00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə33/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   59

 
 
 
 
Verilənlər bazas
ı 

101 
 
8.  İkinci sahənin adını (QitəninAdı) daxil edin və onun tipini Text (Mətn) seçin. 
9.  Yeni sahə – QitəninSahəsi sahəsini daxil edin və onun tipini Number (Ədəd) verin. 
10. Birinci sətri (QitəninKodu sahəsini) seçin və alətlər zolağındakı Primary Key (Başlıca 
açar) düyməsindən istifadə edərək açarı ləğv edin, sonra yenidən quraşdırın. 
 
 
 
 
Eyni  qayda  ilə  "Ölkələr"  və  "Yaşayış  məntəqələri"  adlı  cədvəlləri  yaradın.  Verilənlər 
bazasına yeni boş cədvəl əlavə etmək üçün Create (Yarat) menyusunun Table (Cədvəl) 
bəndindən  istifadə  edin.  Konstruktor  rejimində  sahələrin  adlarını  və  onların  tiplərini 
göstərin. Sahələrin tiplərini elə seçin ki, verilənlər tam yerləşsin; məsələn, "Ölkələr" və 
"Yaşayış məntəqələri" cədvəlləri üçün sahələrin ölçüsünü belə təyin etmək olar: 
 
"Ölkələr" cədvəli 
Sahənin adı 
Sahənin ölçüsü 
ÖlkəninAdı 
DövlətQuruluşu 
PulVahidi 
ÖlkəninSahəsi 
20 
20 
10 
Decimal 
 
"Yaşayış məntəqələri" cədvəli 
Sahənin adı 
Sahənin ölçüsü 
MəntəqəninAdı 
CoğrafiEnlik 
CoğrafiUzunluq 
MəntəqəninTipi 
Əhalisi 
20 
Decimal  
Decimal 
10 
Decimal 
 
 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –


 
102 
 
 
 
   
Cədvəlin xassələrinin dəyişdirilməsi
 
1.  "Qitələr" cədvəlini konstruktor rejimində açın. 
 
2.  QitəninAdı sahəsini çıqqıldatmaqla onu aktivləşdirin.  
 
 
3.  Sahənin  xassələri  (Field  Properties)  bölümündəki  General  (Ümumi)  səhifəsində 
Field Size (Sahənin ölçüsü) sətrini tapın. Orada susqunluqla mətn sətrinin maksimal 
uzunluğu –  255 qiyməti  qoyulub.  Həmin  qiyməti  dəyişərək 15  edin.  Bu qiymət  ən 
uzun adı olan qitə üçün (Şimali Amerika) yetərlidir. 
4.  QitəninSahəsi sahəsini çıqqıldadın. 
5.  General səhifəsinin Field Size sətrində bu sahə üçün susqunluqla müəyyən olunmuş 
ədəd  tipi  –  Long  Integer  (Uzun  tam)  göstərilib.  Soraq  kitabçalarında  sahə,  adətən, 
yuvarlaq şəkildə, tam ədədlə (kvadrat kilometr, yaxud min kvadrat kilometrlə) verilir. 
Əslində isə sahə həqiqi ədəd olduğundan siyahıdan Decimal (Onluq) tipini seçin. 
6.  Alətlər  zolağındakı  View  (Görünüş)  düyməsini  çıqqıldadın  və  açılan  siyahıdan 
Datasheet View bəndini seçməklə cədvəl rejiminə keçin. Ekrana cədvəlin saxlanma-
sı haqqında xəbərdarlıq çıxacaq. 
 
7.  Cədvəl rejimində siz cədvəlin sütunlarının başlıqlarını və yeni yazı daxil etmək üçün 
nəzərdə tutulmuş boş sətir görəcəksiniz. Boş sətrin birinci sahəsində (New) yazılıb. 
Bu sahənin qiyməti tam ədəd olaraq artma sırasıyla avtomatik daxil olunur. 
8.  Qitənin adını və sahəsini daxil edin. Sətri doldurmağa başladıqda ondan aşağıda yeni 
boş sətir yaranır. 
9.  Yenidən konstruktor rejiminə qayıdın (ViewDesign View). 
10.  View menyusunun bəndlərini bir-bir seçməklə bir baxış rejimindən başqasına keçin. 
Cədvəli qapadın.
 
A D D I M   2
A D D I M –


 
 
 
 
Verilənlər bazas
ı 

103 
 
 
 
 
Cədvəlin strukturunun dəyişdirilməsi 
 
1.  "Ölkələr" cədvəlini konstruktor rejimində açın. Bunun üçün verilənlər bazasının baş 
pəncərəsində "Ölkələr" cədvəlini seçin, sonra isə alətlər zolağındakı View (Görünüş) 
düyməsini çıqqıldadın və açılan siyahıdan Design View bəndini çıqqıldadın.  
2.  İnternetÜnvanı sahəsini çıqqıldadın. Bu sahə aktiv olacaq. 
3.  Alətlər  zolağındakı 
  (Sətirlər  artır)  düyməsini  çıqqıldadın.  Boş  sətir 
yaranacaq. 
4.  Field Name sütununda yeni sahənin adını (QitəninKodu) daxil edin və onun tipini 
Number göstərin.  
5.  Cədvəli qapadın və saxlayın. 
 
 
Göstərilmiş  qayda  ilə  "Yaşayış  məntəqələri"  cədvəlinə  yeni  sahə  (ÖlkəninKodu)  əlavə 
edin və onun da tipini Number göstərin. 
 
 
Özünüzü yoxlayın 
1. 
Cədvəlin strukturu hansı rejimdə yaradılır?  
2. 
Açar sahələr nə üçün lazımdır? 
3. 
Sahələrin xassələri necə verilir? 
4. 
Cədvəlin xassələri dedikdə nə nəzərdə tutulur və xassələr necə dəyişdirilir? 
5. 
Cədvəl rejimində hansı işlər görülür? 
 
 
 
A D D I M   3
A D D I M –  
F Ə A L İ Y Y Ə T  
Yer kürəsinin qitələrə bölgüsü məsələsində dünyada vahid mövqe yoxdur:  
 Çində, Hindistanda, qismən Qərbi Avropa ölkələrində və ingilisdilli ölkələrdə 7 qitə 
modeli (Afrika, Avropa, Asiya, Şimali Amerika, Cənubi Amerika, Antarktida, 
Avstraliya) populyardır.  
 6 qitə modeli (Şimali Amerika ilə Cənubi Amerika birləşdirilir) ispandilli ölkələrdə 
və Şərqi Avropanın bəzi ölkələrində populyardır. 
 5 qitə modelində Antarktida qitə hesab edilmir (insan yaşamadığı üçün). 
 4 qitə modelində isə Avrasiya bir qitə kimi götürülür.  
Bu 
m
ar
aql
ıdır
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə