Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   120

 
58 
 
 
 
 
ORTA ƏSRLƏR 
 
DÖVRÜ
 
 
 
Qədim insanların təsərrüfat həyatı zaman keçdikcə dəyişdi. Cəmiyyət təbəqələrə: qul sahiblərinə və qullara ayrıldı. 
Bununla da ibtidai icma quruluşu dağıldı. Quldarlıq quruluşu və quldar dövlətlər yarandı. Quldarlıq quruluşu qul sahibi və 
qul  arasındakı  münasibətlərə  əsaslanırdı.  İmperiyaların  ərazisi  genişləndikcə  qulların  sayı  artır,  qul  əməyinin 
məhsuldarlığı isə azalırdı. Çünki qulun öz əməyinə marağı yox idi. Zaman keçdikcə qul əməyi cəmiyyətin inkişafına mane 
olmağa başladı. Buna görə də Qədim dünyanın quldar dövlətləri bir-birinin ardınca dağılırdı. Qul sahibləri öz qullarına 
müəyyən  güzəştlər  etməli  oldular.  Onların  öz  əməyinə  marağını  artırmaq  üçün  qullara  torpaq payı  ayırır,  əmək  alətləri 
saxlamağa və ailə qurmağa icazə verirdilər. Zaman keçdikcə qul əkinçi kəndliyə, ağa isə torpaq sahibinə çevrilirdi. Kəndli 
əldə etdiyi gəlirin böyük hissəsini torpaq sahibinə verməli idi. Kəndli ilə sahibkar arasındakı münasibətlər vergi və torpaq 
münasibətlərinə əsaslanırdı. 
 
476-cı ildə Qərbi Roma imperiyasının süqutu ilə quldarlıq quruluşu başa çatdı. Bundan sonra dünya tarixinin orta 
əsrlər dövrü başlandı. Lakin feodalizm quruluşu hər yerdə eyni vaxtda yaranmamışdır. Məsələn, Çində  Azərbaycanda 
feodalizm quruluşu III əsrdəQərbi Avropada V əsrin sonlarında yaranıb inkişaf etmişdi. Asiya və Avropa xalqlarının 
əksəriyyəti  feodalizm  quruluşunda  yaşasalar  da  Afrika,  Amerika    Avstraliya  xalqlarının  çoxu  ibtidai  icma 
quruluşunda  yaşayırdılar.  Feodalizm  quruluşunun  ayrı-ayrı  xalqların  həyatında  hökmranlıq  etdiyi  müddət  də  eyni 
olmamışdır. 
Feodalizm quruluşu inkişafına uyğun olaraq üç dövrə ayrılır: 
I   mərhələ:  Erkən orta əsrlər dövrü (V əsrin sonlarından – XI əsrin ortalarına qədər). 
II  mərhələ:  Feodalizmin inkişafı (Klassik feodalizm) dövrü (XI-XV əsrlər). 
III mərhələ:  Son orta əsrlər dövrü (XVI əsr – XVII əsrin birinci yarısı). 
Orta  Əsrlər dövründə    feodal  münasibətlərinin  yaranması  və  inkişafı fonunda  Şərqdə  və  Avropada  mərkəzləşmiş 
dövlətlərin  necə  formalaşdığından  bəhs  ediləcək.    Feodalizm  Şərqdən  başladı  və  ilk  mərkəzləşmiş  dövlətlər  də  Şərqdə 
yarandı. Şərqdən sonra Avropa öz tarixinin feodalizm mərhələsinə daxil oldu. Şərqə nisbətən burada feodal münasibətləri 
daha sürətlə inkişaf etdi. Avropada bir-birinin ardınca mərkəzləşmiş dövlətlər yarandı və çox çəkmədən qüdrətli dövlətlərə 
çevrildi.  Onlar  arasındakı  müharibələr,  işğallar  dünya  xalqlarını  məhrumiyyətlərlə  üz-üzə  qoydu.  Lakin  bütün  bunlar 
inkişafın qarşısını ala bilmədi. Yeni coğrafi kəşflər, elmin, texnikanın inkişafı insanların həyatını dəyişdi. 
Son  orta  əsrlər  dövründə  feodalizm  quruluşu  dağıldı  və  kapitalist  münasibətləri  meydana  gəldi.  Feodalizm 
quruluşunun dağılması və kapitalist münasibətlərinin meydana gəlməsi də hər yerdə eyni vaxtda olmamışdır. Bu proses 
Qərbi Avropanın bəzi qabaqcıl ölkələrində XVI əsrin sonu – XVII əsrdə (Niderland və İngiltərədə), bəzilərində XVIII 
əsrdə (Fransada), hətta XIX əsrin birinci yarısında (Almaniya və İtaliya), Rusiya və Qafqaz xalqlarında XVIII əsrin 
sonu – XIX əsrin birinci yarısına, Asiya ölkələrində XIX əsrin sonlarda  baş vermişdir. 
 


 
59 
 
TÜRK VƏ ŞƏRQ XALQLARI ORTA ƏSRLƏR DÖVRÜNDƏ 
 
Qərbi Hun imperatorluğu (IV əsr - 470) 
 
«Xalqların böyük köçü»nün başlanması 
Avrasiya  materikində türk tayfalarının yaşadığı torpaqlar kontinental iqlimə  malik ərazilər idi. Burada çöl və səhralar 
zaman keçdikcə böyüyür. Bu isə otlaq sahələrinin azalmasına və köç etməsinə səbəb olurdu. Odur ki, 
Böyük Hun dövlətinin 
dağılmasından sonra türklər iki istiqamətdə köç etdilər:
 

 
Bir qismi İdildən (Volqadan) qərbə doğru yayıldı. Onların təsiri altında alanlar, qotlar və digər xalqlar da Mərkəzi 
 Qərbi Avropaya köç etdilər. Nəticədə Avropada quldarlıq quruluşu feodalizm münasibətləri ilə əvəz olundu. 

 
Bir qismi Qərbi Türküstan ətrafına köç etdilər. Qərbi Türküstan ətrafına köç edən türklər IV əsrin sonlarında  Ağ 
Hun dövlətini, İdil çayından qərbə köçən türklər isə Qərbi Hun dövlətini yaratdılar.
 
Erkən  orta  əsrlərdə  də  əsas  məşğuliyyəti  maldarlıq  olan  türk  tayfaları  qərbə  yürüş  etdilər.  Həmin  tayfaları 
ümumilikdə hunlar adlandırırdılar. Bu köçün siyasi və  sosial səbəbləri də var idi. Əhalinin artımı və tayfalar arasında siyasi 
çəkişmələr də hunların köç etməsinə böyük təsir göstərdi. Tarixə «Xalqların böyük köçü»nün başlanğıcı kimi düşmüş bu yürüş 
IV əsrdə hunların Qərbə yürüşü ilə başladı və VI əsrdə slavyanların Bizans ərazisində məskunlaşması ilə başa çatdı. 
 
 
 
  
 
Qərbi Hun imperatorluğu yaranması (IV əsrin sonları) 
―Xalqların böyük köçü‖ zamanı hun tayfaları qərbə doğru hərəkət etdi. Qərbə doğru hərəkət edərkən hunlar:
 

 
370-ci ildə Don sahilində alanları məğlub edərək Azov ətrafı əraziləri  
Şimali Qafqazı 
ələ keçirdilər. 

 
371-ci ildə Krımda ostqot tayfaları ilə döyüşlərdə onları məğlub edərək Krımı ələ keçirdilər. 

 
400-cü  ildə  Dunay  çayı  sahilinə  çataraq  burada  digər  qot  tayfalarını  məğlub  edərək  Pannoniyada  (Macarıstan 
ərazisinin qərbində) məskunlaşdılar.
 Bununla da Cənub-Şərqi Avropanın bir hissəsi hunların tabeliyinə keçdi.
 

 
İdil (Volqa) çayından Dunay çayına qədər ərazini ələ keçirərək burada Qərbi Hun dövlətini qurdular 

 
Hunların  digər  bir  hissəsi  Ön  Asiya  istiqamətində  hərəkət  edərək  Dərbənd  keçidi  vasitəsilə  Azərbaycana, 
mənbələrdə deyildiyi kimi, «Odlar ölkəsinə» gəldi və xalqımızın tərkibinə daxil oldu.
 
 
―Xalqların böyük köçü‖ 
 
 
 
 
 
 
 
 
Hun tayfalarının qərbə doğru hərəkəti ilə  
başlamışdı
 
 
 
 
 
 
 
 
 
 
 
Eramızın IV-VI əsrlərini əhatə etmişdi 
 
 
 
 
 
 
 
Hunların və digər xalqların qərbə axını idi 
 
 
 
 
 
 
 
Köç zamanı türklər əsas rol oynamışdılar 
 
 
 
 
 
 
 
―Xalqların böyük köçü‖ündə iştirak edən xalqlar 
 
Hun
 
Slavyan
 
Alan
 
Qot
 
Hunların köç etməsinin səbəbləri 
əhalinin sayının artması 
tayfalar arasında çəkişmələr 
otlaq sahələrinin azalması 
iqtisadi 
 
siyasi
 
sosial 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə