Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   120

 
98 
 
 
I İldırım Bəyazidin hakimiyyəti (1389-1402)  
İldırım Bəyazidin (1389-1402)
 
hakimiyyəti dövründə: 

 
Osmanlı dövlətinin sərhədləri genişləndi. 

 
Albaniya və Bosniyanın bir hissəsi  osmanlıların hakimiyyəti altına düşdü. 

 
Osmanlılar bütün Bolqarıstanın işğalını başa çatdırdı. 

 
Əmir Teymur  Osmanlı dövləti  üzərinə  yürüş etdi. 
İldırım  Bəyazid  Balkanlarda  Bizansın  sonuncu  dayağı  olan  Konstantinopolu  ələ 
keçirmək məqsədi ilə hazırlıqlara başladı. Lakin Əmir Teymurun Kiçik Asiyaya yürüşü bu planı 
pozdu.  
1402-ci  il,  iyulun  28-də    Bəyazidlə  Əmir  Teymur  arasında  Ankara  döyüşü  baş  verdi. 
Döyüş osmanlıların məğlubiyyəti ilə nəticələndi. Döyüşdə Bəyazid və onun iki oğlu əsir düşdü. 
Əmir Teymur Osmanlıların hakimiyyəti altında olan torpaqları Bəyazidin dörd oğlu arasında 
böldü
Teymur özü də bilmədən Avropanı Osmanlı işğallarından xilas etdi. Bəyazid Teymurun 
düşərgəsində  olarkən  özünü  zəhərləyib  öldürdü.  İldırım  Bəyazidin  hakimiyyətdən  getməsindən 
sonra Osmanlı dövləti  xeyli zəiflədi  hakimiyyət mübarizəsi gücləndi. 
QEYD:
  Əmir Teymura qarşı mübarizə aparmaları Dehli sultanlığı və Osmanlı 
imperiyasının tarixi üçün oxşar cəhət təşkil edir. 
 
II Muradın hakimiyyəti (1421-1451) 
II Muradın hakimiyyəti dövründə: 

 
Osmanlı dövlətində hakimiyyət mübarizəsi başa çatdı. 

 
Osmanlı dövlətinin əvvəlki qüdrəti bərpa edildi. 

 
1444-cü ildə Varna döyüşündə çex-macar ordusu  məğlub edildi. 

 
1448-ci ildə II Kosova döyüşündə səlibçilərin ordusu məğlub edildi. 
 
II Mehmetin hakimiyyəti (1451-1481) 
XV  əsrdə
 
Bizans  imperiyasının  ərazisinə  yalnız 
«Qızıl  körpü»  adlandırılan 
Konstantinopolun  ətrafıındakı  torpaqlar  daxil  idi.  II  Mehmet  hakimiyyətə  gələn  kimi 
Konstantinopolu  tutmaq  üçün  şəhəri  qurudan  və  Mərmərə  dənizindən  mühasirəyə  aldı. 
Oslamlıların divarların altından  lağım atıb şəhərə girmək çəhdi uğursuz oldu. 
Osmanlılar yeni 
çıxış  yolu  kimi
  gəmiləri   
piy  sürtülmüş  taxtaların  üzəri  ilə  sürüyərək
  Qızıl  Buynuz  limanına 
çıxardılar.  1453-cü  il  mayın  29-da  Konstantinopol  Osmanlılar  tərəfindən 
fəth  edildi.  Bu 
münasibətlə 
II  Mehmetə 
«
Fateh
»
  təxəllsü  verildi.  Konstantinopolun  osmanlılar  tərəfindən 
tutması nəticəsində: 

 
Bizans məğlub oldu və Bizans imperiyasının varlığına son qoyuldu. 

 
Konstantinopol    şəhəri    İstanbul  adlanaraq  Osmanlı  dövlətinin  paytaxtına 
çevrildi. 
 
 
 
 
 
Osmanlıların Konstantinopola yürüşü və Sultan Fateh II Mehmetin şəhərə daxil olması 
 
Osmanlı dövlətinin paytaxtları 
Bursa (1329) 
 
Ədirnə (1361) 
 
Konstantinopol (1453) 
 
Söyüdlü (1302) 
 
 
 
İldırım Bəyazid 
 
 
 
II Murad 
 
 
 
II Mehmet 
 


 
99 
 
 
 
I Süleyman Qanuninin hakimiyyəti (1520-1566) 
Sultan Süleyman Qanuninin hakimiyyət dövründə: 

 
Səfəvi dövləti ilə Osmanlı arasında qanlı müharibələr başladı. 

 
1514-cü ildə Çaldıran düzündə osmanlı qoşunları Səfəviləri  məğlub etdilər. 

 
Misir Osmanlı dövlətinə  tabe edildi və Osmanlı gəmilərinin Qırmızı dənizə yolu 
açıldı.
 

 
1521-1526-cı illərdə osmanlılar BelqradıCənubi və Mərkəzi Macarıstanı 
tutdu. 

 
Osmanlılar Bağdadı tutaraq Mesopotamiya üzərində nəzarəti ələ keçirdilər və İran 
körfəzinə çıxdılar. 
 
 
 
 
 
 
Osamanlı imperatorluğunun idarəetmə sistemi. Ordu 
Osmanlı imperiyasının idarəetmə sisteminə əsasən: 

 
Sultan  –  ölkədə  qeyri-məhdud  hakimiyyətə  malik  birinci  şəxs  idi.
  Bütün 
hakimiyyət  onun  əlində  cəmləşmişdi.  Osmanlı  tarixində  ilk  dəfə  sultan 
tutulunu I Murad qəbul etmişdi. 

 
Baş  vəzir  -  sultandan  sonra  dövlətdə  ikinci  şəxs  idi.  Baş  vəzir  dövlətin 
möhürünü saxlayır, siyasi  işlərə  rəhbərlik edirdi.  Vəzirlər, bəylərbəyilər və 
sancaqbəyilər ona tabe idi.
 

 
Divan - sultanın yanında Ali Məsləhət Şurası rolunu oynayan dövlət orqanı 
idi.
 

 
Dəftərdar -  maliyyə işlərinə rəhbərlik edirdi.
 

 
Paşa – birbaşa sultan tərəfindən təyin edilir və paşalığı idarə edirdi.
 

 
Bəylərbəyi – bəylərbəyilikdə hərbi və inzibati hakimiyyətə malik şəxs idi.
 

 
Sancaqbəyi - sancaqlığı idarə edirdi. O, həm də qoşun başçısı idi.
 
Osmanlı dövləti inzibati cəhətdən sancaqlara  paşalıqlara bölünürdü. 
Osmanlı  dövlətini  ilk  dəfə  Orxan  Qazi  inzibati  cəhətdən  paşalıqlara   
sancaqlıqlara bölmüşdü. 
Osamanlı imperatorluğunun hərbi qüvvəsini  akınçı və yeniçərilər  təşkil edirdi. 

 
Akınçı (atlı – süvari feodal qoşunu) Osamanlı imperatorluğunda ordunun əsas hissəsini təşkil edirdi. 

 
Yeniçəri  (yeni  qoşun  deməkdir)  -  qeyri  müsəlmanlardan  təşkil  edilmiş,  dövlət  xəzinəsi  hesabına  saxlanılan 
nizami  piyada  qoşun  dəstələri  idi.  Yeniçəri  qoşun  növü 
Orxan  Qazinin  hərbi  islahatları  zamanı 
 
formalaşdırılmışdı.  Muzdlu  qoşunlara  xidmət  əvəzində  əvvəllər  maaş  verilsə  də,  sonralar  timar  adlandırılan 
torpaqlar paylanıldı. Timar - muzdlu qoşuna məvacib əvəzinə paylanan şərti torpaq sahibliyi  idi.   
Osmanlı dövlətində vergi verən bütün əhali reaya adlanırdı. 
 
 
Yüksəlmə dövrü sultanları 
 
III Murad (1575-1595) 
 
II Səlim (1566-1575) 
 
I Səlim (1512-1520) 
 
II Bəyazid (1481-1512) 
 
I Mehmet (1451-1481) 
 
I Süleyman (1520-1566) 
 
I Mehmet (1411-1421) 
II Murad (1421-1451) 
I Bəyazid (1389 -1402) 
 I Murad (1359-1389) 
Quruluş dövrü sultanları 
 
Osman Qazi (1299-1326)
 
Orxan Qazi (1326-1359)
 
 
 
I Süleyman 
 
 
 
 
Osmanlı imperatorluğunun 
idarəetmə sistemi 
Divan 
Sultan 
Baş vəzir 
Dəftərdar 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə