00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə27/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   59

 
 
 
 
 
 
 
 
VERİLƏNLƏR BAZASI  
 
3.1.
  “Verilənlər bazası” anlayışı 
3.2.
  Verilənlər modeli 
3.3.
  Verilənlər bazasının idarəolunması sistemi 
3.4.
  Cədvəl strukturunun yaradılması 
3.5.
  Cədvəllərarası əlaqələr 
3.6.
  Sorğular 
3.7.
  Formalar 
3.8.
  Verilənlərin axtarışı və çeşidlənməsi 
3.9.
  Hesabatlar 


 
 
 
 
Verilənlər bazas
ı 

83 
 
 
 
 
 
 
 
Hazırda müəssisə və təşkilatların əksəriyyəti öz fəaliyyətlərində bu və ya digər
dərəcədə müxtəlif informasiya sistemlərindən istifadə edir.  
İnformasiya sistemləri müəssisənin fəaliyyətinin mühasibatlıq, insan resursları,
anbar uçotu, istehsal prosesləri və başqa sahələri ilə bağlı ola bilər.  
İstənilən halda informasiya sistemləri saxlanılması, yenilənməsi, düzəldilməsi,
eləcə də müxtəlif hesablamalar aparılması tələb olunan çox böyük həcmdə infor-
masiya ilə işləyir.  
Belə  sistemlərdə  informasiya  yetərincə  mürəkkəb  struktura  malik  olur  və
verilənlər bazasında saxlanılır. İnformasiya sisteminin, o cümlədən bu sistem-
dən istifadə edən müəssisənin işinin effektivliyi bilavasitə verilənlər bazasının
idarəolunma effektivliyindən asılı olur.  
Verilənlər  bazasının  effektivliyi  isə  onun  nə  dərəcədə  savadlı  qurulması  ilə
bağlıdır. 


 
84 
 
 
 
 
 
 
İlkin yoxlama 
1. 
"Verilənlər" nədir? 
2. 
Eynitipli məlumatları nizamlı saxlamaq üçün hansı informasiya modeli daha 
münasibdir? 
a) sxem 
 
b) cədvəl 
c) şəkil   
d) mətn  
3. 
Cədvəlin hansı hissələri seçdirilib? 
a) yazı, xana, sətir 
b) xana, sütun, sətir  
c) sütun, sətir, xana  
d) diapazon, xana, massiv 
4. 
Elektron cədvəl nədir və adi cədvəllərdən nə ilə fərqlənir? 
5. 
Cədvəlin xanasında hansı tip verilənlər saxlanıla bilər? 
a)  ədəd       
b) mətn        
 c) şəkil                d) hamısı 
6. 
Bunlardan hansı verilənlərin tipinə aid deyil?  
a)  ədəd       
b) mətn        
 c) sütun  
d) tarix 
7. 
Eyni verilənləri saxlamaq üçün bu strukturlardan hansı daha münasibdir? 
Cavabınızı əsaslandırın. 
a) 
Məktəbin kodu 
Məktəbin adı 
Şagird 
001 
Şuşa şəhər 1 saylı tam orta 
məktəb 
Abbaslı Arif Aslan oğlu 
001 
Şuşa şəhər 1 saylı tam orta 
məktəb 
Bağırlı Bənövşə Bayram qızı 
002 
Şuşa şəhər 2 saylı tam orta 
məktəb 
Camalzadə Aysel Camal qızı 
002 
Şuşa şəhər 2 saylı tam orta 
məktəb 
Dəmirov Elşən Əli oğlu 
003 
Şuşa şəhər 3 saylı tam orta 
məktəb 
Eyvazlı Rövşən Həsən oğlu 
 
b) 
Məktəbin kodu 
Məktəbin adı 
001 
Şuşa şəhər 1 saylı tam orta məktəb 
002 
Şuşa şəhər 2 saylı tam orta məktəb 
003 
Şuşa şəhər 3 saylı tam orta məktəb 
 
Məktəbin kodu 
Şagird 
001 
Abbaslı Arif Aslan oğlu 
001 
Bağırlı Bənövşə Bayram qızı 
002 
Camalzadə Aysel Camal qızı 
002 
Dəmirov Elşən Əli oğlu 
003 
Eyvazlı Rövşən Həsən oğlu 
 
8. 
Əvvəlki tapşırığın b) variantındakı cədvəllər arasında hansı əlaqə var?  


 
 
 
 
Verilənlər bazas
ı 

85 
 
 “V
ERİLƏNLƏR BAZASI

 ANLAYIŞI
 
 
Məlumdur  ki,  avtomobil  müfəttişliyində  avtomo-
billərin qeydiyyatı aparılır. Xüsusi kartotekada hər 
bir  avtomobil  haqqında  informasiya  –  maşının 
nömrəsi  (dövlət  nömrə  nişanı),  markası,  rəngi, 
sahibi haqqında məlumat saxlanılır.  
Kartotekada bütün məlumatlar maşınların nömrə-
sinə görə nizamlanır, ona görə də maşının nömrəsi 
məlumdursa,  istənilən  maşın  haqqında  məlumatı 
asanca  tapmaq  olar.  Təəssüf  ki,  bəzi  hadisələr 
zamanı maşının nömrəsi həmişə məlum olmur. 
 
 
Qəza  törətmiş  sürücü  hadisə  ye-
rindən  qaçmışsa  və  hadisə  şahid-
ləri  maşının  nömrəsini  deyə  bil-
mirlərsə, onu necə tapmalı? 
 
Yox,  əgər  kimsə  maşının  marka-
sını  və  rəngini  xatırlaya  bilirsə 
(məsələn:  ağ  rəngli  “Mersedes”), 
bu  informasiya  maşının  tapılma-
sında nə dərəcədə əhəmiyyətli ola 
bilər? 
 
 
 
1. Mətn redaktorunda və ya cədvəl prosessorunda aşağıdakı cədvəli qurun. 
 
Nömrə 
nişanı  
Markası 
Rəngi 
Buraxılış 
ili 
Qeydiyyat 
ili 
Sahibi 
1  10BD123  “BMW” 
Qara 
1999 
2000 
Qarayev A. 
2  90LX432  “Mercedes”  Ağ 
2005 
2007 
Məmmədli Z. 
3  10ON010  “TOYOTA”  Qırmızı 
2007 
2007 
Bağırzadə E. 
4  10UD324  “Mercedes”  Gümüşü 
2000 
2002 
İvanova A. 
5  90JU725 
“TOFAŞ” 
Qara 
2003 
2004 
Hacımuradov Ş. 
2. Cədvələ bir neçə sətir əlavə edin və onları istədiyiniz kimi tamamlayın. 
– Cədvəlin hansı sütunu avtomobilləri birqiymətli olaraq  təyin edir? 
– Neçə maşının buraxılış ili 2005-ci ilədəkdir? Əgər cədvəldə 1000 yazı olsaydı, bu sayı 
tez tapmaq üçün nə edərdiniz?
 
 
F Ə A L İ Y Y Ə T  
3.1 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə