Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   120

 
69 
 
Oğuz dövləti 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Oğuz dövlətinin yaranması 
Uyğur dövləti dağıldıqdan bir qədər sonra  Seyhun çayı və Xəzər dənizi arasında yerləşən türk boyları birləşib tarixi 
mənbələrdə Oğuz dövləti və ya Yabqu dövləti kimi qeyd olunan dövlət yaratdılar. X əsrdə yaranmış Oğuz dövlətinin  mərkəzi 
Yenikənd şəhəri idi. Oğuz dövlətinin idarəetmə sistemi belə idi: 

 
Yabqu  - dövlət  başçısı hesab edilirdi

 
Subaşı   -  orduya  başçılıq  edir,  yabqudan  sonra  ən 
səlahiyyətli şəxs idi

 
Gülərgin  yabqunun vəkili sayılırdı

 
Divan - Dövlət başçısının yanında fəaliyyət göstərən 
orqan idi

 
Təhsildar Şəhərlərdən vergiyığan məmurlar idi. 
Oğuz dövlətində ordunun əsasını atlı qoşun təşkil edirdi
 
Oğuzların İslam dinini qəbul etməsi.  
İslam dinini qəbul edənə qədər oğuzlar Göy tanrıya inanırdılar. 950-ci ildə oğuzlar İslam dinini qəbul etdilər. Bu dini 
qəbul  edən  oğuzları  türkmən  adlandırmağa  başladılar.  Tezliklə  İslam  dini  oğuzlar  arasında  hakim  dinə  çevrildi.  Oğuzların 
İslam dinini qəbul etməsinin böyük əhəmiyyəti var idi. Belə ki, oğuzlar İslam dinini qəbul etdikdən sonra: 

 
Türk xalqlarının mədəniyyəti daha da inkişaf etdi. 

 
İslam və türk ənənələri birləşdi. 
 
Oğuz dövlətinin süqutu. Oğuz axınları 
Daxili  çəkişmələr  nəticəsində  Oğuz  dövləti    zəiflədi.  Bu  vəziyyətdən  istifadə  edən  qıpçaqlar  1000-ci  ildə  Oğuz 
dövlətinin varlığına son qoydular. Dövlət süqut etdikdən sonra  müxtəlif istiqamətlərə oğuzların yeni axınları başladı. Onların 
bir hissəsi Qara dənizin şimalında məskunlaşdı, digər qismi isə İran, İraq, Azərbaycan və Anadoluya yayıldı. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
70 
 
Avar xaqanlığı (558-803) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Avarların Şərqi Avropaya yürüşü 
552-ci ildə 
Göytürklər Jujan dövlətinin varlığına son qoyduqdan sonra jujanların bir qismi qərbə çəkildi və Qafqazda 
məskən saldılar. 
Jujan dövləti dağılarkən qərbə çəkilən jujanlar “avar” adlanmağa başladı. Türkcə avar sözü “dirənən, qarşı 
gələn”  mənasını  verir.
 
Avarlar  az  sonra 
Qafqazdan  köçərək  Şərqi  Avropaya  getdilər  və 
Şərqi  Avropanın  türk  xalqları  ilə 
qaynayıb  qarışaraq  burada    Avar  dövlətini  yaratdılar.  Avar  xaqanlığının  yaranmasında  və  möhkəmlənməsində  hun,  sabir, 
oğuz və.b türk tayfaları yaxından iştirak etmişdilər.
 
 
Avar xaqanlığının yaranması 
Avar tayfaları 
Şərqi Avropada 
558-ci ildə Bayan xaqanın başçılığı ilə Avar dövlətini yaratdılar. VI əsrin sonlarında, 
hökmdar Bayan xaqanın hakimiyyəti dövründə:  

 
Bizans avarlara vergi verməyə başladı.
 

 
Alman və slavyan tayfalarının bir hissəsi avarlardan asılı hala düşdü. 

 
Avar dövləti güclü imperatorluğa çevrildi. 
VI əsrin sonlarında, 
hökmdar Bayan xaqanın hakimiyyəti dövründə  
artıq imperatorluğa çevrilmiş Avar xaqanlığının 
ərazisinə  indiki Macarıstanın, Çexiyanın, Slovakiyanın,    Avstriyanın və Almaniyanın cənub bölgələrinin  bir hissəsi  daxil 
idi. 
Göründüyü kimi,  Avar xaqanlığının ərazisinə Şərqi və Qərbi Avropanın böyük hissəsini əhatə edirdi. 
 
Konstantinopolun mühasirəsi 
Avar  xaqanlığı  Bizansla  qonşu  olduqdan  sonra  onun  Bizans  üzərinə  hücumları  artdı.  Avarlar  Sasanilərlə  birlikdə  iki 
dəfə Konstantinopolu mühasirəyə aldılar.  626-cı ildə Konstantinopolu
n ikinci mühasirə zamanı avarlar məğlub olaraq şimala 
çəkildilər. Avarların bu məğlubiyyətinin səbəbi  onların donanmamasının olmaması idi. 
 
Beləliklə, 
Konstantinopolun 
hər 
iki 
mühasirəsi  avarlar  üçün  uğursuz  oldu.  Bu 
uğursuzluqdan sonra: 

 
Avar xaqanlığının qüdrəti sarsıldı. 

 
Hakimiyyət uğrunda mübarizə başladı.
 

 
Avar  xaqanlığına 
tabe  olan  xalqların 
üsyanı baş verdi.
 
Bu  amillər 
Avar  xaqanlığının 
zəifləməsinə 
səbəb oldu
.  
 
 
 
 
 
 
 
Avarların Konstantinopolu  mühasirəyə alması (qədim şəkil) 
 


 
71 
 
Avar xaqanlığının zəifləməsi və süqutu 
Avar xaqanlığının süqutunun əsas səbəbi əsasən aşağıdakı amillərlə bağlı olmuşdur: 

 
Xaqanlığa tabe olan xalqların üsyanları. 

 
Hakim təbəqənin hakimiyyət uğrunda mübarizəsi
Üsyanlar yatırılsa da, Avar xaqanlığına güclü zərbə vuruldu. Avarlara növbəti zərbəni bulqarlar vurdu. Belə ki, 
Bulqar 
dövlətinin  başçısı  Kubrat  xan  avarlardan  ayrılan  bəzi  türk  tayfalarını    öz  elinə  birləşdirdi.  O,  avarları  Qara  dənizin  şimal 
sahillərindəki ərazilərdən və Dnepr çayının aşağı axarlarından sıxışdırıb çıxardı.
 
Avar xaqanlığının varlığına isə franklar son qoydular. 
VIII əsrin sonlarında Avar xaqanlığı ilə Frank dövləti arasında 
uzunsürən müharibə başlandı. Avar-frank müharibələri nəticəsində: 

 
Franklar avarların Pannoniya ərazisini tutdular. 

 
803-cü ildə
  Avar dövləti süqut etdi.
 
Avar imperatorluğu  süqut etdikdən sonra avarlar Balkan yarımadasına, Macarıstanın şərq vilayətlərinə səpələnərək 
xristianlaşdılar  və  yerli  əhali  içərisində  əriyib  getdilər. 
Hazırda  Şimal-Qərbi  Azərbaycanda  və  Dağıstanda  yaşayan  avarlar 
qədim avar türklərinin nəsilləri hesab olunur.
 
 
 
 
Bulqar dövləti 
 
 
 
Böyük Bulqar dövləti (630-665). Kubrat xan 
Qərbi Göytürk xaqanlığı süqut etdikdən sonra Şərqi Avropa düzənliklərində iki dövlət formalaşmışdı: 

 
Qara dəniz ətrafında Böyük Bulqar dövləti (630-665). 

 
Xəzər dənizinin şimal ərazilərində Xəzər xaqanlığı (634-965). 
Bulqar  dövləti  yarandığı  vaxtdan  güclü  siyasi  qüvvəyə  çevrilmişdi.  Lakin  dövlətin  əsasını  qoymuş Kubrat  xanın 
vəfatından 
sonra  Böyük  Bulqar  dövləti  zəiflədi
  və  onun  oğulları  arasında  hakimiyyət  uğrunda  mübarizə  başladı.  Bu  zaman 
xəzərlər  yaranmış  fürsətdən  istifadə  edərək  bulqarlar  üzərinə  hücum  etdilər.  660-cı  ildə  xəzərlərlə  bulqarlar  arasında  baş 
vermiş döyüş nəticəsində: 

 
Xəzərlər qalib gəldilər. 

 
Bulqarların bir hissəsi xəzərlərin hakimiyyətini qəbul etdilər. 
Bulqarların digər bir hissəsi isə Kubrat xanın oğlu Asparux xanın başçılığı ilə Dunay ətrafına çəkildi.  
Beləliklıə, Böyük Bulqar dövləti iki hissəyə parçalandı: 

 
Volqa Bulqar türk dövlətinə. 

 
Dunay Bulqar türk dövlətinə. 
QEYD:
 
Bulqar  sözünün  mənası  ―qarışmaq”  deməkdir.  Qara  dənizin  şimal  sahillərində    Şimali  Qafqazda 
məskunlaşan və oğuz türk qupuna daxil olan onoqurlar, sarıqurlar, utruqurlar, kutuqurlar hun türkləri ilə qarışaraq bulqar 
adlanmağa başladılar. 
 
 
 
Dunay Bulqar dövləti 
İdil Bulqar dövləti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə