Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   120

 
118 
 
 
III İvanın hakimiyyəti dövrü (1462-1505) 
Moskva knyazı III İvanın hakimiyyəti dövründə:
 

 
Rus torpaqlarının Moskva kınyazlığı ətrafında birləşdirilməsi 
sürətlə davam etdi.
 

 
Moskva knyazlığı işğal yolu ilə ərazisini genişləndirmək siyasəti yeritdi. 

 
Rus knyazlıqları öz müstəqilliklərini itirdi. 

 
Mərkəzləşdirilmiş Rus dövləti yarandı. 

 
Rus dövlətində təhkimçilik hüququ bərqərar olurdu.
 
QEYD:
 
III İvan tərəfindən Rusiyada təhkimçilik hüququnun təsdiq edilməsi haqqında 
fərman  verildi.  Təhkimçilik  hüququ  haqqında  fərmana  əsasən 
kəndli  artıq  boyar  torpağını 
tərk  edib  gedə  bilməzdi.  Onun  bütün  hüququ  boyarda  idi.  Bu,  kəndlilərin  boyarlardan 
(feodallardan) tam asılı hala salınması demək idi.  
 
IV İvan Qroznunun hakimiyyəti dövrü  (1533-1584) 
Q
əddarlığı ilə məşhur olan çar 
 IV İvan Qroznu hakimiyyəti dövründə: 

 
Boyarlara ağır zərbə vuraraq yeni qaydalar tətbiq etdi. Yeni qaydalar mərkəzi 
hakimiyyət əleyhinə olan boyar qüvvələrini ləğv etmək məqsədi güdürdü. 

 
XVI əsrin 50-ci illərində Qazan və Həştərxan xanlıqları Rusiyaya tabe edildi. 

 
XVI əsrin sonlarında Sibir torpaqları Rusiyanın tərkibinə qatıldı. 

 
Rusiya böyük imperiyaya çevrildi. 
 
 
 
 
Orta əsr şəhərləri. Sənətkarlıq və ticarət 
 
Erkən orta əsr şəhərlərinin meydana gələsi 
Şərqdən  fərqli  olaraq,  Avropada  feodal  münasibətləri  nisbətən  gec  yarandı.  Buna  baxmayaraq,  Qərbdə  bu 
münasibətlər daha sürətlə inkişaf etdi. Bu inkişafın nəticəsi olaraq, Avropada şəhərlər meydana gəldi.
 
Avropada
  sənətin  kənd  təsərrüfatından  ayrılması  nəticəsində  şəhərlər  meydana  gəldi.    Avropada 
Erkən  orta  əsr 
şəhərləri 
özünəməxsus xüsusiyyətlərə malik idi. Həmin xüsusiyyətlər aşağıdakılar idi: 

 
Əsasən  feodalların torpağında salınır, ərazisi az olduğu üçün evlər iki-üç mərtəbə tikilirdi. 

 
Sənətkarlıq və ticarət mərkəzi idi, əhalisi əsasən  sənətkarlıq  ticarətlə məşğul olurdu. 

 
Şərq şəhərlərindən fərqli
 olaraq
 su kəməri və kanalizasiya sistemi yox idi. 

 
Şəhərin mərkəzində bazar meydanı, baş kilsə  şəhər şurasının binası yerləşirdi.
 

 
Şəhərlərdə ən geniş yer bazar meydanı idi. 

 
Hər biri qala divarları ilə əhatə olunurdu. 

 
Qala divarlarından xaricdə əkin sahələri, bağ və bostanlar, otlaqlar yerləşirdi. 
Bu xüsusiyyətlər şəhərləri kənddən fərqləndirən əsas cəhətlər idi. 
 
 
 
Orta əsr Avropa şəhərinin ümumi görünüşü
 
 
 
 
III İvan 
 
 
IV İvan 


 
119 
 
Şəhərlərin senyorlara qarşı mübarizəsi 
Avropa şəhərlərində sənətkarlıq və ticarətin inkişafına aşağıdakı amillər mane olurdu: 

 
Ağır feodal zülmü. 

 
Senyorların özbaşınalığı. 
Şəhərlər feodalların torpağında salındığı üçün feodallar buna görə şəhər əhalisindən vergi toplayırdı. Bu cür 
feodallara senyor deyirdilər. Avropa ölkələrində şəhərlər feodal senyorlara qarşı mübarizə aparırdılar. Şəhərlilərin 
senyorlara qarşı apardığı mübarizə nəticəsində: 

 
Şəhərlilərin bir qismi azad olaraq özünüidarə orqanları yaratdılar. 

 
Digərləri isə ödənc verməklə azadlıq qazandılar. 
Şəhərlilərin senyorların ağalığından azad olması nəticəsində şəhərlər daha inkişaf etməyə başladı. 
 
Sənətkarlıq 
Orta  əsr  şəhərlərində  əl  əməyinə  əsaslanan  xırda  sənaye  istehsalı  – 
sənətkarlıq 
adlanırdı.  Şəhərlərdə  ilk  sənətkarlıq  müəssisəsi  olan  
emalatxanalar 
yaranmışdı. 
Şəhərdə 
malların 
əksəriyyəti 
sənətkar 
emalatxanalarında hazırlanırdı. Sənətkar emalatxanasına aiddir: 

 
Şəhərlərdə satılan müxtəlif malların hamısı burada  hazırlanırdı. 

 
Bütün işlər sadə alətlərin köməyi ilə əllə görülürdü 

 
Emalatxanada əsas işçi onun sahibkarı usta (səntkarın özü) idi. 

 
Emalatxanadan dükan kimi də istifadə olunurdu.  
Sənətkarların hazırladıqları mallara ehtiyac çox idi. Sənətkarlar kənddən 
çıxıb  başqa  yerlərə  gedirdilər.  Sənətkarların  başqa  yerlərə  getməsinin  səbəbi 
əsasən aşağıdakı amillərlə bağlı idi:
 

 
Hazırladıqları məhsulları satmaq

 
Feodal zülmündən xilas olmaq.   
 
 
 
Hazırladıqları  məhsulları  satmaq  və  feodal  zülmündən  xilas  olmaq  
üçün sənətkarlar əsasən aşağıdakı ərazilərdə  məskən salırdılar: 

 
Böyük monastrların və iri feodal qəsrlərinin divarları yanında. 

 
Qədim Roma qalalarının xarabalıqları içərisində. 

 
Çay bərələrinin yanında, dəniz limanları yaxınlığında. 

 
Yolların kəsişdiyi yerlərdə
Sənətkarların  bu  ərazilərdəki  məskənlərinə  Şərq  ölkələrindən  tacirlər 
gəlirdilər. Onlar nadir şərq malları ilə bərabər, dəmir, duz, dəri və yun gətirir, 
özlərinə lazım olan malları isə alıb aparırdılar. 
 
  Ticarət 
Ticarət şəhərlilərə böyük gəlir gətirirdi. Avropalılar Aralıq dənizi vasitəsilə Suriya və MisirləQara dəniz vasitəsilə 
Krım  Qafqazla ticarət əlaqələri saxlayırdılar. Venesiya və Genuya tacirlərinin ən geniş əlaqə saxladığı ölkələrdən biri 
Azərbaycan idi. Avropada ən qızğın ticarət yerləri yarmarkalar idi. XIII əsrdə Avropada ən məşhur yarmarka Fransanın 
Şampan şəhərindəki yarmarka idi.  
IX  əsrdə  İtaliyada  və  Fransanın  cənubunda  ticarət  və  sənətkarlıq    mərkəzləri  olan  şəhərlər  yenidən  dirçəldi. 
Əvvəllər Şərqlə Qərb arasında gedən ticarətdə başlıca yeri Bizans tuturdu. Lakin  Səlib yürüşləri nəticəsində  Şərqlə Qərb 
arasında gedən ticarətdə üstünlük  İtaliyanın Venesiya  Genuya şəhərlərindən olan tacirlərin əlinə keçdi. Tacirlər uzaq 
ölkələrə  gedərkən  yollarda  soyğunçular,  dənizdə  isə  dəniz  quldurları  tərəfindən  qarət  edilirdilər.  Odur  ki,  tacirlər 
soyğunçulardan qorunmaq üçün tacir birlikləri yaradırdılar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Orta əsr sənətkarlıq emalatxanası 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə