35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   48   49   50   51   52   53   54   55   ...   71

 
156 
Məhkəməsinin  hakimi  oldu.  Lakin  o,  Vətəndaş  Müharibəsinə  yaxın  vaxtdan  əsr 
dəyişənə  qədər  olan  dövrdə  Cənubun  millətə  verdiyi  ən  istedadlı  dövlət  xadimi 
olmaqla, 1878-ci ildəki acı hücum vaxtı heç vaxt belə dərin inamla öz düşüncəsini 
ifadə etməmişdi: 
 “Mənim  vətənimin  azadlığı  və  onun  böyük  mənafeləri  heç  vaxt  təhlükəsiz 
olmayacaqdır, əgər ki, onun ictimai adamları sözün həqiqi mənasında təmsilçiləri 
olmaqla,  bütöv  ölkənin  sonrakı  nəsilləri  və  gələcək  mənafeləri  üçün  çalışmaq 
əvəzinə öz seçicilərinin binalarının sadəcə nökərləri olacaqdır”. 
 
 
Dördüncü hissə 
 
Zaman və yer 
 
Vicdan  adamları  –  həm  Respublikaçılar,  həm  massaçusetslilər  
bütünlüklə öz siyasi fəlsəfələrində və şəxsi davranışlarında bir-birinə bənzəmirdilər 
–  bu,  iyirminci  əsrin  Senata  və  xüsusilə  də  siyasi  mərdlik  atmosferinə  öz  təsirini 
nümayiş  etdirirdi.  Corc  Y.Norris  və  Robert  A.Taft,  onların  karyerası  on  yeddi  il 
əvvəl  qısa  bir  dövrdə  keçmişdi,  Qanunvericilik  prosesinin  ustaları,  fundamental 
müxalif  siyasi  fraksiyaların  liderləri,  hər  biri  öz  yolu  ilə  Konstitusiya 
doktrinalarının  böyük  təfsirçiləri  idilər.  Onların  nailiyyətləri  arasında  Birləşmiş 
Ştatlar Senatına özlərinin və onlara bənzərlərin gətirdikləri artan nüfuz və hörmət 
heç  də  kiçik  məsələ  deyildi.  Çünki  əsrin  dönüşündə  qabiliyyətli  və  istedadlı 
adamlar üçün şöhrət və qüdrət yolu siyasətdə deyil, məhz sənayedə idi. Və nəticə 
kimi ictimaiyyətin siyasi professiyaya münasibəti çox vaxt apatiya ilə, biganəliklə, 
hörmətsizliklə və hətta əylənməklə xarakterizə olunurdu. 
Senat  siyasi  professiyada  nüfuzun  itirilməsinə  şərik  çıxırdı.  Bu  müəyyən 
cəhətdən yeni nov qanunvericilərə olan ictimai reaksiyaya borclu idi, onlar 1900-
cü ildə çox hallarda şişirdilmiş vəkil korporasiyalarından və çirkli siyasi bosslardan 


 
157 
ibarət idi. Senat göründüyü kimi azacıq təşviş və drama doğururdu, bu da Vətəndaş 
müharibəsinə  aparan  illərdə  onun  mövcudluğunun  o  qədər  çox  hissəsi, 
hakimiyyətin  və  nüfuzun  az  hissəsi  olmaqla,  Consonun  və  Qrantın 
administrasiyaları  günlərində  o  qədər  də  tunc  möhkəmliyinə  malik  olmuşdu.  Bu, 
müəyyən dərəcədə qanunvericilik məsələlərinin artan mürəkkəbliyi və çoxluğu ilə 
əlaqədar idi – hətta Santo Dominqoya, Fort Samterə nisbətən daha uzaq görünürdü 
(Santo  Dominqo  müqaviləsinə  maneə  törətməsinə  görə  Teddi  Ruzvelt  (prezident 
Teodor Ruzvelt – tərcüməçi) onu “bütünlüklə səriştəsiz” adlandırmışdı) və “dövlət 
daxilindəki kommersiya” “sərbəst gümüşdən” daha az təşviş doğuran və vəd edən 
bir reaksiya kimi görünürdü. Artıq böyük triumvirat günlərində olan kimi məşhur 
Senatorların adına bənzər evdarlıq sözləri yox idi. Artıq Böyük Kompromiss və ya 
Conson  impiçmenti  günlərində  olan  kimi,  Senatın  müzakirələrinə  bütöv  millət 
nəfəs  çəkmədən  maraq  göstərmirdi.  Millətin  parlaq  məktəb  uşaqları  altmış  ya 
yetmiş il əvvəl Uebsterin Heynə cavabını xatırlayırdısa, artıq siyasətlə bir karyera 
kimi maraqlanılmırdı. 
Senatla  əlaqəyə  fəal  maraq  göstərən  həmin  vətəndaşlar  iyirminci  əsrə 
iftixardan daha çox ümumən həyəcanla baxmaq yoluna üstünlük verdilər. Millətin 
hər yerində islahatçılar, böhtançılar dəstəsi və yaxşı idarə edənlər hərəkatı qalxdı, 
onlar Senatda yeni növ idealistləri və istiqlalçıları, qabiliyyət adamlarını və dövlət 
xadimlərini  təmsil  edirdilər.  Onlar  əvvəlki  günlərin  daha  məşhur  adları  ilə  bir 
sırada dayanacaqdılar. Seçicilərin öz Senatorlarına biganəliyinin və Senatorların öz 
seçicilərinə  laqeydliyinin  ikili  meyllərini  cəlb  etmək  üçün  Senatda  və  ondan 
kənarda  olan  islahatçılar  nəticədə  seçki  maşınında  uzun  müddət  gecikmiş  bir 
dəyişikliyə  nail  oldular  –  Senatorların  seçilməsi  səlahiyyəti  ştatların 
qanunvericiliyindən alındı və birbaşa xalqa verildi. 
1913-cü  ildə  ratifikasiya  edilən  On  Yeddinci  Düzəliş  Konstitusiyanın 
yaradıcılarından 1787-ci ildə alınmış kimi, onların qiymətləndirdiyi etimadsızlığa 
görə seçici “kütlələrinə” münasibətin çox fərqli olduğunu ifadə edirdi – lakin həm 
də  ştat  qanunvericiliyinə  hörmətin  ümumi  tənəzzülünü  göstərirdi,  bu  isə  çox 
hallarda  qüdrətli  lobbiçilər  və  siyasi  maşınlar  tərəfindən  seçilmiş  Senatorların 


 
158 
müqəddəs  hüquqlarını  qəsb  edirdi.  Dəmir  yolu  prezidenti  Uilyam  Lion  Felpsə 
demişdi  ki,  o,  özü  heç  vaxt  Birləşmiş  Ştatlar  Senatoru  olmağı  arzu  etməmişdir, 
çünki  onların  çoxunu  özü  Senator  etmişdir.  Buna  əsaslanaraq,  görkəmli  Yeni 
İngiltərə Senatoru Y.E.Çandler özəl həyata istirahətə yollanmasını lakonik qaydada 
“dəmir yolu qatarının onun üstündən hərəkət etməsini” deməklə ifadə etmişdi.  
On Yeddinci Düzəliş, demək olar ki, o saatca Senatı xalq iradəsinə daha çox 
məsuliyyətli  olan  etdi,  özü  də  həm  nəzəriyyədə,  həm  də  praktikada.  Buna  şübhə 
etmək  olmazdı;  lakin  onun  effektləri  çox  uzağa  getmədi  və  nə  də  Senatın 
görünüşünün  dəyişilməsinin  qrimlənməsi  islahatçıların  böyük  mənada  ümid 
etdiklərinə uyğun gəlmədi. Pennsilvaniyanın bossu Senator Boyes Penros islahatçı 
dostuna demişdi: 
“Hər  zaman  mənə  xalqı  ver!  Mənə  bax!  Qanunvericilik  heç  vaxt  cəsarət 
etməyəcəkdir  ki,  məni  Senata  seçsin,  hətta  Harrisburqa  seçsin.  Lakin  xalq,  əziz 
xalq, məni opponentimdən ümumən yarım milyon səs çoxluğu ilə seçmişdir. Sən 
və  sənin  islahatçı  dostların  düşünür  ki,  birbaşa  (müstəqim  –  tərcüməçi)  seçki 
mənim kimi olan adamları Senatdan çıxaracaqdır! Hər zaman xalqı mənə ver!” 
Statistik  ölçü  və  ya  elmi  effekt  yolu  yox  idi  (və  yoxdur)  ki,  Senatorların 
müstəqil  seçilməsi  kimi  Senatın  özünün  də  keyfiyyətinə  təsir  göstərsin.  Burada 
həm  bütövlükdə  Senat  üçün  və  fərdi  qaydada  Senatorlar  üçün  nə  kasad,  nə  də 
nifrətamiz  tənqid  və  ya  bədxərcliklə  edilən  tərif  yox  idi.  Lakin  çox  hallarda  belə 
mühakimələr  məhdud  səbəblərdən  və  ya  təcrübələrdən  ümumiləşdirməni  əhatə 
edirdi. Misal üçün, Vudro Vilson (ABŞ prezidenti – tərcüməçi) ölümündən bir az 
əvvəl  Millətlər  Liqasının  və  Versal  Müqaviləsinin  (Birinci  Dünya  müharibəsinin 
nəticələrini  müzakirə  edən  Paris  konfransının  mühüm  nəticələrindən  biri  – 
tərcüməçi)  xeyrinə  etdiyi  cəhdlər  Senat  tərəfindən  sillə  ilə  qarşılandı,  onun  Nyu-
Cersidən Senatda yer tutması eyhamı da rədd edildi. Ona görə də o, bəyan etdi ki, 
“Birləşmiş Ştatlardan kənarda Senat lənət olunmuş kimi hesab olunmur. Birləşmiş 
Ştatların  daxilində    isə  Senat,  daha  çox  nifrət  ediləndir;  onlar  əvvəlki  əlli  ildəki  
düşüncəyə malik deyillər.”. 1920-ci ildə çox adam Vilsonla razılaşırdı, bəziləri isə 
onun hissləri ilə bu gün də razılaşır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə