132
Beləliklə, kompüter şəbəkələri bir çox cəhətdən faydalıdır:
İnformasiyanın bölüşdürülməsi. İstifadəçi şəbəkədə olan başqa kompüterlərə
qoşula və həmin kompüterlərdəki verilənlərdən (resurslardan)
birgə istifadə edə
bilər.
Bu resurslar xüsusi layihələr, verilənlər bazaları və s. ola bilər.
Avadanlıqların bölüşdürülməsi. Hər kompüter üçün ayrıca printer, skaner,
yaxud tez-tez istifadə olunan periferiya qurğusu almağa gərək yoxdur. Əvəzində
şəbəkəyə qoşulmuş bir qurğudan çoxlu sayda istifadəçi yararlana bilər.
Proqramların bölüşdürülməsi. Hər bir ayrıca kompüter üçün proqram təminatı
alıb quraşdırmaq əvəzinə, həmin proqramı serverdə quraşdırmaq olar. Bundan
sonra hər bir istifadəçi həmin proqrama bir mərkəzi yerdən girəcək. Bu üsul həm
də təşkilatın pul vəsaitlərinə qənaət baxımından faydalıdır.
Əməkdaşlıq mühiti. Bir layihə üzərində istifadəçilərin qrup şəklində birgə işlə-
məsi həm onların qüvvələrini, həm də avadanlıqların imkanlarını birləşdirməyi
mümkün edir.
Kompüter şəbəkələrinin bir neçə növü mövcuddur ki, onları da müxtəlif cür
təsnif etmək olar.
1. Miqyasına, yəni bəndlər arasındakı məsafəyə görə:
yerli (
lokal),
regional
və
genişmiqyaslı (
qlobal).
Lokal şəbəkə bir-biri ilə birləşdirilmiş və adətən, bir qurum və ya bir bina
çərçivəsində yerləşmiş kompüterlər qrupudur.
1957-ci ildə ABŞ Müdafiə Nazirliyi müharibə şəraitində informasiyanın etibarlı ötü-
rülməsi sisteminin qurulmasını və bu məqsədlə kompüter şəbəkəsinin yaradılmasını
zəruri hesab etdi.
Belə bir şəbəkənin işlənib hazırlanması Los-
Ancelesdəki Kaliforniya Universiteti, Sten-
ford Tədqiqat Mərkəzi, Yuta Universiteti və
Santa-Barbaradakı Kaliforniya ştatı Univer-
sitetinə tapşırıldı. Göstərilən elmi müəssisələri
birləşdirən və ARPANET adlandırılan şəbəkə
1969-cu ildə quruldu. Həmin ilin 29 oktyabr
tarixində ARPANET şəbəkəsinin bir-birindən
640 km məsafədə yerləşən ilk iki bəndi – Los-
Ancelesdəki Kaliforniya Universiteti və Sten-
ford Tədqiqat Mərkəzi arasında ilk məlumat
mübadiləsi həyata keçirildi.
Bu tarix (29 oktyabr 1969-cu il) dünyada ilk kompüter şəbəkəsinin, eləcə də İnternetin
yaranma günü hesab edilir.
Tari
x
Leonard Kleynrok (1934) – informasiya texnologiyaları
və kompüter şəbəkələri
sahəsində ABŞ alimi və mühəndisi. Kompüter şəbəkələrinin inkişafına önəmli
töhfə verib və İnternetin sələfi olan ARPANET-in inkişafında
mühüm rol oyna-
yıb.
UCLA
UCSS
SRI
Yuta
133
Şəbəkəl
ər
4
Regional şəbəkə bir rayon, şəhər və ya bölgə çərçivəsindəki çoxlu sayda lokal
şəbəkələrin birləşdirilməsindən əmələ gələn şəbəkədir.
Qlobal şəbəkə müxtəlif şəhər, bölgə və ölkələrin kompüterlərini birləşdirən
şəbəkədir.
Qlobal, regional və lokal şəbəkələrin birləşməsi çoxsəviyyəli iyerarxiya yarat-
mağa imkan verir. Lokal şəbəkələr hansısa regional şəbəkəyə daxil ola bilər; regional
şəbəkələr qlobal şəbəkədə birləşə bilər; nəhayət, qlobal şəbəkələrin özləri daha
böyük strukturlar təşkil edə bilər. Hazırda dünyada kompüter şəbəkələrinin ən
nəhəng birləşməsi "şəbəkələr şəbəkəsi" olan
İnternetdir.
Diqqət!
"İnternet" termini IP protokolu ilə birləşmiş şəbəkələrdən ibarət konkret qlobal
sistemə aid işlədildikdə xüsusi isim kimi qəbul edilir və böyük (baş) hərflə yazılır.
Ümumi istifadədə və kütləvi informasiya vasitələrində tez-tez kiçik hərflə yazılır
(
the internet). Bəzi sorğu kitablarında göstərilir ki, bu söz isim kimi işlədildikdə
böyük, sifət kimi işlədildikdə isə kiçik hərflə yazılmalıdır. İnterneti bəzən, sadəcə,
Şəbəkə (
the Net) də adlandırırlar.
Lokal və qlobal şəbəkələrin əlaqəsinə maraqlı örnəklərdən biri
virtual özəl
şəbəkədir (
Virtual
Private
Network,
VPN). Belə şəbəkə hər hansı təşkilatın müxtəlif
ərazilərdə yerləşən iki və ya daha çox lokal şəbəkəsinin qlobal şəbəkələrin ümumi
istifadəli kanalları vasitəsilə (məsələn: İnternet üzərindən) birləşdirilməsi nəticə-
sində alınır.
.
Qlobal şəbəkə
Regional şəbəkə–1
Lokal şəbəkə
Lokal şəbəkə
Regional şəbəkə–2
Lokal şəbəkə
Lokal şəbəkə
Lokal şəbəkə
Virtual özəl şəbəkə
VPN şəbəkəsi–1
VPN şəbəkəsi–2
Lokal şəbəkə–2
Lokal şəbəkə–1
VPN tunel
İnternet
134
2. Verilənlərin ötürülmə mühitinə görə:
naqil-
li (
simli) və
naqilsiz (
simsiz). Naqilli mühit olaraq
mis koaksial kabeldən, sarınmış cütlük kabelindən,
optik lif kabelindən, naqilsiz mühit olaraq isə radio-
siqnallardan, mikrodalğalardan, peyk rabitəsi vasi-
tələrindən istifadə olunur.
3. Verilənlərin ötürülmə sürətinə görə:
aşağı-
sürətli (10 Mbit/san-dək),
ortasürətli (100 Mbit/san-
dək) və
yüksəksürətli (100 Mbit/san-dən yuxarı).
4. Şəbəkədəki kompüterlərin rollarına görə:
"
tay-tuşlar" (eynisəviyyəli) və "
müştəri-qulluqçu"
(
müştəri-server).
Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) haqqında informasiya toplayın və onun əsasında
sənəd hazırlayın. Sənəddə şəbəkənin hansı təhsil müəssisələrini əhatə etməsi, müəssisə-
lərin ümumi sayı, məktəbinizin həmin şəbəkəyə qoşulub-qoşulmaması haqqında
suallara
cavab verin.
Özünüzü yoxlayın
1.
Lokal şəbəkə nədir? "Şəbəkələr şəbəkəsi" nəyə deyilir?
2.
VPN nə deməkdir və ondan hansı halda istifadə olunur?
3.
Miqyasına görə kompüter şəbəkələri necə təsnif olunur?
4.
Verilənlərin ötürülmə mühitinə görə
kompüter şəbəkələrinin hansı növləri var?
5.
Şəbəkədəki kompüterlərin rollarına görə şəbəkələri necə qruplaşdırırlar?
ö y r ə n ə k
A R A Ş D I R A Q –
Azərbaycanda İnternet
1993-cü ildən inkişaf et-
məyə başlamışdır. Həmin
ildən yüksək səviyyəli mil-
li AZ domeninin inzibatçı-
lığı həyata keçirilir. Ölkə-
mizdə ilk sayt 1995-ci ildə
Azərbaycan Elmlər Aka-
demiyasında yaradılmışdır
(
www.ab.az).
Bu
m
ar
aql
ıdır