Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə41/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
1   ...   37   38   39   40   41   42   43   44   ...   169
Alqoritmlesdirme-ve-Programlasdirma

View/Object Inspector əmrini icra etmək və ya 
Fll 
klavişini basmaq lazımdır.
Obyektlər inspektoru pəncərəsi iki səhifədən 
ibarətdir: Properties (Xassələr) və Events (Hadisələr).
 
Properties səhifəsində forma üzərində seçilmiş obyektin xassələri haqqında 
informasiya təsvir olunur və qeyd etdiyimiz kimi, layihələndirmə zamanı bir sıra xassələri 
çox asanlıqla dəyişdirə bilərik.
Events 
səhifəsi göstərilən hadisə baş verdikdə komponentin yerinə yetirəcəyi proseduru 
müəyyən edir. Əgər bu və ya digər hadisə üçün prosedur müəyyənləşdirilmişdirsə, onda 
layihənin yerinə yetirilməsi prosesində bu hadisə baş verdikdə həmin prosedur avtomatik 
olaraq icra olunacaqdır. Bu prosedurlar hadisələri emal etdiyi üçün onlara prosedur-
emaledicilər və ya sadəcə olaraq emaledicilər deyilir. Belə hadisələrə misal olaraq 
mausun düyməsinin bir və ya iki dəfə basılması zamanı baş verəcək əməliyyatları 
(formanın bağlanması, sərlövhənin dəyişdirilməsi və s.) göstərmək olar.
 
Layihənin kompilyasiyası və yerinə yetirilməsi 
Delphi layihəni kompilyasiya etdikdə susmaya görə onun fayllannı C:\Program 
Files\Delphi\Bin qovluğunda yerləşdirir. Ona görə də proqramı kompilyasiya etməzdən 
əvvəl, yeni qovluq yaradıb kompilyasiya olunmuş fayllan orada saxlamaq lazımdır. 
Kompilyasiya nəticəsində 8 fayl yarandığı üçün hər bir yeni layihəni ayrı-ayn 
downloaded from KitabYurdu.org


78 
qovluqlarda saxlamaq məqsədəuyğundur. İndi isə Delphi-də ilk proqramımızı yaradaq. 
Bunun üçün heç bir proqram kodu yazmadan, sadəcə olaraq, Run/Run əmrini və ya 
alətlər panelindəki Run düyməsini (yaşıl rəngli düymə) və yaxud da F9 klavişini basın. 
Kompilyasiyanın nəticəsi olaraq ekranda nöqtələrdən ibarət şəbəkəsi olmayan "boş" 
forma görəcəksiniz. Bu forma Delphi yükləndikdə ekranda görünən forma deyil, 
Windows pəncərələrinin malik olduğu idarəedici elementlərdən ibarət mükəmməl bir 
pəncərədir. Bu pəncərə heç bir əməliyyat yerinə yetirməsə də, öz növbəsində Windows 
sisteminin bütün standart əmrlərini icra edir. İndi isə File menyusundan SaveAll əmrini 
icra etməklə layihəni yaratdığımz qovluqda yadda saxlaym. Bu məqsədlə Sizə, əvvəlcə 
yuniti - ünitl.pas, sonra isə layihəni – Project1 .dpr adı altında saxlamaq təklif 
olunacaqdır. Bundan sonra isə Siz qovluğa baxdıqda görəcəksiniz ki, orada yox fayl 
saxlanmışdır. İndi isə Project menyusundan Compile əmrini icra edin və ya Ctrl+F9 
klavişlərini basm. Delphi layihəni icra olunan fayla kompilyasiya edəcəkdir və 
görəcəksiniz ki, Sizin qovluğunuza daha 2 fayl (Projectl. exe və Unitl.dcu) əlavə 
edilmişdir. Layihənin tərkibinə daxil olan əsas fayllar aşağıdakılardır (mötərizədə 
faylların tipi göstərilmişdir): 

Layihə kodu (.dpr); 

Formanın təsviri (.dfm); 

Forma modulu (.pas); 

Modullar (.pas); 

Layihənin parametrləri (.opt); 

Resursların təsviri (.res). 
Bu fayllardan başqa digər fayllar da, məsələn, onlann ehtiyat surətləri yarana bilər: 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə