Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   120

 
104 
 
Erkən Orta əsrlər dövründə Türk və Şərq xalqlarının mədəniyyəti 
 
Orxon-Yenisey abidələri 
Feodalizm  şərqdən  başladı.  Bu  özünü  elmin,  mədəniyyətin 
inkişafında  da  büruzə  verdi.  Şərqdə  təhsil,  elm  və  incəsənət  inkişaf 
etdi. Sonralar Avropa da şərq xalqlarının yaratdığı mənəvi xəzinədən 
bəhrələndi. 
Erkən orta əsrlərdə qüdrətli türk imperatorluqlarının yaranması 
ümumtürk mədəniyyətinin yüksəlişində mühüm rol oynadı. Bu dövrdə 
türk  xalqlarında  müxtəlif  yazı  növlərindən  istifadə  edirdi.  Türk 
xalqlarına  məxsus  ən  mühüm  yazılı  mənbə  Orxon-Yenisey 
abidələridir.    Bu  abidələr  türklərin  ilk  tarixi  daş  yaddaşı,  ümumtürk 
ədəbiyyatının  dövrümüzədək  gəlib  çatmış  ilk  nümunəsidir.  Orxon-
Yenisey  abidələri  V-VIII  əsrlərə  aiddir.  «Orxon  abidələri» 
Monqolustanın Orxon çayı sahilində aşkar edilib.
 
Onların ən məşhuru 
Göytürk  xaqanı  Bilgə  xaqan,  qardaşı  Kül  tigin  və  baş  vəzir 
Tonyukuk üçün qoyulmuş abidələrdir. Göytürk yazısı Orxon-Yenisey 
abidələrinin  yerləşdiyi  ərazidə  aparılan  arxeoloji  qazıntılar  zamanı 
aşkarlanmışdı.  Orxon-Yenisey  abidələrinə  əsaslanaraq  qeyd  etmək 
olar ki, göytürk əlifbası

 
Dördü sait, otuz dördü samit olan 38 hərfdən ibarət idi. 

 
Sətirlər  yuxarıdan  aşağıya  yazılmış,  sağdan-sola 
yerləşdirilmişdir.  
Türk  xalqlarında  İslamdan  əvvəlki  dövrdə  rəssamlıq  və 
heykəltəraşlıq inkişaf etmişdi. Göytürk heykəltəraşları öz xaqanlarının 
şərəfinə bəngüdaşlar  adlandırılan heykəllər qoyurdular. 
 
Xalq dastanları 
Türk  xalqlarının  ədəbiyyatının  beş  min  ildən  artıq  zəngin  bir 
tarixi  vardır.  Ən  qədim  ədəbi  nümunələr  şifahi  şəkildə  yaranmışdır. 
«Oğuz  xaqan»,  «Boz  qurd»,  «Törəyiş  xan»  və  «Dədə  Qorqud» 
dastanları  buna  misaldır.  Türk  xalqlarında  yazılı  ədəbiyyat  meydana 
gəldi.  IX  əsrdə  yaşamış  bulqar  şairi  Mikayıl  Baştunun  «Şan  qızı 
dastanı»  əsəri  yazılı  ədəbiyyatın  günümüzə  qədər  gəlib  çıxmış  ən 
gözəl nümunələrindən biridir. 
 
İslam mədəniyyətinin formalaşması 
İslam  dininin  meydana  gəlməsi  və  yayılması  yeni  bir 
mədəniyyətin  formalaşmasına  imkan  yaratdı.  İslamın  yayıldığı 
ərazilərdə  ərəb  dili  elmi  və  ədəbi  dilə  çevrildi.  Artıq  ərəb  dili 
məktəblərdə  öyrədilir,  qədim  yunan  və  Roma  müəlliflərinin  əsərləri 
bu  dilə  tərcümə  edilirdi.  İslam  dini  təhsilin  inkişafına  ciddi  təsir 
göstərdi. Məscidlərin yanında məktəblər yaradıldı ki, orada «Qurani-
Kərim» və ərəb dili öyrədilirdi.  
Yaradılan təhsil ocaqlarında  dini elmlərlə  yanaşı, riyaziyyat, astronomiya, təbabətə aid elmi biliklər verilirdi. Böyük 
şəhərlərdə yüzlərlə şagirdi olan mədrəsələr mövcud idi. Oxuyub yazmağı bacaran savadlı şəxslər Xilafətə gərəkli adamlar 
hesab olunurdu. Mədrəsələrdə zəngin kitabxanalar mövcud idi. Kitablar əl yazısı ilə, böyük zəhmət hesabına başa gəlirdi.  
Təhsilini  başa  çatdıran  hər  bir  kəs  «şəhadətnamə»  alırdı.  Mədrəsələrdə  o  dövrün  ən  görkəmli  elm,  mədəniyyət,  din 
xadimləri dərs deyirdilər. Sonralar mədrəsələrin nümunəsində Avropada universitetlər yaranmağa başladı. 
 
 
 
 
 
 
 
 
 
Orxon-Yenisey abidələri 
 
 
 
Bəngüdaşlar 
 
 
 
 
Göytürk əlifbası 


 
105 
 
Elmi biliklər 
Erkən  orta  əsrlərdə  türk  xalqlarının  əsas  elm  mərkəzləri  Mərkəzi  Asiyanın  Ürgənc
Mərv,  Buxara,  Səmərqənd,  Xarəzm  şəhərləri  idi.  Qəznəvi  hökmdarı  sultan  Mahmudun 
sarayında  400  alim  və  şair  çalışırdı.  Bu  şəhərlərdə  Fərabi,  İbn  Sina,  Biruni,  Yusif 
Balasaqunlu, kimi alimlər çalışmışdılar.
 
Şərqin böyük mütəfəkkiri  Fərabi (870-950) yunan alimi Aristotelin əsərlərinin izahını 
vermiş,  bu  səbəbdən  də  «ikinci  müəllim»  adına  layiq  görülmüşdü.  O,  Aristoteldən  sonra  ilk 
dəfə elmi biliklərin təsnifatını vermişdi. 
İslam  dininin  möhkəmlənməsi  ilə  Xarəzmdə  həyat  yenidən  canlandı.  Xarəzm  tacirləri 
ticarət üçün Xəzər xaqanlığına, Bulqar dövlətinə gedirdilər. Ürgənc şəhəri regionda ən inkişaf 
etmiş  elm,  təhsil  və  ticarət  mərkəzinə  çevrildi.  Bu  dövrdə  Xarəzmdə  əl-  Xarəzmi,  Əbu 
Reyhan əl-Biruni kimi böyük alimlər yetişdi. IX əsrdə butada yaşayıb-yaratmış Xarəzmi cəbr 
elminin təməlini qoymuşdur. 
Əbu  Reyhan  əl-Biruni  (973-1048)  diametri  5  metrə  yaxın  olan  ilk  qlobus  düzəltmişdi. 
Biruni dünyada ilk dəfə olaraq Yerin Günəş ətrafında fırlanması fikrini irəli sürmüşdü. 
Astronomiyanın  inkişafı  rəsədxanaların  tikilməsinə  səbəb  oldu.  Alimlər  rəsədxanada 
işləyərək yer kürəsinin təxmini ölçüsünü vermişdilər. Təsadüfi deyildir ki, ulduzların çoxunun 
adı ərəb alimlərinin adı ilə bağlıdır. 
«Elmlərin şeyxi», «böyük loğman», şair Əbu Əli İbn Sina (980-1037) beş cilddən ibarət 
«Tibb ensiklopediyası» və «Tibb elminin qanunu» əsərləri ilə şöhrət qazanmışdır. Görkəmli 
Azərbaycan alimi Bəhmənyar əl-Azərbaycani İbn Sinanın şagirdi olmuşdur. 
Tarix elmi Xilafət  dövründə  də  inkişaf etmişdi.  Ərəb işğallarını qələmə  alan  Əhməd əl-
Bəlazuri  «Ölkələrin  fəthi»  əsəri  ilə  dövrün  hadisələrini  işıqlandırmışdı.
 
Xilafətin  200  illik 
tarixini  yazmış  Təbəri  xürrəmilər  hərəkatı  haqqında  məlumat  verən  tarixçilərdəndir. 
Həmədani isə tarix ensiklopediyasını yaratmışdı.
 
Məşhur  «Min  bir  gecə»  nağılları  nəsr  və  şeirin  inkişafına  nümunədir.  Bu  nümunə  ərəb 
ədəbiyyatının  «qızıl dövrü»  Abbasilərin vaxtına  təsadüf edir. Bu inkişaf təkcə ərəblərlə  bağlı 
olmayıb,  Xilafətdə  yaşayan  bütün  xalqların,  o  cümlədən  Azərbaycan  xalqının  zəkasının 
məhsuludur.
 
 
Memarlıq 
Xilafət  dövründə  ən  çox  inkişaf  edən  sahə  memarlıq  idi.  Çoxlu  qalalar,  saraylar, 
məscidlər, minarələr tikilən bu dövrün mədəniyyət nümunələri dövrümüzədək gəlib çatmışdır. 
Məscidlərin divarları oymalarla bəzədilir, naxışlar vurulurdu. Samirədəki Ulu məscid dövrün 
gözəl memarlıq nümunəsidir. 
Quranın üzünün köçürülməsi xəttatlığın inkişafında yeni imkanlar açdı. Sonralar kitablarda 
gözəl  miniatürlər  yaradıldı.  Burada  həyatdan  səhnələr,  heyvanlar,  quşlar  və  başqa  şəkillər 
çəkilirdi.  Cənubi  Qafqaz  ölkələrində  V  əsrdən  yeni  yazı  növləri  meydana  gəlsə  də,  Xilafət 
dövründə  ərəb  yazısı  öz  mövqeyini  saxlayırdı.  O  zaman  Qafqaz  xalqları  Türk-İslam 
mədəniyyətinin  təsiri  altında  memarlıq,  xəttatlıq,  bədii  sənət  sahələrində  dəyərli  sənət 
nümunələri yaratmışdılar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə