Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   120

 
81 
 
 
 
 
 
 
 
 
 
Əməvilər sülaləsinin hakimiyyəti (661-750) 
Ərəb dövlətində 661-ci ildə hakimiyyətə Əməvilər sülaləsi gəldi. Əməvilər dövründə: 

 
Paytaxt Məkkədən  Dəməşq şəhərinə köçürüldü. 

 
Ərəb işğalları daha da genişləndi. 

 
Xilafət ordusu indiki Cəbəlüttariq
 boğazını keçərək Avropaya doğru irəlilədilər.
 

 
Avropanın içərilərinə doğru irəliləyən ərəblər  İspaniyanı  ələ keçirdilər
 
QEYD:
  Avropanin  içərilərinə  doğru  irəliləyən  ərəblər  732-ci  ildə Puatye adlı  döyüşdə  franklarla  döyüşdülər. 
Ərəblərlə  franklar  arasında  baş  vermiş  Puatye  döyüşü    nəticəsində  franklar  ərəbləri    məğlub  edərək  onların 
Avropaya yürüşlərinin qarşısı dayandırıldı. 
 
Abbasilər sülaləsinin hakimiyyəti  (750-1258) 
750-ci ildə Əməvilər sülaləsini Abbasilər sülaləsi əvəz 
etdi. 
Abbasilər sülaləsinin hakimiyyəti dövründə: 

 
Əməvilərin  işğalçılıq siyasəti davam etdirildi. 

 
Paytaxtın  Bağdada  köçrülməsi  ilə  Ərəb  xilafəti 
Bağdad xilafəti adlanmağa başladı. 

 
Ərəblərə  qarşı  Mərkəzi  Asiyada  Müqənna
Azərbaycanda Xürrəmilər üsyanı baş verdi. 

 
İlk  olaraq,  İspaniyada  yaranmış  Kordova 
əmirliyi  mərkəzi  hakimiyyətdən  ayrılaraq  tam 
müstəqil oldu.
 

 
Mərakeş,  Əlcəzair,  Tunis,  Liviya,  Yəmən  və 
Xorasan mərkəzi hakimiyyətdən ayrıldı.
 

 
İran və Misir  Xilafətin tərkibindən çıxdı.
 

 
Ərəb xilafəti zəiflədi və dağıldı, ərəblər 
səlcuqların və monqolların hücumuna məruz 
qaldı.
 
QEYD:
 
Azərbaycanda  Babəkin  başçılıq  etdiyi  Xürrəmilər    üsyanının  Ərəb  xilafətinin  zəifləməsində  və  süqutunda 
böyük rolu olmuşdu. 
 
 
Şimali Afrika
 
İran torpaqları 
 
 
Bizans torpaqları
 
Xəlifələr dövründə ərəblərin işğal etiyi ərazilər 
 
 


 
82 
 
 
Xilafətin idarə olunması 
Ərəb xilafətində dövlətin başçısı xəlifə idi. Xəlifə həm də ordunun ali baş komandanı  idi. Ölkədə ayrı-ayrı sahələri 
idarə etmək üçün divanlar yaradılmışdı. Xilafət ərazisi inzibati cəhətdən vilayətlərə bölünürdü. Vilayətlər xəlifə tərəfindən 
təyin olunan  əmirlər tərəfindən idarə olunurdu. Bütün ərazilərdə rəsmi danışıq və yazı dili ərəb dili idi. 
 
QEYD:
  Ümumiyyətlə,  Əhəmənilər  dövlətində  “satrapt”,  Sasanilər  dövlətində  “mərzban”,  Ərəb  xilafətində  “əmir” 
vəzifələri vilayətləri idarə edən şəxslərə deyilirdi. 
 
Xilafətdə torpaq mülkiyyət formaları və vergilər. Ərəblərin köçürmə siyasəti 
Ərəb  xilafətində  xəlifə,  divan,  mülk,  iqta,  vəqf  və  icma  torpaq  mülkiyyət  formaları  mövcud  olmuşdur.
  Dövlətə 
sadiq olan şəxslərə mükafat olaraq torpaqlar verilirdi.
 
Xilafətdə varlılar daha çox vergi ödəməyə məcbur idi.
 Ərəb xilafətində əhalidən aşağıdakı vergilər alınırdı: 

 
Xərac – torpaq vergisi olub, məhsulla torpağı olanlardan alınırdı. 

 
Cizyə - can vergisi olub, qeyri müsəlman kişilərdən alınırdı. 

 
Xüms – daşına bilən əmlakdan, adamların faydalandığı məmulatlardan alınırdı. 

 
Zəkat (sədəqə) – maldarlardan, tacir və sənətkarlardan, əkin sahələrindən və meyvə bağlarından alınırdı. 
Ərəb  xilafəti  Sasanilər  dövləti  kimi  köçürmə  siyasəti  həyata  keçirmişdi. 
Xilafət  Ərəbistandan  ərəb  ailələrini 
Xilafətin  işğal  olunmuş  ərazilərinə,  o  cümlədən  sərhəd  bölgələrinə  köçürürdülər.  Ərəblərin  köçürmə  siyasətində   
əsas 
məqsədi işğal edilmiş ölkələrdə hakimiyyəti gücləndirmək  etniq dayaq yaratmaq idi 
 
Xilafət dövründə torpaq mülkiyyət formaları 
 
 
 
 
 Xilafətin idarə olunmasında türklərin rolu 
İslam  dininin  qəbul  olunmasından  sonra  ərəb  ordusunda  türklərin  nüfuzu  artdı. 
Türklərlə  qohumluq  əlaqələri 
yaradan ərəb xəlifələri onların gücündən istifadə edirdilər. 
Xilafətdə Abbasilər sülaləsinin hakimiyyəti dövründə türklərin 
nüfuzu daha da artdı, onlar yüksək vəzifələrə  seçildilər.  
Xilafətdə türklərin  yüksək  vəzifələrə seçilməsinin əsas  səbəbi onların 
təşəbbüskar və səriştəli olması idi. IX əsrdən etibarən  türklər Ərəb 
dövlətində    və  orduda  mühüm  rol  oynayırdılar.   
Ərəb  ordusuna  türk 
sərkərdələri  başçılıq  etməyə  başladı. 
Xilafətin  görkəmli  sərkərdələri 
olan  Afşin,  Əbu  Sac  türk  idilər.  Bu  dövrdə  Xəlifələr  tamamilə  türk 
hərbi  rəislərindən  asılı  idilər. 
Xilafətdə  türk  sərkərdələri 
bir  xəlifəni 
hakimiyyətdən salır və ya hakimiyyətə gətirirdilər.  
      Türklərin  etibarlı  olması  onların  nüfuzunu  yüksəldirdi.  Məsələn, 
Tulun sülaləsinin əsasını qoyan Tulun Buxarada vergi əvəzinə alınan 
bir döyüşçü idi.  Onun oğlu  Əhməd İbn Tlun  Misirdə  əvvəl canişin 
köməkçisi,    sonra  canişin olmuşdu Əhməd İbn Tulun dövrünü (876-
879) tarixçilər Misir tarixinin 
«
qızıl dövrü
»
 adlandırırdılar. 
 
 
 
 
 
Torpaq 
mülkiyyəti 
 
Divan  
(dövlətə məxsus torpaqlar) 
 
Xəlifə  
(Xəlifəyə məxsus torpaqlar) 
 
İqta 
(xidmətə görə verilən torpaqlar) 
 
Mülk  
(feodallara məxsus torpaqlar) 
 
İcma 
(kəndlilərə məxsus torpaqlar) 
 
Vəqf  
(dini idarələrə məxsus torpaqlar) 
 
 
Qahirədə Əhməd ibn Tulun məscidi 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə