35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   51   52   53   54   55   56   57   58   ...   71

 
165 
Köhnə  on  doqquzuncu  əsr  yeni  iyirminci  əsrə  çevrildikdə  Amerika 
dəyişmişdi,  onun  sənaye  sahələri  və  şəhərləri  böyümüşdü,  dünyada  onun  qüdrəti 
artmışdı. Və həm də Corc Norris də dəyişilmişdi və dəyişilmə çox kiçik idi. Onun 
kiçik  fiqurası  qara  darıxdırıcı  kostyumda,  ağ  köynəkdə  və  qara  ayaqqabı  bağına 
bənzəyən  kiçik  qalstukda  idi  və  o,  bu  geyimi  ömrünün  çox  hissəsində  və  ölənə 
qədər  dəyişmədi.  Onun  yumşaq  davranışı,  adamı  tərksilah  edən  vicdanlılığı  və 
axşamlar  sakitcə  kitab  oxumaq  hesabına  siyasətçilərin  sosial  cəmiyyətindən  uzaq 
qaçması,  öz  ölkəsində  onu  siyasətçi  karyerasından  aralı  saldı,  ancaq  seçicilər 
arasında onun populyarlığı xeyli müddət davam etdi. 
Yalnız  onun  siyasi  baxışı  qırx  il  ərzində  Vaşinqtonda  icra  etdiyi  uzun 
karyeranın  başlanğıcında  dəyişdi.  Çünki  1903-cü  ildə  Corc  Norris  ilk  dəfə 
Nümayəndələr Palatasına daxil olanda Nebraska düzənliklərindən gələn təzə adam 
kimi,  o,  möhkəm,  konservativ  Respublikaçı  idi,  sonralar  yazdığı  kimi  “öz 
mövqeyinə əmin olmaqla, əqidəsində ağılsız olmaqla, öz mövqeyini başqa heç bir 
siyasi  partiyaya  və  ya  siyasi  fikirə  bağlamamışdı”.  Lakin  “mən  öz  sevdiyim 
qəhrəmanların  bir-bir  solduqlarını  gördüm.  Mənə  agah  oldu  ki,  müxalifətə  qarşı 
ittiham irəli sürdüyüm bütün şər işlərdə faktiki olaraq öz partiyam təqsirkardır”. 
Hər bir sadə fəsil Corc Norrisin apardığı bütün mərd və müstəqil döyüşləri 
tamamilə  sadalaya  bilməz.  Onun  ən  dözümlü  nailiyyətləri  ictimai  hakimiyyət 
meydanında  idi  və  onun  uzun  mübarizəsinin  gətirdiyi  faydalar  Tennessi 
vadisindəki xalqa aşağı qiymətli elektrikləşdirmə ilə az sayda paralellərə malik idi, 
baxmayaraq  ki,  onlar  Nebraska  ştatındakı  evlərindən  millərlə  aralı  olan  bir 
məsafədə yaşayırdılar. Lakin onun həyatında üç mübarizə hadisəsi var idi ki, onlar 
igidliyin  üzə  çıxması  üçün  xüsusi  qeyd  edilməyə  layiq  idi  –  “Çar”  Kannonun 
devrilməsi  artıq  təsvir  edilmişdir;  onun  1928-ci  ildə  Prezident  seçilmək  üçün  Al 
Smitə  köməyi;  və  onun  1917-ci  ilə  Silahlı  Gəmi  Billinə  qarşı  obstruksiya  təşkil 
etməsi. 
Vudro  Vilson  1917-ci  ilin  əvvəlində  “silahlı  neytrallıq”  barədəki  siyasəti 
kədərli  qaydada  müəyyən  etmişdi,  Konqressin  gərgin  keçən  birgə  sessiyasının 
qarşısında  dayanmışdı  ki,  qanunverici  hakimiyyət  Amerikan  ticarət  gəmilərini 


 
166 
silahlandırmaq  üçün  ona  səlahiyyət  versin,  Amerikan  ictimaiyyəti  bunu  o  saatca 
bəyəndi.  Almanlar  özlərinin  qeyri-məhdud  sayda  sualtı  qayıqları  ilə  müharibə 
aparmaq  üsulundan  istifadə  edərək,  daha  sıx  blokadanı  gücləndirmişdi,  bunun 
vasitəsilə  Kayzer  (Almaniya  imperiyasının  Kayzeri  –  tərcüməçi)  Britaniya 
adalarını ac qoymaqla tabe etdirmək istəyirdi; və Dövlət katibi Lansinq nəzakətli 
qaydada məlumat vermişdi ki, müharibə zonasında olan hər bir Amerikan gəmisi 
torpedo hücumuna məruz qalacaqdır. Artıq Amerikan gəmiləri axtarılıb tutulur və 
batırılırdı,  mətbuat  bizim  dənizçilərimizə  göstərilən  vəhşiliklər  barədəki 
əhvalatlarla dolu idi. 
Qanun layihəsinin müzakirəsi davam edirdi, qəzetlər Birləşmiş Ştatlara qarşı 
yeni  qəsd  hazırlanmasını  öyrənə  bilmişdilər;  bu,  alman  xarici  işlər  üzrə  aşağı 
dərəcəli  Dövlət  katibi  Tsimmermandan  Meksikadakı  alman  elçisinə  göndərilən 
xəbərdən  öyrənilmişdi.  Buna  əsaslanan  qeyd  (elə  adamlar  üçün  ki,  onlar  belə 
xüsusi  vaxtda  bunların  həqiqiliyini,  Britaniya  və  Amerikan  hökumətlərinin 
motivlərinin  açılmasını  soruşurdular)  Birləşmiş  Ştatlara  qarşı  Meksikanın  və 
Yaponiyanın bir araya düzlənməsi sxemini təklif edirdi. Əvəzində onlar müdaxilə 
bazasından istifadə edəcəkdilər, Meksikaya vəd edilirdi ki, yetmiş ildən çox əvvəl 
Sem Hyuston və onun həmvətənləri tərəfindən tutulmuş “Amerikan koloniyalarını” 
onun üçün bərpa edəcəklər. 
Tsimmermanın qeydindəki məlumatlar qəzetlərə sızdıqda, Silahlanmış Gəmi 
Billinə bütün müqavimət cəhdləri Nümayəndələr Palatasında o saatca iflasa uğradı. 
Qanun  layihəsi  13  səsə  qarşı  403  səs  çoxluğu  ilə  qəbul  olundu  –  səsvermə 
Prezidentin hərəkətinin xalq rəyinə uyğun olduğunu öz təmsilçilərinin vasitəçiliyi 
ilə  aydın  göstərdi.  Böyük  çoxluqla  birlikdə  Nebraskanı  təmsil  edən 
Konqressmenlərin  qanun  layihəsinə  verdiyi  dəstək  də,  heç  şübhəsiz,  ştatın 
hisslərini ifadə edirdi. 
Lakin 2 mart 1917-ci ildə Senatda Silahlanmış Gəmi Billi Viskonsindən olan 
Robert  La  Follettenin  və  Nebraskadan  olan  Corc  Norrisin  başçılığı  altındakı 
üsyançılar  tərəfdarlarının  kiçik  qrupunun  möhkəm  müxalifəti  ilə  üzləşdi.  Ştatdan 
təzə  Senator  kimi,  əvvəlki  ildə  Demokratik  Qanunvericiliyə,  Senatora  və 


 
167 
Prezidentə  səs  verən  Corc  Norris  (La  Folletteyə  bənzəmədən)  nə  öz  mahalında 
möhkəmlik qazanmış bir siyasi şəxsiyyət deyildi, nə də əmin deyildi ki, onun xalqı 
Vilsona və onun siyasətinə müxalifdir.  
Əvvəlki aylarda o, alman hökuməti ilə diplomatik əlaqələrin sərtləşməsi də 
daxil olmaqla, başlıca xarici siyasət məsələlərində Prezidenti dəstəkləmişdi. Onun 
hərbi  məsələlərə  münasibətdə  patsifist  və  izolyatsionist  olmasına  baxmayaraq, 
təbiəti  isə  ona  bütün  beynəlxalq  məsələlərdə  obstruksionist  olmağı  və  ya  xırda 
məsələlərdə  Prezidentin  tələblərinin  hamısına  müxalifət  tərəfdarı  olmağı  qadağan 
edirdi  (həqiqətən  də  II  Dünya  müharibəsi  yaxınlaşanda,  onun  izolyatsionizmi 
əsasən yoxa çıxdı). 
Lakin Corc Norris müharibəyə nifrət edir – və qorxurdu ki, inandığı “Böyük 
Biznes”  bizim  proqressimizə  stimul  verməklə,  müharibə  yolu  ilə  gedir,  milləti 
faydasızlıq  mühitinə  qovmaqla,  qanlı  mübarizəyə  meyllidir;  həm  də  Prezident  – 
xalqı  öz  məsləkinə  çəkməkdən  uzaq  olmaqla  –  çalışırdı  ki,  ictimai  rəyi  panika 
vəziyyətinə salsın ki, müharibəyə razılıq vermək üçün Senata təzyiq göstərsin; və 
Silahlanmış  Gəmi  Billi  Amerikan  hərbi  ehtiyatlarını  Amerikanların  həyatı  ilə 
birlikdə himayə etmək icadı idi, bu icad bizi birbaşa döyüşmək üçün münaqişəyə, 
həm  də  Konqressin  sonrakı  müzakirəsi  və  ya  Almaniya  tərəfindən  Birləşmiş 
Ştatlara  hücum  olmadan  belə,  birbaşa  münaqişənin  içərisinə  atacaqdı.  O,  Billin 
geniş səlahiyyət verəcəyindən qorxurdu və Konqressdəki hər şeyi məhv edən gücə 
malik  olmasına  nifrət  edilən  bir  qaydada  yanaşırdı.  Bu  həmin  vaxt  vacib  igidlik 
deyildi  ki,  Norris  düzgündür  ya  səhvdir.  Onun  öz  məsləkinə  dəstəyi  üçün  etdiyi 
igidlik bu vaxt o qədər də vacib deyildi. 
Senator  Norris  bir  dəfə  demişdi  ki,  “xalq  buna  inanmaya  bilər,  lakin  mən 
xoşlamıram ki, mübarizələrə girim”. 1917-ci ildə onun xoşlayıb-xoşlamadığından 
asılı  olmayaraq,  Nebraskadan  olan  təzə  adam  öz  karyerasında  ən  çətin,  daha  acı 
mübarizələrdən  birinə  hazırlaşdı.  Həmin  günlərdən  Norris  üçün  başlıca  məsələ 
özünün  On  İkinci  və  ya  Lame  Duck  (Axsaq  Ördək  –  tərcüməçi)  Düzəlişi  idi, 
Altmış Dördüncü Konqress isə yeni Prezidentin müddəti başlandığı ilə eyni gündə, 
martın  4-də  günorta  vaxtı  öz  səlahiyyətini  bitirdi.  Əgər  Senat  bir  saat  əvvəl  səs 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə