109
AVROPA FEODALİZM DÖVRÜNDƏ
Frank dövləti (500-843)
German tayfalarının işğalları
Eramızın
I əsrində german tayfaları
qərbdən və şərqdən Reyn və Visla çayları, cənubdan Dunay çayı, şimaldan isə
Baltik və Şimal dənizlərinə qədər ərazilərdə yayılmışdılar. Sonralar çoxsaylı işğallar nəticəsində germanlar digər xalqlarla
qarışaraq bir çox Avropa xalqlarının yaranmasında mühüm rol oynadılar.
V əsrin sonlarında german tayfalarının (
frank, qot, vandal, anql-saks)
işğalları nəticəsində:
Qərbi
Avropada quldarlıq quruluşu dağıldı və
feodalizm quruluşu meydana gəldi.
Qul əməyini
xırda torpaq sahibi olan
icma üzvləri -
kəndlilərin əməyi əvəz etdi.
Frankların Qalliyanı tutması
V əsrin sonlarında German tyafalarından biri olan
fank tayfalarının başçısı
Xlodviq Qalliyaya hücum etmək üçün
başqa tayfalarla ittifaqa girdi. Bu zaman Qalliyanı
keçmiş Roma canişini idarə edirdi.
486-cı ildə Suasson şəhəri
yaxınlığında
franklarla romalılar arasında həlledici
döyüş baş verdi.
Suasson döyüşü nəticəsində:
Xlodviq romalılar üzərində parlaq qələbə qazanaraq
Qalliyanın bir hissəsini ələ keçirdi.
Qalliyadakı Roma quldarları və digər frank tayfa başçıları Xlodviqə tabe oldular.
Sonralar franklar bütün Qalliyanı tutmaqla Roma imperiyasının böyük mülklərinə yiyələndilər.
Xlodviq Qalliya
torpaqlarını ələ keçirdikdən sonra
döyüşçülərinə və müttəfiqlərinə payladı.
Beləliklə,
Frank əyanları iri torpaq
sahiblərinə çevrildilər.
Frank dövlətinin yaranması
V əsrin sonlarında
Qərbi Avropanın
ilkin feodal dövləti olan
Frank dövləti yarandı.
Tayfa başçısı
Xlodviq Frank
dövlətinin
ilk kralı oldu
.
Kral mühüm qərarları özü verirdi.
Tayfa başçısından fərqli olaraq kral hakimiyyəti
irsən öz
oğullarına verirdi. Odur ki, Frank dövlətində
irsi hakimiyyət - monarxiya rejimi qurulmuşdu.
110
Xlodviqin hakimiyyəti (486-511)
Xlodviqin hakimiyyəti dövründə:
Frankların
ilk qanunlar toplusu yaradıldı.
Qalliyanın yerli
dini olan xristian dini dövlət dini kimi qəbul edildi.
Xristianlığın qəbul edilməsi ilə
kilsə ilə kral arasında ittifaq yarandı.
Kilsə kralın hakimiyyətini möhkəmləndirdi.
Frank dövləti inzibati cəhətdən
vilayətlərə bölündü.
Frank dövlətində vilayətləri
qraflar idarə edirdi. Xlodviq qraf vəzifəsinə
ən yaxın adamlarını təyin edirdi. Qrafların səlahiyyətlərinə aşağıdakı
vəzifələr daxil idi:
Vilayətləri idarə edirdi.
Vilayətlərdə əhalidən vergi toplayırdı.
Məhkəmə işlərinə baxırdı.
Döyüşçü dəstələrə başçılıq edirdi.
QEYD:
Xlodviqin
xristian dinini qəbul etməkdə məqsədi hakimiyyətini möhkəmləndirmək idi.
Böyük Karlın hakimiyyəti. Frank dövlətinin imperiyaya çevrilməsi
Böyük Karlın
(768-814)
hakimiyyəti dövründə Frank dövlətinin
ən qüdrətli
dövrü olmuşdur. Böyük Karl hakimiyyəti
dövründə:
İtaliyanın çox hissəsini tutaraq Frank dövlətinə birləşdirdi.
Frank imperiyasını yaratdı (Frank dövləti imperiyaya çevrildi).
R
eyn və Elba çayları arasında yaşayan saksları itaət altına aldı.
800-cü ildə Roma şəhərini tutaraq özünü imperator elan etdi.
Orduda xidmət edənlərə torpaq sahəsi payladı.
Frank əyanlarına yeni torpaqlar zəbt etməkdə və kəndliləri təhkimli
halına salmaqda kömək etdi.
Frank əyanları əvvəllər Böyük Karlı müdafiə edirdilər. Əyanların Böyük
Karlı müdafiə etməsinin səbəbi, kralın əyanlara
yeni torpaqlar zəbt etməkdə və
kəndliləri təhkimli halına salmaqda kömək etməsi idi. Lakin əyanlar icma
üzvlərinin torpağını zəbt etdikdən sonra, artıq qüvvətli imperator hakimiyyətinə
ehtiyac duymurdular. Bu isə feodalların müstəqilləşməsinə və gələcəkdə Frank
imperiyasının süqutuna gətirib çıxardı.
Böyük
Karlın
Frank dövlətini
imperiyaya çevirdi
Orduda xidmət edənlərə torpaq
sahələri payladı
İtaliyanın çox hissəsini özünə
tabe etdi
Romanı
tutaraq özünü imperator
elan etdi
Saks tayfalarını özünə tabe
etdi
Ən yaxın adamlarını
qraf vəzifəsinə təyin etdi
Suasson döyüşündə qələbə qazanaraq Qalliyanı
işğal etdi
Frank dövlətini yaradaraq xristian dinini qəbul
etdi
Kilsə ilə kral arasında ittifaq yaratdı
Xlodviq
Böyük Karlın Roma şəhərini tutması
və Roma papası tərəfindən tac
qoyularaq imperator elan edilməsi