00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə36/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   59

 
 
 
 
Verilənlər bazas
ı 

111 
 
Bəzən hər hansı şərti ödəməyən yazıları tapmaq lazım gəlir. Tutaq ki, rəngi qır-
mızı olmayan avtomobilləri tapmaq gərəkdir. Bunu aşağıdakı sadə sorğu ilə etmək 
mümkündür:  
rəngi <> “qırmızı”
 
Bu sorğunu başqa cür də vermək olar:  
not (rəngi = “qırmızı”)
 
Buradakı "not" sözü onu bildirir ki, ondan sonra gələn şərti ödəməyən yazılar 
seçilməlidir. 
Sonda sorğunu bir qədər də "mürəkkəbləşdirək". Tutaq ki, axtarılan avtomobil 
haqqında məlumdur ki, o, qara və ya göy rəngli “Mercedes”, yaxud “BMW”dir. On-
da sorğu belə olacaq:
 
(markası = “Mercedes” or markası = “BMW”) and (rəngi = “qara” or rəngi = “göy”) 
 
  
Sorğunun yaradılması 
1.  "Map" verilənlər bazası faylını qoşa çıqqıldadın. Verilənlər bazasının baş pəncərəsi 
açılacaq. 
2.  Create  (Yarat)  menyusuna  daxil  olun  və  açılan  alətlər  zolağında  Query  Design 
(Sorğu konstruktoru) düyməsini çıqqıldadın.  
 
3.  Query1 səhifəsi, eyni zamanda Show Table dialoq pəncərəsi açılacaq. 
4.  "Qitələr" cədvəlini seçin və Add düyməsini çıqqıldadın. Cədvəl Query1 səhifəsinə 
əlavə olunacaq. Eyni əməliyyatı "Ölkələr" cədvəli üçün də təkrar edin. 
5.  Show Table pəncərəsini qapadın. 
6.  Qoşa çıqqıldatmaqla "Qitələr" cədvəlində QitəninAdı sahəsini, "Ölkələr" cədvəlində 
ÖlkəninAdı  və  DövlətQuruluşu  sahələrini  seçin.  Bu  sahələr  sorğu  blankının  aşağı 
hissəsindəki sütunlarda görünəcək. 
 
A D D I M
A D D I M –  


 
112 
 
 
 
7.  QitəninAdı və ÖlkəninAdı sahələri üçün çeşidləmə verin. Bunun üçün uyğun xananı 
çıqqıldadın və açılan siyahıdan Ascending (Artma sırası ilə) bəndini seçin.  
8.  DövlətQuruluşu sahəsi üçün seçim şərtini göstərin: respublika. Bunun üçün həmin 
sözü Criteria (Meyar) sətrində uyğun xanaya daxil edin. 
9.  Alətlər zolağındakı 
 (Çalışdır) düyməsini çıqqıldadın. Nəticəyə baxın. 
10.  ViewDesign View komandasını seçməklə konstruktor rejiminə keçin. 
11.  Sorğu pəncərəsini qapadın. Sorğunu yazıb saxlamaq təklif olunacaq.  
 
 
 
12.  Sorğunu Respublika adı ilə saxlayın. Sorğu faylının adı baş pəncərənin sol hissə-
sindəki paneldə sorğunun aid olduğu cədvəllərin adlarından aşağıda görünəcək. 
 
 
 
 
1.  "Ölkələr" cədvəlinə müxtəlif qitələrdə yerləşən 10–15 ölkə daxil edin. Bu ölkələri elə 
seçin ki, onların bəziləri sorğu şərtini ödəsin, yəni dövlət quruluşu "respublika" olsun. 
2.  Sorğunu yenidən çalışdırın və nəticəyə baxın.  
Sorğunu qapadın. 
 
 
 
"Şagirdlər"  adlı  yeni  verilənlər  bazası  yaradın.  Cədvəlin  strukturuna  vacib  bildiyiniz 
sahələri  əlavə  edin.  Məktəbinizin  şagirdləri  arasında  hansı  adın  daha  geniş  yayıldığını 
öyrənin. (Bunun üçün məktəbinizin məlumat bazasına cavabdeh olan şəxsə müraciət edə 
bilərsiniz.)  Həmin  adlı  şagirdləri  "Şagirdlər"  bazasına  daxil  edin.  Müxtəlif  meyarlar 
(məsələn: 10-cu sinifdə oxuyan şagirdlər) üzrə sorğular yaradın və onları çalışdırmaqla 
alınan nəticələri yoxlayın.
 
 
 
Özünüzü yoxlayın 
1. 
Verilənlər bazasında sorğulardan nə üçün istifadə olunur? 
2. 
Sadə sorğu nədir? 
3. 
Mürəkkəb sorğularda hansı məntiqi bağlayıcılardan istifadə olunur? 
4. 
Axtarılan sahənin qiyməti qabaqcadan dəqiq məlum deyilsə, sorğunu necə vermək olar? 
5. 
Soğularda istifadə olunan “*” və “?” simvollarının fərqi nədədir? 
F Ə A L İ Y Y Ə T  
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
2015–2016  tədris  ilində  Azərbaycanın  ümumtəhsil  məktəblərində    Əhməd  Əliyev 
adında 65 şagird təhsil alıb. Bu şagirdlərdən 6-sının 2017–2018 tədris ilində 10-cu 
sinifdə oxuyacağı gözlənilir.
 
Bu maraqlıdır


 
 
 
 
Verilənlər bazas
ı 

113 
 
 F
ORMALAR
 
 
  
                 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Verilənlər  bazası  iki  rejimdə  təqdim  oluna  bilər: 
cədvəl və forma. 
Elektron cədvəli xatırladan cədvəl rejimində veri-
lənlər  bazasında  olan  informasiya  ekrana  sətirlər  və 
sütunlar  şəklində  çıxarılır.  Bu  halda  bütün  yazılar   
eyni anda gözünüzün qabağında olur ki, bu da onların redaktəsini asanlaşdırır. Yu-
xarıdakı soldakı şəkildə informasiya məhz bu rejimdə təqdim olunub. 
Əgər yaratdığınız verilənlər bazasından yalnız özünüz istifadə edəcəksinizsə, çox 
güman ki, cədvəllərlə birbaşa işləmək sizin üçün daha rahatdır. Yox, əgər sizin yarat-
dığınız verilənlər bazası ilə başqa şəxslər işləyəcəksə, birbaşa cədvəllər üzərində əmə-
liyyat aparmaq onlar üçün çox çətin ola bilər. Bu problemi həll etmək üçün verilənlər 
bazasının idarəolunması sistemlərində formalar nəzərdə tutulub. Adətən, verilənlərin 
daxiledilməsi ilə xüsusi ayrılmış işçilər məşğul olduqda formalar tətbiq edilir.  
Forma elektron blankdır. Bu blankın sahələri verilənlər bazasındakı yazıların ele-
mentlərinə  uyğun  olur.  Bu  sahələrə  yazılmış  verilənlər  avtomatik  olaraq  baza 
cədvəllərinə daxil edilir. Formalardan istifadə bir neçə səbəbdən əlverişlidir: 
1.  Verilənlərin daxiledilməsi ilə məşğul olan işçi heyətinin baza cədvəllərinə 
birbaşa müraciəti arzuedilən deyil. 
2.  Eyni bir cədvələ verilənlərin bir neçə formadan daxil olması səlahiyyətlərin 
işçilər arasında bölüşdürülməsinə və verilənlərin qorunmasına imkan verir. 
3.  Böyük həcmli informasiyanın daxil edilməsi həddindən artıq yorucu işdir. 
Yorulmuş insan isə səhv etməyə meyillidir. Formalardan istifadə olunması 
3.7 

Ekran forması 

Cədvəl rejimi 

Forma rejimi
 

Keçid düymələri
 

AR

zl
ə
r
İstənilən  verilənlər  bazasının  durumu  və  dəyəri  onda  saxlanılan  informa-
siyanın dəqiqliyindən və aktuallığından asılıdır. Ona görə də bazaya infor-
masiyanın vaxtında və düzgün daxil edilməsi çox önəmlidir.  
Cədvəllərlə işi asanlaşdırmaq məq-
sədilə bazaya informasiyanın daxil 
edilməsi  üçün,  adətən,  forma-
lardan istifadə olunur. Yaradılmış 
formaların köməyi ilə cədvəllərdə-
ki verilənlərə baxmaq, onları daxil 
və redaktə etmək, yaxud verilmiş 
meyar üzrə nizamlamaq olar.  
Formalar  cədvəllərdəki  informa-
siyanı  sistemləşdirilmiş  şəkildə 
təqdim  etməyə  imkan  verir.  Ən 
sadə  halda  formada  cədvəlin  bir 
yazısı verilir, ancaq sahələrin bir 
sətirdə yerləşməsi vacib deyil.  

Bu təqdimolunma formalarının hansı ilə işləmək 
daha rahatdır? Niyə?
 

Hansı halda o biri formaya üstünlük verərdiniz?
 
1
2
 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə