Anar İsayev Ramil Rəhimov


Teymurilər imperiyası (1370-1507)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   120

 
100 
 
Teymurilər imperiyası (1370-1507) 
 
 
 
Teymurun Məvaraənnəhri idarə etməsi 
Teymur  Çingiz  xanın  yürüşləri  zamanı  Mərkəzi  Asiyaya  gəlmiş  Barlas  qəbiləsindən  idi. 
Teymur  gəncliyində  
Səmərqənd  və  Bəlx  hakimi  Əmir  Qazanın  yanında  xidmət  etmiş,  hərbi  yürüşlərdə  onun  etimadını  qazanmışdır.  Teymur 
eyni zamanda Çağatay hakimi Toğluq Teymurun yanında xidmətə girmiş və Qaşqadərya vadisini idarə etmişdi.
 
Çingiz  xan öz imperiyasını oğlanları arasında bölərkən Mərkəzi Asiyanı  Cığatay adlı oğluna bağışlamışdı. Böyük 
Monqol imperatorluğunun dağılması Mərkəzi Asiyada feodal ara müharibələrini gücləndirdi. Mərkəzi Asiya ulusu şərqdə 
Moğolustan, qərbdə isə Mavəraənnəhr olmaqla iki yerə ayrıldı. Cığatay xanın davamçıları Mavəraənnəhri geri qaytarmaq 
üçün Toğluq Teymur xanın başçılığı altında mübarizəyə başladılar. Səmərqənd şəhəri tutuldu. Lakin 
Teymurla Toğluq 
Teymurun 
oğlu arasında ixtilaf yarandı. Bu ziddiyyətlərdən istifadə edən Teymur, Teymur Toğluqa qarşı qiyam qaldıraraq 
Xarəzmə, Sistana yürüş etdi. 
Tərəflər arasındakı mübarizədə Teymur qələbə qazandı və yeni dövlətin əsasını qoydu.
 
 
 
Teymurilər dövlətinin yaranması və işğalları  
1370-ci  ildə  Teymur  Səmərqəndə  qoşun  yeridib  çevriliş  etdi.  Nəticədə  Səmərqənd  və  ətraf  bölgələr  Teymurun 
ixtiyarına  keçdi.  Elə  həmin  ildə  qurultay  çağırıldı. 
Mərkəzi  hakimiyyətin  tərəfdarları  olan  iri  feodalların  köməyi  ilə 
Teymur  sərkərdələrin  qurultayında 
«
  əmir
»
  titulunu  qəbul  etdi  və  Teymurilər  dövlətinin  əsasını  qoydu. 
Səmərqənd  yeni 
dövlətin paytaxtı oldu. Beləliklə, Monqol imperiyasından sonra Mərkəzi Asiyada böyük bir imperatorluğun əsası qoyuldu.
 
Əmir Teymur yürüşlərə başlamaq üçün güclü süvari ordu yaratdı.  Əmir Teymurun hərbi yürüşləri nəticəsində:
 

 
Ürgənc şəhərinin tutulması ilə Xarəzmi tamamilə 
tabe edildi 
 və bununla da bütün Mərkəzi Asiya işğal edildi. 

 
Qafqaz, o cümlədən Azərbaycan, Ön Asiya (
İraq, Suriya) 
işğal edildi.
 

 
Qızıl Ordu dövlətinin şərq əyalətləri Teymurilər dövlətinə birləşdirildi. 

 
Hindistanın yürüş edildi. Dehlinin tutulması nəticəsində Hindistanın zəngin sərvətləri Teymurun əlinə keçdi. 
 
Əmir Teymurun Toxtamış xanla müharibələri 
Əmir  Teymur  Toxtamış  xanın  Qızıl  Ordu  dövlətində  hakimiyyətə 
gəlməsinə  kömək  etməklə  onu  öz  vassalına  çevirmişdi.  Lakin  Toxtamış  xan 
Monqol  dövlətinin  Qafqaz  və  Ön  Asiya  üzərində  hakimiyyətini  bərpa  etmək 
məqsədilə  dəfələrlə  bu  ərazilərə  yürüşlər  etdi.  Toxtamış  xanın  Teymurun 
himayəsi altında olan torpaqlara  və Azərbaycana hücum etməsi 
onlar arasında 
müharibəyə səbəb oldu.
 
Azərbaycan  Toxtamışla  Əmir  Teymurun  maraqlarının  kəsişdiyi  məkan 
idi.  Teymur  Azərbaycandan  digər  ərazilərə  hücum  üçün  dayaq  nöqtəsi  kimi 
istifadə  edirdi.  Ona  görə  də  böyük  oğlunu  bu  ərazilərə  hakim  təyin  etmişdi. 
Toxtamış  xana  qarşı  müharibədə  Əmir  Teymur    Şirvanşah  I  İbrahimlə  ittifaq 
bağlamışdı. 
Toxtamış  xanın  Azərbaycana  hücumlarının  qarşısını  almaq  üçün  Teymur  1387-ci  ildə  İrana  yürüş  etdi.  Teymurla 
birlikdə onun müttəfiqi olan Şirvanşahlar dövləti də Toxtamışa qarşı vuruşurdu.
 
 
 
Toxtamış xan və Əmir Teymur 
 
 


 
101 
 
1395-ci ildə Terek döyüşündə Əmir Teymur Toxtamış xanı  məğlubiyyətə  uğratdı. Bundan sonra Qızıl Ordu  dövləti 
zəiflədi və  xanlıqlara parçalandı.  Toxtamış xanı məğlub etdikdən sonra Əmir Teymur  Ön Asiya, Kiçik Asiya, Qafqaz, 
Suriya üzərinə yürüşlərini  davam etdirdi. Daha sonra Dehlini tutub böyük sərvətlə Səmərqəndə qayıtdı. 
 
Əmir Teymurun Kiçik Asiyaya yürüşü. Ankara döyüşü 
Əmir  Teymur  Hindistan  səfərindən  sonra  Kiçik  Asiyada  əsas  rəqibi  olan    Osmanlı  dövlətinə  qarşı  müharibəyə 
hazırlaşdı. 
İmperatorluğa  çevrilmiş  Osmanlı  dövlətinin  qoşunları  qərbdə  Avropanın  içərilərinə  doğru  irəlilədiyi  bir 
zamanda  qəfildən Şərqdən Əmir Teymurun hücumları ilə qarşılaşdı.  
Tərəflər  arasında  1402-ci  ildə  başvermiş  Ankara  düzənliyində 
həlledici döyüş baş verdi.  Ankara döyüşü nəticəsində:
 

 
Teymurilər  Osmanlılara  qalib  gəldi  və  İldırım  Bəyazid  əsir 
alındı. 

 
Osmanlı imperiyası I Bəyazidin oğlanları arasında bölündü. 

 
Osmanlı dövləti xeyli zəiflətdi və onların Avropanın içərilərinə 
doğru irəliləməsi bir müddət ləngidi. 
 
 
Teymur özü də bilmədən Avropanı Osmanlı işğallarından xilas etdi. 
Osmanlıları  məğlub  etdikdən  sonra  Əmir  Teymur  Çinə  yürüşə 
hazırlaşırdı.  Lakin  yürüş  ərəfəsində  Teymurun  1405-ci  il  martın  19-da 
Otrar  şəhərində  vəfat  etməsi  Çinə  yürüşün  baş  tutmamasına  səbəb  oldu.
 
Beləliklə,  Əmir  Teymur  Çini  tuta  bilmədi.  Vəsiyyətinə  uyğun  olaraq  o, 
Səmərqənddə dəfn olundu.
 
 
Teymurilər imperatorluğunun idarə etmə sistemi 
Teymuri  dövləti  mərkəzləşmiş  dövlət  deyildi.  Dövlət  inzibati  cəhətdən  uluslara  bölünmüşdü.  Dövlətdə  əmrlərin 
yerinə yetirilməsini, maliyyə və hərbi işləri divanxanalar  idarə edirdi. 
Maliyyə işlərini vəzir həyata keçirirdi. 
Çingiz  xandan  fərqli  olaraq  Teymur  müəyyən  iqtisadi  məqsədlər  də  güdürdü.  O,  sənətkarlığın,  ticarətin  inkişafına 
diqqət  yetirirdi.  Onun  siyasəti  nəticəsində 
Teymurilər  imperatorluğunun  paytaxtı  olan 
Səmərqəndi  dünyada  ən  böyük 
ticarət,  sənətkarlıq  və  mədəni  mərkəzlərdən  birinə  çevrilmişdi.  Teymur  işğal  etdiyi  ölkələrdən,   
xüsusilə  Azərbaycandan 
çoxlu sənətkar, rəssam və alimləri Səmərqəndə göndərir və burada 
möhtəşəm imarətlər, məscidlər, mədrəsələr tikdirirdi. 
Teymurun nəvəsi Uluq bəy Mavəraənnəhrə vali təyin edildikdən sonra Səmərqənd şəhəri daha da abadlaşdı
.
 
QEYD:
 Ölkə ərazilərinin uluslara bölünməsi Teymurilər və Monqol dövlətləri arasında oxşar cəhət  təşkil edir. 
 
Teymur imperatorluğunun zəifləməsi və süqutu 
Əmir  Teymur  Çingiz  xan  kimi  sağlığında  qurduğu  dövləti  oğlanları  və  nəvələri  arasında  bölüşdürmüşdü. 
Lakin 
Teymurun  ölümündən  sonra  daxili  çəkişmələr,  varisləri  arasında  hakimiyyət  uğrunda  mübarizə 
və  ara  müharibələri 
Teymuri dövlətini zəiflətdi və onun parçalanmasını sürətləndirdi
.  Teymurdan sonra taxtda 
Xəlil Sultan (1405-1409), daha 
sonra Şahruxa (1409-1447) çıxdı. Şahruxun hakimiyyəti dövründə: 

 
Teymurilər  dövlətinin paytaxtı Herata köçürüldü. 

 
Qaraqoyunlu dövlət Teymurilərdən  asılı vəziyyətə düşdü. 
Şahruxun  ölümündən  sonra  dövlət  zəiflədi.  Teymurilərin  zəifləməsindən  istifadə  edən  Azərbaycan  hökmdarı 
Qaraqoyunlu Cahan şah vassal asılılığından çıxdı. 
Şahruxun  ölümündən  sonra  hakimiyyət  Uluqbəyə  (1447-1449)  keçdi.  Uluqbəy  dövləti  uzun  müddət  idarə  edə 
bilmədi və oğlu Əbdüllətif tərəfindən öldürüldü. Belə bir vəziyyətdə Mərkəzi Asiyada yeni yaranmış Şeybanilər dövləti 
ilə Teymurilər arasında mübarizə başladı.
 
Teymur  imperiyasında  hakimiyyətə  gələn  Əbu  Səid  Teymur  imperiyasını  bərpa  etməyə  çalışdı.  Bu  zaman 
Azərbaycanda qüvvətlənmiş Ağqoyunlular qaraqoyunlu hökmdarı Cahan şahı öldürərək Qaraqoyunlu dövlətinin varlığına 
son  qoydular.  Teymuri  Əbu  Səid  bir  zamanlar  Teymurilərin  vassalı  olmuş  Cahan  şahın  öldürülməsini  bəhanə  edib 
Ağqoyunlulara müharibə elan etdi. Azərbaycana yürüş edən Əbu Səid Ağqoyunlu hökmdarı Uzun Həsən tərəfindən məğlub 
edildi.  Bu  dövrdə 
Şeybanilər  teymurilərin
  Buxara,    Səmərqənd  və  digər  ərazilərini  tutdular.  Teymurilərin  əlində  yalnız 
Xorasan vilayəti qaldı. 
Lakin sonuncu Teymuri hökmdarı Hüseyn Bayqaranın (1470-1505) hakimiyyəti dövründə:
 

 
Şeybanilər qalibiyyətli müharibə nəticəsində ölkədən çıxarıldı.
 

 
 Teymurilər imperatorluğu bərpa edildi və dövlət
 bir qədər gücləndi
.
 
Lakin  Hüseyn  Bayqaranın  ölümündən  sonra  Şeybanilərin  hücumları  gücləndi.  1507-ci  ildə  Məhəmməd  Şeybani 
xan Xorasanı tutdu və Teymurilər dövləti süqut etdi. Beləliklə, Teymurilər dövlətinin varlığına Şeybanilər tərəfindən son 
qoyuldu. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə