00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə32/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   59

 
98 
 
 
 
 C
ƏDVƏL STRUKTURUNUN YARADILMASI 
 
 
 
Hər hansı cədvəlin yaradılmasına nədən başlamaq lazımdır?
 
 
Növbəti səhifədə strukturları verilmiş cədvəllərə daha hansı sahələrin artırıl-
masını zəruri hesab edirsiniz?
 
Verilənlər bazasının hazırlanmasına dair konkret nümunəyə baxaq. Hər biriniz 
coğrafi atlasdan istifadə etmisiniz. Orada əsas coğrafi obyektlər – qitələr, ölkələr, 
şəhərlər, okeanlar, dənizlər, çaylar və başqa obyektlər haqqında informasiya xəritələr 
şəklində təqdim olunur. Xəritələrlə yanaşı, bəzən əlavə informasiya da (məsələn: hər 
bir ölkənin bayrağı, sahəsi, əhalisi, pul vahidi və s.) yerləşdirilir. 
Atlasda axtarış yetərincə çox vaxt aparır. Hər hansı şəhərin hansı ölkədə, hansı 
qitədə  yerləşdiyini  bilmirsinizsə,  həmin  şəhəri  xəritədə  tapmaq  müşkülə  çevrilə 
bilər. Şəhərin yeri haqqında nə qədər çox informasiyanız olarsa, onu daha tez tapa 
bilərsiniz.  Ən  sürətli  axtarış  üsulu  isə  obyektin  coğrafi  enlik  və  uzunluğuna  görə 
mümkündür. 
Coğrafi obyektlər haqqında informasiyanı təqdim etməyin daha səmərəli üsulu 
isə verilənlər bazasından istifadə etməkdir. Belə bir verilənlər bazasını yaratmağa 
çalışaq.  
 
 
 
Verilənlər bazasının tərkibinə daxil olan faylların əksəriyyəti cədvəllərdir. Cəd-
vəllər  verilənlər  bazasının  əsasıdır  və  bütün  zəruri  informasiya  onlarda  saxlanılır. 
Hər  bir  cədvəl  müəyyən  əlamətlərə  görə  birləşdirilmiş  və  eyni  xassələrə  malik 
verilənlər  yığınıdır.  Verilənlər  bazasında  hər  bir  cədvəlin 
bənzərsiz adı olur. Bildiyiniz kimi, cədvəllər sahə və yazı-
lardan ibarətdir. Hər bir sahə obyektin müəyyən xassəsini 
ifadə  edir.  Cədvəl  daxilində  hər  bir  sahənin  adı  bənzərsiz 
olmalıdır, yəni bir cədvəldə iki eyniadlı sahə ola bilməz. 
 
3.4 

Cədvəl 

Sahə 

Yazı 

Konstruktor rejimi 

Cədvəl rejimi
 

AR

zl
ə
r


 
 
 
 
Verilənlər bazas
ı 

99 
 
Verilənlər  bazasını  yaratmaq  üçün  öncə  onu  layihələndirmək,  yəni  onun  hansı 
cədvəllərdən təşkil ediləcəyini, hər cədvəldə hansı sahələrin olacağını, onların hansı 
ardıcıllıqla yerləşəcəyini, hər bir sahənin adını və tipini müəyyənləşdirmək lazımdır. 
Sahələrin adlandırılması proqramlaşdırma dillərində dəyişənlərə ad verilməsi kimi-
dir: onun anlaşılan olması, yəni ifadə etdiyi xassəyə uyğun gəlməsi, çox uzun olma-
ması məqsədəuyğundur. Sahənin tipi onun hansı qiymətləri ala biləcəyini və onunla 
hansı əməliyyatları aparmağın mümkünlüyünü bildirir. Cədvəlin hər hansı sahəsində 
yalnız bir tip verilənlər saxlanılır. Access bazasında verilənlərin əsas tipləri bunlar-
dır:  Text  (Mətn),  Number  (Ədəd),  Date/Time  (Tarix/Zaman),  AutoNumber  (Say-
ğac),  Yes/No  (Məntiqi),  Hyperlink  (Hiperistinad),  Currency  (Pul),  MEMO 
(Yaddaş). 
"Map" (Xəritə) adlandıracağımız bu verilənlər bazası üç cədvəldən ibarət olacaq: 
"Qitələr", "Ölkələr", "Yaşayış məntəqələri". Bu cədvəllərin hər birinin strukturunu 
təsvir edək. 
 
"Qitələr" cədvəlinin strukturu 
Açar sahə 
Sahənin adı 
Verilənin tipi 

QitəninKodu 
QitəninAdı 
QitəninSahəsi 
Sayğac 
Mətn 
Ədəd 
 
"Ölkələr" cədvəlinin strukturu 
Açar sahə 
Sahənin adı 
Verilənin tipi 

ÖlkəninKodu 
ÖlkəninAdı 
DövlətQuruluşu 
PulVahidi 
ÖlkəninSahəsi 
İnternetÜnvanı 
Sayğac 
Mətn 
Mətn 
Mətn 
Ədəd 
Hiperistinad 
 
"Yaşayış məntəqələri" cədvəlinin strukturu 
Açar sahə 
Sahənin adı 
Verilənin tipi 

MəntəqəninKodu 
MəntəqəninAdı 
CoğrafiEnlik 
CoğrafiUzunluq 
MəntəqəninTipi (şəhər, kənd...) 
Əhalisi 
Sayğac 
Mətn 
Ədəd 
Ədəd 
Mətn 
Ədəd 
 
Hər bir sahənin mənası adından aydın olur. Hər cədvəldə Sayğac (AutoNumber) 
tipli sahə verilib və o, açar sahə kimi qeyd olunub. “Qitələr” və “Ölkələr” cədvəl-
lərində belə sahəni daxil etməmək də olardı, sadəcə, uyğun olaraq qitənin adını və 
ölkənin  adını  açar  sahə  kimi  elan  etmək  olardı.  Ancaq  proqram  mühitində  ədədi 
sahələrlə işləmək daha “asandır”. “Yaşayış məntəqələri” cədvəlində isə açar kimi iki 
sahəni – CoğrafiEnlik və CoğrafiUzunluq sahələrini birlikdə götürmək olardı. Bu 


 
100 
 
 
 
halda da açar kimi Sayğac tipli sahədən istifadə olunub, çünki sadə açarla işləmək, 
mürəkkəb açara nisbətən daha rahatdır.    
Proqram  mühitində  verilənlər  bazası  yaradarkən  qısaldılmış  adlardan  istifadə 
etmək, məsələn, sahəni MəntəqəninTipi əvəzinə TipMənt adlandırmaq olar. 
Cədvəlləri  doldurmaq  üçün  verilənləri  coğrafi  atlaslardan,  yaxud  İnternetdən 
götürmək olar.  
 
  
"Qitələr" cədvəlinin yaradılması
 
1. Microsoft Access 2007 proqramını başladın. 
2. "Map" adlı boş verilənlər bazası faylını yaradın. Proqramın baş pəncərəsi cədvəl reji-
mində (Datasheet) açılacaq və pəncərədə Table1 adlı yeni boş cədvəl əks olunacaq. 
3. Cədvəlin  strukturunu  yaratmaq  üçün  View  (Görünüş)  düyməsini  çıqqıldadın  və 
konstruktor rejimini (Design View) seçin.   
 
 
 
4. Save  as  (...  kimi  saxla)  dialoq  pəncərəsi  açılacaq.  Table  Name  (Cədvəlin  adı) 
sahəsinə Qitələr adını yazın və OK düyməsini çıqqıldadın. 
 
 
5.  "Qitələr" cədvəli konstruktor rejimində açılacaq. 
6.  Blankın  yuxarı  hissəsində  Field  Name  (Sahənin  adı)  sütununda  sahənin  adını 
(QitəninKodu) daxil edin. Qonşu Data Type (Verilənin tipi) sütununda susqunluqla 
təyin edilmiş AutoNumber (Sayğac) verilən tipini dəyişməyin. Əgər bu sahə haqqında 
açıqlama  vermək  istəyirsinizsə,  Description  (Təsvir)  sütununda  uyğun  qeydlərinizi 
yazın.  klavişini basın. 
7.  Access cədvəlin birinci sətrini (QitəninKodu sahəsini) susqunluqla başlıca açar kimi 
təyin edir. Başlıca açar üçün sahənin Indexed (İndekslənmiş) xassəsinin qiyməti belə 
təyin olunur: Yes (No Duplicates), yəni bu sahə indekslənib və onun qiyməti tək-
rarlana bilməz. Sahənin başlıca açar olmasını Field Name (Sahənin adı) sütununun 
solundakı boz sütundakı açar simvoluna görə bilmək olar. 
A D D I M   1
A D D I M –


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə