Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   120

 
88 
 
Səlcuq  imperiyasında    ticarətin  inkişafına  xüsusi  diqqət  verilirdi. 
Məlikşah  dövründə  ticarətin  canlanması  üçün 
aşağıdakı tədbirlər həyata keçirildi: 

 
Vahid çəki, ölçü və pul sistemi tətbiq olundu. 

 
Tacirlər bəzi rüsumlardan azad edildi. 
 
Səlcuq imperiyasının tənəzzülü 
Sultan I Məlikşahdan  sonra  Səlcuq imperiyası zəiflədi    və  ayrı-ayrı əmirlər arasında ara müharibələri başlandı
Buna  görə  də  Xaç  (səlib) yürüşləri zamanı  avropalıların qarətçi  yürüşlərinin qarşısını almaq  mümkün olmadı.  Səlibçilər 
Suriyanı ələ keçirərək Qüdsü ələ keçirdilər. Sonuncu Səlcuq sultanı Səncərin (1118-1157) hakimiyyəti zamanı dövlətin 
ərazi  bütövlüyü  pozuldu.  Uzunsürən  ara  müharibələri,  saray  çəkişmələriqiyamlar,  vergilərin  çoxluğundan  narazı  olan 
kəndlilərin və sənətkarların üsyanları Səlcuq dövlətini zəiflətdi. Səncərin ölümündən sonra Səlcuq imperiyası süqut etdi 
və onun ərazisində Kirman, Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Azərbaycan Atabəyləri,  Kiçik Asiyada bir sıra 
əmirliklər yarandı. 
 
 
 
 
 
 
 
 
 
 
Türk sərkərdəsi Səlcuqun adından 
yaranmışdı 
 
 
 
 
 
 
Bütün Xorasan və Xarəzmi ələ 
keçirmişdi 
 
 
 
 
 
 
 
 
 
Paytaxtı Nişapur, Rey və İsfahan 
şəhərləri olmuşdu
 
 
 
 
 
 
Bağdad da daxil olmaqla İraqı 
tutmuşdu 
 
 
Əsas hücum hədəfi Bizans idi 
 
 
 
 
 
 
Uc torpaq mülkiyyət forması 
meydana gəlmişdi 
 
 
 
Rəvvadilər və Şəddadilər vassal 
asılılığına salmışdı
 
Dəndənakan döyüşündə Qəznəviləri 
məğlub etmişdi
 
 
 
 
 
Vahid çəki, ölçü və pul sistemi tətbiq 
olunmuşdu 
 
 
 
 
 
 
 
Oğuzların qınıq 
boyundan idi 
 
 
1038-1157-ci illərdə 
mövcud olmuşdu 
 
İmperatorluğun banisi I Toğrul idi 
 
 
 
 
 
 
 
 
 
Səlcuq 
imperiyası 
 
Toğrul bəy 
 
Malazgird döyüşündə Bizansı məğlub edərək Anadolunu türk torpağına çevirdi, 
«İslamın nuru» adını aldı 
 
Alp Arslan 
Məlikşah 
 
Ankara tutuldu, paytaxt İsfahana köçürüldü, vahid çəki, ölçü və pul sistemi tətbiq 
olundu
, tacirlər bəzi rüsumlardan azad edildi 
Sultan Səncər 
 
 
Dövlətin ərazi bütövlüyü pozuldu, Böyük Səlcuq imperatorluğu faktiki olaraq ayrı-
ayrı müstəqil dövlətlərə parçalandı 
 
Böyük Səlcuq imperatorluğunu yaratdı, Dəndənəkan döyüşündə qəznəviləri məğlub 
etdi, Bağdadı tutarq «Qərbin və şərqin hökmdarı» titulunu aldı 
 
Böyük Səlcuq imperatorluğunun tənəzzülünün səbəbləri 
 
 
1157-ci il 
Feodal ara müharibələri 
 
Saray cəkişmələri 
 
Xaç (səlib) yürüşləri 
 
Natural təsərrüfatın hökmranlığı 
 
kəndlilərin və ənətkarların üsyanları 
 


 
89 
 
Hindistan. Dehli sultanlığı (1206-1526). Böyük Moğol dövləti (1526-1858) 
 
Hindistanda Qupta sülaləsinin hakimiyyəti 
IV  əsrdə  Hindistanda  Qupta  sülaləsi  hakimiyyətə  gəldi.  Qupta 
sülaləsinin hakimiyyət dövrü  «Hindistanın qızıl əsri» adlanır. Bu dövrdə 
ədəbiyyat, incəsənət və memarlıq inkişaf etdi. V əsrin sonunda

 
Qupta dövləti parçalandı. 

 
Qupta hökmdarları Ağ hunların asılılığı altına düşdülər. 

 
VI-XIII əsrləri əhatə edən feodal dağınıqlığı dövrü başladı. 
Kasta  sistemi,  ölkənin  çoxmillətli  olması  və  müxtəlif  dini 
etiqadların mövcudluğu ölkədə feodal pərakəndəliyini gücləndirirdi. 
Qupta  imperiyasının  dağılması  nəticəsində  Hindistanda  70-ə  qədər 
müstəqil kiçik dövlət qurumları yarandı. Belə dövlət qurumlarının başçıları 
olan  racələr  hərbi  xidmət  əvəzində  torpağın  bir  hissəsini  kəndlilərlə 
birlikdə yaxın adamlarına paylayırdılar. Verilən torpaqlar irsən keçirdi.  
Hindistanda  da  kəndlilər  töycü  ödəyir  və  müxtəlif  mükəlləfiyyətlər 
daşıyırdılar.  Hindistanın  qərbində  çoxlu  liman  şəhəri  var  idi.  Burada  olan 
bazarlarda yerli və xarici mallar satılırdı.  
Parça, ədviyyat, boyalar və zərgərlik əşyaları almaq üçün buraya Çindən, Afrikadan və Ərəbistandan tacirlər gəlirdilər. 
Hindistanla ticarətdə ərəb tacirləri əsas rol oynayırdılar. Hindistan limanlarında onların daimi məskənləri var idi. Avropa 
səyyahları nadir hallarda Hindistana gəlib çıxa bilirdilər. 
 
Ərəblərin Hindistana yürüşü 
VIII əsrin əvvəlində Hindistan ərəblərin  yürüşünə mğruz qaldı. 
Ərəb işğalları nəticəsində: 

 
Hindistanın qərbi ərəblər tərəfindən işğal edildi. 

 
 Hindistanda  iki ərəb əmirliyi - Mənsurə  Multan 
müsəlman
 əmirlikləri yarandı. 

 
Hindistanda yayılmağa başlayan İslam dini yerli dinləri sıxışdırıb aradan çıxardı. 

 
İslam mədəniyyəti Hindistanda yayılmağa başladı. 
 
QEYD:
 Ərəblərin Hindistanı qısa müddətdə işgal etməsinin səbəbi ölkədə feodal pərakəndəliyin mövcud olması idi. 
Ərəb işğalları nəticəsində yaradılan Mənsurə və Multan əmirliklərini ərəb əmirləri idarə edirdilər. 
 
Qəznəvilərin Hindistana yürüşləri 
Hindistanın  feodal  pərakəndəliyindən  istifadə  edən  Qəznəvi  hökmdarı  Sultan  Mahmud  XI  əsrin  əvvəllərində 
Hindistana 17  dəfə yürüş etdi. Sultan Mahmudun Hindistana yürüşləri nəticəsində: 

 
Kəşmir, Pəncab və Qucarat əyalətləri Qəznəvilər dövlətinin tərkibinə qatıldı. 

 
Hindistanın şimalında türk-müsəlman əhalinin məskunlaşması və bu yerlərdə İslam dininin yayılması gücləndi. 
 
Hindistanda Dehli sultanlığının yaranması 
XII  əsrdə  türk 
tayfaları  Hindistan  ərazilərinə  aramsız  yürüşlər  edirdilər.  Bu  hücumların  nəticəsində  1206-cı  ildə 
türk sərkərdəsi Qütbəddin Aybək (1206-1210) Hindistanı tutaraq burada Dehli sultanlığının əsasını qoydu. Dehli sultanlığı 
Hindistan ərazisində müsəlman türklərin yaratdığı ilk ən böyük dövlət idi. 
Qütbəddin Aybək Hindistanda möhkəmlənmək məqsədilə İslamın və türk dilinin yayılmasına can atdı. Müasirləri 
qeyd edirlər ki, sultan türk dilini bilməyən məmurları bu dili öyrənməyə məcbur edirdi.
 
 
Dehli sultanlığında Şəmsiyyə sülaləsinin hakimiyyətə gəlməsi 
Qütbəddin  Aybəkin  ölümündən  sonra  hakimiyyətə  kürəkəni  Eltutmuş  xan 
(1211-1236)
 
gəldi. 
Eltutmuş  xanın 
hakimiyyətə  gəlməsi  ilə    Dehli  sultanlığında  Şəmsiyyə  sülaləsinin  hakimiyyəti  başladı.
 
Eltutmuş  xanın  hakimiyyəti 
dövründə: 

 
Dehli sultanlığının ərazisi xeyli genişləndi. 

 
Pəncabın böyük hissəsi - Multan və Lahor işğal edildi. 

 
Qəznəyə qədər olan ərazilər dövlətin tərkibinə qatıldı.
 
Eltutmuş  xandan  sonra  hakimiyyətə  onun  qızı,  müsəlman  və  türk  tarixində  nadir  qadın  hökmdarlardan  olan 
Raziyyə sultan (1236-1240) gəldi. 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə