Anar İsayev Ramil Rəhimov


Ərəb xilafətinin parçalanması və süqutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   120

 
83 
 
 
Ərəb xilafətinin parçalanması və süqutu 
IX əsrdə Ərəb xilafəti dağıldı.  
Xilafətin zəifləməsinin və dağılmasının əsas səbəbi aşağıdakı amillərlə bağlı idi: 

 
Ərəb xilafətinin işğal etdiyi ərazilərdə başlayan azadlıq mübarizələri


 
Daxili çəkişmələr
 və iri feodalların (əmirlərin) müstəqilliyinin artması. 
Ucqarlardakı  yerli  hakimlər  ilk  növbədə,  xəlifə  xəzinəsinə  göndərdikləri  vergilərin  məbləğini  azaldır,  sonra  isə 
tamam dayandırırdılar. Yerli hakimlərin öhdəsindən gələ bilməyən xəlifələr onları öz vilayətlərində tamhüquqlu sahib kimi 
tanıyırdılar.  İlk  olaraq,  İspaniyada  yaranmış  Kordova  əmirliyi  Xilafətdən  ayrılaraq  müstəqil  oldu.  Sonra Mərakeş, 
Əlcəzair,  Tunis,  Liviya,  Yəmən    Xorasan mərkəzi  hakimiyyətdən  ayrıldı.  Bunun  ardınca İran və Misir   Xilafətin 
tərkibindən çıxdı. Mərkəzi Asiyada və Azərbaycanda türk müsəlman sülalələri hakimiyyəti ələ keçirdilər. 
Xeyli  zəifləyən  Ərəb  xilafəti,  səlcuqların  yürüşü  ilə  süqutunu  yaxınlaşdırdı.  Səlcuqların  ardınca  monqolların 
yürüşlərinə tab gətirməyən Ərəb xilafəti 1258-ci ildə süquta uğradı. 
 
IX əsrdə Bağdad xilafətindən  ayrılan ərazilər 
 
 
 
 
Azərbaycanda və Mərkəzi Asiyada yeni dövlətlərin yaranması 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycanda ilk feodal dövlətlərin yaranması 
Xilafət  zəiflədiyi  zaman    Şirvandakı  canişin  mərkəzi  hakimiyyətlə  əlaqəsini  tamamilə  kəsərək  861-ci    ildə  müstəqil 
Şirvanşahlar dövlətini  yaratdı. Şirvanşahlar dövləti Azərbaycanın ən uzunömürlü feodal dövləti (861-1538) idi. 
879-cu ildə Azərbaycan ərazisində Sacilər sülaləsinin yaratdığı yeni dövlət meydana gəldi. Sacilər sülalənin  və 
dövlətinin banisi «Afşin» titullu türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə Əbu Sac Divdad idi. 
Sacilər  dövləti  (879-941)  qərbdə  Ani  və  Dvindən  şərqdə  Xəzər  dənizinədək,  cənubda  Zəncandan  şimalda 
Dərbəndədək  olan  böyük  bir  ərazini  özlərinə  tabe  etmişdilər.  Sacilərin  hakimiyyəti  dövründə  bütün  Azərbaycan 
torpaqları ilk dəfə  vahid dövlət halında birləşdirildi941-ci ildə Saciləri dövlətini  Salarilər dövləti (941-981) əvəz etdi. 
981-ci  ildə  Salarilər  dövləti  süqut  etdi.  Sacilər  dövlətinin  yerində  Azərbaycanın  şimalında  paytaxtı  Gəncə  olmuş 
 Şəddadilər dövləti  (971-1054) və Azərbaycanın cənubunda paytaxtı Təbriz olmuş Rəvvadilər dövləti (981-1054) yarandı. 
Xilafətin  süqutu  nəticəsində  Şimali  Azərbaycan  (Albaniya-Arran)  torpaqlarında  Tiflis  əmirliyi,  Şəki  hakimliyi  və 
Dərbənd əmirliyi kimi xırda feodal dövlətləri də yarandı. 
 
 
 
 
Əlcəzair 
 
Mərakeş 
 
 
 
Tunis 
Xorasan 
 
 


 
84 
 
 
Samanilər dövləti  (875-999) 
Xilafətin  parçalanması  nəticəsində  Mərkəzi  Asiyada  Samanilər,  Qaraxanlı  və 
Qəznəvilər dövləti yarandı. 
875-ci  ildə  yaranmış  Samanilər  dövləti   Saman  Xudatın    adını  daşıyırdı. 
Samanilər dövlətinin ərazisinə Mavəraənnəhr, Xorasan  Şimal-Şərqi İran daxil idi. 
Onun  ərazisinin  böyük  hissəsini  tarixi  türk  torpaqları,  əhalisinin  əksəriyyətini  türklər 
təşkil  edirdi.  Dövlətin  paytaxtı  Buxara  şəhəri  idi.  999-cu  ildə  Samanilərin  əsas  rəqibi 
olan Qaraxanlılar Buxaranı tutaraq Samanilər dövlətinin varlığına son qoydular. 
Samanilər  dövlətində    kənd  təsərrüfatı,  sənətkarlıq  və  ticarət  yüksək  inkişaf 
etmişdi. Samani tacirləri Kiyev, Bizans, Çin, Azərbaycan, İran və başqa ölkələrə xalça, 
ipək,  ədviyyat,  zinət  əşyaları  aparıb  satırdılar.  Samanilər  dövlətinin  Azərbaycanla  geniş 
ticarət və mədəni əlaqələrini ölkəmizdə tapılmış Samani pulları sübut edir. 
 
Qaraxanlı dövləti  (927-1212) 
İslam dinini qəbul etmiş ilk türk sülalələrindən biri olan Qaraxanlı dövləti  927-ci 
ildə  meydana  gəlmişdi.  Dövlətin  əsasını  Qutluq  Bilgə  Qədir  xan  qoymuşdu.  O  özünü 
«Qara xan», yəni «Böyük xan» adlandırdığı üçün sülalə də onun adı ilə adlanırdı. 
Qaraxanlı  dövlətinin  ərazisi  Balxaş  gölündən  başlayaraq  Hindiquş  dağlarına 
qədər olan torpaqları əhatə edirdi. 
Dövlətin  paytaxt  Qaşqar,  Balasaqun    Uzgen  şəhərləri  olmuşdu.  Qaraxanlı 
dövlətində Səmərqənd, Buxara, Ürgənc, Termez şəhərləri xüsusilə şöhrət qazanmışdı. 
Erkən  orta  əsrlərdə  təqribən  300  il  mövcud  olan  Qaraxanlı  dövləti  1212-ci  ildə 
Xarəzmşahlar dövləti tərəfindən 
süquta uğradıldı. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qəznəvilər dövləti  (962-1187) 
X əsrin 60-cı illərində Mərkəzi Asiyada Qəznəvilər dövləti  yaranmışdı. Dövlətin əsasını 
Alptəkin  qoymuşdu.  Alptəkin  əvvəllər  Samanilər  dövründə  türk  qvardiyasında  qulluq  etmişdi. 
Şəxsi  şücaətinə  görə  hərbi  əyanlar  sırasına  daxil  olmuş    Alptəkin  Samanilərin  hakimiyyətini 
tanımaqla yanaşı, Qəznəvilər dövlətini yaratmışdı.
 
Sultan Mahmud Qəznəvinin (998-1030) hakimiyyəti dövründə: 

 
Qəznəvi dövlətinin qüdrəti daha da artırdı və ərazisini  xeyli genişləndi. 

 
Samanilər dövlətini ərazisi Qəznəvi  Qaraxanlı dövlətləri arasında bölüşdürüldü. 

 
Qəznəvilər Hindistanın şimal  şimal-şərq torpaqlarını ələ keçirildi. 

 
Qəznəvilər  dövlətinin  ərazisi  Hindistandan  Xəzərsahili  torpaqlarına  qədər 
genişləndi.. 
Sultan Mahmudun xarici siyasətində əsas yeri Hindistanın işğalı tuturdu. O, bu məqsədlə 
1002-1026-cı illərdə 17 dəfə Hindistana hücum etdi. Bu hücumlar nəticəsində: 

 
Hindistanın Kəşmir, Pəncab, Qucarat vilayətlərini ələ keçirildi. 

 
Hindistanın  zəngin  sərvəti  ələ  keçirildi  və  Qəznəvi  dövləti  iqtisadi  cəhətdən 
möhkəmləndi. 
Sultan Mahmudun vəfatından  sonra dövlət  tənəzzül etməyə başladı. Vergilərin ağırlığı, 
əhalinin  məmurlardan  narazılığı  və  feodalların  mərkəzi  hakimiyyətə  qarşı  çıxışları  ölkəni 
zəiflətdi.  
 
Qutluq Bilgə Qədir xan.  
Qaraxanlı dövlətinin  
bayrağı 
 
Alptəkin (962-963) 
 
 
 
 
Qəznəvilər 
dövlətinin bayragı 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə