Alqoritm, xassələri və təsvir üsulları


Internet -  İnternet şəbəkəsi üçün Web-server əlavəsinin yaradılması; FastNet -



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə40/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
1   ...   36   37   38   39   40   41   42   43   ...   169
Alqoritmlesdirme-ve-Programlasdirma

Internet - 
İnternet şəbəkəsi üçün Web-server əlavəsinin yaradılması;
FastNet - 
İnternet şəbəkəsinə daxilolma protokolunun təmini;
 
Decision Cube - 
Çoxölçülü analiz;
 
QReport - 
Hesabatların tərtib edilməsi;
 
Dialogs - 
Standart dialoq pəncərələrinin yaradılması;
 
Win 3.1- 
Windows 3.x interfeysi;
 
Samples - 
Misal nümunələri;
 
ActiveX - 
ActiveX komponentləri;
 
Servers – 
COM ümumi serveri iiçüin VCL örtüyü. 
Delphi-nin müxtəlif versiya və konfiqurasiyalarında bu komponentlərin bəziləri 
olmaya bilər. Komponentlər palitrasıı da sazlamaq olar. Bunun üçün 
Palette Properties 
(Komponentlər palitrasının xassələri) 
dialoq pəncərəsini açmaq lazımdır. Bu pəncərə əsas 
downloaded from KitabYurdu.org


76 
menyunun 
Component/Configure Palette... (Komponent/Komponentlər palitrasının sazlanması) 
və ya 
Komponentlər palitrasının kontekst menyusunun 
Properties (Xassələr) 
əmri ilə çagrılır. 
Onun köməyi ilə komponentləri və habelə onların yerləşdikləri səhifələri pozmaq, əlavə 
etmək və onların yerlərini dəyişmək mümkündür.
Forma konstruktoru pəncərəsi ilkin olaraq ekranın mərkəzində yerləşir və Forml adlı 
sərlövhədən ibarət olur. Bütün layihələndirmə işləri məhz onun üzərində yerinə yetirilir. 
Ona görə də hər bir proqramda ən azı bir forma olur. Əgər proqramda bir neçə forma 
istifadə olunarsa, onda onların sərlövhəsi Forml, Form2 və s. kimi adlardan ibarət olur. 
Lakin, bu standart adları biz özümüz proqramın mahiyyətinə uyğun daha mənalı adlarla 
əvəz edə bilərik. Hər hansı bir əlavə yaratdıqda proqramçı Komponentlər palitrasından 
müvafıq komponentləri (obyektləri) forma üzərində yerləşdirir. Bu obyektlərin forma 
üzərində düzgün və səliqəli yerləşdirilməsi üçün forma nöqtəli şəbəkədən ibarət olur. 
Proqram hazır olduqda isə həmin şəbəkə yox olur. Layihələndirmə zamanı Forma 
konstruktoru "kadr arxasinda" qalır, proqramçı isə formanın özü ilə işləyir və ona görə 
də Forma konstruktoruna sadəcə olaraq Forma pəncərəsi və ya Forma deyilir.
Kod redaktoru pəncərəsi Forma konstruktoru pəncərəsinin arxasında yerləşir və bu 
pəncərə tərəfindən demək olar ki, tam örtülür. Pəncərənin sərlövhəsi Unitl. pas 
adlanır; proqramçı bu adı dəyişdirə bilər. Bu pəncərədə "boş" formaya uyğun, Object 
Pascal dilində yazılmış modulun kodları (yunit) yerləşir, başqa sözlə, kod redaktoru 
heç vaxt boş olmur. Çünki, Delphi bizim yerinə yetirəcəyimiz işlərin xeyli hissəsini özü 
avtomatik olaraq yerinə yetirir. Buna baxmayaraq, biz proqrama yeni operatorlar əlavə 
etdikdə, onu məhz bu pəncərədə yerinə yetirəcəyik. Bəzi operatorlar Delphi bizim 
xahişimizlə özü əlavə edəcək, digərlərini isə özümüz yazacağıq. Kod redaktoru adi mətn 
redaktorudur və onun köməyi ilə modulun mətninə və ya digər mətn tipli fayllara 
düzəlişlər etmək mümkündür.
Forma konstruktoru və Kod redaktoru pəncərələrinin yerini dəyişmək üçün 
F12 
klavişini və ya lazım olan pəncərənin oblastında mausun düyməsini basmaq kifayətdir. 
Mausun göstəricisini sərlövhə sətrində yerləşdirərək onu hərəkət etdirməklə də 
pəncərələrin yerlərini dəyişmək mümkündür.
 
downloaded from KitabYurdu.org


77 
Kod redaktoru pəncərəsinin sol tərəfındə daha bir pəncərə - Kod bələdçisi pəncərəsi 
yerləşir. Burada forma modulunun bütün obyektləri, məsələn, dəyişən və prosedurlar 
ağac şəklində təsvir edilir. Onun köməyi ilə əlavənin obyektlərinə daha rahat baxmaq və 
lazım olan obyektlərə daha cəld müraciət etmək olar. Xüsusən böyük modullarla 
işlədikdə Kod bələdçisindən istifadə etmək daha əlverişli olur.
Növbəti vacib pəncərə Object Inspector adlanır. Biz bu pəncərəyə Obyektlər 
inspektoru deyəcəyik. O, əsas pəncərənin altında, ekranın sol tərəfində yerləşir. Bu 
pəncərədə Forml formasında yerləşdirilən obyektlərin xassə və hadisələri təsvir etdirilir. 
Biz bu pəncərədən çox tez-tez istifadə edəcəyik. Forma üzərində yerləşdirilən obyektləri 
mausla seçdikdə Obyektlər inspektorunda onların xassələri görünəcək və biz bu xassələri 
öz məqsədimizə uyğun olaraq dəyişdirəcəyik. Pəncərəni bağlama düyməsini basdıqda bu 
pəncərə bağlanır və ekrandan yox olur. Onu ekranda yenidən göstərmək üçün 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə