Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   45   46   47   48   49   50   51   52   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
82
Seymur Baycan
“Niyə roman oxumalıyam” sualına cavab verir...
Ə d ə b i y y a t   h ə y a t   t ə r z i d i
Necə uğur qazanmalı?
1. Yazar mütləq ictimai-siyasi proseslərdə aktiv işti-
rak etməli, önəmli məsələlərdə öz mövqeyini açıq şəkildə
ortaya qoymalıdır. Uzun müddətdir ki, Azərbaycanda
hakimiyyət dəyişikliyinin baş verməməsi köhnələrin təzələrlə
dəyişməsi prosesini əngəlləyir. Təzə adları oxucu yalnız qəzet
səhifələrində görür. Radiolar, televiziya kanalları təzə adların
üzünə bağlıdır. Azərbaycanın dünya siyasətində rolu nöqtə boy-
dadır. Böyük mastşab böyük yazar, böyük bəstəkar, böyük rəs-
sam yetişdirir. Çingiz Aytmatov var, amma qırğız ədəbiyyatı
yoxdur. Bizim ölkədə hadisə vasitəsilə yalınz yazıçı Rafiq Tağı
diqqət cəlb edə bilərdi. Şansdan istifadə etmədi. Hadisənin
miqyası, mahiyyəti yaradıcı şəxsə müxtəlif imkanlar. Məsələn,
çex yazıçısı Milan Kundera sovet tanklarının Praqaya girməsilə
maksimum oynayaraq, 1984-cü ildə “Var oluşun dözülməz
yüngüllüyü” romanını yazıb dünya şöhrəti qazandı. Kunderanın
elə öz sözlərinə görə, o zamanlar mühacirət edən çex rəssamları
əsərlərini baha qiymətə satırdılar. Çünki mühacir rəssamlara
qarşı adamlarda mərhəmət hissi oyanmışdı. Çox güman ki,
başqa bir zaman heç kəs onlara bu qədər diqqət göstərməzdi.
80 yaşlı Milan Kundera hazırda Fransada yaşayır. Beş əsərini
fransız dilində yazıb. Nobel mükafatı almayıb. 
Hadisə yaradıb diqqət cəlb edən, şöhrət qazanan
yazarlardan biri də Orxan Pamukdur. Azərbaycan oxucusu
Orxan Pamuku kifayət qədər tanıdığından detallara varmağa
ehtiyac yoxdur. Umberto Ekonun “Gülün adı” və Orxan Pa-
mukun “Mənim adım qırmızı” romanlarını oxuyanlar üçün bir
cümlə yazmaq kifayətdir. Eko hələ də mühazirələr oxuduğu
halda, Orxan Pamuk Nobel mükafatı aldı. Orxan Pamuk
dünyanın ən çox oxunan yazarları sırasındadır. Rus millətçiləri
V.Sorokinin əsərlərini unitazlara doldurub yandıranda
Sorokinin əsərlərinin satışı Almaniyada beş dəfə artmışdı.
Hücrə ədəbiyyatı anlayışı öz ömrünü başa vurub. Günümüzün
yazarı mütləq özünə bioqrafiya yazmalıdır. İstedadlı olmaq
günümüzdə uğur qazanmağın ən sonuncu şərtlərindən biridir.
Müasir yazardan texnikanı mənimsəmək, dil öyrənmək, səyahət
etmək, müxtəlif vasitələrlə daima gündəmdə qalmaq tələb ol-
unur. Əgər sabah bədii duyumu zəif bir şəxs bu yollarla hər
hansı bir ölkədə mükafat alsa, hücrə ədəbiyyatı yaradanlar, lüt-
fən, həmin adamın uğurunu haqsızlıq, ədalətsizlik, bəxtinin
gətirməsi kimi qəbul etməsinlər. Hər dövrün öz qanunları var. 
2. Yazarı oxucuya tanıtdıran, cəmiyyətə təqdim edən
vasitələrdən biri də müsabiqələrdir. Folkner Nobel mükafatı
alanda Amerikada bu yazıçını həddən artıq az adam tanıyırdı.
Vyetnam yazıçısı To Xuayı dünyaya aldığı Lotos mükafatı tanıt-
dırdı. Diqqətli oxucular mükafat almış şəxsin yaradıcılığına
həmən diqqət göstərirlər. Bu, təbiidir. Ən azı şəxsin aldığı
mükafata layiq olub-olmamasını yoxlamaq avtomatik olaraq
müəllifi tirajlayır. Müsabiqə yazarlar arasında yarışmaya təkan
verir, onları yazmağa həvəsləndirir. Faktiki olaraq, Azərbay-
canda ciddi ədəbiyyat müsabiqəsi yoxdur. Halbuki ciddi
ədəbiyyat müsabiqəsi yazarları məhsuldar olmağa, daima
işləməyə məcbur edə bilər. Qonşu Gürcüstan bu baxımdan
bizdən o qədər irəlidədir ki, adam hətta yazmağa utanır. Az qala
hər bank, şirkət, dövlət müəssisəsi yazarlar arasında hekayə,
şeir, roman müsabiqəsi keçirir. Bununla da həm ədəbi mühit
canlanır, həm də yazarların maddi vəziyyəti qismən yaxşılaşır. 
3. Əsərlərin ekran həllini tapması (“razkadrovka”)
da əsərlərin, müəllifin tirajlanmasında böyük rol oynayır.
25 noyabr 1970-ci ildə intihar edən yapon yazıçısı Misimanın
yazdığı 40 romandan 18-i öz ekran həllini tapmışdı. Kino sə-
nayesi hələ o dövrdə o qədər də inkişaf etməmişdi. Qonşu 
Rusiyada gürcü əsilli yazıçı Boris Akuninin əsərlərinə
filmlər çəkilməsi yazıçını xeyli məşhurlaşdırdı. Akunin keçmişi
sovet məkanında və eləcə də dünyada ən çox qazanan yazarlar-
dan biridir. Filmə baxan adamın filmlə əsəri tutuşdurma marağı
yazarı tirajlayır. Çox təəssüf ki, gənc Azərbaycan rejissorları
gənc yazarlardan xeyli uzaqda dayanıblar. Nəinki uzaqda
dayanıblar, onların yeni əsərləri heç vərəqləməyə həvəsləri yox-
dur. Bəlkə də bunun ən önəmli səbəblərindən biri kinonun bir-
başa dövlət qayğısından asılı olmasıdır. Yazarlar aktyorlarla,
rejissorlarla müqayisədə xeyli proqressiv, müstəqil görünürlər.
Gənc rejissorlar üçün səlahiyyətli, əllərində xeyli vasitə
saxlamış, titullu, pullu köhnə yazarlarla işləmək daha
məqsədəuyğun siyasət sayılır. 
4. Əlbəttə, yazarın tanınmasında ən önəmli rolu onun
kitabının alınması, oxunması, müzakirə edilməsi oynayır.
Tiraj hər yerdə öz sözünü deyir. Bu mənada ölkəmizdə vəziyyət
sözün həqiqi mənasında faciəvidir. 
Müharibədən çıxmış ölkə azca özünə gəlmişdi ki, qələm
adamları yeni bir müharibə ilə qarşılaşmalı oldular. Şou
müharibəsi daha amansız münasibət göstərdi kitaba qarşı.
Ölkəni çoxlu kitabsevər adamlar tərk edib. Yazarlara yardım


АЛАТОРАН № 15, YANVAR 2010
83
edən az saylı maaripərvər insanlar da öz resurslarını xərcləyib
bitirməkdədirlər. Hər tərəfdən vurulmuş bu nəcib insanların
bundan belə də yazarlara maddi yardım göstərməsi çox çətindir.
Digər tərəfdən, ölkədə pullu şəxslər kitaba deyil, mikrafona,
yazara deyil, müğənnilərə maraq göstərirlər. Televiziyalarda
kitab sözü dilə gətirilmir. Kitab təqdimatları keçirilmir, əsərlər
müzakirə olunmur. Hətta titullu, postlara malik yazıçıları belə
ekranlarda az görürük. İncə bir siyasətin nəticəsində cəmiyyət
zombiləşdirildi. Müğənnilər ən önəmli fiqurlara çevrildi. Onlar
haqqında portret verilişlər hazırlandı. Artıq müğənnilər
cəmiyyətə necə geyinmək, necə yemək, necə ailə qurmaq
haqqında müdrik (dırnaqsız) mesajlar ötürürlər. Adamların həs-
sas yerlərindən istifadə edərək (xüsusən yerliçilik) onları sms
tələsinə saldılar. Elə bu yaxınlarda “toylar kralı” yarışmasına
bir milyon sms göndərildi. Təəssüf ki, xəbərdarlıq dolu yazılar
heç bir effekt vermədi. Mən və dostlarım müxtəlif şou yarış-
maları haqqında yüzlərlə yazılar yazdıq. Hətta vəziyyət o həddə
çatdı ki, yazılarımdan birində belə bir cümlə işlətdim: “Baxın,
amma heç olmasa sms göndərməyin”. Kitabla həyatda özünə
yer tutmuş adamlar kitaba öz borclarını qaytarmaq istəmirlər. 
İnsanlar niyə kitab 
oxumalıdırlar?
Ötənlərdə www.adyazar.az internet saytına verdiyim
müsahibədə bu suala cavab verməyə çalışmışam. Yaponiyada
ildə iyirmi roman oxuyan adama mütailə edən adam deyilir.
Düzdür, Yaponiyada bir çox klassik əsərlər özət halında çap ol-
unur. Uzun-uzadı təbiət hadisələrinin, əsərin qavranılmasına
mane törədə bilməyəcək hissələrin əsərdən silinməsi, oxucunu
əlavə vaxt itkisinə məruz qoymur. Klassik əsərlərin həcmi ox-
ucunu qorxutmur. Bundan başqa bütün sivil ölkələrdə önəmli
ədəbiyyat nümunələri diskə köçürülüb. Adamlar yol gedərkən,
uzanaraq, çimərlikdə əsərlərin məzmunu ilə tanış ola bilirlər.
Bu haqda danışdığım zaman bir xanımın soloxay sualına məruz
qaldım: “Mən niyə roman oxumalıyam?” - sualına hazır dey-
ildim, amma məncə bədahətən pis cavab vermədim. 
1. Ədəbiyyat ən çox itki verən sahədir. Yazarların tim-
salında sürgünlər, həbslər, mühacirətlər, intiharlar, edamlar.
Lorka, Misima, Mayakovski, Cek London, Heminquey, Sveyq,
Brodski, Herman Brox, Markiz de Sad, Marlinski, Virciniya
Vulf, Silviya Plat... Silviya Plat intihar edərkən sağ qalmamaq
üçün həm yüksək dozada yuxu dərmanı içmişdi, həm də qaz
sobasının bütün gözlərini açaraq otağı qazla doldurmuşdu. 
2. Ədəbiyyat ən çox imtahan verən sahədir. Radio, kino,
internet, çat... Baxmaqdan, dinləməkdən fərqli olaraq, oxumaq
daha çox enerji, səbr tələb edir. Ədəbiyyat hər yeni kəşfdə öz
sözünü deməyi, kəşfdə uyğunlaşmağı bacardı. Ədəbiyyat insana
yaxın sahədir. Müqəddəs kitabda deyildiyi kimi: “ƏVVƏL SÖZ
OLUB”. 
3. Ədəbiyyat digər incəsənət növlərindən fərqli olaraq,
öz missiyasını daha vicdanla yerinə yetirib. Qarabağ müharibəsi
başlayanda bəstəkarlar, aktyorlar, rejissorlar öz övladlarında
müxtəlif xəstəliklər “taparaq” müharibədən gizlətdilər. Qarabağ
müharibəsində iki tanınmış adamın övladı şəhid oldu. Şair Xəlil
Rzanın və yazıçı Sabir Əhmədlinin. 
Qəzet oxucularına xitab
Təbii yuxarıda meyxana yarışması, “toylar kralı”
haqqında yazdığım cümlələri həmin yarışmalara sms göndərən
adamlar oxumayacaq çox güman. Müxalifətin ziyalısı Akif İs-
lamzadə monorxiya qurluşuna qarşı çıxmaq əvəzinə “toylar
kralı” seçməklə məşğul oldu. Daha bundan sonra kimə nə
deyəsən. Yəqin ki, mən olmasaydım ailə üzvlərim sevimli
yerliləri Manaf Ağayevə sms göndərərdilər. Nə isə... Uzun söh-
bətdir. Məni daha çox qəzet oxuyan adamlar maraqlandırır. İl-
lərdir “Reytinq” qəzetində yazıram. Sağ olsunlar, oxuyurlar.
Diqqət göstərirlər. Yazmayanda tanıyanlar müxtəlif vasitələrlə
halımı soruşurlar. Maraqlıdır, doğrudanmı illərlə yazı yazdığım
“Reytinq” qəzetinin 200-300 oxucusunu öz kitabıma tərəf yön-
ləndirə bilmirəm. Doğrudanmı, qəzetdə yazısını oxuduğu
adamın kitabda nə yazması onları heç maraqlandırmır?
Qəribədir. Yoxsa, mən onlar üçün yalnız publisist kimi
maraqlıyam. Açığı, bu yazını oxuyanlar anlamalıdırlar, mənim
yeganə həyat mənbəyim (dırnaqsız) hələki satılan kitablarımdır.
Sabir sabun bişirib satırdı. Bəs, biz nə edək?
Romanı necə yazmamalı
Şənbə günü redaksiyaya gələndə mənə bir kitab verdilər.
Kitabın içində  belə bir cümlə yazılmışdı : “Oxuyub öyrənmək
ümidi ilə Seymur Baycana müəllifdən hədiyyə”.
Kitabı vərəqlədim. Kitab çıxmamışdan əvvəl müəllif fo-
rumlarda öz kitabı haqda xeyli müzakirə açmışdı. Xeyli
müsahibələr verib, öz-özünü tərifləmişdi. Bir müəllifin öz kitabı
haqqında “dastan” danışmasına özünüz qiymət verin. Mən
susuram. Hələlik ki, kitab haqqında özünün “dastan”ını eşitmişik.
Kitabı bir az da diqqətlə vərəqlədim. Və gerçəkdən bu
kitabdan çox şey əxz edə, çox şey öyrənə biləcəyimi dərk etdim.
Məsələn, necə yazmamağı bu kitabdan öyrənmək olar. Kitab
yaradıclıq fakültəsində dərs vəsaiti kimi istifadə edilməlidir.
Həqiqətən necə yazmamağı göstərdiyinə görə, bir müəllifə
təşəkkür etməliyik. Əziyyət çəkib. Gənc yazarlar kitabı mütləq
vərəqləməlidirlər. Nəyə görə “vərəqləməq” yazıram. Çünki
kitabın ən böyük üstünlüyü onu oxumağa ehtiyacın olma-
masıdır. Vərəqləmək yetər. Yəni oxucuların əziyyət çəkməsini
müəllif rəva görməyib. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə