Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə160/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
1   ...   156   157   158   159   160   161   162   163   ...   169
Alqoritmlesdirme-ve-Programlasdirma

mnuSelectAll.ShortCut: ShortCut (Word('A'), [ssCtrl]); 
Break xassəsi
- TMenuBreak tipli Break xassəsi menyunun sütünlara bölünməsini 
təyin edir. Bu xassə aşağıdakı qiymətlərdən birini ala bilər: 
mbNone -menyu sütunlara bölünmür (susmaya görə);
mbBreak -cari bənddən başlayaraq menyu yeni sütun əmələ gətirir;
mbtBreakBar-cari bənddən başlayaraq menyu xətlə ayrılmış yeni sütun əmələ gətirir. 
Checked xassəsi
- Boolean tipli Checked xassəsi menyu bəndinin seçildiyini bildirir. 
Əgər bu xassəyə True qiyməti verilərsə, onda menyu bəndinin sərlövhəsində xüsusi 
qeydetmə nişanı əmələ gəlir. Susmaya görə Checked xassəsinə False qiyməti verilmişdir, 
ona görə də menyu bəndi seçilmir. 
Radioltem xassəsi
- Boolean tipli Radioltem xassəsi menyu bəndinin sərlövhəsində 
əmələ gələn qeydetmə nişanının görünüşünü müəyyən edir. Susmaya görə bu xassəyə 
False qiyməti verilmişdir və qeydetmə nişanı işarəsindən ibarətdir; True qiyməti 
verildikdə isə belə nişan kimi qalın nöqtə işarəsi təsvir olunur. 
Items xassəsi
- TMenuItems tipli Items xassəsi menyu bəndlərindən ibarət massivdir. 
Bu xassə ilə menyunun ayrı-ayrı bəndlərinə Items(O). 
 
Count xassəsi
- Integer tipli Count xassəsi menyuda bəndlərin sayını bildirir. Əgər 
menyuda bənd yoxdursa, həmin menyu üçün Count xassəsi sıfra barabər olur. 
Bu ümumi xassələrdən başqa, PopupMenu kontekst menyu komponentinin aşağıdakı 
xassələri vardır: 
AutoPopup xassəsi
- Boolean tipli AutoPopup xassəsi obyektin üzərində mausun sağ 
düyməsini basdıqda kontekst menyunun ekranda peyda olmasını müəyyən edir. Bu 
xassəyə susmaya görə True qiyməti verildiyindən mausun sağ düyməsini basdıqda 
kontekst menyu peyda olur. AutoPopup xassəsinə False qiyməti verdikdə isə kontekst 
menyu peyda olmayacaqdır. 
downloaded from KitabYurdu.org


218 
Aligment xassəsi
- TPopupAligment tipli Aligment xassəsi kontekst menyunun 
mausun göstəricisinin hansı tərəfində əmələ gəlməsini müəyyən edir. Bu xassənin aldığı 
aşağıdakı qiymətlərə uyğun olaraq mausun göstəricisi 
paLef t
- menyunun solyuxarı kənarını (susmaya görə),
paCenter
- üfqi vəziyyətə görə menyunun mərkəzini,
paRight
- menyunun sağyuxarı kənarını müəyyən edir. 
Komponentin üzərində mausun sağ düyməsini basdıqda kontekst menyunuda əmələ 
gəlməsi üçün, onun PopupMenu xassəsinə qiymət kimi, tələb olunan kontekst menyunun 
adı mənimsədilməlidir. Məsələn, Labell komponentinə aid kontekst menyunun 
yaradılması üçün proqramda 
Labell.PopupMenu:=PopupMenu1;
yazılmalıdır. 
Maus və ya klaviatura ilə menyu bəndini seçdikdə baş verən əsas OnClick hadisəsidir. 
Əksər hallarda, əlavələrdə eyni bir əməliyyat menyu bəndi, həm kontekst menyu və həm 
də alətlər panelində yerləşən düymə ilə icra olunur. Çünki, həmin əməliyyat eyni bir 
prosedur (modul) ilə icra olunur. Bunun üçün 
imitasiya prinsipindən 
istifadə edilir.
Misal
. Menyu bəndinin seçilməsini imitasiyası. 
procedure TForml.ButtonlClick (Sender: TObject); 
begin 
mnuOpen.Click;
end; 
Burada, Buttonl düyməsi basıldıqda, mnuOpen (ad şərtidir) bəndinin icra etdiyi 
əməliyyat yerinə yetiriləcəkdir. 
Layihələndirmə zamanı menyuların yaradılması xüsusi 
konstruktorunda
yerinə
yetirilir. Menyuları dinamik olaraq, proqramlaşdırma yolu ilə də yaratmaq 
mümkündür. 
Menyu konstruktoru
 
downloaded from KitabYurdu.org


219 
Əlavələrin layihələndirilməsi prosesində menyuları yaratmaq və ya

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə