Anar İsayev Ramil Rəhimov


Türklərin Çin əsarətinə düşməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   120

 
65 
 
Türklərin Çin əsarətinə düşməsi 
588-ci ildə daxili ziddiyyətlər  hakimiyyət çəkişmələri nəticəsində I Göytürk imperatorluğu iki hissəyə parçalandı: 
1.
 
Şərqi Göytürk dövlətinə (588-634-cü illərdə mövcud olmuşdu, dövlətin  mərkəzi Monqolustan idi). 
2.
 
Qərbi Göytürk dövlətinə (588-659-cu illərdə mövcud olmuşdu, dövlətin  mərkəzi Yeddisu idi). 
Çox keçmədən bu dövlətlər Çindən asılı vəziyyətə düşdülər. Lakin azadlıqsevər türklər asılı vəziyyətlə barışmır, tez-tez 
üsyanlar  edirdilər.  Ən  böyük  üsyanlardan  birinə Kür  şad başçılıq  edirdi. 
Üsyançılar  qeyri-bərabər  döyüşdə  misilsiz 
qəhrəmanlıq  göstərsədə  məğlub  oldular.  Lakin  VII  əsrin  80-ci  illərində  göytürklər  İltəris  (Qutluq)  xanın    başçılığı  altında 
üsyan qaldıraraq Çin əsarətindən çıxdı və II Göytürk imperatorluğunun əsası qoyuldu. 
 
I Göytürk imperatorluğunun parçalanmasının səbəbləri 
 
 
 
II Göytürk xaqanlığı (682-744) 
 
II Göytürk imperatorluğunun yaranması (682). İltəris xaqanın hakimiyyəti (682-692) 
VII əsrin 80-ci illərində türk sərkərdəsi Qutluq xanın başçılığı ilə Çinə qarşı baş vermiş üsyan 
nəticəsində: 

 
Türklər Çin əsarətindən azad olaraq müstəqil oldular. 

 
II Göytürk (682-744) imperatorluğu yarandı. 

 
Qutluq xan «İltəris» (eli xilas edən) adı ilə xaqan elan edildi. 
 
İltəris xaqan dövləti gücləndirmək üçün bir sıra tədbirlər həyata keçirdi: 

 
Dövrünün tanınmış alimi Tonyukuk baş məsləhətçi təyin edildi. 

 
Orduda süvari hissələrinin sayı artırıldı. 

 
Qurd başlı bayraq altında ayrı- ayrı türk xaqanlarını birləşdirdi. 

 
Ölkədə sabitlik, əmin-amanlıq yaradıldı. 
 
 
 
 
 
 
Kur Şad üsyanı 
 
İltəris xanın üsyanı 

 
Göytürklər tərəfindən qaldırılmışdı. 

 
Çin əsarətinə qarşı baş vermişdi. 

 
Qüvvələrin  qeyri-bərabərliyi  nisbətində    məğlub 
olmuşdu. 

 
VII  əsrin  80-ci  illərində,  Çin  əsarətinə  qarşı 
Göytürklər tərəfindən qaldırılmışdı. 

 
Göytürklər  Çin  əsarətindən  çıxaraq  müstəqil 
oldular, II Göytürk imperatorluğu yarandı. 
  
 
II Göytürk imperatorluğu (682-744) 
 
İltəris xanın üsyanı (682) 
 
Çin əsarəti dövrü (634/659-682) 
 
Şərqi Göytürk dövləti 
(588-634)
 
Qərbi Göytürk dövləti  
(588-659)
 
 
 
I Göytürk imperatorluğu (552-588) 
 
Daxili ziddiyyətlər 
 
Hakimiyyət çəkişmələri 
 
 
İltəris xaqan 


 
66 
 
Qapağan xaqanın hakimiyyəti (692-716) 
İltəris  xaqanın  vəfatından    sonra  onun 
oğlanları  Bilgə  və  Kül  tigin  azyaşlı  olduğu  üçün 
qardaşı  Qapağan  xaqan 
hakimiyyətə gəldi. Qapağan xaqanın (692-716)  diqqətini yönəltdiyi əsas sahələr və ya başlıca siyasəti aşağıdakı istiqamətlərə 
yönəlmişdi:
 
1.
 
Ordunu möhkəmləndirmək. 
2.
 
Ölkənin iqtisadiyyatını canlandırmaq. 
3.
 
Mərkəzi Asiya türklərini vahid dövlətdə birləşdirmək. 
Bu yolda Çin başlıca maneə olduğu üçün 
Qapağan xaqan
 Çinə yürüş etdi. Yürüş nəticəsində


 
Çin məğlub edilərək göytürklərdən asılı vəziyyətə salındı. 

 
Göytürklər Sakit okeana qədər irəlilədilər. 
 
Bilgə xaqanın hakimiyyət (716-734) 
Qapağan  xaqandan  sonra    hakimiyyətə  gələn    Bilgə  xan  (716-734)  kiçik  qardaşı  Kül  tigin  və  baş  vəzir  Tonyukukla 
birlikdə  dövləti  bacarıqla  idarə  etməyə  başladı.  Bilgə  xaqanın  əsas  məqsədi  türkləri  bir  xalq  kimi  qoruyub  saxlamaq  idi. 
Döyüşlərin  birində  Kül  tigin  həlak  oldu.  Bilgə  xaqan  qardaşının  xatirəsini  əbədiləşdirmək  üçün  Orxon-Yenisey  abidələrini 
ucaltdırdı. Həmin abidə bu gün də əzəmətini saxlamışdır.  
Qardaşının
 ölümündən bir neçə il sonra Bilgə xaqan sui-qəsd nəticəsində öldürüldü. Sonralar  uyğurların və digər türk 
tayfalarının  üsyanları  nəticəsində  Göytürk  dövləti  zəiflədi  və  744-cü  ildə  dağıldı.  Göytürklərin  dövlətçilik  ənənəsini  Uyğur 
dövləti, uyğurlardan sonra isə Oğuz dövləti davam etdirdi. 
QEYD:
 Çini özlərindən asılı vəziyyətə salması  türk hökmdarları Muğan xaqanla Qapağan xaqanın fəaliyyətində oxşar 
cəhət təşkil edir. 
 
II Göytürk imperatorları 
 
 
 
 
Göytürk dövlətləri 
 
 
I Göytürk dövləti 
 
 
II Göytürk dövləti 
 
 

 
552-588-ci illlərdə mövcud olmuşdur
 

 
Əsası Bumin xaqan tərəfindən qoyulmuşdu
 

 
Paytaxtı Ötükən şəhəri  olmuşdur
 

 
Çini özündən asılı vəziyyətə salmışdı
 

 
Sasanilər və Uyğurlarla ilə müharibə aparmışdı
 

 
Ən  qüdrətli  dövrü  Muğan  və  İstəmi  xaqanın 
hakimiyyəti dövrü olmuşdu
 

 
Daxili  ziddiyyətlər  və  hakimiyyət  çəkişmələri 
nəticəsində süqut etmişdi
 

 
Varlığına Çin dövləti tərəfindən son qoyulmuşdu
 
 
 

 
682-744-cü illlərdə mövcud olmuşdur
 

 
Əsası  İltəris  xaqan  (Qutluq  xan)  tərəfindən 
qoyulmuşdu
 
Paytaxtı Ötükən şəhəri  olmuşdu
 

 
Çini özündən asılı vəziyyətə salmışdı
 

 
Uyğurlarla müharibə aparmışdı
 

 
Mərkəzi 
Asiya 
türklərini 
vahid 
dövlətdə 
birləşdirmişdiDövlətin  ərazisi  Sakit  okeana  qədər 
uzanırdı
 

 
Orxon-Yenisey abidələri yaradılmışdı
 

 
Varlığına Uyğur dövləti tərəfindən son qoyulmuşdu
 
 
 
 
 
 
 
Dövlətin  dayaqlarını  möhkəmləndirdi,  türk  alimi  Tonyuku  baş  məsləhətçi 
(vəzir) təyin etdi, ordunun gücləndirilməsinə xüsusi fikir verdi 
Ordu  möhkəmləndirildi  və  ölkə  iqtisadiyyatını  canlandı,  Çin  göytürklərdən 
asılı vəziyyətə salındı, Göytürklər Sakit okeana qədər irəlilədilər 
 
Əsas siyasi fəaliyyəti türkləri bir xalq kimi qoruyub saxlamaqdan ibarət idi, 
imperatorluğunun ərazisi genişləndi , Orxon-Yenisey abidələrini tikdirdi  
Bilgə xaqan (716-734) 
 
Qapağan xaqan (692-716) 
 
İltəris xaqan (682-692) 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə