00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə20/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   59

 
58 
 
 
 İ
NFORMASİYA MODELLƏRİNİN TƏQDİMOLUNMASI 
 
 
 İnformasiya modelini nə zaman cədvəl formasında təqdim edirlər? 
 Kimyəvi elementlərin dövri cədvəlində elementlər hansı qayda ilə yerləşdirilib?  
 Bu cədvəlin adi cədvəllərdən fərqli hansı xüsusiyyəti var? 
 
 
 
Məlumdur ki, hər insanın qanı 4 qan qrupundan birinə aiddir. 
Verilmiş sxemdə qan qrupları dairəciklərin içərisində rum rə-
qəmləri ilə göstərilmişdir. Sxemə baxıb sualları cavablandırın: 
1.  Göstərilmiş verilənlər strukturu necə adlanır? 
2.  Sxemdə oxlar nəyi bildirir? 
3.  Eyni obyektdən çıxan və özünə qayıdan ox nəyi 
göstərir? 
4.  I qan qrupu haqqında nə söyləyə bilərsiniz? 
5.  IV qan qrupu nə ilə fərqlənir? 
 
– Verilmiş sxemi model hesab etmək olarmı?  
– Əgər cavabınız müsbətdirsə, onda bu sxem hansı obyektin və ya prosesin modelidir? 
 
Obyektin informasiya modelində verilənlər müəyyən qayda ilə nizamlanır, başqa 
sözlə, müəyyən struktura salınır. Hər hansı gerçək obyekt araşdırılarkən ilkin olaraq 
onun nəzəri modeli qurulur və verilənlərin strukturu təs-
vir edilir. Siz ən çox istifadə olunan verilənlər strukturları 
ilə artıq tanışsınız. Bunlara qraflar, ağaclar  cədvəllər 
aiddir. 
Gerçək obyekt haqqında informasiya müxtəlif cür təq-
dim oluna bilər. Danışan zaman biz informasiyanı sözlərlə təqdim edirik. Əgər bir 
obyektin hissələri (elementləri) arasında əlaqəni göstərmək lazım gəlirsə, qraf struk-
turundan istifadə etmək daha məqsədəuyğundur.  
Qrafın təpələri obyektin elementlərini, tilləri isə onlar arasındakı əlaqələri göstə-
rir; məsələn, aşağıdakı qraf şagirdlər arasında dostluq münasibətlərini əks etdirir. 
F Ə A L İ Y Y Ə T  
2.3 

Verilənlər strukturu 

Cədvəl 

Ağac 

Qraf 

AR

zl
ə
r


 
 
 
 
Modelləşdi
rmə
 

59 
Ona görə də bu sxemi sinfin müəyyən modeli 
hesab  etmək  olar.  Qrafa  baxıb  kimin  kimlə 
dostluq  etdiyini  müəyyənləşdirmək  olar.  Si-
nifdə  dostluq  edən  şagirdlər  haqqında  mə-
lumatların  belə  formada  göstərilməsinin  üs-
tünlükləri aşkardır. Qraf əyani olduğuna görə asan mənimsənilir və informasiya daha 
yaxşı yadda qalır. 
İnformasiya  modellərini  qurarkən  bəzən  tabelilik  münasibətlərini  göstərmək 
lazım gəlir, məsələn: nazir – nazir müavini − şöbə müdiri. Bu halda obyektin infor-
masiya  modeli  iyerarxik  struktur  olan ağac  vasitəsilə  təqdim  olunur.  Ağacın  əsas 
xüsusiyyəti odur ki, onun ixtiyari iki təpəsi arasında yalnız bir yol var. Elmdə müx-
təlif təsnifat sistemləri də iyerarxikdir.  
 
n ü m u n ə  
Canlılar aləminin təsnifatı, adətən, iyerarxik struktur vasitəsilə göstərilir: 
 
 
 
İnformasiya modellərinin təqdimolunma formalarından biri də cədvəldir. Mək-
təbdə cədvəllərlə tez-tez rastlaşırsınız: dərs cədvəli, sinif jurnalı, Mendeleyev cəd-
vəli və s. Sadə cədvəl sətir və sütunlardan ibarətdir. Adətən, birinci sətrin xanalarında 
sütunların  başlıqları  göstərilir;  məsələn,  "Ölkələr"  cədvəlinin  bir  fraqmentini  belə 
göstərmək olar: 
Ölkənin adı  Paytaxtı 
Sahəsi, 
min kv. кm 
Əhalisi, 
min nəfər 
İdarəetmə forması 
Azərbaycan  Bakı 
86 600 
9 611 
Prezident respublikası 
İtaliya 
Roma 
301 340 
60 795 
Parlament respublikası 
Rusiya 
Moskva 
17 075 400 
141 903 
Prezident-parlament 
respublikası 
Türkiyə 
Ankara 
783 562 
78 743 
Parlament-prezident 
respublikası 
ONURĞASIZLAR 
balıqlar
quşlar 
suda-quruda 
yaşayanlar
məməlilər 
sürünənlər
qurdlar 
xərçəngkimilər
molyusklar 
həşəratlar 
hörümçək-
kimilər
buğumayaqlılar
bağırsaq-
boşluluqlar
çoxayaqlılar
qırxayaqlar 
ONURĞALILAR
 
CANLILAR ALƏMİ
Aygün 
Lalə
Tural
Elxan 
Cavid 
Sevil
Qüdrət 


 
60 
 
 
Verilmiş  cədvəl  "obyekt-xassə"  tipli  cədvəldir.  Belə  cədvəlin hər  sətri  konkret 
obyektə aiddir. Nümunədə obyekt müəyyən ölkədir. Ölkələrin adları birinci sütunda, 
xassələri (parametrləri) isə qalan sütunlarda göstərilir.  
Cədvəlin  başqa  növü  "obyekt-obyekt"  cədvəlidir.  Belə  cədvəllər  müxtəlif 
obyektlər arasında əlaqələri əks etdirir, məsələn: 
 
Komandalar 
“Qarabağ” 
“Şahinlər” 
“Tərəqqi” 
“Kəpəz” 
“Qarabağ” 
 
1:2 
1:1 
3:2 
“Şahinlər” 
2:1 
 
2:1 
2:3 
“Tərəqqi” 
1:1 
1:2 
 
2:0 
“Kəpəz” 
2:3 
3:2 
0:2 
 
 
Bu, 10-cu siniflər arasında keçirilən futbol yarışının turnir cədvəlidir. Cədvəlin 
həm sütun, həm də sətirlərinin başlıqları obyektlərdir. 
Verilənlərin təqdimolunmasının cədvəl forması universal sayılır, çünki ixtiyari 
verilənlər  strukturunu  cədvəl  formasında  göstərmək  olar.  Bildiyiniz  kimi,  qraf 
strukturu  da  cədvəl  formasında  –  qonşuluq  və  çəki  matrisləri  kimi  təqdim  edilir. 
Yuxarıda  göstərilən  qraf  strukturunu  qonşuluq  matrisi  (cədvəli)  formasında  belə 
göstərmək olar: 
 
Şagirdlər 
Aygün 
Lalə 
Elxan 
Tural 
Sevil 
Cavid 
Qüdrət 
Aygün 







Lalə 







Elxan 







Tural 







Sevil 







Cavid 







Qüdrət 







 
Verilənlərin iyerarxik strukturunu da cədvəl formasına gətirmək olar. Bu zaman 
cədvəlin doldurulması ağacda aşağıdan yuxarıya keçməklə aparılır və adətən, ağacın 
kökü  cədvəlin  başlığı  kimi  göstərilir;  məsələn,  dərsdə  nümunə  kimi  göstərilmiş 
ağacvarı struktur əsasında belə cədvəl tərtib etmək olar: 
 
CANLILAR ALƏMİ 
Onurğalılar 
Onurğasızlar 
Balıqlar 
Buğumayaqlılar 
Quşlar 
Soxulcankimilər 
Suda-quruda yaşayanlar 
Molyusklar 
Sürünənlər 
Həşaratlar 
Məməlilər 
Xərçəngkimilər 
 
Hörümçəkkimilər 
 
Qeyd etdiyimiz kimi, qraf  və ağac strukturları informasiyanı daha əyani və an-
laşıqlı  təqdim  edir.  Bəs  nə  üçün  belə  strukturları  da  cədvəl  formasına  keçirirlər? 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə