Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   120

 
74 
 
Çin 
 
Şərq ölkələrində feodalizmin meydana gəlməsi 
III-V əsrlərdə şərq ölkələrində yeni təsərrüfat münasibətləri yarandı. Quldarlıq quruluşunu feodalizm əvəz etdi. 
Böyük 
təsərrüfat  sahələri,  münbit  torpaqlar  şərq  xalqlarının  həyatının  sürətlə  dəyişməsinə  şərait  yaratdı.  Bu  dövrdə  Çin,  Hindistan, 
Azərbaycan  və  İranda  feodal  münasibətləri  formalaşdı.  Feodalizm  quruluşu  torpaq  sahibi  olan  feodallar  və  onların 
torpaqlarında çalışan kəndlilərin iqtisadi münasibətləri üzərində yaranıb inkişaf edirdi.
 
 
Çində «güclü ailələr»in yaranması 
III- VII əsrlərdə Çində iri xüsusi torpaq sahibləri - 
«
güclü ailələr
»
  (
iri feodallar) 
adlanırdı. 
«
Güclü ailələr
»
 dövlət üçün 
əlverilşi deyildir. Çünki 
«
güclü ailələr
»
in artması və möhkəmlənməsi nəticəsində:
 

 
Kəndlilərin torpaqsızlaşmasına səbəb olur, iri feodallar onları özlərindən asılı olan icarədarlara çevirirdilər. 

 
Dövlətə vergi verənlərin sayı azalır, mərkəzi hakimiyyət zəifləyirdi. 
Asılı  vəziyyətə  düşmüş  kəndlilər  töycü  şəklində  vergilər  ödəyirdilər. VIII əsrdən  etibarən  Çində  feodallar  dövlət 
torpaqlarını zəbt etməyə başladılar. 
Həmin ərazidə yaşayan kəndlilər isə feodallardan asılı kəndliyə çevrildilər.
 
 
Çində dövlət feodalizminin formalaşması 
«
Güclü  ailələr
»
ə  qarşı  mübarizə  aparmaqla  xüsusi  torpaq  mülkiyyətinin  inkişafını  tamamilə  dayandırmaq  əlverişli 
olmadığı  üçün  Çində  digər  Şərq  ölkələrində  olduğu  kimi  dövlət  feodalizmi  formalaşırdı.  III-VII  əsrlərdə  Çində  ən  böyük 
torpaq sahibi olan imperator  hərbi xidmət müqabilində özünün ən yaxın adamlarına, sərkərdələrə  məmurlara iri torpaq 
sahələri paylayırdı. 
Həmin torpaqların sahibləri tədricən feodala çevrilirdilər.  
 
Suy sülaləsinin hakimiyyəti (586-618) 
«Sarısarıqlılar» üsyanı və digər amillər III əsrin əvvəllərində Çinin zəifləməsinə, Xan sülaləsinin devrilməsinə səbəb 
oldu,    Çin  xırda  dövlətlərə  parçalandı  və  Qədim  Çin  imperiyasının  yerində  bir-biri  ilə  düşmənçilik  edən  bir  neçə  dövlət 
yarandı.  Çində  feodal  münasibətlərinin  inkişafı  yenidən  vahid  dövlətin  yaranmasına  səbəb  oldu.  Sərkərdə  Yan  Szyan 
rəqiblərinə qalib gələrək:
 

 
Suy sülaləsinin (586-618) əsasını qoydu. 

 
Çanan şəhərini dövlətin paytaxtı elan etdi. 

 
Ölkənin  cənubunda  hökmranlıq  edən  Çin 
sülaləsinin hakimiyyətinə son qoydu. 

 
Çin  imperiyasını  yenidən  bərpa  etdi,  ölkəni 
vahid dövlətdə birləşdirdi. 
Suy  sülaləsinin  ikinci  hökmdarı  Yan  Quanın 
hakimiyyəti  dövründə  ölkə  daxilində  yük  daşınmasını 
asanlaşdırmaq üçün uzunluğu 1700 km olan Böyük kanal 
çəkildi. 
 
Tan sülaləsinin hakimiyyəti (618-918) 
VII əsrin əvvəllərində 
(618-ci ildə) 
Çində hakimiyyət Tan sülaləsinin (618-918) əlinə keçdi. Tan sülaləsinin dövründə 
Tan imperatoru «Səma oğlu» adlandırılırdı. Tan sülaləsi Çini təqribən 300 il idarə etdi. 
 Tan sülaləsinin hakimiyyəti dövründə: 

 
Çin yenidən vahid dövlətdə birləşdirildi. 

 
Çin işğalçılıq siyasəti yeritdi. 

 
Koreya  Vyetnam Çinə tabe edildi. 

 
Çin  Böyük  İpək  yolunun  Çindən  Mərkəzi  Asiyayadək  uzanan  hissəsinə  nəzarəti  əlinə  keçirsədə,  ərəblərlə 
döyüşdə məğlub olduğu üçün bu nəzarəti  itirdi. 
Böyük  İpək  yolu  Çinin  Mərkəzi  Asiya  dövlətləri,  Azərbaycan,  İran  və  Bizansla  ticarət  əlaqələrini  möhkəmləndirdi. 
Lakin  751-ci ildə xilafət qoşunları  Çin ordusunu məğlub etdikdən sonra Böyük İpək  yolunun Mərkəzi  Asiyayadək uzanan 
hissəsinə  nəzarət  Çinin  əlindən  çıxdı.  Buna  baxmayaraq,  yenə  də  Çin  bu  yol  vasitəsilə  İran,  Mərkəzi  Asiya    Bizansla 
ticarət  əlaqələri    saxlayırdı. 
Çin  dəniz  vasitəsilə  Hind  okeanı  sahili  ölkələri  ilə,  d
axili  ticarətdə  isə  Böyük  kanaldan  geniş 
istifadə edirdi.
 
Bu dövrdə 
Çində ənənəvi olan çəltik, çay, şəkər qamışı, çini qablar, ipək istehsalı inkişaf  edirdi.  
 
 
 
 
 


 
75 
 
 
 
Türklər və Çin 
Erkən orta əsrlər dövründə də  şimaldan  türk xalqlarının Çinə hücumlarının arası kəsilmirdi. Dağınıq halda olan Çin bu 
hücumların  qarşısını  almaqda  çətinlik  çəkirdi.  I  Göytürk  hökmdarı  Muğan  xaqanın  (552-572)  dövründə    Çin  göytürklərdən 
asılı vəziyyətə düşdü. Lakin 588-ci ildə daxili ziddiyyətlər və hakimiyyət çəkişmələri nəticəsində I Göytürk imperatorluğu iki 
hissəyə - Şərqi və Qərbi Göytürk dövləti parçalandı. Bundan bir qərər sonra həmin dövlətlər Çindən asılı vəziyyətə düşdülər. 
VII  əsrin  80-ci  illərində  göytürklər  İltəris  (Qutluq)  xanın    başçılığı  altında  üsyan  qaldıraraq  yenidən  dövlət  yaratdılar.  
Qapağan xaqanın dövründə (692-716) göytürklər Çini yenidən məğlub edərək özlərindən asılı vəziyyətə saldılar. 
Göytürk dövlətinin yerində yaranan Uyğur xaqanlığı da Çini daimi təzyiq altında saxladı. Uyğur hökmdarı Moyon Çur 
xaqanın  dövründə  (745-759)  Çində    ərəblərlə  döyüşdə  məğlubiyyətdən  sonra  güclü  çəkişmələr  baş  verdi,  Çin  sərkərdəsi 
qanunsuz  olaraq Çində  hakimiyyəti  ələ  keçirdi.  Hakimiyyətdən uzaqlaşdırılan Çin imperatoru uyğurlardan kömək istədi.  Bu 
zaman  Moyon  Çur  xaqan  Çin  imperatoruna  hakimiyyəti  qaytarmaqda  kömək  etdi  və  Çinin  paytaxtını  tutub  devrilmiş  Çin 
imperatorunun  hakimiyyətini  bərpa  etdi.  Əldə  edilən razılığa  görə, Çin Uyğur dövlətinə hər il ipəklə bac verməli  idi.  Digər 
Uyğur  hökmdarı  Bögü  xaqanın dövründə    (759-779)  Çinin bütün ticarəti uyğurların  nəzarəti altına keçdi,  Çinə hücum edən 
tibetlilər darmadağın edildi. 
 
Sun sülaləsinin hakimiyyəti (960-1260) 
960-cı  ildə  Çində  hakimiyyətə  Sun  sülaləsi  gəldi. 
Sun 
sülaləsinin hakimiyyəti dövründə: 

 
Çində daim kəndli üsyanları baş verdi. 

 
Ölkə ərazisi qonşu dövlətlərin hücumuna məruz qaldı. 

 
Çingiz xanın qoşunları Şimali Çini tutdu.
 

 
Monqollar Çini tamamilə özlərinə tabe etdilər.
 
1215-ci  ildə  Böyük  Monqol  xanı  Çingiz  xanın  qoşunları 
Şimali  Çini  tutdu.  Monqollar  uzun  mübarizədən  sonra  Çini 
tamamilə  özlərinə  tabe  etdilər.  Çin  Monqol  imperiyasının  əsas 
hissəsi  oldu.  Monqol  imperatorluğunun  paytaxtı  hətta  Pekin 
şəhərinə köçürüldü.  
 
Min sülaləsinin  hakimiyyəti (1368-1644) 
XIV əsrin ortalarında Çində monqol əsarətinə qarşı üsyan 
- xalq hərəkatı baş verdi.  Xalq hərəkatı nəticəsində:
 

 
Monqollar  Çindən qovuldu. 

 
Hakimiyyətə Min sülaləsi gəldi. 
Min  sülaləsi  1368-1644-cü  illərdə  Çində  hakimiyyətdə 
oldu.  Min  sülaləsinin  hakimiyyətinin  ilk  dövründə  aşağıdakı 
tədbirlər həyata keçirildi: 

 
Monqol  feodallarından  alınmış  torpaqlar  kəndlilərə 
paylanıldı. 

 
Kəndlilər  üç  il  müddətinə  bütün  vergi  və 
mükəlləfiyyətlərdən azad edildi.
 

 
Tacirlər  və  sənətkarlardan  alınan 
vergilərin  miqdarı 
azaldıldı. 
Bütün bu tədbirlər XV əsrdə Çində təsərrüfatın inkişafına 
səbəb oldu. 
Min sülaləsi də digər Çin sülaləri kimi işğalçı yürüşlər həyata keçirdi. XVI 
əsrdə Min sülaləsinin işğalçı yürüşləri nəticəsində: 

 
İmperiyanın ərazisi xeyli genişləndi 
 
Suy sülaləsi 
(586-618)
 
 
Tan sülaləsi 
(618-918)
 
 

 
Paytaxt Çanan şəhəri  oldu. 

 
Çin yenidən vahid dövlətdə birləşdirildi. 

 
Çin imperiyası yenidən bərpa edildi. 

 
Böyük kanal çəkildi. 
 

 
Çin yenidən vahid dövlətdə birləşdirildi. 

 
Çin işğalçılıq siyasəti yeritdi. 

 
Türklərlə mübarizə davam etdirildi. 

 
Koreya və Vyetnam Çinə tabe edildi. 
 
 
 
Çində monqollara qarşı xalq 
hərəkatı 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə