

19 
 
İnformasiyanın emalı onun hər hansı şəkildə 
– 
istər məzmununun, istərsə də təq-
dimedilmə formasının dəyişdirilməsidir. Emalın dörd mühüm növünü seçdirmək olar: 
  yeni informasiyanın yaradılması; məsələn, məsələnin hesablamalar və ya mən-
tiqi mühakimələr vasitəsilə həlli
  kodlaşdırma 

 bu zaman informasiyanın məzmunu deyil, forması (xarici gö-
rünüşü) dəyişir; məsələn, mətnin başqa dilə tərcüməsi. Kodlaşdırmanın bir növü 
şifrləmədir ki, burada da məqsəd informasiyanın məzmununun kənar şəxslərdən 
gizlədilməsidir; 
  informasiyanın axtarışı; məsələn: kitabda, kitabxana kataloqunda, sxemdə və 
ya İnternetdə; 
  çeşidləmə 
– 
siyahının elementlərinin verilmiş ardıcıllıqla yerləşdirilməsi; məsə-
lən: ədədlərin artan və ya azalan sıra ilə düzülməsi, sözlərin əlifba üzrə düzül-
məsi.  Çeşidləmənin  başlıca  məqsədlərindən  biri  informasiyanın  axtarışını 
asanlaşdırmaqdır.   
 
 
 
İnformasiyanın emalı müəyyən qaydalara uyğun olaraq hansısa icraçı – subyekt, 
yaxud obyekt (məsələn: insan və ya kompüter) tərəfindən aparılır. Emalın icraçısı 
ətraf mühitlə qarşılıqlı əlaqədə olaraq ondan giriş informasiyası alır və emal edir. 
Emalın  nəticəsi  ətraf  mühitə  verilən  çıxış informasiyasıdır.  Beləliklə,  ətraf  mühit 
giriş informasiyasının mənbəyi və çıxış informasiyasının qəbuledicisi olur. 
Giriş informasiyası insanın, yaxud qurğunun qəbul etdiyi informasiyadır. 
Çıxış informasiyası insan, yaxud qurğu tərəfindən emal olunduqdan sonra alınan 
informasiyadır. 
 
 
 
Çox zaman insan topladığı informasiyanı texniki qurğuların köməyi ilə emal edir. 
Belə  qurğular  içərisində  qısa  zamanda  böyük  həcmdə  informasiyanı  emal  edən 
kompüterlər xüsusi rol oynayır. İnformasiyanın emalı icraçıya məlum olan müəyyən 
qaydalarla aparılır.  
Yuxarıdakı  sxem  informasiyanın  emalının  ümumi  sxemidir.  Bu  sxem  emalın 
icraçısının  kim  (yaxud  nə)  olmasından  asılı  deyil:  o,  canlı  orqanizm  də  ola  bilər, 
texniki sistem də. Kompüterdə texniki vasitələrlə məhz belə sxem reallaşdırılıb. Ona 
görə  də  kompüterin  “canlı”  informasiya  emalı  sisteminin  texniki modeli olmasını 
Giriş informasiyası
Emal
Çıxış informasiyası
İnformasiyanı emal etmək üçün insan, ilk növbədə, öz bey-
nindən istifadə edir. Baş beyin qabığının neyronlarının vəziy-
yəti  1  saniyədə  təxminən  200  dəfə  “dəyişir”  ki,  bu  da 
kompüter  yaddaşı  elementləri  ilə  müqayisədə  önəmli  dərə-
cədə yavaşdır. Ancaq insan iti pişikdən, demək olar ki, səhv-
siz ayırsa da, bu məsələ kompüterlər üçün hələ ki həll edil-
məyib.  Görünür,  insan  belə  məsələləri  uzun  hesablamalar 
yolu ilə deyil, hansısa “kəsə yolla” həll edir.
 
Bu 
m
ar
aql
ıdır


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə