94
Qızıl Ordu dövləti (XIII əsrin 40-cı illəri – XVI əsrin əvvəlləri)
Qızıl Ordu dövlətinin yaranması
XIII əsrin 40-cı illərində Batı xanın başçılığı ilə monqol işğalları nəticəsində
Şərqi
Avropada Qızıl Ordu dövlət yarandı.
Dövlətin banisi Batı xan olmuşdur.
XIII əsrin sonlarında
Qızıl Ordu Monqol imperatorluğu ilə əlaqələrini tamamilə kəsərək müstəqil siyasət yürütməyə
başladı. Qızıl Ordu geniş bir əraziyə malik dövlət idi.
Rus knyazlıqları isə Qızıl Ordu dövlətinin
tərkibində olmasalar da, ondan
vassal asılılığında idilər. Qızıl ordunun ilk paytaxtı
Saray-Batı
sonra isə
Saray-Bəkrə
şəhəri olmuşdu.
Qızıl Ordu dövlətində əhalinin və qoşunun əsas hissəsini
türklər təşkil edirdi. Qızıl Ordu xanlarının fərmanları
türk dilində yazılırdı.
Qızıl Ordu dövlətində
İslam dini rəsmi dövlət dini elan olunmuşdu.
Qızıl Ordunun dövlət quruluşu. Feodal münasibətləri
Qızıl Ordu
feodal monarxiya dövləti idi.
Dövlətin idarəetmə sistemi aşağıdakı kimi idi:
Xan -
dövləti idarə edən birinci şəxs idi.
Divan -
dövləti idarə edən orqan idi.
Məclis -
dövlətdə ali məşvərətçi orqan idi.
Tarxan -
dövlətdə imtiyazlı şəxslər idi.
Baskaklar -
vergi yığılmasına rəhbərlik edirdilər
.
Qızıl Ordu dövlətində
xan və
xan ailəsinin üzvləri ən böyük feodal idilər. Onlardan sonra
noyonlar (bəylər) gəlirdi.
Noyonlara xidmət müqabilində böyük torpaq sahələri verilirdi. Feodallardan asılı olan
köçəri maldarlar, əkinçiliklə
məşğul olan
kəndlilər töycü ödəyir və mükəlləfiyyətlər yerinə yetirirdilər. Bəzi feodallar torpağa sahib olmaq, məcburi
işlərdən azad edilmək üçün xandan
fərmanlar alırdılar. Belə fərmanlar
yarlıq, yarlıq alan imtiyazlı şəxslər isə
tarxan
adlanırdı.
dövləti idarə edən
birinci şəxs idi
Xan
Məclis
dövləti idarə edən
orqan idi
Divan
dövlətdə ali
məşvərətçi orqan idi
Tarxan
dövlətdə imtiyazlı
şəxslər idi
Baskaklar
vergi yığan
məmurlar idi
Vəzir
dövlət işlərini
idarə edirdi
Noyonlar
Əmirlər
Qızıl Ordunun idarəetmə sistemi
95
Qızıl Ordunun zəifləməsi və süqutu
Qızıl Ordu dövləti daxili çəkişmələr nəticəsində zəiflədi.
Qızıl Ordu dövlətidəki
daxili çəkişmələrdən və onun
zəifləməsindən istifadə edən
rus knyazları tabe olmaqdan boyun qaçırılar. Odur ki, Qızıl Ordu xanı
Mamay xan itaət
etməyən rus knyazları üzərinə yürüş təşkil etdi.
Bu zaman Qızıl Ordu dövlətinə qarşı qüvvələrini birləşdirən Moskva knyazı
Dmitri
Donskoy 1380-ci ildə Kulikova döyüşündə Qızıl Ordu dövlətini məğlub etdi. Lakin Əmir
Teymurun köməyi
ilə hakimiyyətə gələn Toxtamış xan (1380-1395) hakimiyyəti dövründə:
Moskvanı tutaraq yandırdı (1382-ci ildə).
Rus knyazlıqları yenidən itaət altına alındı.
Daha sonra Toxtamış xan Əmir Teymurdan asılı olan ərazilərə talançı yürüşlər təşkil etdi.
Toxtamış xanın
Teymurilərdən asılı olan ərazilərə talançı yürüşlər etməsi Əmir Teymurla
müharibəyə səbəb oldu. Tərəflər arasında,
1395-ci ildə Terek çayı sahilində döyüş baş verdi.
Döyüş
nəticəsində:
Toxtamış xan Teymur tərəfindən məğlub edildi.
Əmir Teymur
Qızıl Ordunun şərq vilayətlərini tutaraq
öz imperiyasına birləşdirdi
.
Uzunsürən
feodal çəkişmələri, hakimiyyət dəyişiklikləri Qızıl Ordunun parçalanmasına səbəb oldu. Qızıl Ordunun
parçalanması nəticəsində
XV əsrdə Volqa çayı boyunda
Qazan, Həştərxan xanlıqları,
Krımda və
Qərbi Sibirdə
müstəqil dövlətlər meydana gəldi. Rus knyazlıqları Qızıl Ordudan asılılığa son qoydular.
XVI əsrin əvvəllərində Qızıl
Ordu dövləti
feodal dağınıqlığı nəticəsində
süqut etdi.
Qızıl Ordu dövlətinin tarixinə aid döyüşlər
Əmir Teymurun hücumuna məruz
qalmışdı
Rus knyazlıqlarını özlərindən asılı
vəziyyətə salmışdı
Dövlətdə ali məşvərətçi orqan Məclis
adlanırdı
Paytaxtı Saray-Batı və Saray-Bəkrə
şəhərləri olmuşdu
Kulikova və Terek döyüşündə məğlub
olmuşdu
Əhalinin çoxunu və qoşunun əsasını
türklər təşkil edirdi
İslam dini dövlətin rəsmi dini elan
edilmişdi
Batı xan tərəfindən
yaradılmışdı
idi
Xan tərəfindən
idarə edilirdi
Xanların fərmanları türk dilində
yazılırdı
Qızıl Ordu
dövləti
XV əsrdə Qızıl Ordunun parçalanması nəticəsində yaranan dövlətlər
Krım
xanlığı
Həştərxan
xanlığı
Sibir
xanlığı
Qazan
xanlığı
1380
1395
Kulikova
döyüşü
Terek
döyüşü
Moskva knyazı Dmitri Donskoy Mamay xanın başçılıq etdiyi Qızıl
Ordu dövlətini məğlub etdi.
Toxtamış xan Teymur tərəfindən məğlub edildi, Əmir Teymur Qızıl
Ordunun şərq vilayətlərini tutaraq öz imperiyasına birləşdirdi.