35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   50   51   52   53   54   55   56   57   ...   71

 
162 
təqdim edəcəkdir” – deyə Kannon özündən razı qaydada cavab verdi, o, başlanan 
hücumdan  hali  deyildi.  Və  Corc  Norris  öz  pencəyinin  cibindən  bükülmüş  kağızı 
çıxardı və məmurdan xahiş etdi ki, onu uca səslə oxusun. 
Respublikaçıların  liderliyini  panika  bürüdü.  Qarderobdakı  danışıqlar 
əvvəlcədən  Norrisin  təklif  etdiyi  qətnamənin  təbiətini  göstərirdi  –  lakin  bu,  adi 
sadə  Respublikaçılar  arasında  nifrətamiz  əyləncə  subyekti  idi,  onlar  bilirdilər  ki, 
Qaydalar  Komitəsinin  özündə  hakimiyyət  həmişəlik  dəfn  ediləcəkdir.  Bu  vaxt 
Kannonun  özünün  idarə  etdiyi  və  dostlarının  dəstəklədiyi  əhalinin  siyahıya 
alınmasına dair qərar layihəsi Norrisə verilmişdi və onun qətnaməsi aydın surətdə 
Nümayəndələr Palatasının idarə etməsinə dair Konstitusiyanın verdiyi səlahiyyətə 
əsaslanırdı  –  özü  də  Norrisə  açıq  qaydada  Nebraska  Konqresmeninin  bütün 
üsyançıları  və  Demokratik  qüvvələri  vasitəsilə  verilmişdi.  Kannon  və  onun 
köməkçiləri  parlament  manevrlərinin  əsl  ustaları  idilər  və  onlar  tezliklə  güzəştə 
getməyə  hazır  deyildilər.  Onlar  təxirə  salmağa,  fasilə  verməyə,  kvorumu 
mümkünsüz etməyə cəhd edirdilər. Onlar qətnamənin imtiyazlı olub-olmamasının 
müzakirəsini davam etdirirdilər, bu vaxt partiya Müqəddəs Patrik günü paradından 
ehtiramlı  qaydada  geri  qayıdırdı.  Onlar  Nümayəndələr  Palatasını  daimi  sessiyada 
saxlayırdılar, yaxşı təşkil olunmamış inqilabçıları dağıtmağa ümid edirdilər. Bütün 
gecə  uzunu  üsyançılar  öz  yerlərində  oturmuşdular,  onlar  zalda  mürgüləmək  də 
istəmirdilər, çünki qorxurdular ki, onlar olmayanda Kannon qəflətən palatanı özü 
bildiyi kimi idarə edəcəkdir.  
Nəticədə,  bütün  qorxuzma  və  kompromiss  cəhdləri  uğursuzluğa  uğradı. 
Spiker  Kannon  gözlənildiyi  kimi,  qətnaməni  müzakirədən  çıxarmaq  göstərişini 
verdi; və Norris o saat qətnaməni irəli sürdü. 160 səsə qarşı 182 səslə Demokratlar 
və  üsyançı  Respublikaçılar  Spikerə  üstün  gəldilər  və  çox  səs  verilməklə  Norris 
qətnaməsi – artıq Demokratik dəstəyi çıxarmaq üçün olan düzəlişə məruz qalmışdı 
– qəbul edildi. Nümayəndələr Palatasının tarixində ən rəhmsiz və kübar Spiker öz 
istefasına razı oldu; lakin Corc Norris həmin vəzifədə diktator hakimiyyətinə qarşı 
axıradək  mübarizəni  təkid  etsə  də,  nəinki  fərdi  cəzaya  tərəfdar  deyildi,  hətta 


 
163 
istefanın qəbul edilməsi əleyhinə səs verdi. İllərlə sonra Kannon ona belə deməli 
oldu: 
“Norris,  bizim  ziddiyyətimiz  boyunca  mən  sənin  düzgün  olmayan 
məsələlərin  barədə  sadə  bir  misalını  azı  yada  salmaq  istəmirəm.  Mən  sənin 
tərəfdarlarından çoxu haqqında bunu deyə bilmərəm; və mən sənə demək istəyirəm 
ki,  indi  əgər  sənin  lənətlənmiş  bandanın  hansısa  bir  üzvü  Senata  seçilsə,  mən 
onların hər birindən daha çox sənə üstünlük verərdim”. 
Kannonizmin  devrilməsi  konservativ  Respublikaçı  liderlərin  hökumət  və 
millət üzərində həyata keçirdiyi nəfəsi boğma əməliyyatını aradan qaldırdı; və bu, 
həmçinin  Nebraskadan  olan  nümayəndələrin  onun  əlindən  əvvəlcədən  aldığı 
himayəçiliyə  də  son  qoydu.  Nümayəndələr  Palatasının  Spikeri  vəzifəsi  –  “Çar” 
belə  hakimiyyətə  malik  idi,  bəzi  hallarda  özünü  Prezidentin  hakimiyyətinə  və 
bütövlükdə  Birləşmiş  Ştatlar  Senatının  hakimiyyətinə  bərabər  olmağa  çox  yaxın 
kimi  göstərirdi.  Bu  hakimiyyət  partiyanı  bütün  gözləmələrdən  yuxarıda  qoyurdu, 
partiyanın  loyallığını,  himayəçiliyini  və  siyasi  təşkilatlarını  qidalandırırdı.  Bu  elə 
bir  hakimiyyət  idi  ki,  ölkənin  Şərqdən  kənarda  olan  bütün  hissələrində  artan  bir 
etibardan  düşmənin  əksinə,  bir  neçə  il  ərzində  diqqət  verilməyən  olaraq  qalırdı. 
Lakin  “mövqesiz  bir  adam”,  naşirin  izah  etdiyi  kimi:  “Vaşinqtonun  heç  vaxt 
tanımadığı ən qüdrətli siyasi maşına birləşmiş 200-ə qarşı, onların öz oyununda iki 
dəfə məğlub oldu. Mister Corc Norris tanınmağa və müşahidə edilməyə layiq adam 
idi”. 
 
Corc  U.Norris  ləyaqətli  müşahidəçi  idi,  çünki  Senatdakı  onun  sonrakı 
karyerası,  oraya  o,  Kannon  üzərindəki  zəfərindən  az  sonra  seçilmişdi,  ona 
Amerikan  siyasi  həyatının  şəxsiyyətlərindən  biri  reputasiyasını  qazandırmışdı. 
Kannonizmin  devrilməsi  Nebraskada  hamı  tərəfindən,  lakin  az  sayda  möhkəm 
partiya üzvləri tərəfindən bəyənilmişdi. Buna baxmayaraq, gənc Konqressmendən 
nəhəng igidlik və öz partiyasının möhkəmlənmiş liderlərinə hücum üçün müəyyən 
liderlik xüsusiyyəti və öz rahatlığını və partiyada  loyallığın gətirdiyi müttəfiqləri 


 
164 
qurban verməyə hazır olmağı tələb edirdi. Senatda o, dəfələrlə öz partiyası ilə, həm 
də seçiciləri ilə əlaqəsini kəsmişdi. O, nəhayət elan etdi: 
“Mən  Konqressin  provokatoru,  qulu,  nökəri  və  ya  kiminsə  vassalı  kimi 
döyüş  arabasında  gəlməkdənsə,  qoy  o,  lap  öz  sahibkar  və  qanunvericiliyin  idarə 
olunmasında  menecer  və  ya  böyük  millətin  hökmdarı  olsun,  təmiz  vicdanla  öz 
siyasi  qəbirimə  düşərdim...  Mən  dostlarım  və  düşmənlərim  tərəfindən  bir  öz 
məsləkimə sədaqətli qalan kimi, öz borcum kimi bildiyimdə heç vaxt büdrəməyən 
kimi xatırlanmaqla, sakit qəbirdə uzanmaq istərdim, nəinki o qədər yaşayım ki, hər 
iki fraksiyanın etimadından məhrum olan köhnə və yaşlı adam olum”. 
Bu,  idealist,  müstəqil  insanın,  döyüşçünün  sözləri  idi  –  dərin  əqidənin, 
qorxmaz  igidliyin,  səmimi  vicdanlı  adamın  –  Nebraskadan  olan  Corc  U.Norrisin 
sözləri idi. Biz özümüzü belə göstərməyəcəyik ki, guya o, səhvi olmayan ləyaqət 
timsalı  idi;  əksinə,  o,  bir  təsadüfdən  daha  çox  öz  düşüncələrində  emosional,  öz 
məhkum  etmələrində  söyüşcül,  məsələnin  layiq  olduğu  nöqtəsinə  atəşi 
təmərküzləşdirmək  əvəzinə,  sərt  və  şişirdilmiş  şəxsi  hücumu  qurmağa  daha  çox 
meyl edirdi. Lakin heç kəs onu düz olmaq düşüncəsindən, bütün adamlara kömək 
etmək  qətiyyətindən,  onları  yoxsulluğun  və  müharibənin  ekiz  faciələrindən  xilas 
etmək ümidindən uzaqlaşdıra bilməzdi. 
Corc  Norris  öz  yeniyetməliyindən  yoxsulluğun  faciəsinə  yaxşı  bələd  idi. 
Corcun  yalnız  dörd  yaşı  olanda  atası  ölmüşdü,  onun  yeniyetməliyi  anası  və  on 
bacısı  üçün  Ohayodakı  kötüklərlə  dolu  ferma  torpaqlarında  külünglə  ruzi 
qazanmağa məhkum olmuşdu. O, həmçinin çətinliklə xatırladığı qardaşının vaxtsız 
ölümündən  müharibənin  dəhşətlərini  bilirdi,  lakin  onun  ilhamlı  məktubu  –  öz 
ölümündən əvvəl yaralı əsgərin yazdığı məktub gənc Corc tərəfindən illərlə yüksək 
qiymətləndirilirdi.  1917-ci  ildə  millət  Avropa  münaqişəsi  həddində  titrəyəndə, 
Corc Norris öz anasının dərdini unutmadı, anası isə müharibəyə nifrət edirdi. 
Kənd müəllimi, kiçik şəhərin vəkili, yerli ittihamçı prokuror və hakim kimi 
Corc Norris Nebraskanın və Qərbin əhalisini tanımalı oldu, bu vaxt o, fermalardan 
istifadə  hüququnun  ləğv  edilməsinin  artan  nümunələrini,  evlərini  itirənlərin  və 
ferma işçilərinin şəhərə üz tutmalarını və işsiz qalmalarını görmüşdü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə