Anar İsayev Ramil Rəhimov


Səlibçilərin Şərqə işğalçı yürüşləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   120

 
122 
 
 
Səlibçilərin Şərqə işğalçı yürüşləri
 
 
Klermon Kilsə Məclisinin çağırılması (1095) 
Xaç yürüşləri orta əsrlər tarixində mühüm yer tutan Səlib yürüşlərində 
katolik  kilsəsinin  böyük  rolu  olmuşdu.   
1095-ci  ildə  Fransanın  Klermo 
şəhəri  yaxınlığında  xalq  yığıncağında  Roma  papası  II  Urban  nitq  söylədi. 
Qurultayda    çıxışında  Roma  papası  II  Urban  xristianları  Şərq  ölkələrinə 
yürüş edib, səlcuqların hakimiyyəti altında olan “İsanın qəbrini kafirlərdən 
xilas  etməyə”  çağırdı.  Xristian  rəvayətinə  görə,  İsa  peyğəmbər  Fələstində 
Qüds  şəhərində  (Yerusəlimdə)  dəfn  olunmuşdu.  Çoxları  elə  oradaca 
«
müqəddəs  torpağı
»
  azad  etməyə  hazır  olduqlarını  bildirdilər  və  bunu 
nümayiş etdirmək  üçün paltarlarına  qırmızı parçadan xaç tikdilər. Beləliklə, 
Şərqə  yürüşlərin iştirakçılarını  xaçlılar (səlibçilər), yürüşləri isə  Xaç (Səlib) 
yürüşləri adlandırmağa başladılar. 
 
Səlib yürüşlərinin səbəbləri 
Xaç yürüşlərində iştirak edən avropalıların hər bininin  öz məqsədi var 
idi:  

 
Roma Papası - Şərq ölkələrini xristianlaşdırmaq istəyirdi. 

 
Feodallar - yeni torpaq mülkləri ələ keçirmək, Şərqin zəngin 
şəhərlərini qarət etmək istəyirdilər. 

 
Kəndlilər ağalarından yaxa qurtarmaq, dolanışıqlarını 
yaxşılaşdırmaq istəyirdilər. 
Beləliklə  avropalıların  Şərqə  yürüşlərinin  -  Səlib  müharibələrinin 
səbəblərini aşağıdakı kimi ümumiləşdirmək olar: 

 
Feodalların yeni torpaqlar və asılı kəndlilər ələ keçirmək istəyi. 

 
Kəndlilərin öz ağalarının əlindən qurtarmaq istəyi. 

 
Roma  papasının  Şərq  ölkələrini  asılı  hala  salmaq  və  yeni 
torpaqlar ələ keçirmək istəyi. 
Avropada  feodallar    ruhanilər  belə  güman  edirdilər  ki,  Səlcuq 
imperiyası ayrı-ayrı hissələrə parçalandığı üçün Şərq ölkələrini ələ keçirmək 
çox asan olacaqdır. Odur ki, onlar səlib yürüşlərinə başladılar. 
 
Birinci səlib yürüşü (1096) 
XI-XIII  əsrlərdə  səlibçilər  Şərqdə  -    türk-müsəlman  ölkələrində 
kütləvi  qırğınlara  və  dağıntılara  yol  açan  səkkiz  yürüş  etdilər. 
Birinci  səlib 
yürüşünə  1096-ilin  yazında  ilk  olaraq  kəndlilər  başladılar.  Lakin  Səlcuqlar 
səlibçiləri darmadağın etdilər.
 
1096-cı ilin payızında isə Fransa, Almaniya 
  İtaliya  cəngavərləri  Şərqə  doğru  hərəkət  etdilər.  Birinci  səlib  yürüşü 
nəticəsində Avropa səlibçiləri: 

 
Səlibçilər 
səlcuqları  məğlub  edərək 
Qüdsdə  müsəlman  əhalisinə 
qarşı kütləvi qırğınlar törətdilər. 

 
Suriya  və  Fələstinin  Aralıq  dənizi  sahillərində  səlibçilər 
tərəfindən Qüds krallığı (1099-1187) adlı dövlət yaradıldı.
 
 
 
 
 
 
 
Feodallar 
 
Kəndlilər 
 
Birinci səlib yürüşünün  iştirakçıları 
 
 
II Urban 
 
 
Klermon Kilsə Məclisi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xaç yürüşləri nəticəsində yaranmış 
dövlətlərin xəritəsi. Qüds krallığı
 


 
123 
 
 
İkinci səlib yürüşü (1147) 
Qərb feodalları 1147-ci ildə ikinci səlib yürüşünə başladılar. 
 
Lakin, 
ikinci  Səlib  yürüşü  uğursuz  oldu.  Belə  ki,  ikinci  səlib  yürüşü  nəticəsində  
Misir  hökmdarı  Səlahəddin  Əyyubi  səlibçi  qoşunlarını  məğlub  edərək 
onları Qüdsdən qovdu. 
 
 
Üçüncü səlib yürüşü (1190) 
1190-cı  ildə  Qərb  feodalları  üçüncu  səlib  yürüşünə  başladılar. 
Üçüncü səlib  yürüşündə  məqsəd 
«
müqəddəs şəhəri
»
  -  Qüds  şəhərini  geri 
qaytarmaq  idi.  Üçüncü  səlib  yürüşünə  İngiltərə,  Fransa    Almaniya 
kralları  başçılıq  edirdi.  Lakin  üçüncü  xaç  yürüşü  də  ikinci  yürüş  kimi 
uğursuzluqla nəticələndi. 
 
  
   
Birinci səlib yürüşündə iştirak edən dövlətlər 
 
Üçüncü səlib yürüşündə iştirak edən dövlətlər 
 
 
Dördüncü səlib yürüşü (1199-1204) 
XII əsrin sonlarında  səlibçilər dördüncü  səlib  yürüşünə başladılar. 
Dördüncü  səlib  yürüşünü  ona  başçılıq  edən  Roma  Papası  III  İnnokenti 
təşkil etmişdi. Digər səlib yürüşlərindən fərqli olaraq bu yürüşdə səlibçilər 
quru yolları ilə hərəkət etmək çətin olduğundan Fələstinə gəmi vasitəsilə 
dəniz  yolu  ilə  yürüş  etdilər. 
Bu  məqsədlə  səlibçilər  o  dövrdə  «dəniz 
kraliçası»  hesab  olunan  Venesiyadan  kirayəyə  gəmilər  aldılar.  Bu  dövrdə 
Şərq  ölkələri  ilə  ticarətdə  vasitəçilik  etmək  üçün  Venesiya  ilə  Bizans 
arasında  mübarizə  gedirdi.  Odur  ki,  venesiyalılar  Bizansa  zərbə  vurmaq 
üçün  səlibçilərə  kömək  edərək  onları  bura  yönəltdilər. 
Dördüncü  Səlib 
yürüşü nəticəsində səlibçilər:
 

 
1204-cü ildə Konstantinopolu tutaraq dağıtdılar. 

 
Müqəddəs Sofiya kilsəsi qarət olundu. 
Bu  hadisədən  sonra  Bizans  ticarətdə  Venesiya  və  Genuya  ilə  rəqabət 
apara  bilmədi.  Səlibçilər  Bizansın  paytaxtı  olan  Konstantinopoldan  yalnız 
57  il  sonra,  1261-ci  ildə  qovuldular.  Səlibçilərin  qarətçilik  və  işğalçılıq 
məqsədləri dördüncü səlib yürüşündə özünü daha aydın göstərdi. 
XIII əsrin sonlarında,  səkkizinci səlib yürüşü nəticəsində səlibçilər 
müsəlman  ölkələrində  işğal  etdikləri  topraqlardan  tamamilə  qovulub 
çıxarıldılar və burada işğal etdiyi bütün torpaqları itirdilər. 
 
Səlib yürüşlərinin nəticələri 
XI  əsrin  sonlarından  –  XIII  əsrin  sonlarına  qədər  səlibçilərin 
Şərqdə  apadığı  qədbkarlıq  müharibəsi  –  səlib  yürüşləri  onların 
məğlubiyyəti  ilə  başa  çatdı.  Qərb  feodalları  Şərq  ölkələrini  işğal  etmək 
məqsədlərinə çata bilmədilər. Bununla belə Səlib yürüşlərinin avropalılar 
ünün 
bir sıra nəticələri oldu


 
Aralıq dənizində ticarətdə birincilik Bizansdan Genuya və Venesiya şəhərlərinə keçdi. 

 
Bizans ticarətdə Venesiya və Genuya ilə rəqabət apara bilmədi. 

 
İtaliya tacirlərinin Şərq ölkələrində 
( Suriya, Fələstin, Krım və Qafqazda) 
ticarət məskənləri yarandı. 

 
O dövrki katolik kilsəsinin iç üzünü açıb göstərdi və Papa hakimiyyətinin nüfuzu sarsıldı. 
İtaliya 
 
İngiltərə 
 
Fransa
 
Almaniya 
 
 
 
Xaçlıların Qüds şəhərinə  
hücumu (qədim minüatür) 
 
 
 
Səlahəddin Əyyubi xaçlılarla  
döyüşdən sonra
 
 
 
 
 
Xaçlıların dəniz yolu ilə hücumunu 
təsvir edən qədim  miniatür
 
 
 
 
 
1204-cü ildə xaçlı ordusunun  
Konstantinopola hücumu 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə