00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə8/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   59

 
 
 
 
İnformasiya
 

23 
 

1 bit 
2 bit 
3 bit 
4 bit 
5 bit 
6 bit 
7 bit 
8 bit 




16 
32 
64 
128 
256 
 
Beləliklə, hər hansı əlifbanın gücü (N) ilə 
onun  bir  simvolunun  daşıdığı  informasiya 
miqdarı  (i)  arasında  aşağıdakı  asılılıq  möv-
cuddur:  
 
N = 2
i
 
 
Bu düstur Hartli düsturu adlanır. 
Əlifbada nə qədər çox simvol olursa, bir 
simvolun  daşıdığı  informasiya  miqdarı da  o 
qədər  çox  olur.  Örnək  olaraq  Azərbaycan 
əlifbasında bir hərfin daşıdığı informasiyanın 
miqdarını müəyyən edək. Bu əlifbada 32 hərf 
olduğundan 
 
N = 32 
 32 = 2
i
 
 2
5
 = 2
i
 
 i = 5 bit. 
 
Beləliklə, informasiya miqdarının əlifba yanaşması ilə ölçülməsi zamanı Azər-
baycan əlifbasının bir hərfi 5 bit informasiya daşıyır.  
Mətn məlumatı simvollar ardıcıllığından ibarətdir və bu simvolların hər biri mü-
əyyən  informasiya  miqdarı  daşıyır.  Əgər  simvollar  eyni  informasiya  miqdarı 
daşıyırsa,  onda  məlumatdakı  informasiyanın  miqdarını  (I
m
)  hesablamaq  üçün  bir 
simvolun  daşıdığı  informasiya  miqdarını  (I
s
)  kodun  uzunluğuna  (K),  yəni  mə-
lumatdakı simvolların sayına vurmaq olar:  
 
 
I
m
 = I
s
 × 
 
n ü m u n ə  
1. Məlumat 16 simvoldan ibarət əlifbanın hərfləri ilə yazılıb. Məlumatın uzunluğu 10 simvol 
olarsa, onun informasiya tutumu nə qədər olacaq? 
16  =  2
4
  olduğundan  bir  simvolun  çəkisi  4  bitdir.  Onda  məlumatın  özünün  informasiya 
tutumu 10 
 4 = 40 bit olacaq. 
 
2. İnformasiya tutumu 300 bit olan məlumat 100 simvoldan ibarətdir. Əlifbada neçə simvol 
var?  
Bir simvolun çəkisini müəyyənləşdirək: 300 / 100 = 3 bit. Deməli, düstura görə, əlifba-
dakı simvolların sayı 2
3
 = 8 olacaq. 
 
 
Baxdığımız  hal  informasiyanın  miqdarının  hesablanmasının  xüsusi  halıdır. 
Aydındır  ki,  əlifbanın  bütün  simvollarının  daşıdığı  informasiya  miqdarı  eyni  ola 
bilməz, çünki mətndəki bütün hərflərin işlənmə tezliyi eyni olmur; məsələn, aydındır 
ki, Azərbaycan dilində “a” hərfi “j” hərfinə nisbətən daha çox işlənir. Başqa sözlə, 
Ralf Hartli  
(1888–1970) 
Elektronika sahəsində 
amerikalı tədqiqatçı. 
 
 
 
Hartli ossilyatorunu və Hartli çe-
viricisini ixtira edib. İnformasiya 
nəzəriyyəsində 1928-ci ildə infor-
masiya miqdarının ölçülməsi 
üçün daxil etdiyi düsturla məş-
hurdur. 


 
 
 
 
 
24 
 
 
 
informasiya nəzəriyyəsi baxımından Azərbaycan əlifbasının hərflərinin informasiya 
tutumu fərqlidir. Ona görə də ümumi halda informasiya miqdarını hesablamaq üçün 
başqa düsturdan – Şennon düsturundan istifadə olunur.  
  
 
 
 
İnsanın DNT-sini (genetik kodunu) dördhərfli əlifbada yazılmış söz kimi təsəvvür etmək 
olar. Burada hər bir hərflə DNT zəncirinin halqası işarələnir (nukleotid). Tərkibində təq-
ribən 1,5
10
23  
nukleotid olan DNT zəncirinin neçə bit informasiya daşıdığını hesablayın.
 
 
Özünüzü yoxlayın 
1. 
Birinci dərsdə verilmiş "7 
 9 = 63" misalında informasiyanın miqdarının ölçülməsi 
üçün hansı yanaşmadan istifadə olunub? 
2. 
Əlifbada 32 hərf varsa, onun bir hərfi hansı miqdarda informasiya daşıyır? 
3. 
20 simvoldan ibarət olan məlumatın informasiya tutumu 100 bitdir.  Bu məlumatın 
yazıldığı əlifbanın ölçüsü nəyə bərabərdir? 
4. 
8 simvolu olan əlifba vasitəsilə yazılmış məlumatın informasiya tutumu 120 bitdir. 
Məlumatda neçə simvol var? 
5. 
Kitab 100 səhifədən ibarətdir.
 
Hər səhifədə 60 sətir, hər sətirdə 80 simvol olarsa, 
kitabın informasiya tutumu nə qədər olacaq? 
6. 
A planetində 256, B planetində isə 128 hərfdən ibarət əlifbadan istifadə edilir. Hansı 
planetin əhalisi üçün 10 simvoldan ibarət olan məlumat daha çox informasiya daşıyır?  
 
 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
XX əsrin başlanğıcında rabitənin 
texniki vasitələri (telefon, teleqraf, 
radio) sürətlə inkişaf edirdi. Bununla 
əlaqədar olaraq yeni elmi istiqamət – 
"Rabitə nəzəriyyəsi" meydana çıxdı. 
Amerikalı alim K.Şennon bu nəzəriy-
yəni inkişaf etdirərək kodlaşdırma 
nəzəriyyəsini və informasiya nəzəriy-
yəsini yaratdı. İnformasiya nəzəriy-
yəsi rabitə kanalı ilə ötürülən infor-
masiyanın ölçülməsi problemini həll 
etdi. 
Tari
x
 
Klod Elvud Şennon  
(1916–2001)  
Amerikalı mühəndis və 
riyaziyyatçı, informasiya 
nəzəriyyəsinin banisi.  
 
1948-ci ildə "Rabitənin riyazi 
nəzəriyyəsi" məqaləsində ən 
kiçik informasiya vahidini 
işarə etmək üçün "bit" 
sözündən istifadə etməni təklif 
edib.
 


 
 
 
 
İnformasiya
 

25 
 
 İ
NFORMASİYANIN QORUNMASI
 
İstənilən adamı onun üçün dəyərli bir şeyin itkisi 
məyus edir. Təsəvvür edin ki, mobil telefonunuzu, 
yaxud dostunuzun ad gününə hədiyyə almaq üçün 
evdən sizə verilmiş pulu itirmisiniz. Belə bir hadisədən 
məyus olsanız da, bu cür itkinin yerini tezliklə 
doldurmaq olar. 
İndi, tutaq ki, illərlə sizin üçün vacib olan 
məlumatları qeyd etdiyiniz yazı kitabçasını 
itirmisiniz. Bərpa olunması müşkül olan bu itki, 
yəqin ki, sizi daha çox məyus edəcək.  
Bəs şəxsiyyət vəsiqənizi, pasportunuzu, yaxud ali 
təhsil haqqında diplomunuzu itirsəniz, nə baş verə 
bilər? Bu sənədlərin hər birində yalnız sizin özünüzə 
məxsus olan mühüm informasiyalar vardır. 
Sənədlərin itirilməsi, yaxud oğurlanması bəzən 
cinayət məsuliyyətinə də səbəb ola bilər.
 
 
Hər hansı sənədinizi 
(məsələn: "Doğum haqqın-
da şəhadətnamə"ni, yaxud 
"Şəxsiyyət vəsiqəsi"ni) 
itirmisinizmi? Belə hal baş 
vermişsə, nə etmisiniz? 
 
 
 
Məlumatla tanış olun və sualları cavablandırın.  
2013-cü ildən Azərbaycanda biometrik pasportların verilməsinə 
başlanılmışdır. Bu pasportlarda bütün informasiya mikrosxemdə 
saxlanılır. Mikrosxemin yaddaşında vətəndaş haqqında ümumi 
məlumatlar və pasport sahibinin biometrik özəllikləri – üz təsviri, 
barmaq izi, yaxud gözün qüzehli qişasının təsviri yerləşdirilir.  
Bu məlumatların surəti mərkəzləşdirilmiş məlumat bazasında da 
saxlanılır. Mikrosxemin yaddaşında olan məlumat oxuyucu 
qurğuya məsafədən ötürülə bilər.  
– Pasporta baxmadan vətəndaş haqqında məlumatları necə əldə etmək olar?  
– Pasportun doğrudan da onu təqdim edən şəxsə məxsus olduğunu necə müəyyənləş-
dirmək olar? 
 
Yaşadığımız  dövrdə  informasiyanın  böyuk  bir hissəsi  rəqəmli  şəkildə  elektron 
daşıyıcılarda saxlanılır. Bu isə informasiyanın qorunması problemini asanlaşdırmır, 
əksinə, daha da çətinləşdirir. Özu də bu problem hazırda elə qlobal xarakter almışdır 
ki,  müxtəlif  ölkələrdə  informasiyanın  mühafizəsi  haqqında  xüsusi  qanunlar  qəbul 
edilir, əvvəllər fəaliyyət gostərməyən yeni özəl və dövlət qurumları yaradılır. 
 
 
F Ə A L İ Y Y Ə T  
1.4 
Azərbaycan  Respublikasında  ''İnformasiya,  informasiyalaşdırma  və  informasiyanın 
mühafizəsi haqqında'' qanun 3 aprel 1998-ci il tarixdən qüvvədədir. Bu qanuna görə, 
hər bir sənədləşdirilmiş informasiya mühafizə olunmalıdır.  
Tari
x
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə