00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə17/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   59

 
 
 
 
Modelləşdi
rmə
 

49 
 “M
ODEL

 ANLAYIŞI 
 
 
  Şəkildə göstərilmiş obyektlərlə hansı dərslərdə 
rastlaşmışsınız?  
 
Başqa fənlərdən daha hansı modelləri tanıyırsınız

 
    
 
Göstərilmiş obyektlər üçün yaradılmış modelləri yada salın və cədvəli tamamlayın.  
 
№ 
Obyektin adı 
Hansı modellər yaradılıb 
Model yaradılmasının səbəbi 

Dinozavr 
 
 

Günəş sistemi 
 
 

İnsan 
 
 
 
– Hər bir model təcəssüm etdiyi obyektin hansı xüsusiyyətlərini əks etdirir? 
 
Bizi  əhatə  edən  aləmdə  çox  sadə  kimi  hesab  edilən  obyektlər  də,  əslində,  çox 
mürəkkəbdir. Hər hansı obyekti, hadisəni, yaxud prosesi başa düşmək üçün bəzən 
onun sadələşdirilmiş variantından – modelindən istifadə etmək lazım gəlir. “Model” 
termini  latın  dilindəki  “modulus”  sözündən  alınıb  və  “örnək,  nümunə”  anlamını 
verir. 
Model obyektin, hadisənin və ya prosesin müəyyən xüsusiyyətlərini əks etdirən 
təqdimolunma  formasıdır.  Modelin  yaradılması  prosesi  modelləşdirmə  adlanır. 
Modeli yaradılan obyektin özünə orijinal, yaxud prototip deyilir.    
Bəs nə üçün insanlar orijinalın özü ilə deyil, onun modeli ilə işləyirlər? Bunun 
bir neçə səbəbi var:  
1.  Obyekt öyrənilən zamanda orijinal mövcud olmaya bilər: o ya keçmişin, ya 
da  gələcəyin  obyektidir.  Dinozavrların  nəslinin  kəsilməsi,  Yerdə  həyatın 
əmələ gəlməsi nəzəriyyələri belə yaranıb. Bu üsulun köməyi ilə gələcəyə də 
F Ə A L İ Y Y Ə T  
2.1 


 
50 
 
 
baxmaq olar. Fiziklər nüvə müharibəsi olarsa, planetimizdə yarana biləcək 
“nüvə qışı” adlanan nəzəri model qurmuşlar.  
2.  Orijinal  çoxlu  xassələrə  və  qarşılıqlı  əlaqələrə  malik  ola  bilər.  Obyektin 
sadələşdirilmiş  təsviri  olan  modeldə  isə  yalnız  tədqiqatçını  maraqlandıran 
xassələri saxlamaqla qalanları “atmaq” olar; məsələn, biologiya dərslərində 
çox  mürəkkəb  insan  orqanizmini  öyrənmək  məqsədilə  onun  müxtəlif 
modellərindən istifadə olunur.  
3.  Model  real  mövcud  olan  obyektlərin  mücərrəd  ümumiləşməsi  olur.  Yeni 
geyim biçimi nümayiş etdirən maneken (model) hər hansı real insanı deyil, 
müəyyən ümumiləşdirilmiş ideal obrazı, standartı təmsil edir. Coğrafiya dər-
sində təbiət hadisələrindən danışarkən biz hər hansı konkret təbiət hadisəsini 
(məsələn:  zəlzələni)  deyil,  həmin  hadisənin  ümumiləşdirilmiş  formasını  – 
modelini nəzərdə tuturuq.  
4.  Müəyyən səbəblərdən orijinal obyekt tədqiqatçı üçün əlçatan olmaya bilər: 
molekullar  müşahidə  üçün  çox  kiçikdir;  Yer  səthində  dağ  silsiləsinin 
formalaşması prosesi həddindən artıq yavaş gedir; sınaq atom bombasının 
partlayış mərkəzindəki şərait orada insanın iştirakını mümkünsüz edir.  
Bütün bu hallarda obyektləri, hadisə və prosesləri onların modelləri ilə əvəz 
etmək zərurəti yaranır.  
 
 
Modellərdən tədrisdə tez-tez istifadə olunur. Coğrafiyada Yer haqqında ilk tə-
səvvürləri onun modeli olan qlobusu öyrənməklə alırıq, fizikada daxiliyanma mü-
hərrikinin işini onun modeli əsasında öyrənirik, kimya-
da maddələrin quruluşunu öyrənmək üçün molekulların 
və kristal qəfəslərin modellərindən istifadə edirik, bio-
logiyada anatomik mulyaj əsasında insanın quruluşunu 
öyrənirik və s.   

Model 

Modelləşdirmə 

Orijinal, prototip 

Nəzəri model 

Modelin adekvatlığı 

AR

zl
ə
r


 
 
 
 
Modelləşdi
rmə
 

51 
Müxtəlif texniki qurğuların, maşın və mexanizmlərin, binaların, elektrik dövrə-
lərinin və başqa obyektlərin layihələndirilməsi və yaradılmasında modellər çox mü-
hüm rol oynayır. Qabaqcadan sxemi yaratmadan nəinki təyyarəni, hətta onun sadə 
bir  detalını  da  hazırlamaq  mümkün  deyil.  Bina  və  tikililərin  layihələndirilməsi 
prosesində  sxemlərdən  əlavə,  çox  zaman  onların  maketini  də  hazırlayırlar.  Uçuş 
aparatlarının hazırlanması prosesində onların modellərinin hava axınlarında hərəkəti 
aerodinamik boruda tədqiq olunur.  
 
 
 
Real obyektlərin quruluşunu, xassələrini və hərəkətlərini əks etdirən nəzəri mo-
dellər (nəzəriyyələr, qanunlar, fərziyyələr və s.) yaradılmadan elmin inkişafı müm-
kün deyil. Yeni nəzəri modellərin yaradılması bəzən bəşəriyyətin ətraf aləm haqqın-
da təsəvvürlərini kökündən dəyişir (Kopernikin dünyanın heliosentrik sistemi, Re-
zerford və Borun atom modelləri, genişlənən kainat modeli və s.). Nəzəri modellərin 
doğruluğu,  yəni  onların  gerçək  dünyanın  qanunlarına  uyğunluğu  təcrübə  və  eks-
perimentlərlə yoxlanılır.  
Modelin başlıca xassəsi onun adekvatlığıdır, yəni modelin orijinalın modelləş-
dirilən xüsusiyyətlərinə uyğunluq dərəcəsidir. Modelin orijinala tam uyğun olması 
Dünyada ən böyük şəhər modeli
 
1964-cü ildə ümumdünya sərgisi üçün hazırlanmış 
Nyu-York şəhərinin 1:1200 miqyasında maketidir. Bu işə yüzlərlə usta 3  il vaxt sərf 
edib.  1990-cı  illərin  əvvəlində  maketə  yeni  binalar  əlavə  edildikdən  sonra  onların 
ümumi  sayı  895  minə,  maketin  ümumi  sahəsi  isə  870  kvadratmetrə  çatıb.  2009-cu 
ildən arzu edən hər kəs maketdə mənzil və ya ev ala bilər; toplanan vəsait modelin 
müntəzəm şəkildə yenilənməsinə sərf olunur. 
 
Bu 
m
ar
aql
ıdır
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə