Modelləşdi
rmə
2
77
3. Alətlər panelindən
Circle (Dairə) alətini seçin və OZ oxuna perpendikulyar olan
dairə çəkin.
4.
Push/Pull alətindən istifadə edərək dairədən silindr alın.
5.
Move alətini seçin və siçanı qırıq xətt görünənə kimi silindrin səthi ilə hərəkət
etdirin.
6. Alınmış qırıq xətt boyunca slindrin oturacağına doğru hərəkət edin. Oturacağa çatdıqda
biri
silindrin səthi, digəri isə oxu üzərində olmaqla iki nöqtə görünəcək.
7. Yaşıl nöqtədən göy nöqtəyə doğru konus alınana kimi siçanı sürükləyin.
Bu üsulla kəsik konus da hazırlamaq olar.
78
SketchUp proqramında sferanın çəkilməsi
1.
Alətlər panelindən
Circle alətini seçin.
2.
Mərkəzi koordinat başlanğıcında olmaqla XOY müstəvisi üzərində dairə çəkin.
3.
Siçanı Z oxu istiqamətində yaşıl çevrə görünənə kimi hərəkət etdirin. Bu o deməkdir
ki, çəkiləcək çevrə XOY müstəvisinə perpendikulyardır.
4. klavişini basılı saxlayaraq siçanın göstəricisini birinci dairənin mərkəzinə
doğru aparın və eyni mərkəzli radiusu birincidən kiçik olan ikinci dairə çəkin. Birinci
dairəyə perpendikulyar dairə əmələ gələcək.
5.
Select aləti vasitəsilə kiçik dairənin çevrəsini seçdirin.
6.
Follow me alətini seçin və böyük dairənin daxilində çıqqıldadın. Sfera əmələ
gələcək.
A D D I M 2
A D D I M –
Modelləşdi
rmə
2
79
İstədiyiniz fiquru kopiyalamaq üçün öncə Select aləti
ilə onu seçdirmək və Edit
menyusundan öncə Copy, sonra isə Paste komandasını seçmək lazımdır.
Çəkilmiş obyektin ölçüsünün dəyişdirilməsi
1. Select aləti vasitəsilə obyekti çərçivəyə alın.
2. Göstəricini obyektin üzərinə aparın və siçanın sağ düyməsini çıqqıldadın.
3. Açılan kontekst menyusunda Make Group bəndini seçin və obyekti qruplaşdırın.
Obyektin qruplaşdırıldığını onun ətrafındakı göy çərçivə göstərir.
4.
Scale alətini seçin. Obyekt ətrafında sarı paralelepiped əmələ gələcək. Yaşıl tuta-
caqlardan istifadə edərək obyektin ölçülərini dəyişmək olar.
A D D I M 3
A D D I M –