Verilənlər bazas
ı
3
121
Süzgəc yazıların axtarışı və seçilməsi üçün istifadə olunan şərtdir. Süzmə (süzgəcdən
keçirmə) verilmiş halda maraq doğurmayan informasiyaları atmaqla obyektlərə müxtəlif
yönlərdən baxmağa imkan verir. Adından da göründüyü kimi, süzgəc tələblərə cavab
verən yazıları “buraxır”, qalan yazıları isə “tutub saxlayır” (gizlədir).
Süzgəc vasitəsilə verilənlərin seçilməsi
1. "Ölkələr" cədvəlini açın.
2. Siçanın göstəricisini süzgəcin tətbiq ediləcəyi sahənin istənilən xanasına aparıb sağ
düyməni basın. Açılan menyudan Text FiltersEquals menyu komandasını seçin.
3. Açılan pəncərənin müvafiq sahəsinə
avro sözünü daxil edin və OK düyməsini
çıqqıldadın.
4. Süzülmə nəticəsində cədvəldə yalnız pul vahidi "avro" olan ölkələr qalacaq.
5. Yenidən bütün yazıları əks etdirmək üçün Sort & Filter alətlər panelindəki Toggle
Filter düyməsini çıqqıldadın.
1. "Ölkələr" cədvəlində dövlət quruluşu “respublika” olan ölkələri tapın.
2. "Ölkələr" cədvəlində yazıları ölkələrin sahələrinə görə azalma sırası ilə çeşidləyin.
Access proqramında verilənlərin süzülməsi üçün başqa im-
kanlar da vardır. Sort & Filter alətlər panelində yerləşdirilmiş
çeşidli süzmə alətləri ilə tanış olun. Həmin alətlər vasitəsilə
"Map" verilənlər bazasının cədvəllərini müxtəlif süzgəclərdən
keçirin.
Özünüzü yoxlayın
1.
Verilənlər bazasının idarəolunması sistemlərində verilənlərin sürətli axtarışı üçün hansı
vasitələrdən istifadə olunur?
2.
Cədvəldəki yazıları bir neçə sahəyə görə çeşidləmək üçün nə etmək lazımdır?
3.
Yazıların qruplaşdırılması dedikdə nə nəzərdə tutulur?
4.
Süzgəc nədir və ondan nə üçün istifadə olunur?
5.
Access-də hansı növ süzgəclər var?
A D D I M 3
A D D I M –
F Ə A L İ Y Y Ə T
ö y r ə n ə k
A R A Ş D I R A Q –
122
H
ESABATLAR
Hesabat verilənlərin ekrana, printerə və ya fayla çıxarılan formatlanmış təq-
dimatıdır. Hesabat cədvəl şəklində və ya sərbəst formada ola bilər.
Cədvəl hesa-
batında çap edilən hər bir sətir cədvəl faylının bir yazısı, sətrin hər bir elementi isə
ya ilkin cədvəlin bir sahəsi, ya da hesablanılan bir sahə olur. Cədvəldəki verilənlər
nizamlanır. Verilənləri siyahı şəklində çap etmək üçün cədvəl hesabatlarından isti-
fadə olunur. Ancaq məktubların və ya poçt etiketlərinin hazırlanması zamanı cəd-
vəlin sahələri onlar üçün xüsusi ayrılmış yerlərdə çap edilməlidir. Bu halda
cədvəl
hesabatı yaramır və ona görə də sərbəst formalı hesabatlardan istifadə olunur.
Verilənlər bazasının idarəedilməsi sistemləri hər bir cədvəl üçün avtomatik olaraq
standart formatlı
sərbəst hesabat hazırlayır. Belə sərbəst hesabatda ilkin cədvəlin
sahələri şaquli yerləşir. Hesabat konstruktorunun köməyi ilə siz sərbəst hesabatlar
yarada, ilkin cədvəlin sahələrini orada istədiyiniz yerə qoya bilərsiniz.
Hesabatlar verilənlər bazasının obyekti olub informasiyanın çıxışı üçün nəzərdə
tutulur. Hesabata formanın analoqu kimi baxmaq olar, ancaq burada verilənlər ek-
rana deyil, çapa çıxarılır. Hesabatın işinin nəticəsi printer üçün hazırlanmış kağız
sənəddir.
Hesabatın strukturu da formanın strukturuna oxşayır. Formada olduğu kimi, he-
sabatın səhifəsində də ayrıca bir yazının, yaxud bir neçə yazının verilənləri yerləşə
bilər. Bundan başqa, hesabatda tərtibat üçün zəruri olan xüsusi elementlərdən (mə-
sələn: kolontitullardan, təkrarlanan başlıqlardan və s.) istifadə edilə bilər.
Hesabatlar istər birbaşa cədvəllər, istərsə də sorğular əsasında formalaşdırıla bi-
lər. Kompüter hesabatlarının rahatlığı ondadır ki, onlar informasiyanı verilmiş
əlamətlərə görə qruplaşdırmağa,
qruplar və bütün ba-
za üzrə yekunlar hesablamağa imkan verir. Hesabat-
ları sehrbaz vasitəsilə yaratmaq, konstruktor rejimin-
də isə korrektə etmək daha əlverişlidir.
3.9
Hesabat
Cədvəl hesabatı
Sərbəst hesabat
AÇ
AR
sö
zl
ə
r
Yəqin ki, hər ayın sonunda evinizə kommunal
xidmətlərdən istifadə üzrə borcunuzu əks
etdirən qəbzlər təqdim edilir.
Kommunal xidmətlər
nədir və
onlar üzrə
borc qəbzləri evinizə
hansı formatda təqdim edilir?
Sizcə, hesabatları cədvəl
formasında hazırlamaq asandır,
yoxsa sərbəst formada?